Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
Tarix : 15-05-2017, 20:16
Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə həsr olunan yeni layihənin icrasına başlanılıb

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə həsr olunan yeni layihənin icrasına başlayıb.
Butov.az-ın “Report”a istinadən məlumatına görə, “Sürət həyatda tərəqqi, yolda təhlükədir - yol hərəkəti təhlükəsizliyi naminə təbliğatın gücləndirilməsi” adlı layihə 3 ay ərzində icra olunacaq.
Layihənin məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında qanunların tətbiqinə, yol hərəkəti iştirakçılarının maarifləndirilməsi ilə qəzaların sayının azaldılmasına nail olmaq və İslam Həmrəyliyi Oyunları və “Formula-1” yarışlarının yüksək səviyyədə baş tutmasına ictimai dəstək göstərməkdir. Layihə çərçivəsində yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində əsas problemlərin müəyyənləşdirilməsi, yol hərəkəti iştirakçıları arasında təbliğat işinin gücləndirilməsi, bu sahədə dövlət qurumları ilə birgə tədbirlərin, ictimai müzakirələrin təşkili, nəticələrin təhlil edilərək bu sahədə olan problemlərin aradan qaldırılmasında ictimai təşəbbüslərin gücləndirilməsi nəzərdə tutulub. Həmçinin, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları və gələn ay baş tutacaq "Formula-1" Qran-prisi ilə bağlı məlumatlandırma işi aparılacaq.
Təşkilat sədri Elməddin Muradlı deyib ki, Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi üçün görülən tədbirlərə baxmayaraq, hələ də problemin qarşısını tam almaq mümkün olmayıb: "Yollarda qurulan sürət ölçən vasitələr, nəzarət kameraları, avtomagistrallarda yol verilən sürət həddinin artırılması qəzaların ümumi sayının azalmasına qismən təsir etsə də, qəzalarda ölən və yaralananların sayı hələ də narahatedici haldadır. Amma qəza qurbanları arasında yol hərəkətinin ən zəif iştirakçıları olan piyadalar yenə də çoxluq təşkil edir. Bu müddətdə yol-nəqliyyat hadisələrinin 50-55 faizini piyadaların vurulması təşkil edir: “Bu sahədə təbliğat işinin aparılması və uyğun mexanizmlərin nümunə kimi ortaya qoyulması vacibdir. Həmçinin, əhalinin bu dəyişikliklərə münasibətinin öyrənilərək onların tətbiqinə nə dərəcədə hazır olub-olmamalarını dəqiqləşdirmək vacibdir. Bununla bağlı aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq da faydalı olardı.
Hesab edirik ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkilində yeni metodların və təşəbüsslərin axtarılıb tapılmasına ehtiyac var”.
Qeyd edək ki, layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçiriləcək.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!