Malıbəyli qətliamından 33 il keçdi .....                        Azərbaycan səfirindən beynəlxalq ictimaiyyətə çağırış .....                        HƏMAS girovların azad edilməsini təxirə salıb .....                        Ermənistan-Türkiyə sərhədi açılır? - RƏSMİ .....                        III kurs tələbəsi vəfat etdi .....                        Paşinyan Makronla sülhü müzakirə etdi .....                        Elmar Məmmədyarov "rus casusu" iddialarına cavab verdi: "Kiminsə qarnı ağrıyır" .....                        “Neftçi” səfərdə “Zirə”yə qalib gəldi .....                        Vardanyanın məhkəməsində nələr danışıldı? .....                       
Tarix : 10-12-2019, 14:01
İranda azyaşlı qızların evlilik halı 4 dəfə çoxalıb
İranın Gənclər və İdman nazirinin cavanlarla iş üzrə müavini Məhəmmədmehdi Tündquyan evlilik üçün verilən kreditlərin məbləğinin artırılmasından sonra ölkənin müxtəlif bölgələrində azyaşlı qızların nikaha daxil olma sayının 4 dəfə çoxaldığını deyib.
Butov.az GunAz Tv-yə istinadən xəbər verir ki, o bildirib ki, mədəni və iqtisadi cəhətdən xeyri geridə qalan ölkənin bəzi nöqtələrində evlilik kreditindən 15 yaşdan aşağı uşaqların, xüsusilə də qızların bir növ alınıb- satılması üçün istifadə olunur.
Rəsmi evlilik üçün ayrılan kredit məbləğinin artırılmasını tənqid edib, bunun gənclərin ailə qurmasına kömək etmədiyini, əksinə daha çox ictimai problemlərə yol açdığını deyib.
“Cavanlar kasıblıq səbəbindən krediti ödəyə bilmədikləri halda, təkcə kredit məbləğinin artırılması kifayət deyil. Onların həm işləyib, krediti geri qaytara bilmələri üçün də şərait yaradılmalıdır, həm də bu xüsusda müəyyən yaş kateqoriyası tətbiq edilməlidir”,- deyə Məhəmmədmehdi Tündquyan əlavə edib.
O, sonda bildirib ki, krediti əldə edə bilmək üçün, hətta 40- 45 yaşlı adamlar da yenidən evlənməyə cəhd göstərirlər.
Qeyd etmək lazımdır ki, İranda azyaşlıların, xüsusilə də qızların evliliyi ən böyük ictimai problemlərdən biridir. Ölkənin bəzi nöqtələrində 9 yaşlı qızların ərə verilməsi halı da ötən illər ərzində müşahidə edilib. Milli Məclisin qadın deputatları evlilik yaşının dəyişdirilməsinə dəfələrlə cəhd göstərsələr də, onların bu təlaşları mühafizəkar və ruhani millət vəkillərinin əks mövqelərinə görə nəticəsizliyə düçar olub.
Digər tərəfdən, cari ilin yanvar ayında İranlı tədqiqatçı Kamil Əhmədi ölkədə erkən yaşda baş tutan uşaq evliliklərinin kəskin həddə çox olduğunu demişdi. O, həmin dövrdə İranda ən azı 14 min boşanmış azyaşlı qız uşağını olduğunu, ölkə ərazisində bağlanan nikahların 18%-nin 18 yaşdan kiçik qızlarla baş tutduğunu qeyd etmişdi.
Ondan əvvəl, 2018-ci ilin may ayında İran Milli Məclisinin qadınlar üzrə iş fraksiyasının üzvü Məsumə Ağapur Əlişahi isə İranda 18 yaşdan aşağı dul qız uşaqlarının sayının 24 min nəfər olduğunu demişdi.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!