Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
Tarix : 20-06-2017, 10:22
Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Hazırda Azərbaycanda elmi kadrların hazırlanması ilə 2102 nəfər elmi rəhbər məşğul olur. Onlardan 59-u Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 84-ü müxbir üzvü, 1528-i professor, 273-ü isə dosentdir.

Butov.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya bildirilib ki, bu ilin əvvəlinə olan məlumata əsasən, ölkədə fəaliyyət göstərən 110 ali təhsil müəssisəsi və elmi təşkilatda 2723 nəfər doktorantura təhsili alıb. Onların 80 faizi fəlsəfə, 20 faizi isə elmlər doktoru proqramlarını keçib.

Təhsil alanların 38,5 faizi elmi təşkilatlarda, 61,5 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq, 36,3 və 63,7 faiz, elmlər doktoru proqramı üzrə isə 47,5 və 52,5 faiz təşkil edib.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənc, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 34,2 faizi 40 yaşadək olan şəxsdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2182 nəfərin 349-u filologiya, 294-ü iqtisad, 245-i texnika, 144-ü tarix, 128-i kimya, 117-si aqrar, 102-si pedaqogika, 101-i biologiya, 108-i siyasi elmlər, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.

Doktorantlardan 118 nəfər filologiya, 80 nəfər aqrar, 53 nəfər iqtisad, 48 nəfər texnika, 29 nəfər biologiya, 24 nəfər tarix, 23 nəfər pedaqogika, 26 nəfər yer elmləri, 140 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!