Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 28-04-2016, 13:59
“Dövlət qulluğu haqqında” qanun parlamentin plenar iclasına tövsiyə olunmayıb




Dövlət qulluğuna qəbulla bağlı qaydalar və şərtlər dəyişdirilir.

Butov.az Gün.Az-a istinadən xəbər verir ki, bununla bağlı “Dövlət qulluğu haqqında” mövcud qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisə (MM) göndərilib.

Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə göndərilən qanun layihəsində adıçəkilən qanunun 28-ci maddəsinin dəyişdirilməsi təklif olunur.

Nəzərdə tutulan dəyişikliyə əsasən, dövlət qulluğuna qəbulla bağlı aparılan müsabiqə test imtahanından və müsahibədən ibarət olacaq.

Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, dövlət qulluğuna qəbul üçün rübdə bir dəfədən az olmayaraq, test imtahanları təşkil edəcək.

Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

Yeni redaksiyada verilən maddədə daha bir neçə dəyişiklik nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən qanun layihəsi aprelin 28-də MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin müzakirəsinə çıxarılıb.

Komitə sədri Əli Hüseynli bildirib ki, istər mövcud qanun, istər dövlər qullluğuna işə qəbulla bağlı prosedur, test imtahanı və sair ilə bağlı son illər əldə edilən təcrübə kifayət qədər mütərəqqidir.

“Eyni zamanda, son illər həyata keçirilən uğurlu islahatlardan biri də dövlət qulluğuna işə qəbulla bağlı aparılan prosesidir. İstər indiyə kimi fəaliyyət göstərən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, istər Dövlət Qulluğu Məsələləri üzrə Komissiya öz işlərini yüksək səviyyədə qurublar.

Bu gün isə onlar öz işlərini bir qurumda-Dövlət İmtahan Mərkəzində həyata keçirirlər və inanıram ki, müsbət təcrübə bundan sonra da davam etdiriləcək”.

Onu da qeyd edək ki, qanun layihəsinin müzakirəsi gərgin keçib.

Çıxış edən komitə üzvləri dövlər qulluğuna işə qəbulla bağlı ikinci mərhələnin-müsahibənin (müsabiqənin) əleyhinə çıxıblar.

Komitə üzvü Rafael Cəbrayılov deyib ki, adıçəkilən qanun layihəsi demokratik ruhlu olsa da, sonradan bəzi problemlərə yol aça bilər:

“Mən ümumiyyətlə, inqilabi ruhlu qanunların əleyhinəyəm, çünki çox zaman onların faydası görünmür. Bu məsələdə tədriciliyin tərəfdaryıyam.

Bugünkü sənəd demokratik ruhlu sənəd olsa da, amma onun bəzi problemlərə səbəb ola biləcəyini düşünürəm. Mən xüsusilə, dövlət qulluğuna qəbulla bağlı ehtiyat kadrlar məsələsindən narahatam.

Onlar iki il ehtiyatda qalacaqlar. Bəlkə iki ildən sonra onlar işə götürülmədirlər, o zaman nə olacaq?”

Millət vəkili Fəzail Ağamalı da qanun layihəsinin mükəmməl hazırlanmalı olduğunu bildirib:

“Mənim də şəxsən dövlət qulluğuna qəbulla bağlı prosedurdan, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın işindən indiyədək narazılığım olmayıb. Onlar öz işlərini şəffaf və ədalətli qurublar.

Amma ikinci-müsahibə (müsabiqə) mərhələsi ilə bağlı bunu demək olmaz. Bu mərhələdə kifayət qədət qeyri-obyektiv məqamlar və ədalətsizliklər yaşanıb.

Hər birimiz də bununla bağlı şikayətlər almışıq. Hətta, bu şikayətlərlə bağlı müraciətlərimiz də nəinki nəzərə alınıb, əksinə, daha ədalətsiz mövqe nümayiş etdirilib.

Ona görə şəxsən mən də müsahibənin-müsabiqənin aradan qaldırılmasının tərəfdarıyam”.

Gərgin müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunmayıb.

Qərara alınıb ki, təkmilləşdirmələr aparıldıqdan sonra komitənin təkrar müzakirəsinə çıxarılsın.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!