Azərbaycanda sükut günüdür .....                        Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir .....                        Təyyarə qəzası ilə bağlı birgə məlumat .....                        Ərdoğan İlham Əliyevə məktub göndərdi .....                        Təyyarə iki dəfə dövrə vurub, üçüncüdə yerə çırpılıb .....                        "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO .....                        Yazıçılar Birliyində kitab təqdimatı .....                        Türkiyədə klub prezidenti istefa verdi .....                        Nazirlər yaralı azərbaycanlılara baş çəkdilər .....                       
Tarix : 13-05-2016, 15:47
“AİDS-lə birgə mübarizə aparaq – www.tebib.az” layihəsinə yekun vuruldu



Artıq 3 aydır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan “AİDS-lə birgə mübarizə aparaq– www.tebib.az” layihəsinə yekun vurulub.

Bağlanış mərasimini layihənin müəlifi İsayev Vüsal Eldar oğlu açaraq bu aylar ərzində görülən işlərdən danışdı: “Hər il dekabr ayının 1-də Ümumdünya AİDS günü qeyd edilir. İlk dəfə 1988-ci ildə təsis edilmiş AİDS günü bu il artıq 21-ci dəfə keçirilir. HİV- infeksiyası pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemidir. BMT-nin HİV/AİDS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq insan isə AİDS səbəbindən vəfat edir. 2007-ci ilin sonuna yer kürəsində HİV-lə yaşayan insanların sayı 33,2 milyon təşkil etmişdir ki, onlardan da 15,4 milyonu qadın, 2,5 milyonu uşaqdır. Azərbaycanda da HİV/AİDS problemi ən aktual problem olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır.

Belə ki, Azərbaycan vətəndaşları arasında təkcə 2009-cu ilin 11 ayı ərzində aşkar olunan HİV-ə yoluxma hallarının 63,3%-ı, ümumilikdə isə 1992-01.12.2009-cu il tarixinə olan dövrdə yoluxma hallarının 64,4%-ı inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Bütün bu problemlərin kökündə bir səbəb dayanır-məlumatsızlıq. Bu mənada biz bu istiqamətdə paytaxt və region gənclərini maarifləndirmək məqsədi ilə internet-resurs yaratmaq qərarına gəldik. Layihə konkret xarakter daşıdığından əsasən tələbələrə, gənc ədiblərə aid ediləcək. Lakin birbaşa faydalananlardan əlavə layihə çərçivəsində yaradılacaq və müntəzəm fəaliyyət göstərəcək “AİDS-lə birgə mübarizə aparaq”nin vasitəsilə şəbəkələşmə yolu ilə dolayısı ilə faydalanan gənclərin sayı daha çox olacaq. Eyni zamanda layihənin gedişi zamanı media və sosial şəbəkələrdə yayılacaq təbliğat materialları vasitəsilə daha çox gənclər bu mövzuda bilgiləndi.”

Daha sonra saytın idarə heyətinin üzvü, texniki redaktor Elnur Ağayev çıxış edərək bu aylar ərzində görülən işlərdən, saytın funksionallığından danışdı: “Layihə çərçivəsində görülən işlərin keyfiyyət və operativliyini təmin etmək məqsədi ilə elmi sahəsində fərqlənən və mütəxxəssis kimi qəbul edilən şəxslərdən ibarət işçi qrupu formalaşdırıldı. İşçi qrupu layihə çərçivəsində baş tutan təlim, görüş və tədbirlərin yüksək səviyyədə təşkili üçün çalışdı. Layihənin rəsmi, çoxfunksiyalı veb səhifəsi www.tebib.az saytı yaradıldı. Saytın eyni zamanda mobil versiyası hazırlandı.”

Digər çıxış edənlər isə layihənin əhəmiyyətindən danışaraq gələcəkdə də bu sahədə maarifləndirici tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğuladılar.


Qaynarinfo.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!