Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 2-03-2017, 19:46
İmtahanların məbləği ilə bağlı dəqiqləşmələr aparılır

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.
Butov.az xəbər verir ki, DİM-dən "Ölkə.Az"a verilən məlumata görə, iclasın gündəliyi “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, DİM-in elektron xidmətlərdən istifadə etmək üçün yaradılan "Şəxsi kabinet" və ödəmə üsulları, imtahanda iştirak üçün ödəniləcək məbləğ, növbəti tədris ili üçün nəzərdə tutulan dəyişikliklər, SAT imtahanı nəticələri əsasında aparılan müsabiqə və digər məsələlərin müzakirəsindən ibarət olub.

Sədr Məleykə Abbaszadə ilk məsələyə dair qeyd edib ki, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamının əsas məqsədi əhalinin sosial müdafiəsini daha da gücləndirmək, maddi vəziyyətindən asılı olmayaraq şəxslərin təhsilini davam etdirməsini təmin etmək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaqdır”.

M.Abbaszadə Sərəncamdan faydalana biləcək abituriyentlər haqqında məlumat verərək bildirib ki, təqribən 70 minə yaxın abituriyentin imtahanda iştirak üçün ödəyəcəyi məbləğin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi gözlənilir.

Daha sonra M.Abbaszadə DİM-in mütəxəssisləri tərəfindən işlənib hazırlanmış və dim.gov.az saytında yerləşdirilmiş "Şəxsi kabinet" və ödəniş üsulları barədə məlumat verib. İclasda DİM tərəfindən Tarif Şurasına imtahanların keçirilməsi ilə bağlı təqdim olunmuş qiymətlər barədə Şura üzvlərinə məlumat verilib. Bildirilib ki, hazırda imtahanlarda iştirak üçün ödəniləcək məbləğlərlə bağlı DİM və Tarif Şurasının mütəxəssisləri tərəfindən dəqiqləşdirmələr aparılır. Bu işlər başa çatdıqdan sonra qiymətlər ictimaiyyətə elan olunacaq.

İclas iştirakçılarının nəzərinə yeni işıq üzü görmüş “AZƏRBAYCAN DİLİ” və “RUSSKİY ƏZIK” fənləri üzrə vəsaitlər də təqdim edilib. Qeyd olunub ki, vəsaitlər buraxılış imtahanlarına hazırlaşan IX və XI sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün etibarlı mənbədir. İclasda digər cari məsələlər də müzakirə edilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!