Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
15-03-2022, 07:30
Agentliyin yeni mühiti yeni ümidlər doğurur


Agentliyin yeni mühiti yeni ümidlər doğurur

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyi İdarə Heyətinin sədri Tamxil Ziyəddinoğlu bu günlərdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində olub, qurumun icraçı direktoru xanım Aygün Əliyeva ilə görüşüb. 2017-ci ildən bu yana Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayaq basmayan QHT sədrinin şuranın bazasında yaradılmış Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini ziyarət etməsinin səbəbilə maraqlandıq.
Tamxil Ziyəddinoğlu məsələyə belə aydınlıq gətirdi:
Əslində bu il bizim qurumun təsis edilməsinin 10 ili tamam olur. Amma Dövlət qeydiyyatından keçməyimiz 7 ildir. Bu yeddi il ərzində QHT Şurası ikicə layihəmizə maliyə dəstəyi verib. Birində 3 min, ikincisində 6 min manat. “Dezinformasiyalar milli təhlükəsizliyimizə təhdiddir” və “Hərə bir əsgər, hər ev bir səngər” adlı layihələrimizə aid tədbirlərimiz döyüş bölgələrində, sərhəd kəndlərində çox uğurla həyata keçirildi. Televiziya kanalları, Respublika radiosu, AzərTac, onlarca qəzet və informasiya portalları tədbirimizdən geniş materiallar dərc etdi. Şura da fəaliyyətimizi alqışladı. Nəticədə Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının 30 təsisçisindən biri olduq.
- Bəs sonra?
- Sonrası deyiləsi deyil. Üç dəfə ard-arda layihəmizə dəstək verilmədi. Ondan sonra hiss elədik ki, QHT Şurasına müraciət edib, bir ətək sənəd hazırlayıb həftələrlə vaxt itirməyə dəyməz. O qədər əziyyəti çəkməkdəncə, öz resurslarımızla fəaliyyətimizi davam etdirək, hədəfə doğru yürüyək, nə vaxtsa ədalətli qiymətləndirmə olarsa, onda bəxtimizi sınayarıq. Elə də etdik. 5 ildir ki, o tərəflərə üz çevirmirdik. Doğrusu QHT üzrə dost-tanışlarım, layihəsi qalib olanlar bu dəfə məni çox qınadılar ki, niyə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihə ilə müraciət etmədiniz?! İndi vəziyyət fərqlidir, çox şey dəyişib. Köhnə münasibətlər pozulub. Qiymətləndirmələr ədalətlidir və s.
Mən də eləmədim tənbəllik, deyilənləri yoxlamaq qərarına gəldim. Görüşlə bağlı müraciət edən kimi münasib vaxt təyin olundu. Məkana gəldiyimdə agentliyin nümayəndəsi ədəb-ərkanla qarşılayıb icraçı direktorun qəbul otağına apardı. QHT Şurasında gördüyüm göz qamaşdıran mebellərdən, boy basan kreslolardan, məmur təkəbbüründən əsər-əlamət yox idi. Mənə elə gəldi ki, o adi oturacaqlar orda əyləşən məmurun sadəliyi, kübarlığı, ləyaqəti ilə şərəflənir, qiymətə minir.

Aygün Əliyeva da işçiləri kimi ədəb-ərkanı, nəzakətli davranışı ilə yadımda qaldı. Sadəliyi, səmimiyyəti, qarşısındakını dinləmək mədəniyyəti tərəf müqabilini heyran edir. QHT camiəsinin üzərinə düşən vəzifələrlə, görə bildiyimiz və görə biləcəyimiz işlərlə bağlı xeyli fikir mübadiləsi apardıq.
İcraçı direktor düşmənə qarşı söz səngərində döyüşən, Milli-mənəvi dəyərlərimizin keşiyini çəkən, yuxusuz gecələr hesabına informasiya müharibəsinə səfərbər olan, zehnini, ürəyini, vətəndaş ruhunu dövlətçiliyinə sipər edən hərbi jurnalistlərin 5 il boyunca dəstəklənməməsi xəbərini təəssüf hissi ilə qarşıladı. Müharibəyə məcbur edilən bir ölkənin Hərbi Mövzular üzrə İxtisaslaşmış yeganə ictimai birliyinə belə münasibətdən təəccübləndi.
Sonra Agentlikdə yaradılan işgüzar şəraitdən, dövlət qurumları ilə vətəndaş cəmiyyətləri arasındakı əməkdaşlıq mühitinin formalaşdırılması, şəffaflaşdırılması zərurətindən danışdı. Beləliklə yeni mühitdə yeni ümidlərin tumurcuqladığını gördüm. Əmin oldum ki, məmurda dövlətçilik təəssübkeşliyi, vətəndaşlıq mövqeyi olanda hər şey cəmiyyətin normallaşmasına, sağlamlaşmasına xidmət edər. Ədalətsizlik, laqeydlik, süründürməçilik, etinasızlıq olan yerdə isə inam ya azalar, ya da tamam itər.

İnsanın ən gözəl duyğularından biri vətəndaşı olduğu dövlətə, onun qanunlarına güvənməsi, haqqın, ədalətin zəfər çalmasına inanmasıdır. İnsanın, vətəndaşın bu duyğusu vəzifə sahiblərindən asılıdır...
Vəzifəsini ləyaqətlə icra edən məmur həm də təmsil etdiyi qurum haqqında yaxşı fikir yaradır. Bu yolda Yenicə yaranmış Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və onun icraçı direktoru Aygün xanıma uğurlar diləyirik!

Bünyamin Nərimanoğlu
15-03-2022, 07:09
Mənzər Niyarlı yazır: "Balalarınıza oxuyun"

Mənzər Niyarlı yazır: "Balalarınıza oxuyun"

NOVRUZGÜLÜ
(Hekayə)

Biri vardı, biri yoxdu, meşənin lap yaxınlığında Həmişəbahar adlı ananın Novruzgülü adlı bir qızı vardı. Mavi donlu, mavi ləçəkli bu qız heç vaxt evdən küçəyə çıxmazmış. O nə qışı, nə payızı, nə də yay fəslini xoşlayardu. Qışda üşüyər, payızda saralıb solar, yayda isə yanıb külə dönərdi... Novruzgülü ancaq bahar fəslini sevərdi. Həmişəbahar ana qızını dilə tutardı ki, həyətə çıxsın, həyətdə gəzsin, ancaq onu yola gətirə bilməzmiş. Elə ki, ağaclar tumurcuqlanmaq, torpaq yaşıl məxməri libasını geyinmək istəyirdi, Novruzgülü mavi ləçəklərini saçına düzüb həyətə çıxardı. Günün şüası Novruzgülünün gözlərini qamaşdırardı. Novruzgülü başını qaldırıb açıq səmaya baxa bilməzdi. Yerdə göyərməkdə olan kolların, daşların arasında gizlənərdi və tez-tez də həsrətlə uzaqda görünən yaşıl dağlara baxardı. Elə istəyirdi ki, o dağlara dırmaşsın. Eşitmişdi kı, onun rəfıqələri ömründə görmədiyi Bənövşəylə Lalə o dağlarda məskən salır. Bir gün Novruzgülü yenə də həyətə çıxdı və hərlənə-hərlənə fikirləşirdi ki, Həmişəbahar anasından icazə alıb o dağlara gedə bilər, ya yox. Birdən gördü ki, uzaqdan qara qanadlarını yanlara açaraq ona sarı bir quş uçur. Bu Qaranquş idi. Baharın gəlişini el-obaya xəbər verən Qaranquş. Qaranquş gülümsünə-gülümsünə gəlib Novruzgülünün ləçəyinə qondu.
- Salam, mənim əziz bacım, Novruzgülü. Qədəmlərin mübarək, Həmişə bu çöllərin, bu dağların ətəyində görünəsən.
- Salam, qardaşım Qaranquş. Baharın ilk müjdəçisi.
Novruzgülü sevinə-sevinə Qaranquşun üzündən öpdü.
- İsti diyarlardan nə vaxt qayıtmısan?
- Bu gün gəlmişəm. Qış öz bəd ayağını çəkib gedən kimi yola düzəidim. Qaranquşla Novruzgülü xeyli söhbət elədilər, Novruzgülü elə
gözəl ətir saçırdı ki, yer-göy bu ətirdən məst olmuşdu. Novruzgülü Qaranquşla söhbət etsə də, fikri dağlarda qalmışdı. Qaranquş hiss etdi ki, Novrüzgülü nəsə həyəcanlıdır.
- Mənim gözəl, mavi ləçəkli bacım, niyə belə narahatsan?
Novruzgülü ah çəkdi!
- Qaraləçəkli, şümal boylu qardaşım, o uca dağlarm həsrətindəyəm. Elə istəyirəm ki, o dağlara çıxam. Mənim Həmişəbahar anam həmişə deyərdi ki, sənin Laləylə Bənövşə bacın o dağlarda yaşayır. Mənsə onları heç vaxt görməmişəm. Deyilənə görə, Lalə bacım qırmızı ləçəkli, qaraxallı göyçək bir qızdı. Həmişə dodaqlarından gülüş əskik olmur. Bənövşə bacımsa boynu bükük gəzir. Özü də heç kəsə yovuşub eləmir. Bilmirəm, onu kimsə küsdürüb. Görən, mən o dağlara çıxsam, onları görə bilərəmmi?
Qaranquş kədərli-kədərli dilləndi:
- İnanmıram, bacım. Onlar sən buraları tərk edəndən sonra dağlarda görünürlər. Bənövşə bacıyla Lalə bacı mülayim, isti havanı xoşlayırlar. Sənin isə istiyə davamın yoxdur. Ona görə də siz heç vaxt bir-birinizi görə bilməyəcəksiniz. Novruzgülü daha da kədərləndi və Qaranquşa dedi: - Apar, qardaşım, məni, apar o dağlara. Onların gəzdiyi yerləri heç olmasa mən də görüm. Qaranquş Novruzgülünü qanadlarına alıb dağlara sarı üz tutdu. Gəlib dağa çatdılar. Sonra Qaranquş dedi:
- Mən gedirəm, bacı. Əlvida!
Novruzgülü təəccüblə Qaranquşa baxdı.
- Hara belə, qardaşım Qaranquş?
Qaranquş Novruzgülünün ləçəklərini sığallayıb dedi:
- Mənim o qədər işim var ki. Meşəyə tələsirəm. Gedim baharın gəlişini onlara da xəbər verim. Qoy meşəmiz də öz yaşıl libasını geyinsin. Qaranquş Novruzgülünün ləçəklərindən bir də öpüb onunla vidalaşdı. Yaşıl otlardan don geyinmək istəyən dağlar Novruzgülünü çoxdan gözləyirdi. Buralar necə gözəl idi. Novruzgülü elə ayağını dağlara basdığını görür. Dağların ətəyində yerləşən kənd elə bil Novruzgülünün gəlməyini gözləyirdi. Kənd bayram əhvali-ruhiyyəsindəydi. Çayların şırıltısı, əriyən buzların şaqqıltısı, şəlalənin zümzüməsi aləmi bürüdü. Analar həyətdə aş qazanları asırdılar. Uşaqlar üzlərində sevinc həyətdə oynayırdılar. Axı anaları onlara təzə paltar almış, çoxlu yumurta boyamış, şəkərbura, paxlava bişirmişdi, nimçələrdə səməni göyərtmişdilər, hələ axşam şər qarışanda eviərində xonça bəzəyib şam yandıracaqdılar. Atalar həyətdə əllərində bel yer şumlayır, ağac əkirdilər. Novruzgülünü ilk görən uşaqlar oldu. Sonra bütün kənd xəbər tutdu ki, Novruzgülü dağlarda məskən salıb. Uşaqlar dağlara axışdı:
- Xoş gəlmisən! Qədəmlərin mübarək, Novruzgülü! - dedilər. – Novruzgülü utana-utana mavi ləçəklərini aşağı salıb öz-özünə fikirləşdi: “Görəsən uşaqlar məni görüb niyə sevinirlər?” Sonra utana-utana ləçəklərinə sığal çəkib soruşdu: - Mən neyləmişəm ki, məni görüb sevinirsiniz, ay uşaqlar – Uşaqlar halqa vurub Novruzgülünün başına yığışaraq yallı gedı-gedə: - Sən bizə - deyə qışqırışdılar, - Baharı gətirmisən, Novruzgülü, gül-çiçəyi gətirmisən.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!