Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
23-03-2022, 19:50
Türkiyə S-400-lərdən imtina edir?
Türkiyə S-400-lərdən imtina edir?

Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemindən imtina edəcəyi ilə bağlı iddia yalandır. Bu, bizim üçün müzakirə mövzusu deyil. Bunu Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir Rusiyanın "İzvestiya" qəzetinə müsahibəsində deyib:
"Bu məsələ əvvəllər də müzakirə olunub. Rusiya ilə əməkdaşlığımızı davam etdiririk. Türkiyə öz siyasətini və tutacağı yolu özü təyin edə bilər. Mövqeyimiz Ukrayna ilə Rusiya arasında sülhün qorunmasıdır. Qan tökülməsinin dayandırılması üçün hər şeyi edirik".
23-03-2022, 13:36
Türkiyə TŞ toplanır: Ermənistanla münasibətlər...
Türkiyə TŞ toplanır

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasında Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq. Toplantıda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün atılan addımlar və bu çərçivədə Cənubi Qafqazda baş verən proseslər nəzərdən keçiriləcək.
Həmçinin iclasda Rusiya ilə Ukrayna arasında davam edən müharibə, Türkiyənin Moskva və Kiyev arasında vasitəçiliyi və regionla bağlı humanitar dəstəyi barədə də fikir mübadiləsi aparılacaq.
FETO, PKK, İŞİD başda olmaqla terror qruplaşmalarına qarşı mübarizə də Milli Təhlükəsizlik Şurasının gündəliyində olacaq.
23-03-2022, 13:33
Sabahın hava proqnozu açıqlandı
Sabahın hava proqnozu açıqlandı

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Gündüz yağıntıda qısamüddətə fasilə olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 6°-dək isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 6°-dək isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz 0-5° şaxta olacaq.
23-03-2022, 11:58
ÜMİD

Sona Abbasəliqızı


ÜMİD
(Və hər ikisi bu vida mərasimindən xəbərsuz idi)
(Hekayə)
Sərxanın ömrünü göy əskiyə düyünləmişdi - arvadı Gövhərin xəstəliyi. Hər gün , zarıyırdı. Evdə də, çöldə də fikri-zikri ancaq Gövhərin üstündə idi. Şəmil anadan olandan sonra arvad xəstəliyə düçar olmuşdu. Taleyin işinə bax... neçə illər həsrətlə övlad gözlə, on dörd ildən sonra Allah sənə bir oğul qismət eləsin, ondan sonra da arvad xəstələnsin. Belə də zülm olar... İnsafən, Gövhər narazılıq, naşükürlük eləmirdi. Öz taleyi ilə barışmışdı. Ona bir oğul qismət elədiyinə görə həmişə Allahına şükür eləyirdi. Amma nə edəsən ki, ağrılar ondan əl çəkmirdi. Başı ağrıyır, ürəyi çırpınır, halı qalmırdı. Həkimlər dərdinin çarəsini bimirdilər. Təzyiqi gah qalxır, gah düşürdü. Bədənini soyuq tər basırdı. Gözləri qaralır, zarıltısından ev titrəyirdi. Heç bir dərman kar eləmirdi. Həkimlərin dediyinə görə bircə çarəsi burdan köçmək idi ki, təzyiqinin oynamasının qarşısı alınsın. Di gəl ki, Gövhər köçməyi ağlına da gətirmirdi. Deyirdi ki, balam haçan universitetə girər, sonra köçüb onunla birlikdə yaşayarıq. O oxuyar biz də ona qulluq edərik.
Şəmil çox yaxşı oxuyurdu. Onu bu mühitdən, müəllimlərindən, yoldaşlarından ayırmaq təhsilinə pis təsir göstərərdi. Sərxan da Şəmil də Gövhəri fikrindən daşındıra bilmirdilər. Deyirdi ki, mən bu ağrıynan ölmərəm, amma Şəmil dərslərindən zəifləyər, unuversitetə girə bilməz. Arvadın birinci arzusu oğlunun ali təhsilli olması idi. Şəmil də dərslərini, həqiqətən, çox yaxşı oxuyurdu. Müəllimləri Şəmilin dərin zəkalı, çox zehinli, fenomen bir uşaq olduğunu deyirdilər. Dəfələrlə olimpiadaların qalibi olmuşdu. Hər hansı bir mətni, şeri bir dəfə oxumaqla həmişəlik yadında saxlayırdı. Dəqiq elmləri çox yaxşı qavrayırdı. Bütün məktəb, kənd, rayon Şəmilin dərin zəkası ilə fəxr edirdi. Şəmil gecə-gündüz oxuyur, bütün fənlərdən əla qiymətlər alırdı. Anası onun həkim olmasını arzulasa da o, neft mühəndisi olmağa qərar vermişdi. Əlbəttə ki, Şəmil həkim olub anasını müalicə eləmək istərdi. Ancaq o, inanırdı ki, məktəbi qurtarana qədər anası sağalacaq. Anası isə sağalmadı, bu on yeddi ildə ancaq Şəmilin universitetə girməsi üçün əlindən gələni əsirgəmədi. Xəstə canıynan ərinə və oğluna qulluq elədi. Atası da Şəmilin orta məktəbi qurtarıb ali məktəbə girməyini səbirsizliklə gözləyirdi. Ondan sonra Bakıya köçərlər, Gövhər də sağalar, Şəmil də oxuyub bir sənətin sahibi olardı. Çarəsi bircə Şəmilin universitetə girməsinə qalmışdı. Nəhayət, vaxt gəlib çatdı. Qoçaq Şəmil qəbul imtahanını verib, ən yüksək bal topladı. Respublika üzrə yeddi yüz bal toplayanlardan biri oldu...
Gövhər arvadın çiçəyi çırtdamışdı. Ömrünün ən xoşbəxt günlərini yaşayırdı. Öz xəstəliyinin hayında deyildi. Sanki baş ağrısı da yox olmuşdu. Elə bil ki, oğlunun uğuru onun dərdinin dərmanı imiş. Ər-arvad sevinclə Bakıya hazırlaşırdılar. Şəmil də sevinirdi. Axır ki, zəhməti hədər getmədi. Ən çoxu anasının da onunla Bakıya gələcəyinə, sağalacağına sevinirdi. Şəmil hələ universiteti seçməmişdi. Topladığı bal bütün ali məktəblərin qapısını onun üzünə taybatay açmışdı. Amma anasının sağalması üçün hara desən getməyə hazır idi. Təki anasının səhhəti orada yaxşı olsun, tezliklə sağalsın...
Şəmilin yüksək bal toplamasına bütün kənd sevinirdi. Ona qonaqlıq verən kim, hədiyyə gətirən kim, ziyafətə dəvət eləyən kim... Hamı Sərxana, Gövhər arvada göz aydınlığı verir, Şəmili bağrına basıb öpürdülər. Şəmilin günləri yaxşı keçirdi. Bu gün də yoldaşları ilə meşəyə, dincəlməyə getmişdilər. Sabir kişi də onlara bir toğlu vermişdi...
Gövhər arvadın son günlər başağrısından şikayəti olmamışdı. Olsa da biruzə vermirdi. Evdə yır-yığış, biş-düşlə məşğul idi. Həyətə çıxaraq qocaman armud ağacının kölgəsindəki miz-stula düzəliş edib, süfrə hazırlamaq istəyirdi ki, kəndin aşağı başından bir maşın uğultusunun səsi qulağına çatdı. Nədənsə, bu uğultu ona çox üzüntülü gəldi. Sanki maşın da zarıyırdı. Yükünün heç də ürək açan bir şey olmadığını bildirmək istəyirdi. Ağır-ağır, sanki istəmədən, məcburi hərəkət edirdi. Birdən dəhşətli bir ağrı Gövhər arvadın beynini silkələdi, elə bil ki, bu uğultu onun başının içindən gəlirdi. Stula çöküb başını miz üstə qoydu. Bir an beləcə qalmışdı ki, həyət qapısındakı səs-küy onu başını qaldırmağa məcbur etdi.Həyətdən içəri girən cavan uşaqlar Şəmilin yoldaşları idi. Palazın dörd tərəfindən yapışıb ağır bir şeyi çətinliklə evə tərəf gətirirdilər. Gövhər arvadın gözünə qan sataşdı və...
...Və Gövhər arvadın qiyyəsi bütün kəndin vücudunu lərzəyə gətirdi, ürəkləri titrətdi, qanları damarlarda dondurdu...
- Şəmil... Şəmiiil... hara gedirsən... bizi qoyub hara gedirsən... getmə anan qurban... bizi də apar... orda daha ağrım olmaz... Qurban olum sənə Şəmil, məni də apar...- Gövhər arvad sayıqlayırdı. Hərdən ayılıb başını qaldırır, kimi isə axtarır, istədiyini görməyəndə yenə də bayılır, sayıqlayırdı.
Şəmil meşədə qayadan yıxılaraq zədə almış, əl- ayaq və qabırğaları sınmışdı. Çox qan itirmişdi. Özündə deyildi. Yerli həkim ilk yardım göstərəndən sonra onu və anasını Bakıya aparmağı məsləhət bildi. Anasının da vəziyyəti ağır idi. Hər ikisi Bakıda xəstəxanada yerləşdirildikdən sonra məlum oldu ki, Şəmilin yaddaşı da itib. Zədələr, sınıqlar sağalacaq, lakin yaddaşının geri qayıtması müşkül olacaq. Xaricdə müalicə olunmalıdır. Bunun üçün də çoxlu xərc, pul tələb olunur. Sərxan evini, həyət-bacasını, heyvanlarını satıb bir qədər pul topladı. Qohum-əqraba, kənd camaatı da kömək elədi. Ancaq bu pul Şəmilin müalicəsinin heç üçdə birinə də bəs eləməzdi. Ana və oğul xəstəxanada yatdıqca xərclər bir az da çoxalır, xaricdə müalicəyə isə pul çatmırdı. Sərxan kişinin müraciət eləmədiyi yer qalmamışdı. Amma müalicə xərci düzəlmirdi ki, düzəlmirdi. Hətta, Sərxan kişi bir-neçə universitetə gedib Şəmilin ən yüksək bal topladığını, fenomen bir şəxs olduğunu, yaxşı tələbə, gözəl mütəxəssis olacağını demişdi. Təəssüf... nəinki, Şəmilə kömək eləmək istəyən tapılmamışdı, hətta, gecikdiyinə və yaddaşının bir də geri qayıtmasının sual altında olduğuna görə heç bir universitet onu qəbul edəcəyinə söz verməmişdi.
Sərxan kişi tamamilə çıxılmaz vəziyyətdə idi. Bir yandan arvadı Gövhərin hələ də özünə gəlməməsi, bir yandan da oğlu Şəmilin yaddaşını itirməsi onu çaş-baş vəziyyətdə saxlamışdı. Əli hər yandan üzülmüşdü. Çarə tapa bilmirdi... Kəndçiləri və qohum-əqraba Sərxana həyan idilər. Yenidən pul toplamışdılar. Müəllimlər və hətta, məktəblilər də Şəmilə yardım üçün pul göndərmişdilər. Ancaq tələb olunan miqdarda vəsaiti toplamaq mümkün olmurdu. Əmisi oğlu Güloğlan xarici şirkətlərin birində işləyirdi. O, Sərxana demişdi ki, şirkətin rəhbərliyindən Şəmilə kömək etməyi xahiş edib. Nədənsə, onlardan da hələ bir səs-soraq yox idi.
Şəmilin sınıqları sağalmaq üzrə idi. Lakin heç kimi tanımırdı. Həkimlər, professorlar onun yaddaşının xaricdə müalicə olunacağına əmin idilər. Amma hafizəsinin yenə əvvəlki kimi fenomen vəziyyətdə olacağına şübhə ilə yanaşırdılar. Çünki hafizənin qayıtması, hələ onun əvvəlki biliyinin bərpa olunacağına zəmanət ola bilməzdi. Belə ki, Şəmilin illər boyu gecə-gündüz oxuyaraq savad, bilik topladığı xəzinə məhv ola bilərdi. Sərxan kişi üçünsə övladının sağlam olması bəs eləyirdi. Təki sağalsın, ayağa dursun, onu, anasını tanısın, bəsidir. Bir tikə çörək tapmaq çətin məsələ deyil. Anası yəqin ki, onun səsini eşitsə, sağaldığını duysa ayağa qalxar.
Şəmilin təkcə gözləri canlı idi. Hər yerə baxır, nəzər yetirir, qəfəsə salınmış şir kimi vurnuxur, sanki, bu çarpayıdan azad olmağa çalışır, nə üçün yatdığını anlamağa cəhd edirdi. Gözlərindən sual oxunurdu. Fəhmi onu sual verməyə də, cavab almağa da sövq edrdi. Lakin şüurunda bir boşluq vardı. Amanı, gücü də zəifləmişdi. Nəyinsə çatışmadığını hiss edirdi. Nəyin... başa düşmürdü... Anlaşılmaz bir vəziyyətdə idi. Nəyisə dərk eləməyə çalışırdı. Heç bir şey alınmırdı. Onu belə görən Sərxan kişinin də vəziyyəti tez-tez fənalaşırdı. Amma dözür, səbr edir, əlini Allahdan üzmürdü. Gövhər arvad da, ancaq Şəmili çağıraraq sayıqlayırdı. Deyirdi ki, daha başım ağrımır. Şəmilə deyin ki, gəlib məni də Bakıya aparsın. Sərxanı görəndə ağlayırdı. Şəmili soruşurdu. Həkimlər Gövhər arvadın sarsıntı keçirdiyini, amma tezliklə sağalacağını deyirdilər.
Sərxan kişi Şəmilin yanından çıxıb arvadına baş çəkməyə yönəldi. Yaman darıxırdı. Arıqlayıb, ordu-orduna keçmişdi. Üzünü tük basmışdı, çoxdandı qırxmağa əli çatmırdı. Fikirləşdi ki, bir siqaret çəkib, sonra arvadına dəysin. Həyətə çıxanda kəndçilərindən bir-neçəsinin orada yığışıb söhbətləşdiyini gördü. Əl verib görüşəndən sonra bir siqaret yandırdı. Kəndçıləri də narahat idilər. Şəmilin, Gövhər arvadın vəziyyətini soruşdular. Yenə də bir az pul gətirmişdilər. Sərxan kişi xəcalət çəkirdi, onların da vəziyyətini yaxşı bilirdi. Amma təkidlə pulu Sərxanın cibinə soxdular. Ordan-burdan bir az söhbət elədilər. Elə bu vaxt Sərxan kişinin telefonuna zəng gəldi. Telefonu qulağına dayayıb -“alo”,- dedi. Nə deyildiyini anlamayıb, “alo, başa düşmədim, kimdir danışan,-” deyə dilləndi. Bir az qulaq asıb dedi:- “heç nə başa düşmürəm, hansı dildə danışırsız?..” Sonra telefonu Güloğlana verib: “gör kimdi, nə istəyirlər”-dedi. Güloğlan telefonu alıb bir az dinlədi və sonra ingilis dilində danışmağa başladı. Birdən qışqıraraq, Sərxan kişini qucaqladı. Gözlərindən yaş axırdı. Sifəti həyəcandan qıpqırmızı olmuşdu. Sərxan kişini qucaqlayaraq sevinclə danışır, sanki uçmağa can atırdı. Hamı təəccüblə Güloğlana baxır, nə olduğunu anlamağa çalışırdılar.O isə əli ilə kəndçilərinə baxaraq telefonu göstərir, barmağı ilə nə isə işarə eləyir və sevinc göz yaşları ilə danışmağa davam eləyirdi. Güloğlan beş dəqiqədən çox danışdı. Söhbət qurtarandan sonra bir müddət susaraq Sərxan kişiyə baxdı. Təəccübdən və heyrətdən gözləri bərəlmiş kəndçiləri matdım-matdım ona baxırdılar. O isə hələ də həmyerliləri üçün müəmmalı olan bu telefon danışığıının təsirindən çıxmadığına görə, göz yaşları axıdırdı. Nəhayət, özünə gəldi. Kəndçilərinin də səbri tükənmişdi. Sual atəşinə tutmuşdular onu. Güloğlan gözlərinin yaşını silib, yenə də Sərxan kişini qucaqladı və söhbətə başladı:
-Ona görə də deyiblər ki, ümid sonda ölür. Səbr dinin yarısıdır. Sərxan əmi, gözlərin aydın. Şükür Allaha, Şəmilin işi düzəldi. Oksforddan zəng vurmuşdular. Dünyaca məşhur Oksford universitetindən. Onlar Şəmilin müalicəsini də, oxumağını da, təhsil xərclərini də öz üzərlərinə götürürlər. Bura nümayəndə göndərəcəklər. Şəmili İngiltərəyə aparıb müalicə etdikdən sonra, Oksfordda təhsilinə icazə verəcəklər. Bütün xərcləri universitet özü çəkəcək. Şükür Allahın kərəminə, Sərxan əmi...
- Hələ bir diyan, ay Güloğlan... Sən nə danışeysən. Onlarun nəyinə lazımdu, bu xərci çəksunnər?..
-Ay Sərxan əmi, yaduva gəlir sənə demişdim ki, mən işlədiyim şirkətdən Şəmilə kömək eləməyi xahiş eləmişdim... Sərxan kişi, başı ilə də təsdiqləyərək: - “hə-hə”- dedi. - Hə, mən onlara demişdim ki, bu adam güclü hafizəyə malik, fenomen şəxsiyyətdir. Onlara da belə adamlar lazımdu. Elmli, bilikli. Ona görə də həm müalicə eləyəcəklər, həm də oxutduracaqlar. Onlar inanır ki, Şəmil müalicə olandan sonra, hafizəsi də, biliyi də, savadı da özünə qayıdacaq. Onlar da əməlli-başlı bir alim yetişdirəcəklər...
-Hələ mənə bax, ay Güloğlan, onlar onu oxutdurandan sonra orda saxlıyacağlar, ya bura göndərəcəklər?..
-Sənin üçün nə fərqi var axı, ay Sərxan əmi, sənə oğlunun sağlamlığı lazım deyil?..
- Əlbəttə, sağlamlığı lazımdı, amma burda olmağını istəyirəm. Hələ bir soruş onlardan. Əgər oxuyub qutarandan sonra, bura gələcəksə işləməyə, mən dörd əlli razıyam, yox, əgər orda saxlayacağlarsa, razı deyiləm...
- Nə olare... siz də gedərsiz hərdən onun yanına, o da gələr...
- Yox, mənə oğlumun burda işləməyi lazımdu. Həm gözümün qabağında olar, anasının gözünün qabağında olar, həm də...- Sərxan kişi sözünün davamını gətirmədi, gözləri yol çəkdi. Sonra yenə davam etdi,- həm də onun oxumağına dövlət bu qədər xərc çəkib, elə sizin də zəhmətiniz az deyil, müəllimlərinin də... yox qardaş, yox, sən hələ bir yenə də danış...
Güloğlan öz-özünə mızıldanaraq- “oğlunun sağalmağının hayında deyil, gör nə fikirrəşir...”- deyə telefonu qulağına apardı. Yenə də bir-neçə dəqiqə danışıb Sərxan kişiyə tərəf döndü. – Hə Sərxan əmi, onlar da mənim dediyimi dedilər, amma, mən sənin fikrini deyəndən sonra dedilər ki, nə çoxdur bizim oradakı şirkətlər, neynək, qurtarandan sonra gəlib öz vətənində işləyər. Ona görə də onlar gələndə müqavilə bağlayacaqlar...
-Həəə... olar... Şükür sənə, İlahi...
Sərxan kişi indi arxayın nəfəs alıb, gözlərinin yaşını sildi. Kəndçiləri də sevinir, şükr edib, Sərxan kişiyə təsəlli verirdilər.
Şəfəq sökülməyə başlamışdı. Ulduzlar yavaş-yavaş göy üzündən çəkilirdilər. Elə bil ki, bundan sonra yer üzündə baş verəcək hadisələri seyr eləməyə halları qalmamışdı. Təkcə bir parlaq ulduz öz yerindən tərpənmək fikrində deyildi. Bu Dan ulduzu idi. Görünür, yer və adamların fikrini, dərdini çəkmək onun alnına yazılıbmış. Xəstəxananın həyətində dayanmış iki maşın öz sərnişinlərini gözləyirdi. Birinci xərəkdə Şəmili gətirdilər. Onun gözləri yenə də vəhşi aslanın gözləri kimi parlayırdı. Hər iki gözündən süzülən yaş yanaqlarında donub qalmışdı. Bilmək olmurdu ki, Şəmil itirmiş olduğu hafizəsinə, qürbətə getməyinə, yoxsa, hafizəsindən silinmiş anasının ölümünə ağlayır, ya elə həmişəki kimi, qəfəsə salınmış şirin hiddətli göz yaşlarıdır, hirsini soyudur?.. Bunu anlamaq çox çətin idi. İkinci xərəkdə gətirilən isə Şəmilin anasının nəəşi idi. Son nəfəsinə qədər “Şəmil... Şəmil... Məni də özünlə apar...” deyən Gövhər ananın cənazəsini Sərxan kişinin xahişi ilə Şəmilin xərəyinin yanında saxladılar.
Sərxan kişi dayanmadan axan göz yaşları içində ana və balanın vidalaşmasına şərait yaratdı. Ana və oğul vidalaşırdılar. Hər ikisi xəstəxana xərəyində uzanmışdı. Və hər ikisi bu vida mərasimindən xəbərsiz idİ. Şəmilin gözlərindən gilə-gilə yaş axırdı. Bunu Sərxan kişidən başqa heç kim anlaya bilmirdi. Balasının yanında sağalacağına ümid eləyən ananın cansız cəsədi və hafizəsi itmiş oğula bu cəsədin onun anası olduğunu hiss etdirən ilahi duyğu... Görünür, oğul həsrətinə dözə bilməyən ana və ana məhəbətinin, ana ətrinin hafizələrdən belə silinə bilməyəcəyini hiss edən köməksiz oğulun son görüşü belə olmalı imiş...
Sərxan kişi də hər iki əzizi, doğması, sevimlisi, ciyərparası ilə belə vidalaşırdı...
Maşınlar yola düşdülər. Biri hava limanına, biri də kəndə sarı.
23-03-2022, 10:01
Qəşəm İlqar Ruhdaş – 80

Qəşəm İlqar Ruhdaş – 80

Şair, publisist, dostum Qəşəm İlqar Ruhdaşın 80 yaşı tamam olur. Bu münasibətlə onu ürəkdən qutlayır, yeni uğurlar diləyirəm.
İnam Ata (Asif Ata) həmişə ədəbiyyatın insaniliyin ifadəsində özünəməxsus yerini, rolunu yüksək dəyərləndirib. Ata vurğulayırdı ki, "ədəbiyyat" sözü "əbədiyyət" sözü ilə həmahəngdir. Ədəbiyyat - əbədi izhardır.
Əsl ədəbiyyat şəraiti ötür. Zamanın içərisində ilişib qalan ədəbiyyat ola bilməz. Başqa yandan da böyük ədəbiyyat, ortaya qoyulan əsər hər şeydən öncə yaradıcının şəxsində bilinir, ona inanılır. Əgər yaradıcı yaratdığının yiyəsi ola bilmirsə, yəni əsərlərində ləyaqətdən danışıb, ancaq ömründə yaşaya bilmirsə, onun yazdığına inanmazlar. Ədəbiyyatçı əbədiyyətçiliyi o vaxt ömründə təsdiq eləyir ki, yazdığına bərabər olsun.
Zamanı ötməyən yaradıcılıq, İnsaniliyi vəsf etməyən sənət sabahsızdır. İnsaniliyi öymək özünüifadədir. İnam, İdrak, Mənəviyyat, İradə axtarışı mücərrədlik deyil, konkretlikdir.
Qəşəm Ruhdaş Azərbaycanın mənəvi sərvətləri ilə öyünür, bunları ağlında yenidən yaradır əslində.
Elə yaradasan ki, xalqı ifadə edəsən. Yaranmalı nəsnə fərdin ruhunda yeni, qədimliyi təsdiq edəcək səviyyədə olmadıqda gələcəkli, yaşarı olmur. "Xalqın təməli fərddir" - deyir İnam Ata. Fərdin boyu görünmürsə, xalqın da boyu görünmür, belədə əslində ulus yaranmır, təsdiq olunmur.
Şəxsən tanıdığım Qəşəm Ruhdaş anadangəlmə birüzlüdür. O, Azərbaycanın ulusal dəyər ölçülərini gözəl anlayır, bilir. Qəşəm İlqar Ruhdaş mənim üçün hər şeydən qabaq insanlıq yolçusu olduğuna görə dəyərlidir. Onun üçün şeir mənalı özünüifadə vasitəsidir.
80 yaşınız qutlu olsun, Qəşəm müəllim!


İşıqlı Atalı
23-03-2022, 09:47
Akardan Ukrayna açıqlaması: Bu, müzakirə mövzusu deyil!
Akardan Ukrayna açıqlaması

Hər iki ölkə ilə əlaqələrimiz var. Bu toqquşmanın ən qısa vaxtda dayanmasını, atəşkəsin təmin olunmasını, regionda sülhün və sabitliyin bərqərar olmasını istəyirik.
Bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukraynada davam edən müharibə haqda qeyd edib.

"Humanitar yardımlar da daxil olmaqla, indiyədək əlimizdən gələni etmişik və bundan sonra da edəcəyik. Bizim hansısa formada sanksiyalara əməl etməməyimiz müzakirə mövzusu deyil. BMT-nin sanksiyalarına uyğun davranırıq. Həmçinin tərəflərin görüşməsi, müzakirəsi və atəşkəsin təmin olunması üçün təmaslarımızı davam etdiririk”.
23-03-2022, 09:40
Ermənistan Rusiya təyyarəsinə həbs qoydu
Ermənistan Rusiya təyyarəsinə həbs qoydu

Sanksiyalardan dolayı Rusiya aviaşirkətlərinin 80-ə yaxın təyyarəsinə xaricdə həbs qoyulub.
“İnterfaks” xəbər verir ki, bu barədə Rusiyanin nəqliyyat naziri Vitali Savelyev deyib.
“Ölkədə cəmi 1367 təyyarəmiz var idi (sanksiyalardan əvvəl). Biz 78 təyyarəni itirdik. Uçuş zamanı onlara həbs qoyulub”, - nazir bildirib.
O qeyd edib ki, Rusiyaya dost ölkələrdə - Türkiyə, Azərbaycan, Ermənistanda da laynerlərə həbs qoyulub.
Savelyevin sözlərinə görə, Rusiya Qərbin lizinq şirkətləri ilə təyyarələrin alınması ilə bağlı danışıqlar aparmağa çalışır, lakin onlar danışıqlara getmirlər.
23-03-2022, 09:19
Paşinyana sadiq deputatlar müxalifətin Qarabağ bəyanatını RƏDD ETDİ


Paşinyana sadiq deputatlar müxalifətin Qarabağ bəyanatını RƏDD ETDİ

Martın 22-də hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatlar Ermənistan parlamentinin iclasında Azərbaycanın əleyhinə yönəlmiş Qarabağla bağlı bəyanat layihəsinin qəbulu zamanı müxalifətin təşəbbüsünü dəstəkləməyiblər.
Ermənistan KİV xəbər verir ki, parlament çoxluğu səsvermədə bitərəf qalıb. Yalnız “Ermənistan” və “Mənim şərəfim var” bloklarını təmsil edən parlament müxalifəti (107 deputatdan 30 nəfəri) layihəni dəstəkləyib.
Xatırladaq ki, Ermənistan parlamentinin qapalı iclasında Qarabağdakı vəziyyət müzakirə olunub. Təşəbbüs parlament müxalifəti tərəfindən irəli sürülüb. Müzakirə mövzusu “Qarabağda humanitar vəziyyət, təhlükələr və təxirəsalınmaz tədbirlər” adlandırılıb.
22-03-2022, 10:37
Ukrayna: Ruslar son sutkada ağır itkilər verib, 300 hərbçi fərarilik edib
Ukrayna: Ruslar son sutkada ağır itkilər verib

“Qoşunlarımız ruslara zərbə endirməkdə davam edib və müəyyən ərazilərdə uğur qazanıb. Son 24 saatda qarşı tərəfin 1 təyyarəsi, 6 PUA-sı, 2 helikopteri, 14 tankı, 8 piyada döyüş maşını, 3 artilleriya sistemi, 300-ə yaxın canlı qüvvəsi məhv edilib".
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin cəbhə bölgəsindəki son durumla bağlı operativ məlumatında deyilir.
"Hərbi Hava Qüvvələrimiz qarşı tərəfin şəxsi heyətinə və texnikasına sarsıdıcı zərbələr vurub. Son sutkada rus təyyarələrinin daha fəal hərəkəti müşahidə olunur. Ukrayna ərazisindəki Rusiya qoşunlarının təminatı o qədər də yaxşı deyil. Ruslar Belarus Silahlı Qüvvələrini müharibəyə cəlb etməkdən ötrü aqressiv təbliğatı davam etdirirlər. Sumı vilayətinin Oxtırka rayonunda rus hərbçilərinin itaətsizlik faktları qeydə alınıb. 300-ə yaxın rus hərbçi komandirlərinin tapşırıqlarını yerinə yetirməkdən imtina edib. Onlar 70 texnika ilə əməliyyat zonasını tərk ediblər. Ruslar Donetsk və Luqansk istiqamətlərində irəliləmək və möhkəmlənmək cəhdlərini davam etdirir. Lakin bu səylər nəticəsiz qalır",-məlumatda deyilir.
22-03-2022, 10:33
“ABŞ-ın göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndiririk” - İlham Əliyev

Azərbaycan ilə Birləşmiş Ştatların ikitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində birgə fəaliyyəti təqdirəlayiqdir. Bu baxımdan enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə tərəfdaşlığımızı səciyyələndirən aparıcı sahələr sırasındadır.
Butov.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenə ünvanladığı məktubda yer alır.
Novruz bayramı münasibətilə Co Baydenin təbrik məktubuna və xoş sözlərinə görə təşəkkürünü bildirən dövlətimizin başçısı deyib:
“Sizin də qeyd etdiyiniz kimi, bu il biz Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlamətdar ildönümünü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu hadisə ilə əlaqədar Sizi təbrik edir, dost Amerika xalqına ən səmimi arzularımı çatdırıram.
Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən otuz ildə ölkələrimiz arasında uğurlu ikitərəfli münasibətlər formalaşmışdır. Bu dövr ərzində çoxşaxəli səmərəli fəaliyyətimiz qarşılıqlı investisiya yatırımı, ölkənizi təmsil edən yüzlərlə şirkətin Azərbaycanın iqtisadi həyatında fəal iştirakı ilə müşayiət olunmuşdur.
Azərbaycan ilə Birləşmiş Ştatların ikitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində birgə fəaliyyəti təqdirəlayiqdir. Bu baxımdan enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə tərəfdaşlığımızı səciyyələndirən aparıcı sahələr sırasındadır. Qlobal enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edən Xəzər dənizinin Azərbaycan sektorunda zəngin enerji ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəqli, irimiqyaslı transmilli enerji layihələrinin reallaşması sahəsində ABŞ-ın göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndiririk.
Azərbaycan beynəlxalq terrorizm və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə də Birləşmiş Ştatlarla bir sırada yer almış, etibarlı tərəfdaş olduğunu sübut etmişdir. Ölkəmizin NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası çərçivəsində sona qədər ABŞ-la sıx işbirliyi beynəlxalq sülh və təhlükəsizliyə verdiyimiz töhfənin bariz təzahürüdür”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Köşə
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!