Naxçıvanda ağır qəza - 5 nəfər yaralandı .....                        Ceyhun Bayramov Fidanla bir arada .....                        Mirzoyan Fidanla danışıqlar apardı .....                        Gürcüstan "3+3"ə qoşulmağı planlaşdırmır .....                        Prezidentin Türkiyə səfəri başa çatdı - FOTO .....                        Azərbaycanda gün ərzində ikinci zəlzələ .....                        ABŞ-İran danışıqları müsbət atmosferdə keçib .....                        " Babamın papağı, nənəmin kəlağayısı" .....                        Ceyhun Bayramov həmkarı ilə görüşdü .....                       
9-04-2025, 16:43
Rövşən Nəcəfə yeni vəzifə verildi


Rövşən Nəcəfə yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfə yeni vəzifə verilib.
O, Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasına rəhbərlik edəcək.
Rövşən Nəcəf 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Neft Şirkətinin prezidenti təyin edilib. O, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidentidir.
Qeyd edək ki, Dövlət Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli 67 nömrəli Sərəncamı ilə yaradılıb.
9-04-2025, 16:29
Ceyhun Bayramov Sergey Mihovu qəbul edib


Ceyhun Bayramov Sergey Mihovu qəbul edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Xarici İşlər Nazirliyinin dövlət katibi Sergey Mihovu qəbul edib.
Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, görüş zamanı Azərbaycan-Moldova əməkdaşlığının siyasi, iqtisadi, ticarət, enerji, humanitar aspektləri, münasibətlərin inkişaf perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mihai Popşoy ilə görüşünü məmnunluqla xatırlayan C.Bayramov ikitərəfli, eləcə də çoxtərəfli əməkdaşlığın inkişafında bu kimi təmasların, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini qeyd edib.
İkitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub, xüsusilə enerji təhlükəsizliyi sahəsi üzrə tərəfdaşlığın inkişaf perspektivlərindən istifadənin əhəmiyyəti vurğulanıb.
İqtisadiyyat, ticarət, investisiyalar sahələri üzrə əməkdaşlıq imkanlarının müzakirəsi baxımından Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın rolunun vacibliyi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə Azərbaycan və Moldovanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Moldova tərəfindən isə dövlət katibi Sergey Mihov rəhbərlik edib.
9-04-2025, 16:18
Kliniki Tibbi Mərkəzdə 13 nəfər zəhərlənmədən ölüb


Kliniki Tibbi Mərkəzdə 13 nəfər zəhərlənmədən ölüb

Bu ilin ilk üç ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 297 nəfər qəbul edilib.
Bu barədə KTM-dən məlumat verilib.
Qeyd olunub ki, onlardan 11 nəfər botulizm zəhərlənməsi ilə şöbəyə qəbul edilən xəstələrdir. Şöbəyə qəbul edilən xəstələrin hər biri intensiv zəruri stasionar müalicə prosedurlarına cəlb edilib.
Həkimlərin səylərinə baxmayaraq, son üç ayda şöbəyə qəbul edilən xəstələrdən 13 nəfərin (11 kişi, 2 qadın) həyatını xilas etmək mümkün olmayıb.
9-04-2025, 16:14
Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi


Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası
ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyası aşağıdakı yeni tərkibi təsdiq edilib:

Dövlət Komissiyasının sədri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) prezidenti

Dövlət Komissiyasının üzvləri

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

PAŞA Holdinqin Baş icraçı direktoru

NEQSOL Holdinqin Baş icraçı direktoru

Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.

Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Dövlət Komissiyasının Katibliyi yaradılmalı və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilməlidir.
Xarici İşlər Nazirliyi Dövlət Komissiyasının yeni tərkibi barədə Yaponiya tərəfinə bildiriş göndərməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
9-04-2025, 16:10
Prezident yeni rektor təyin etdi


Prezident yeni rektor təyin etdi

Mingəçevir Dövlət Universitetinə yeni rektor təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, sözügedən vəzifəyə Anar Nazim oğlu Eminov gətirilib.
9-04-2025, 15:46
Azərbaycanla Somali müdafiə sahəsində əməkdaşlıq edəcək


Azərbaycanla Somali müdafiə sahəsində əməkdaşlıq edəcək

Azərbaycanla Somali müdafiə və müdafiə sənayesi
sahələrində əməkdaşlıq edəcək.
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
9-04-2025, 15:37
Müəllimlərin maaşlarına əlavələr veriləcək - Gələn ildən...


Müəllimlərin maaşlarına əlavələr veriləcək - Gələn ildən...

Azərbaycanda məktəblərin publik hüquqi şəxə çevrilməsi prosesinə başlanılacaq. Məsələ ilə bağlı açıqlamanı elm və təhsil naziri Emin Əmrullayev verib.
O deyib ki, hazırda məktəblər Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərir: "Məktəblərin publik hüquqi şəxsə çevrilməsi uzunmüddətli prosesdir. Ona görə də hazırda gördüyümüz sadəcə transformasiya olaraq bu prosesi həyata keçirməkdir. Növbəti mərhələdə bunu pilot qaydada həyata keçirəcəyik".
Qeyd edək ki, prosesin başlanğıcı ötən ilin iyun ayında qoyulub. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib.
Nümunəvi Nizamnaməyə əsasən, ümumi təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə ümumi təhsil proqramlarını, habelə məktəbəhazırlığı həyata keçirən publik hüquqi şəxs hesab olunacaq.
Məktəblərin publik hüquqi şəxsə çevrilməsi onların dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərən qurumdan çıxaraq, müstəqil hüquqi şəxs statusu alması deməkdir. Bu qərar məktəbin idarə olunması, maliyyələşməsi və fəaliyyət mexanizmlərində mühüm dəyişikliklərə gətirib çıxaracaq.
Mövzu ilə bağlı elm və təhsil eksperti Kamran Əsədov bildirib ki, bu məsələ uzun müddətdir müzakirə olunur:
“Orta məktəblərin publik hüquqi şəxsə çevrilməsi onların idarəetməsində muxtariyyətə, müstəqilliyə və çevikliyə gətirib çıxara bilir. Bu gün ölkəmizdə 4400-dən çox orta ümumi təhsil məktəbi var. Onlar hərhansı idarəetmə ilə bağlı qərar qəbul edəndə rayon təhsil sektoruna, regional təhsil idarəsinə, eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət etməli olurlar. Amma publik hüquqi şəxsə çevriləndən sonra məktəb özünü maddi-texniki bazasını daha səmərəli qura, özünün büdcəsi ola biləcək”.
K.Əsədov qeyd edib ki, əslində publik hüquqi şəxs dünyanın inkişaf etmiş ölkələrində təhsilə yanaşmanın ən yaxşı nümunəsidir:
“Amma bizdə bunun idarəedilməsi ilə bağlı ciddi problemlər olacaq. Publik hüquqi şəxsin özünün bank hesabı, mühasibatlığı, büdcəsi olmalıdır. Biz sertifikasiyadan sonra gördük ki, müəllimlərimizin müəyyən bir qismi öz ixtisasını belə normal bilmir. Biz oraya ixtisaslı büdcə mütəxəssisini necə cəlb edəcəyik?! Əslində bu yaxşı haldır. Məsələn məktəbdə parta, pəncərə qırıldığı zaman, tədbir keçirmək, yaxud ekskursiyaya getmək lazım olduğu zaman bunu öz büdcəsi hesabına edə biləcəklər. Hətta bu yolla ianələr hesabına müəllimlərin əməkhaqlarına da əlavələr verilə biləcək. Amma bunun keçidində mütəxəssis hazırlamalıyıq. Təhsildə həyata keçirilən islahatları birdən-birə həyata keçirmişik, amma yerlərdə bununla bağlı nöqsanlar ortaya çıxır. Məktəblərin publik hüquqi şəxsə çevrilməsi günün tələbidir. Bu gün məktəblərin inkişafdan geri qalmasının əsas səbəbi idarəetmədəki müstəqilliyin olmamasıdır”.
Ekspertin sözlərinə görə, publik hüquqi şəxsə çevrilən məktəblərdə mütəxəssis çatışmazlığı olacaq:
“Ona görə də yaxşı olar ki, regionları idarə biləcək qədər mühasib, idarəetmə sahəsini bilən şəxsləri hazırlayandan sonra bu proses keçirilsin. Yoxsa fəsadlar olacaq və bu fəsadları aradanq qaldırmaq hesabına başa gələcək. Bu proses idarəetməni, mühasibatlığı bilən kifayət qədər kadr olduqdan sonra başlana bilər. Ən azından 2026-2027-ci tədris ilində bu prosesə keçid edilə bilər. Publik hüquqi şəxslər haqqında qanun var, amma bu qurumlar xidmət göstərirlər. Biz isə hələ təsdiq etməmişik ki, müəllimlik peşədir yoxsa xidmətdir. Məktəblər xidmət göstərir, yoxsa vətəndaş yetişdirir. Bu məsələlər öz əksini tapmalıdır. Məktəblər ölkəmizdə digər publik hüquqi şəxslər kimi yox, tamamilə başqa formatda olmalıdır. Publik hüquqi şəxslər həm də özlərində dövlət qulluqçusu statusu da daşıya bilirlər. Biz müəllimlərimizə bu statusu verməmişik. Yəni birinci biz hüquqi bazanı hazırlamalıyıq, ondan başqa ən vacib məqamlardan biri olan maliyyə idarəetməsi ilə bağlı mütəxəssis hazırlamalıyıq. Yəni birdən-birə bu prosesə keçməməliyik”. Ən azı yay ayından bu sahədə mütəxəssislər hazırlanmalıdır ki, bu prosesə keçid ediləndə problem ortaya çıxmasın”.
9-04-2025, 15:35
Suqovuşana növbəti köç oldu


Suqovuşana növbəti köç oldu

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən yenidən qurulan Ağdərə rayonunun Suqovuşan kəndinə respublikanın müxtəlif ərazilərində çətin şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.Bu mərhələdə Suqovuşan kəndinə 54 ailə - 179 nəfər köçürülüb. Bu gün kəndə çatan ailələrə evlərinin açarlarının təqdimatından əvvəl şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra açarlar sahiblərinə verilib. Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, öz doğma yurdlarına köç edən sakinləri təbrik edərək, onlar üçün yaşayış kompleksində hər cür şəraitin yaradıldığını bildirib. Qeyd edək ki, Suqovuşan kəndi fasiləsiz elektirik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.Xatırladaq ki, indiyədək Ağdərə rayonunun Suqovuşan kəndinə dörd köç karvanı olub. Kənddə ümumilikdə 180 ailə məskunlaşıb.






9-04-2025, 15:30
Yasamalda tikintidən 20 min manatlıq oğurluq


Yasamalda tikintidən 20 min manatlıq oğurluq

Yasamal rayonunda 20 min manatlıq oğurluq edən şəxslər saxlanılıb.
Yasamal rayonu ərazisində yerləşən tikintilərin birindən 20 min manat dəyərində armaturun oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, orada çalışan 32 yaşlı E.Cabbarov və 27 yaşlı S.Nəsirov müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, Xəzər rayonu ərazisində bir nəfərə məxsus “Mercedes” markalı avtomobildən 3500 manat dəyərində mobil telefon və qol saatı oğurlamaqda şübhəli bilinən 16 yaşlı yeniyetmənin saxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.

9-04-2025, 15:13
Türkiyə Suriyada hərbi baza yaradır?


Türkiyə Suriyada hərbi baza yaradır?

Türkiyənin Suriyanın mərkəzində yerləşən Palmira şəhəri yaxınlığındakı T4 hərbi obyektini hərbi baza kimi istifadə etməyə başladığına dair iddialar yayılıb.
T4 bazasına Türkiyə tərəfindən hava hücumundan müdafiə sistemlərinin də yerləşdirilməsi planlaşdırılır.
Türkiyə Milli Müdafiə Nazirliyi bu barədə rəsmi açıqlama verməsə də, nazirlik mənbələri Dəməşq hökuməti ilə hərbi əməkdaşlıqla bağlı danışıqların getdiyini təsdiqləyiblər. Eyni zamanda, mediada yayılan bəzi məlumatlara etibar edilməməsi çağırışı edilib.
Fevral ayında Suriyanın keçid hakimiyyətinin rəhbəri Əhməd Əş-Şəraa ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Ankarada keçirilən görüş zamanı iki ölkə arasında müdafiə paktının müzakirə edildiyi bildirilir. Bu razılaşmanın T4 və Palmira hərbi hava bazalarında Türkiyəyə məxsus hərbi mövcudluq yaradılmasını, eləcə də Suriya ordusunun Türkiyə tərəfindən təlim keçilməsini nəzərdə tuta biləcəyi qeyd olunur.
"Reuters" agentliyinə danışan regional kəşfiyyat rəsmisi, iki suriyalı hərbi mənbə və məsələdən xəbərdar olan başqa bir suriyalı mənbə təsdiqləyiblər ki, Türkiyə Silahlı Qüvvələrinə aid mütəxəssislər Palmira və T4 bölgələrindəki hava bazalarında uçuş zolağı, hangar və digər infrastrukturun vəziyyətini araşdırıblar. Mənbələrin bildirdiyinə görə, 25 mart tarixində planlaşdırılmış növbəti texniki yoxlama isə İsrailin həmin günün səhəri T4 və Palmira bölgələrinə hava hücumu təşkil etməsi nəticəsində ləğv olunub.
Türkiyənin T4 bazasında “Hisar” tipli hava müdafiə sistemləri yerləşdirməklə, həm də pilotsuz uçuş aparatları (PUA) üçün əməliyyat mərkəzi qurmaq istədiyi iddia edilirdi. Lakin bazanın vurulması bu planların reallaşmasına ciddi zərbə vurub.
Bu inkişaflar İsrailin ciddi narahatlığına səbəb olub. Aprel ayında İsrail Hərbi Hava Qüvvələri Palmira və T4 bölgələrində yerləşən hərbi obyektlərə hücum təşkil edib. İsrailin Müdafiə naziri Yisrael Katz bəyan edib ki, İsrail öz təhlükəsizliyini təhdid edə biləcək istənilən aktora qarşı önləyici addımlar atacaq. Suriya Xarici İşlər Nazirliyi isə bu hücumları ölkədə sabitliyi pozmağa yönəlmiş “açıq təxribat” kimi qiymətləndirib.
Suriya lideri yenidən Türkiyəyə səfərə hazırlaşır. Bu səfərin Türkiyənin Suriyada güclənməsinə təkan ola biləcəyi qeyd olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!