Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
27-03-2022, 08:57
BƏRƏKƏTLƏRDƏN YEDDİSİN


Araz Əhmədoğlu yazır: "BƏRƏKƏTLƏRDƏN YEDDİSİN"


20-nci yüzilliyin başlanğıcında İranda Pəhləvi faşizmini hakimiyyətə gətirən düşüncə sistemi Türk ulusuna aid olan dəyərlərin başda gedən Bayramını (İl Bayramı da adlanır) eləcə də başqa dəbləri, dəyərlərini uydurub dəyişməyə, ən azı unutdurmağa başladı. Farsların "Həft sin" (yeddi dənə "s" hərfi) adlandırdığı süfrəyə sarımsaq, sumaq kimi acı, turş yeməklər qoyulur! Acı hara Bayram havası hara?! "Buyurun, ağzınızı şirin eləyin.", "Ağzın şirin olsun!" kimi xeyir sözlər işlənən aynda (Ərəbicə mərasimdə) acı sarımsağın, turş sumağın nə anlamı ola bilər ki? Bəziləri qarşıtlar fəlsəfəsini irəli sürüb gecə ilə gündüz, ağ ilə qara, eləcə də şirinlə acının bir arada olması şərtini irəli sürə bilər. Ancaq Türk dünya görüşündə Bayram hal-havası ancaq keçmiş qışdan ölüb yazda yenidən doğulmaq yaxud birdəfəlik dəyişmək fəlsəfəsi ilə bayram tutulur. Elə ona görə də ölüləri anmaq üçün "Qara Bayram" olaraq ilin son Cümə axşamını bu ayn üçün nəzərdə tuturlar. Beləliklə də qarşıtlar fəlsəfəsinin burada keçəri qalmır. Ondan başqa çox zadlar "s" hərfilə başlayır, elə hər nə /s/ səsilə başlasa, süfrəyə qoyula bilərmi? Yox artıq! Daha nələr?!!
Bayram ayı ilin, həm də qışın son ayıdır. Bu ayda insan yaşayışının dəyişməsinin başlıca görüntü yaxud simgəsi olaraq ev tökmə aynıyla başlayar. Bu aynda evin hisi-tozu alınar; kilimlər, xalılar yuyular; evin hər yeri arınıb sil-süpür olunar; göy göyərdilər. Ev tökmə bitdikdən sonra, bayram ayının son günlərində "Bayram süfrəsi" qoyular. Bu süfrə evdən evə, xanımların səliqəsi, bir də o evin var-dövlətinə görə bir-birindən fərqli görünsə də, əslində süfrəyə qoyulan o yeddi qələm nəsnə eyni olar. Bayram süfrəsində qoyulan hər nəyin özünə anlamı var. Başqa sözlə, o süfrədəki hər nə özünə bir imgə, bir simvoldur.
Ev böyükləri gənclərə belə bir tapşırıq verər: "Süfrəyə bərəkətlərdən (ikisin, üçün, dördün, besin, altısın yox) YEDDİSİN qoyun". O yeddi dənə bunlardan ibarət olur:

1. Göy bərəkəti: Quran, Su, ayna/güzgü, yanar şam (bu simgələr toy aynında (mərasimində) də görünür. Onlar hamısı aydınlığı təmsil edən rəmzlərdir. Aydınlıq istəyi bütün aynlarımızda başda gəlir. Bu aydınlıq gözdə, qulaqda, beyində, ürəkdə, bir sözlə, bütün varlığımızda yaranmalıdır. Örnək üçün, Quranı elçisinə yollayan Allahın insan oğluna ilk tapşırığı bu olub: “إقرأ” yəni “OXU!”. Aydınlığın əzəli-əbədi yolu elə bu oxumaqdan başlayır.
2.
Yer bərəkəti: buğda (qovurqa)
3. Torpaq bərəkəti: səməni, göy
4. Ağac bərəkəti: alma, iydə, badam, cəviz/qoz, kişmiş, fındıq
5. İş bərəkəti: sikkə, pul (xırda pulsa, göyün içinə, kağız pulsa, Quranın içinə qoyulub il süftəsi verilir)
6. Heyvan bərəkəti: (Soğan qabığıyla boyanmış) yumurta
7. Süfrə bərəkəti: şirnilər, noğul, şokolad
Bizdəki o 7 o vaxtlar gözlə görünə bilən yeddi ulduz-gəzəgən, yaradılışın yeddi gün çəkməsi, göylərin yeddi qat olması, Nəsiminin yaradıcılığının bünövrələrindən sayılan Allahın görsəntisi (təzahürü) olan insan üzündəki yeddi cizgi, Həmd surəsinin yeddi ayəsi (Ərəbicə Səbülməsani, سبع المثانی), həftənin yeddi günü və hər gün üçün özəl bərəkət ya nemət istəyi kimi qutsal inamlardan irəli gəlib.
“7” Türk ulusunun bütün dünya görüşündə özünə geniş yeri var. Örnək üçün bu bayatıda elimiz niyə “yeddi” oğul istəyir?
Gəlin, gəlin, duz gəlin,
Əl-ayağı düz gəlin,
Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin!

Milli qəhrəmanımız, ulu mifimiz Koroğlunun 7000, bəzi deyimlərdə 77000, bəzisində isə 7777 dəlisi var. Klasik ədəbiyyatımızın zirvəsi olan Nəsimi rübailərindən üç örnək:
"Ey qaşın'la kirpiyin, zülfün yedi (7),
Ol yedi (7) kim Şeytan onu bilmədi;
Həqq bu sirri Əhmədə kəşf eylədi
Onun üçün adını "Ümmi" dedi.

Həqq dedi kim yer yedi (7) vü göy yedi (7),
Laməkan təxtində gizli dir yedi (7);
Gizli Adəmdə əyan oldu yedi (7),
Dörd yedi bir kez nədən oldu yedi?


Quranda Təlaq surəsi, 12-nci ayədə buyurur: "Yeddi göyü, yerdən də oncasını yaradan Allahdır." Ərəb dilinin əlifbası da 28 dənə dir: 28 ÷ 4 = 7.

Kirpiyin qaşınla zülfün dir yedi (7),
Yer yedi vü göy yedi, Sən də yedi (7);
Nə səbəbdən həftənin adı yedi (7)?
Bunda hikmət var dırır: Müshəf yedi (7)!"

26-03-2022, 11:26

Hindistan Azərbaycana da buğda satmaq istəyir
Hindistan Azərbaycana da buğda satmaq istəyir

Hindistan Azərbaycan da daxil olmaqla 30 ölkəyə buğda ixracını artırmaq üçün müraciət edəcək.
Bununla bağlı Hindinstan Ticarət Nazirliyi qərar qəbul edib.
Nazirlik rəsmisinin açıqlamasına görə, Hindistan dünyanın 30-a yaxın buğda idxal edən ölkəsində Rusiya və Ukraynanı əvəz etmək niyyətindədir. Bu 30 ölkədən 10-15-i Rusiya və Ukrayna buğdası ilə yanaşı Hindistan buğdasının artıq mövcud müştəriləridir.
Bununla belə, Hindistanın payı Rusiya və Ukrayna ilə müqayisədə idxalın ümumi həcmində daha azdır. Bundan başqa, onilliklər ərzində Rusiya və Ukrayna buğdasının fəal alıcısı olan daha 10-15 ölkə var. Hindistan hökumət sövdələşmələri və özəl kanallar vasitəsilə ixracı artırmaq üçün onları da diqqətlə izləyir. Bu siyahıya Azərbaycan, Misir, Suriya, Mərakeş, Türkiyə, Sudan, İtaliya, Yəmən, Yunanıstan və Hindistan buğdasını nadir hallarda alan Şimal-Şərqi Afrika ölkələri daxildir.
Hindistanın 2022-2023-cü illərdə (2022-ci ilin aprelindən 2023-cü ilin martınadək) rekord həddə - 111 milyon ton buğda istehsal edəcəyi gözlənilir ki, bu da cari illə müqayisədə təxminən 2 milyon ton çoxdur.
Xatırladaq ki, statistikaya əsasən Hindistan 2021-ci ildə dünyada buğda istehsal edən ölkələr sırasında Çindən sonra ikinci yerdə qərarlaşıb.
26-03-2022, 11:19
Rusiya yeni hədəfini açıqladı
Rusiya yeni hədəfini açıqladı

Əməliyyatımızın birinci mərhələsinin məqsədinə nail olundu. Ukrayna ordusunun gücü xeyli azaldı və bu, bizə əsas hədəfimizə: Donbasın azad edilməsinə diqqət yetirməyə imkan verir.
Bunu Rusiya Baş Qərargah rəisinin birinci müavini general-polkovnik Sergey Rudskoy deyib.
"Əməliyyat bütün hədəflərə çatana qədər davam edəcək", - S. Rudskoy deyib.
26-03-2022, 11:08
Rusiyaya sanksiya Almaniya iqtisadiyyatını sarsıdır
Rusiyaya sanksiya Almaniya iqtisadiyyatını sarsıdır

Alman ekspertlər Ukrayna ətrafındakı vəziyyət və antirusiya sanksiyaları səbəbindən 2022-ci ildə ölkədə iqtisadi vəziyyətin pisləşəcəyini proqnozlaşdırıb. “Şpigel” qəzeti məlumat verir ki, İqtisadi Tədqiqatlar İnstitutu ölkənin biznes mühitində qiymətlər və işsizlik səviyyəsi, müxtəlif makroiqtisadi göstəricilərin artım dinamikası və s. ilə bağlı yeni araşdırma aparıb.
Nəticədə qurum bu ilki iqtisadi mühitin meyarını 98,5-dən 90,8-ə endirib. Verilən proqnozun nəticəsi isə minimum şəkildə ən azı qarşıdakı altı ayı əhatə edir. Vəziyyətin pisləşməsi isə təchizat halqasının pozulması və logistika problemləri ilə bağlıdır. Məlumatda müəssisələrin üçdə ikisinin artıq qiymətləri qaldırmağa hazır olduğu qeyd olunub.
26-03-2022, 09:22
ABŞ Ukraynaya ordu yeridir?!


Bayden ağzından qaçırtdı: ABŞ Ukraynaya ordu yeridir..

Polşanın Jeşuv şəhərində amerikalı hərbçilərlə görüşən ABŞ Prezident Co Baydenin çıxışı zamanı söylədiyi fikirlər Rusiya mediasında əks-səda yaradıb.
Ağ Ev rəhbəri amerikalı hərbçilərin Ukraynada vəziyyəti dəyərləndirə biləcəyini söyləyib.
“Siz ora (Ukrayna – red.) gedəndə, hər şeyi öz gözlərinizlə görəcəksiniz”, - deyə Ağ Ev rəhbəri bildirib.
Prezidentin bu çıxışı ABŞ-ın Ukraynaya ordu qüvvələri göndərəcəyi yönündə geniş müzakirələrə səbəb olub.
Xatırladaq ki, bundan öncə ABŞ rəsmiləri amerikalı hərbçilərin Ukraynada Rusiyaya qarşı döyüşməyəcəyini dəfələrlə bildiriblər.
25-03-2022, 17:01
Tanınmış azərbaycanlı yazıçı Kanadada vəfat etdi

Cənubi azərbaycanlı yazıçı Kanadada vəfat etdi

Azərbaycan əsilli məşhur yazıçı Rza Bərahəni 86 yaşında vəfat edib.
Yazıçının vəfatı barədə oğlu Oktay Bərahəni məlumat yayıb. O bildirib ki, Kanadada mühacirətdə yaşayan atası bu gün Toronto şəhərində dünyasını dəyişib.
Xatırladaq ki, Rza Bərahəni 1935-ci ildə Təbriz şəhərində doğulub. İbtidai məktəb dövrünün bir hissəsi Seyid Cəfər Pişəvərinin qurduğu demokratik hökumətin dövrünə düşməsi ilə bir müddət türkcə təhsil alıb, lakin hökumətin süqutundan sonra ana dilində təhsil qadağan edilib və bu hadisələr yazıçının gələcək fəaliyyətində əvəzolunmaz rol oynayıb.
O, Cənubi Azərbaycandakı ana dili hərəkatının görkəmli nümayəndəsi sayılır. Əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilən R.Bərahəni İrandakı Pəhləvi, daha sonra hakimiyyətə gələn qüvvələrin təzyiqi nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalıb.
R.Bərahəni 2001-2003-cü illərdə Kanada “Pen Klubu”nun sədri olub. O, ədəbiyyat sahəsində "Nobel" mükafatına namizəd göstərilsə də, sonradan namizədlər siyahısından çıxarılıb. Buna səbəb iranlı müxaliflərin fəaliyyəti olduğu bildirilib.
25-03-2022, 16:53
16 kq narkotik müsadirə edildi

Polis əməliyyat keçirdi: 16 kq narkotik müsadirə edildi

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 16 kiloqrama yaxın əsasən güclü təsir edən xassəyə malik olan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayonunun Qobu qəsəbəsinin sakini Şahin Nəzərli Biləsuvar rayonu ərazisində saxlanılıb. Keçirilən baxış zamanı ona məxsus idman çantasından ayrı-ayrı bağlamalarda 14 kiloqram 335 qram narkotik vasitə heroin, 1 kiloqram 115 qram tiryək və 410 qram marixuana aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla Ş.Nəzərlinin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və onun vasitəsilə əldə etdiyi narkotik vasitələri deyiləcək yerlərə çatdırmaqla satışını təşkil etməli olduğu müəyyən edilib. Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
Qeyd edək ki, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən təkcə son bir ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 14 fakt aşkarlanıb. Nəticədə 40 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
25-03-2022, 16:44
Zakir Həsənov Şoyqu ilə danışdı


Zakir Həsənov Şoyqu ilə danışdı

Martın 25-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.
25-03-2022, 16:15


Avropa İttifaqının ilk müdafiə strategiyası təsdiqləndi
Avropa İttifaqının ilk müdafiə strategiyası təsdiqləndi

Avropa İttifaqının (Aİ) 27 dövlətinin liderləri İttifaqın növbəti beş-on il üçün “Strateji Kompas” adlanan ilk ümumi müdafiə və təhlükəsizlik strategiyasını təsdiqləyib.
“RİA Novosti” verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel “Twitter” hesabında bildirib.
Bu həftənin əvvəlində sənəd Aİ xarici işlər nazirləri tərəfindən razılaşdırılıb.
Sənəddə deyilir ki, Ukraynadakı münaqişə, dünyada baş verən geosiyasi dəyişikliklər Aİ-nin öz baxışını müdafiə etmək və maraqlarını qorumaq qabiliyyətini şübhə altına alır: “Biz strateji rəqabət və mürəkkəb təhlükəsizlik təhdidləri, regionumuzda və onun hüdudlarından kənarda artan münaqişələr, silahlı təcavüzlər və qeyri-sabitlik mənbələri mühitində yaşayırıq ki, bu da böyük humanitar iztirablara və əhalinin yerdəyişməsinə səbəb olur”.
Sənəddə həmçinin vurğulanır ki, Aİ yaranan böhranlara təkbaşına və ya tərəfdaşları ilə birlikdə cavab verə bilməlidir. Bununla əlaqədar “Strateji Kompas” 5000 nəfərlik korpusdan ibarət Avropa çevik reaksiya qüvvələrinin formalaşdırılmasını nəzərdə tutur.
Ölkələr həmçinin Vahid Müdafiə və Təhlükəsizlik Siyasəti çərçivəsində dənizdə və quruda müntəzəm birgə təlimlər keçirməli, hərbi səfərbərliyi artırmalı, mülki və hərbi missiyaları gücləndirməli olacaqlar.
Bundan əlavə, sənəddən belə çıxır ki, daha güclü Avropa NATO və transatlantik əməkdaşlığın rolunun azalması mənasına gəlmir, əksinə onun üzvləri üçün kollektiv müdafiənin əsası olmaqda qalan alyansı gücləndirəcək.
24-03-2022, 20:43
QHT Agentliyinin maliyyə yardımı ilə “Şərqi Zəngəzur” kitabı nəşr olunub
QHT Agentliyinin maliyyə yardımı ilə “Şərqi Zəngəzur” kitabı nəşr olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin həyata keçirdiyi “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində tarix üzrə fəlsəfə doktoru, yazıçı publisist Hacı Nərimanoğlunun “Şərqi Zəngəzur” kitabı nəşr olunub.
Müəllif və layihə rəhbəri H.Nərimanoğlu deyir: ötən ilin ən mühüm ictimai-siyasi hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 7 iyul 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərimizdə Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və “Şərqi Zəngəzur iqtisadi rayonu”nun (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılması oldu.
“Füyuzat” nəşriyyatında yeni çapdan çıxan kitabda keçmiş məcburi köçkün vətəndaşlarımızın doğma dədə-baba yurdlarına qayıdışına mənəvi dəstək nəşrdə əsas məqsəd, ümdə qayə olaraq qırmızı xətt kimi keçir.
220 səhifəlik rəngli nəşrdə dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Şərqi Zəngəzur bölgəsinə səfərləri, fəaliyyət proqramlı çıxışlarında qarşıya qoyduğu vəzifələrə həsr olunmuş materiallar xüsusi yer tutur.
Kitabda 2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş Şərqi Zəngəzur bölgəsinə daxil olan bu rayonların hər birinin uzaq və yaxın keçmişi, iqtisadi potensialı, təbii sərvətləri, I və II Qarabağ müharibəsi tarixi ayrı-ayrı oçerklərdə əks olunub. Zəngəzur mahalının tarixi keçmişi, hazırda işğaldan azad edilmiş bölgələrdə aparılan geniş miqyaslı tikinti, quruculuq işləri, mənfur düşmənin murdar ayaq izlərinin itirilməsi, məhv edilmiş mülki, sosial obyekt və infrastrukturlarının yenidən dirçəlişi, Şərqi Zəngəzurun gələcək mənzərəsi, inkişaf perspektivləri kitabda sənədlər, foto-informasiya, analitik təhlillərlə qələmə alınıb. Müəllifin Vətən müharibəsinin ilk günündən başlayaraq yazdığı, KİV-də yayılan hərbi-vətənpərvərlik motivli məqalələrinin bir hissəsi də kitaba daxil edilib.
Filologiya elmləri doktoru, professor Əliağa Cəfərovun redaktorluğu və ön sözü ilə buraxılan nəşr Şərqi Zəngəzur bölgəsinin tarixinə və bu gününə həsr olunmuş ilk elmi, publisistik kitabdır.
Kitabın nüsxələri işğaldan azad edilmiş rayonlar ilk sırada olmaqla, respublikamızın təhsil, mədəniyyət obyektlərinə, kitabxanalara, yerli icra strukturlarına paylanır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!