Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 25-05-2017, 18:02
Təhsil Nazirliyi: Valideynlərin şikayəti əsaslı görünmür

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində tədris müddətinin azaldılması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
Butov.az-ın "Report"a istinadən xəbərinə görə, Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bununla bağlı jurnalistlərə açıqlama verib. O, valideynlərin tədris müddətinin azaldılması ilə bağlı şikayətlərinin əsaslı görünmədiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan dünyada ən az təhsil müddətinə malik olan ölkələrdən biridir: "İki il bundan öncə ölkədə tədris müddəti 32,8 həftə idisə, dəyişiklərdən sonra 34 həftə olub. Hətta bu dəyişiliklərdən sonra belə Azərbaycan yenə də uşağını ən az məktəbə göndərən ölkələrdən biridir. Çünki bizim ölkədə bu müddət dünya təcrübəsindəki orta təhsil müddətindən 6 həftə azdır. Ona görə də valideynlərin tədris müddətinin azaldılması ilə bağlı şikayəti əsaslı görünmür".

Nazirliyin şöbə müdiri qeyd edib ki, artırılan tədris həftələrində hansı işlərin görüldüyü ayrı-ayrı məktəblərin, müəllimlərin davranışı ilə bağlıdır: "Bir çox məktəblərdə bu müddətdə müxtəlif ölçmə, qiymətləndirmə işləri aparılır. Bunun faydasını dərhal yox, uzun müddətə görəcəyik. Ona görə də təhsil müddətinin azaldılmasından çox artırılmasının təhsilə çox böyük faydası var".

O, həmçinin xatırladıb ki, dərslərin başlama və bitmə vaxtı müvafiq sənədlə tənzimlənir: "Mövcud qaydalara görə, Azərbaycanda dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də bitir".


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!