Lavrov Mirzoyana zəng etdi .....                        Düşmənin qorxulu yuxusu şəhid Pəncəli Teymurovun doğum günüdür .....                        Gəncədə 15 yaşlı qızı maşın vurdu .....                        Şuşada iftar çadırları quruldu - FOTO .....                        İtkin düşən 6 nəfər tapıldı .....                        İran və Ermənistanda zəlzələ oldu .....                        Mingəçevirdə meyit tapıldı .....                        Baş prokuror Vyetnama gedib - FOTO .....                        Türkiyədə aksiyalarda mindən çox etirazçı saxlanılıb .....                       
23-03-2025, 23:38
ABŞ İrana hücumu istisna etmir


ABŞ İrana hücumu istisna etmir

Birləşmiş Ştatlar İranla böhranın sülh yolu ilə həllinə sadiqdir.
Bunu ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff deyib.
"Amma bu o demək deyil ki, Amerika lazım gələrsə, hərbi güc tətbiq edə bilməz", - o qeyd edib.
Vitkoff əlavə edib ki, ABŞ prezidenti Donald Tramp İslam Respublikasının nüvə silahı hazırlamasının qarşısını almaq niyyətindədir. "Biz hər şeyi hərbi yolla həll etməli deyilik, lakin bu o demək deyil ki, əgər bizi müəyyən nöqtəyə gəlsək, hərbi əməliyyatlara əl atmayacağıq, müəyyən şərtlər daxilində bunu edəcəyik", - xüsusi nümayəndə qeyd edib.
O əlavə edib ki, vəziyyət “kritik nöqtəyə” yaxınlaşır, lakin İran hələ də öz proqramından imtina edə bilər. “Bu, bizim İrana siqnalımızdır: gəlin oturaq və görək, dialoq, diplomatiya yolu ilə istədiyimiz nəticəyə gələ biləcəyikmi... Yoxsa, o zaman alternativ o qədər də yaxşı deyil”, - ABŞ prezidentinin xüsusi nümayəndəsi bildirib.
23-03-2025, 22:51
Kanada seçkiyə gedir - Tarix məlum oldu


Kanada seçkiyə gedir - Tarix məlum oldu

Aprelin 28-də növbədənkənar parlament seçkiləri keçiriləcək.
Bu barədə Kanadanın baş naziri Mark Karni məlumat verib.
"Mən indicə Kanadanın Baş Qubernatoru Meri Saymondan Parlamenti buraxmağı və aprelin 28-nə seçki təyin etməyi xahiş etdim. O, razılaşdı", - Karni deyib.
Baş nazir qeyd edib ki, növbədənkənar seçkilərin keçirilməsi qərarını ölkənin iqtisadi problemlərini tez bir zamanda düzəltmək və ABŞ administrasiyasının tarif siyasətinə cavab vermək zərurəti ilə qəbul edib.
23-03-2025, 22:22
Çingiz İsmayılov vəfat etdi


Çingiz İsmayılov vəfat etdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) keçmiş baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.
Bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.
Çingiz İsmayılov bu il aprelin 12-də 90 yaşını qeyd edəcəkdi.
O, pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Çingiz İsmayılov 1956-1961-ci illərdə "Neftçi"nin şərəfini qoruyub. Sonra "Neft daşları", həmçinin Bakının və Gəncənin "Dinamo" komandalarında oynayıb. Futbolçu karyerasını bitirəndən sonra televiziyada futbol şərhçisi kimi çalışıb, sonra "Neftçi"nin rəisi (1987-1993), AFFA-nın baş katibi (1994-2003) olub. 89 yaşlı veteran futbolçu 2022-ci ilin dekabrında "Tərəqqi" medalı ilə təltif edilib.
23-03-2025, 21:21
Paşinyan İrəvana ağır məğlubiyyətlə qayıdır


Paşinyan İrəvana ağır məğlubiyyətlə qayıdır

UEFA Millətlər Liqasının seçmə mərhələsində Gürcüstan və Ermənistan milli komandaları üz-üzə gəlib.
Pley-off mərhələsinin cavab oyunu Tbilisidəki "Dinamo Arena"da baş tutub.
Oyunda Ermənistan millisi Gürcüstan komandasına 6-1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın oyunu izləmək üçün bu gün Tbilisiyə gedib. O, gürcü həmkarı İrakli Kobaxidze ilə birgə stadionda oyunu izləyib.
Xatırladaq ki, Gürcüstan komandası İrəvanda 3:0 hesabı ilə qalib gəlmişdi.
23-03-2025, 21:17
Bakıda birgə əməliyyat


Bakıda birgə əməliyyat

Bakının Sabunçu rayonunda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin birgə əməliyyat nəticəsində yarımkilodan çox narkotik aşkarlanaraq müsadirə edilib.
Bu barədə sözügedən dövlət qurumlarının birgə məlumatında bildirilib.
“Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ağayev Dilavər Məhərrəm oğluna məxsus 528,025 qram heroin, 31,48 qram qurudulmuş marixuana və 317,322 qram metamfetamin Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 210 ünvanda aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır”, – məlumatda qeyd olunub.
23-03-2025, 20:54
Ramazanın 24-cü gününün duası - İmsak və iftar vaxtı


Ramazanın 24-cü gününün duası - İmsak və iftar vaxtı

Martın 24-ü Ramazan ayının 24-cü günüdür.
Sabah imsak vaxtı saat 05:11, iftar isə 19:11-dədir.

İmsak duası:

“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin!”

Tərcüməsi:

“İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah rucunuzu qəbul etsin!
23-03-2025, 20:42
23-03-2025, 20:40
23-03-2025, 20:39
23-03-2025, 20:36
Bakıda itkin düşmüş 3 rəfiqədən biri tapıldı


Bakıda itkin düşmüş 3 rəfiqədən biri tapıldı

Sosial şəbəkələrdə Bakıda yetkinlik yaşına çatmayan üç rəfiqənin itkin düşməsi ilə bağlı məlumat yayılıb.
İtkin düşmə kimi axtarış elan edilmiş yeniyetmələrdən biri polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!