Corab satan Allahverdi Yolçuyevə iş verildi .....                        İŞİD lideri və iki oğlu öldürüldü .....                        Nazir əməliyyat müşavirəsi keçirdi - Tapşırıqlar verdi .....                        Meşə yanğının Bülent Ersoyun villasına çatdı .....                        Makronun sözünün çəkisi yoxdur .....                        Ceyhun Bayramov Fidanla sülhdən danışdı .....                        HƏMAS razılaşma istəmir - Tramp .....                        Şuşa Media Forumu qlobal mətbuatda .....                        Şamaxıda "Mercedes" ana və qızını vurdu .....                       
24-07-2025, 14:34
Füzulidəki yanğın Hadruta çatır


Füzulidəki yanğın Hadruta çatır

Füzuli rayonunun Mollavəli kəndi istiqamətindən Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətinə doğru yanğınlar müşahidə olunur. Yanğının miqyası genişlənir.
Əraziyə yanğınsöndürən briqadaları cəlb olunub.
24-07-2025, 14:30
Mişustin Paşinyanla görüşdü


Mişustin Paşinyanla görüşdü

Rusiya hökumətinin başçısı Mixail Mişustin Altay Respublikasında səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Beynəlxalq Ekologiya Konfransı çərçivəsində baş tutan görüşdə hər iki ölkənin nümayəndə heyətlərinin üzvləri də iştirak edirlər.
24-07-2025, 14:18
Arif Babayevin vəziyyəti ağırlaşdı - Xəstəxanaya yerləşdirildi


Arif Babayevin vəziyyəti ağırlaşdı - Xəstəxanaya yerləşdirildi

Xalq artisti, professor Arif Babayevin vəziyyəti ağırlaşıb.
Bu barədə onun oğlu Yaşar Babayev məlumat verib.
Oğlunun sözlərinə görə, Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
O bildirib ki, Xalq artistinin Təcili Tibbi Yardım maşını ilə Bakıdakı xəstəxanalardan birinə gətirilməsi üçün hazırlıq işləri görülür.
24-07-2025, 09:36
Hacıqabulda “Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib


Hacıqabulda “Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə kiçik qrant müsabiqəsinin qalibi olan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən icra olunan “Milli baş geyimi və örtükləri” adlı layihə çərçivəsində 23 iyul 2025-ci il tarixində növbəti maarifləndirici-mədəni tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi Hacıqabul Rayon Mədəniyyət Mərkəzində keçirilib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və videoçarxın nümayişi ilə başlayıb.

Tədbiri layihənin rəhbəri və aparıcısı, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Alıyeva açaraq layihənin məqsədləri, əhatə etdiyi fəaliyyətlər və görülən işlər barədə geniş məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi Azərbaycan xalqının qədim və zəngin geyim mədəniyyətinin mühüm tərkib hissəsi olan kişi və qadın baş geyimlərinin – kəlağayı, papaq, araqçın, örpək və digər ənənəvi örtüklərin tədqiqi, təbliği və gələcək nəsillərə ötürülməsidir.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xuraman Məmmədova, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayon üzrə nümayəndəsi Dövran Həsənov, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Əmirov, Birliyin idarə heyətinin üzvü Azadə Quliyeva, birliyin üzvü Zülfiyyə İsmayılova, Hacıqabul rayon Mərkəzi Kitabxanasının şöbə müdiri Aytəkin Mirzəyeva, Hacıqabul rayon Mədəniyyət Mərkəzinin solistləri Zakir Saniyev və Fatimə Saniyeva, rəqs ifaçısı Teyyubə Kərimova, gənc aşıq Nərmin Cəlal və digər yaradıcı şəxslər iştirak ediblər.

Çıxış zamanı, milli geyimlərin yalnız maddi deyil, həm də mənəvi dəyər daşıdığını qeyd edərək, bu cür təşəbbüslərin milli-mədəni irsin qorunması və gənc nəsillərə ötürülməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Onlar bu layihənin bölgələrdə keçirilməsini yüksək qiymətləndirərək, xalqın mədəni yaddaşının yaşadılması baxımından xüsusi rol oynadığını bildiriblər.
Tədbir çərçivəsində Azərbaycanın kişi və qadın baş geyimlərindən – kəlağayılar, papaqlar, araqçınlar və digər ənənəvi örtüklərdən ibarət sərgi nümayiş olunub. Bununla yanaşı, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən yaradılmış kəlağayı ədəbiyyatına dair nəşr olunmuş kitablar da ziyarətçilərin diqqətinə təqdim edilib.

Sonda layihə rəhbəri Güllü Alıyeva Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Hacıqabul Rayon İcra Hakimiyyətinə, Hacıqabul Mədəniyyət Mərkəzinə və tədbirdə iştirak edən bütün qonaqlara dərin təşəkkürünü bildirib.
Layihə çərçivəsində növbəti tədbirlərin Saatlı və Kürdəmir rayonlarında keçirilməsi nəzərdə tutulur.



24-07-2025, 07:35
Gülgəz NUR yazır

Gülgəz NUR


Üfüqi sual

"Gözlərimdən yuxu qaçmış, məni boğmaqda xəyal,
Düşünən beynimi sarmış yenə bir qəmli sual..."


(M.F.Axundzadə)

Varlıq... Bu kəlmənin altında düşünə bildiyimiz və bilmədiyimiz hesabsız mövcudiyyatlar toplanıb. Gördüyümüz və təsəvvür etdiyimiz; görmədiyimiz və sandığımız; duyduğumuz və hətta duyğumuza yönəltməyə çalışdığımız (varlıq qüdrətlidir)... Və bu "varlıq" dediyimiz əslən vahid anlayış olub, ancaq ötən yaranışlarda zaman-zaman fərqli libaslara bürünüb, fərqli adlar alaraq, müxtəlif anlamlar daşımağa başlayıb.
Beləliklə, sivilizasiyalar dəyişdikcə özündən (hüceyrəsindən) xəbərsizləşməyə doğru yuvarlanan... adına həm də "insan övladı" deyilən bu möcüzə varlıq sanki özü ilə təhtəlşüuri mücadiləyə başlamalı olub. Təbiətin ayrılmaz hissəsi olan bu Yaramış zatən tam-tamına elə bu təbiətin səbəb və nəticəsi olaraq da hələ fidankən hər cür himayə altına alınmış təbiət bəsləntisi və səhranın hər cür təbii ərköyünlüyünə duruş gətirmək məcburiyyətində qalan Qədərə uğramış qurban kimi 2 cəbhəyə ayrılmalı olub. İndi diqqət edək: Bağ-bostanda qulluq ilə ərsəyə gələn təbiət neməti xəfif, köməyə ehtiyaclı, daim qulluq istəyən olsa da, uyumlu və bəhrəlidir. Üstəlik, ətraf da ondan bəhrələndiyindən canayatımlı, gözəl, diqqətəşəyandır. Səhranın sazağına, susuzluğuna, ilgisizliyinə sinə gərən Yaranmış -- digər nemət isə möhkəm, dözümlü olsa da, bəhrəsiz və görünüşsüzdür. Əcaba, kimdir müqəssir? Qulluq altında böyüyən nemətin daxili gücü göründüyü qədərilə bəhrə verməyə meyllənib. Digər, əks mühitin Yaranmışının isə potensialı daxili və xarici mücadilələrə xərcləndiyindən, nəticədə bəhrəsizliyə uğrayıb. Əlbəttə, Yaradan hər bir Qədərin, taleyin mayasına bir hikmət verib təbii. Amma...ancaq...lakin... Yaranmış da daim özünü ifadə etməyə, gündüzlər Günəşin üzünə gülümsəməyə, gecələr Aya səcdə etməyə, bununla da Yaradanını xoşnud etməyə ehtiyaclıdır axı. Vəziyyət isə elə gətirib ki, necə deyərlər, bağdakı bu halı heç xatırlamır, dağdakı isə acılardan yorğun düşmüş kökünün budaqlarına axıtdığı sızıltıdan doğan məyusluğu səbəbilə gülümsəməyi çoxdaaaaaan unudub.
Dörd yol ayrıcında oturub bu halı seyr edən Qərib Yolçu isə titrək, codlaşmış dodaqları arasında sıxdığı müştüyünə dərin bir qullab vuraraq pərişan düşüncələrə dalıb: "Kimdir müqəssir? Təbiətmi? Qədərmi? Ya Yaranmışın ilkin rüşeymlərimi?"
24-07-2025, 07:19
Səngərdə doğulan əbədilik

Xalidə Xalid
Araşdırmaçı -yazar/Türkiyə


“ÖNCƏ VƏTƏN” layihəsində:
Səngərdə doğulan əbədilik
Azərbaycanımın dəyərli oxucuları!
“Öncə VƏTƏN” layihəsi ilə yenidən sizinləyəm.
Nəzərinizə çatdırım ki, bu layihə Türkiyə mətbuatında Azərbaycan şəhidlərinin tanıdılması ilə başladı və Azərbaycan mətbuatında Türkiyənin ŞƏHİD övladlarının həyat hekayələrini sizə təqdim etməklə davam edir.
Bu, mənim sizinlə “ÖNCƏ VƏTƏN” layihəsində üçüncü görüşümdür.

ŞƏHİD-sadəcə bir ad deyil, müqəddəslikdir. O, vətənin qəlbində əbədi yanan alov, torpaqda böyüyən qürur, azadlıq üçün çırpınan ürəkdir.
ŞƏHİDLİK-insanın ucaldığı ən yüksək zirvə, vicdanın susmadığı, qorxunun qalib gəlmədiyi, qürurun susqunluqda belə danışdığı səcdə yeridir.
Bu yazıda sizə təqdim etdiyim qəhrəman, jandarma baş leytenantı Gökhan Korkut da o müqəddəs səslərdən yüksələn hayqırtıdır.
Onun həyatı sadəcə keçilmiş yol deyil, sevgi, əzm və millətin yaddaşında yaşayan qəhrəmanlıq dastanıdır.
Vətən onunla fəxr etdi, torpaq onu bağrına basdı, millət onu unutmadı…
Şəhid anasının oğul nisgili...

Gökhanım, 1985-ci il, 24 iyul saat 10:45-də dünyaya göz açdı.
Bu anı heç vaxt unutmaram. O doğulanda mənim cəmi 19 yaşım vardı.
İlk göz ağrımız idi. Atası həmin gün işdə idi, xəstəxanaya bizi onsuz apardılar. Səhər icazə alıb gəldi.
O qədər yaraşıqlı, o qədər sevimli bir körpə idi ki, Gökhanım...
Böyüdükcə ailəmizin sonsuz sevgisi ilə əhatələndi.
Mərhəmətli, qoruyucu, mərd, qəlbi sevgi dolu bir uşaq idi. Müəllimləri də onu çox sevirdi.
Hər zaman öz haqqını qoruyardı, heç kimin onun haqqını tapdalamasına izn verməzdi.
Orta məktəb illərində hərbçi olmaq arzusunu gizlətmirdi.
Doğrusu, mən onun hərbçi olmağını istəmirdim. Amma onun təkidi qarşısında etirazım gücsüz qaldı.
Üç dəfə sənədləri geri qaytarılsa da, inadından dönmədi. Dördüncü cəhdində arzusuna çatdı.
Bu yola çıxan beş dostdan yalnız Gökhanım liseyə qəbul oldu, hərbi yolu seçdi.
Antalya Anadolu Liseyinə qəbul olsa da, imtina etdi.
Sevdiyi qızdan ayrıldığını dediyi gün sanki ürəyimdən bir parça qopdu. Onun ailəsi Gökhanın bu seçimlə barışa bilmədi.
İgidim isə Vətən yolunu seçdi. Onlar bu yolun müqəddəsliyini anlamadılar.
Bir gün evə gəlib “Anacan, mən onu unutdum”, – dedi.
Amma səsindəki acını, qəlbindəki sarsıntını hiss edirdim.
Onun üçün başqa bir qız seçdik. Nişan günündə mənə“Ana, səninlə bir az gəzməyə çıxmaq istəyirəm,bəlkə bir də bərabər gəzə bilmədik…”-dedi.
Sanki bilirdi, bu bizim son gəzintimiz olacaq...
İndi onun otağına girəndə divarlardan boylanan baxışlarını, üzümdə nəfəsini hiss edirəm.
Telefon zənglərində onun səsini eşidəcəyimə inanıram.
Əfsus ki, indi yalnız dualarımla, cismani yoxluğundakı həsrətimlə onu qucaqlayıram...
ŞƏHİD atası Vəli kişinin gördüyü yuxu...
Hər şey o yuxudan başladı...

Bir cümə gecəsi Vəli kişi qəribə bir yuxu gördü.
Evlərinin həyətində izdiham vardı – insanların üzündə həyəcan, havada səssizlik...
Oyananda qəlbinə qəribə bir ağrı çökdü. Səhər tezdən oğluna zəng etdi:
– Oğlum, necəsən?
– Əlayam, ata. Hər şey yolundadır, narahat olma.
Gökhan Hakkaridə Xüsusi Əməliyyat Taborunda bölük komandiri idi.
Təyinatını özü istəmişdi – “Vətən üçün” deyərək ən çətin bölgəyə könüllü getmişdi.
Amma o yuxunun sükutu çox çəkmədi...
Ertəsi gün qapı döyüldü. Vəli kişi titrəyən addımlarla qapıya yönəldi.
Qapını açanda qarşısında duran polkovnik-leytenantın dodaqlarından çıxan sözlər onun dünyasını yıxdı:
– Başınız sağ olsun. Oğlunuz ŞƏHİD olub...
Huşunu itirdi. Ayılanda tibb işçiləri başına toplaşmışdılar.
Ətrafında həyat yoldaşının, övladlarının hönkürtüklərini gördü.
Səhəri gün komandirlər ona Gökhanın harada dəfn olunmasını soruşduqlarında:
“ Şəhidlər məzarlığında...”-dedi.
Gökhan 30 min insanın duaları və göz yaşları ilə torpağa tapşırıldı.
Vəli kişi bu kəlamın mənasını oğlunun şəhadətindən sonra daha dərindən anladı:
“Atəş düşdüyü yeri yandırar...”
Mustafa Korkutun qardaş həsrəti…

“Gökhan mənim sadəcə qardaşım deyildi, o, mənim idealım idi,” – deyir Mustafa.
Uşaqlıqda daim onun arxasınca gedərdim. Məhəllədə kim dara düşsə, o an özünü yetirərdi.
Həm qoruyucum idi, həm də oyunlarımızın dadı, ləzzəti. O zamanlar qəhrəman deyildi, amma qəhrəmanlıq onun içində idi...
14 yaşında hərbi liseyə getdi. Onun ayrılığı məndən sanki bir can alırdı. Amma bilirdim – onun yolu başqa idi. O yola tək çıxmışdı.
Son dəfə dəniz kənarında bir yerdə addımladıq. Dalğaların səsi, sükutun içində Gökhanın varlığı...
İndi o sahilə tək gedirəm. Amma hər addımımda sanki o da var – nəfəsi qulağımda, gülüşü ruhumda yaşayır.
Ən çox içimi ağrıdan – Hakkariyə getdiyində onun yanına gedə bilməməyim oldu. Terror vardı, çox təhlükəli idi. Səfərim alınmadı.
“Şəhidlər ölməz!” – bu söz boşuna deyilməyib. Onun hər an bizimlə olduğuna, yenə də bizi düşündüyünə əminəm.
Gökhan təkcə qardaş yox, yüzlərlə əsgərin dayandığı bir dağ, onların içində döyünən ikinci bir ürək idi.
O, sadəcə zabit deyildi – sükutun içində yol göstərən bir səs idi...
Biz ona ‘komandir’ dedik, o bizə ‘qardaş’ oldu…
(Silahdaşı Nazim Şana)

Gökhanla 13 il eyni yolu paylaşdıq. Hər anı yaddaşımıza yazılmış bir roman kimiydi – susqunluğu da danışırdı, baxışları da.
Əsəbi deyirdilər. Əslində, bu, onun məsuliyyət hissindən doğan bir gərginlikdi. Nəyi necə edəcəyini yaxşı bilirdi.
“Olmaz” sözü onun lüğətində yox idi. Onun yanında olmaq – təhlükənin ortasında belə özünü güvəndə hiss etmək demək idi.
Bir dəfə Hakkaridə düşmənin mövqeyini izah etmək üçün torpağın üstünə bıçaqla səssizcə xəritə çəkdi. Sonra gözlərini bizə dikdi:
“Hazırsınızmı?”
O baxış – qorxusuz, inam dolu, sarsılmaz idi. O baxış hələ də gözümün önündədir...
Biz səngərləri, gecələri, qarın içindəki səssizliyi bölüşdük.
Onunla çalışmaq sadəcə əmrlərə tabe olmaq deyildi – bir inancın, bir ruhun birlikdə daşınması idi.
Şəhid olduğu gün içimizdə sanki bir şey qopdu.
Amma son sözləri, o anki davranışı – onu bir daha bizə tanıtdı:
“Məni burada saxlayın. Qoruyucu atəş açın. Düşməni məhv edin.”
O, ağır yaralı idi. Amma özündən çox əsgərlərini düşünürdü. Canını sipər etdi – onları qorumaq üçün.
Bu, sadəcə igidlik deyildi. Bu, Vətənə sönməz bir sevginin son çağırışı idi.
Biz ona “komandir” deyirdik. Amma içimizdə o – qardaş idi.
İndi isə o, ŞƏHİDLİK zirvəsində – bir bayraq kimi susmadan dalğalanır...
O, geri dönməyi heç düşünməyənlərdən idi…
(Mayor Serkan Güvel)
2012-ci illin yay aylarıydı. Gökhanıma zəng etdim. “Nə var nə yox, nə edirsən?”-deyə, soruşdum.
“Çalışırıq” dedi. O dönəmlərdə Şemdinli olayları vardı. Mən də sanki tikan üsündə oturmuşdum, elə hey Gökhanı düşünürdüm.
Dedi ki, “sənin keçmiş bölüyüyünə köməyə gəlmişəm.”
Çaşıb qaldım.Bizim Bolu komando taburu ordaydı. Həmin dönəmlərdə terror qruplaşmaları ilə çox çətin anlar yaşanırdı.
Dedim “Gökhan getmə, biraz kənara çəkil”.
O, qəhrəman dostum düşmənə qarşı təkbaşına irəli atılaraq, cəsurcasına döyüşmüş. Bir də görür ki, ətrafında kimsə qalmayıb. Terrorçuların işində təkbaşınadır.
Bunları mənə özü danışmışdı.Hətta mən də əsəbləşmişdim. “Getmə, sənin geri dönüşünü gözləyirəm” demişdim.
O geri dönməyi heç düşünməyənlərdi. Çünkü onun üçün, sonunu düşünən qəhrəman ola bilməzdi.
Hər kəs onun haqqında xatirəsini danışar. Mənimsə onunla bağlı danışacaqlarım o qədər çoxdur ki...
Ondan mənə uşaqlığımız, bərabər oturduğumuz partalar, pulumuz olmadığı günlərdə son qəpiyimizi birlikdə xərclədiyimiz günlərin xatirəsi yadigar qaldı...

Mərd, dürüst, ürəyi neceydisə, sözü də oydu. Kimsədən qorxmazdı. Döyüləcəyini bilsəydi belə, yenə də hər davaya girərdi.
Məslək yoldaşım, sirdaşım, qardaşım Gökhanım.
İçində fırtınalar qopan komandir...
(Mayor Cihan Ünal)
Gökhanla ilk dəfə tanış olanda cəmi 14 yaşı vardı.
Uşaq yaşında evindən, ailəsindən uzaq düşmüşdü. Çiyinlərinə böyük bir məsuliyyət almışdı.
Hərbi formanı ilk dəfə o zaman geyinmişdi.
Amma əslində, bu forma onun üçün bir and idi – bayrağa, millətə, vətənə səssiz, dərin bir and…
O forma Gökhan üçün sadəcə geyim deyildi – vicdanının, sədaqətinin, məsuliyyətinin simvolu idi.
Və mən əmin idim, bu formanı son nəfəsinə qədər daşıyacaq.
Gökhan sakit təbiətli insan idi. Üzündə həmişə dərin bir dinclik vardı. Halbuki içində fırtınalar əsərdi…
Amma heç kimə hiss etdirməzdi.
Səsi ucalmazdı, amma varlığı dayaq idi. Onunla bir yerdə olmaq – özünü güvəndə hiss etmək demək idi.
Hər kəsə şəfqətli, anlayışlı, insani dəyərlərlə yaşayan bir adam idi.
Heç vaxt rola girmədi-özü oldu.
O, arxamızda bir dağ idi…
Hərbi forma onun üçün sadəcə geyim deyildi…
(Mayor Serkan Polat)
Gökhanı ilk dəfə görəndə cəmi 14 yaşı vardı.
O da ailəsindən uzaq düşmüşdü – balaca uşağın çiyninə geyindirilmiş böyük məsuliyyətin içindəydi.
Hərbi formanı ilk dəfə o zaman geyinmişdi, amma o forma onun üçün göydəki bayrağa, dövlətinə, xalqına olan and idi.
Bu forma onun üçün sadəcə geyim deyildi.
Bu forma – silah yoldaşlarına sədaqətinin, millətinə sevgisinin, Vətənə borcunun canlı simvolu idi.
Mən əmin idim – bu formanı son nəfəsinə qədər çıxarmayacaq.
Gökhan sakit adam idi. Daxilində fırtına qopsa da, üzündə sakit bir dəniz vardı.
Heç kimə o çırpıntıları hiss etdirməzdi.
İçindəki vulkanları susqunluqla örtərdi.
Amma bu səssiz adamın qəlbi sevgi ilə dolu idi.
Hər kəsə qarşı şəfqətli, anlayışlı, ən çətin anda dayaq olan, sarsılmaz bir güvən timsalı idi.
Yanında olanda adamın içini rahatlıq bürüyərdi – çünki, Gökhan varsa, sən yalnız deyilsən.
Onun varlığı – güvənin, mərhəmətin, sədaqətin canlı, nəfəs alan təcəssümü idi.
İnsanlar çox şey deyə bilər, çox rol oynaya bilər.
Amma Gökhan olduğu kimi idi.
Nə içindəki hissləri gizləyərək yalançı gülərdi, nə də mərhəmətini göstərməkdən çəkinərdi.
O, sadəcə komandir deyildi…

Səni heç vaxt unutmayacağıq, komandir…
(Qazi Jandarma Baş Çavuş Arif Büyükakçalı)
Bölük komandirim, jandarma baş leytenantı Gökhan Korkutu xatırlayanda gözümün önünə onun dik duruşu, baxışlarındakı qətiyyət və içimizi isidən səmimiyyəti gəlir.
O, sadəcə komandir deyil – həm dayağımız, həm yol yoldaşımız idi.A rxasında dayananda sanki sinəmizi dağlara söykəmiş kimi hiss edirdik.
Komandirim cəsarətin canlı simvolu idi -təlimli, ayıq və daim döyüşə hazır.
Hər tapşırıqdan əvvəl bölgəni incəliyinə qədər araşdırar, heç bir detala göz yummazdı.
Onun yanında biz həm qoruma altında, həm də ruhən güclü idik.
Gökhanla çox əməliyyata qatıldıq.Hər dəfə onun rəhbərliyi altında qələbə qazanırdıq.
Cəmi 4 ayda illərə bərabər qəhrəmanlıqlar sığdırdı.Əsgərləri ilə bərabər həmişə ön cəbhədə döyüşər, arxada dayanmazdı.
Sərt dağlarda, çətin keçidlərdə, bəzən gecə-gündüz eyni mövqedə dayanırdıq. O, yorulmazdı, sanki bölgənin nəfəsini hiss edərdi.
Komandirim ŞƏHİD dostlarının da yükünü çiynində daşıyırdı.Dostunun şəhadətindən sonra onun bölüyünə könüllü keçdi.
And içdi – ŞƏHİD yoldaşlarının qisasını alacaq!
Fiziki baxımdan da möhkəm idi – idmançı quruluşlu, döyüş ruhlu.
Xidmət bölgəmiz sərt iqlim şəraitindəydi, amma biz geri çəkilmədik – çünki arxamızda Gökhan komandirimiz vardı.
Bu torpaqlar uğrunda çox arzular yarımçıq qaldı.
Atalar oğulsuz, analar balasız, övladlar atasız qaldı.
Amma biz dönmədik…
Çünki biz Vətənə, bayrağa, komandirlərimizə and içmişdik.
Səni heç vaxt unutmayacağıq, komandir…
Əsgərlərinə ata, dost, qardaş idi…
(Əsgər Ali Almacık)
2012-ci ildə, Hakkarinin sərt və soyuq qışında “EFELƏR” taborunda xidmət edirdim.
Orada tanıdım Baş leytenant Gökhan Korkutu.
O, sadəcə 3-cü bölüyün komandiri deyildi – bizim halımıza yanan, ruhumuza dayaq duran bir insan idi.
Hər dəfə bölüyə gələndə əvvəl hal-əhval tutar, səmimi bir səslə soruşardı:
“Nə çətinliyiniz var? Necə gedir işlər?”
Bu sadə sual bizə güvən verirdi.
Bilirdik ki, komandirimiz bizi yalnız vəzifə üçün deyil, insan olaraq düşünür.
Bir gün otağında çay istədi. Sonra isə “Necəsən?” – deyə soruşdu.
– Yaxşıyam, komandir, amma hava çox soyuqdur… – dedim.
Masasından üç cüt qalın corab çıxardı, mənə uzatdı:
“Bunlar keyfiyyətlidir, Ali. Növbəyə gedəndə geyin, ayaqların üşüməsin.”
Bu kiçik jest illərlə unutmadığım bir an oldu.
O, sadəcə zabit deyildi – əsgərlərinə ata, dost, qardaş olan bir ürək sahibi idi.
Gökhan komandir, ŞƏHİD olmuş dostunun bölüyündə xidmət etmək üçün könüllü təyinat istədi.
Bu fədakarlığı onu gözümüzdə bir dağa çevirdi.
O, vəfası ilə sevildi, sadəliyi ilə hörmət qazandı, igidliyi ilə yadda qaldı.
Ruhun şad olsun, komandirim…

TƏRCÜMEYİ-HAL
Gökhan Korkut, 24 iyul 1985-ci ildə Antalyanın Korkuteli qəsəbəsində, Vəli və Leyla cütlüyünün ailəsində dünyaya gəlib.
İbtidai və orta təhsilini Antalyanın Kəpəz qəsəbəsində yerləşən Erenköy İbtidai Məktəbində (indiki İbrahim Doğaner İbtidai Məktəbi) və Mimar Sinan Orta Məktəbində alıb.
1999-cu ildə Bursa İşıqlar Hərbi Liseyinə qəbul olub və dördillik təhsilini uğurla başa vurub.
2003-cü ildə həmin liseyi bitirərək təhsilini Ali Piyada Hərbi Məktəbində davam etdirib.
2007-ci ilin 30 avqustunda, 88-ci buraxılışın jandarma leytenantı kimi həmin məktəbdən məzun olaraq Türk Silahlı Qüvvələrinin şərəfli zabitlərindən birinə çevrilib.
2008-ci ildə Ankaranın Beytəpə bölgəsindəki Jandarma Məktəbləri Komandanlığında zabitlər üçün təkmilləşdirmə kursunu uğurla tamamlayıb.
2008–2009-cu illərdə ilk xidmət yerində – Sinop Jandarma Komandanlığında xidmət edib.
2009–2010-cu illərdə Hatay vilayətinin Dörtyol rayonunda yerləşən Jandarma Komando Tabor Komandanlığında 2-ci Komando Bölüyünün 1-ci tağım komandiri olub.
2009-cu ildə İzmirin Foça rayonundakı Komando Məktəbində komando təkmilləşdirmə kursunu, 2010-cu ildə isə döyüş və fiziki hazırlıq üzrə kursları və Karakol Komandanlığı kursunu müvəffəqiyyətlə tamamlayıb.
2010–2012-ci illərdə Kahramanmaraşın Elbistan rayonunda yerləşən Karahasanuşağı Xüsusi Təyinatlı Jandarma Karakolunun komandiri kimi xidmət edib.
Bu müddətdə Dağ Komando İxtisas Kursu, Paraşüt-Desant Kursu, Daxili Təhlükəsizlik Əməliyyatları üzrə Planlaşdırma və İcra Kurslarını uğurla bitirib.
1 iyul 2012-ci ildə Hakkarinin Yüksekova rayonundakı “Efeler” Tabor Komandanlığına 3-cü bölük komandiri olaraq təyin edilib.
Xidmət etdiyi müddətdə Hatay Amanos dağlarında PKK/Konqra-Gel terror təşkilatına qarşı uğurlu əməliyyatlar həyata keçirib.
18 noyabr 2012-ci il tarixində, Hakkarinin Şemdinli rayonunun Tahtataş Təpə bölgəsində baş verən silahlı toqquşma zamanı qəhrəmancasına ŞƏHİD olub.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!