Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                       
Tarix : 9-06-2017, 12:12
Azərbaycanda dövlət qulluğuna qəbul üçün keçid ballarında dəyişiklik edilib

"Əvvəl hansısa nazirliyin mərkəzi aparatında məsləhətçi vəzifəsi üzrə keçid balı 75 bal idisə, indi həmin vəzifə üzrə keçid balı 70 müəyyən edilib. Eyni zamanda, inzibati vəzifələrin 7-ci təsnifatı üzrə məsləhətçi vəzifəsi üzrə keçid balı 70 idisə, indi 65 bal müəyyən edilib".
Butov.az "Report"-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov deyib.
Onun sözlərinə görə, əvvəl dövlət qulluğuna qəbul üçün test imtahanı hər bir vəzifə üzrə həyata keçirilirdisə, indi test imtahanının vəzifə qrupları üzrə keçirilməsi nəzərdə tutulur: "Test imtahanları buna uyğun olaraq, müxtəlif məzmunda təşkil edilir. Test imtahanlarında istifadə edilən tapşırıqlarla bağlı da müəyyən dəyişikliklər edilib. Artıq test imtahanlarında açıq tipli test tapşırıqlarından və essedən istifadə olunması da nəzərdə tutulur".
Bu test tapşırıqlarının qruplardan asılı olaraq müəyyən ediləcəyiniə diqqət çəkən şöbə müdirinin sözlərinə görə, DİM tərəfindən müəyyən ediləcək ki, hansı vəzifə qruplarında hansı tapşırıqlardan istifadə edilsin.
V.Əsgərov qeyd edib ki, artıq daha yüksək dövlət qulluğu vəzifələrinin müsabiqə ilə keçirilməsi nəzərdə tutulur: "Əvvəl inzibati vəzifələrin yalnız 5-7-ci təsnifatı üzrə qəbul müsabiqə ilə keçirilirdi. Lakin artıq aparat rəhbəri, şöbə müdiri kimi vəzifələdə müsabiqə ilə keçiriləcək".


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!