Azarkeşlər klubun bazasına hücum etdilər .....                        Roma Papasından Ukrayna və Qəzza ilə bağlı çağırış .....                        "Qarabağ" dünya reytinqində 10 pillə irəlilədi .....                        Britaniya kəşfiyyatının gözlənilən ilk qadın rəhbəri .....                        Xocalıdakı heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edildi .....                        Ankara Rusiya-Ukrayna danışıqlarını qəbul etməyə hazırdır - Ərdoğan .....                        Ermənistanda valideynlər şagirdləri məktəbə buraxmır .....                        Rusiya Ukraynada hərbi əməliyyatları bərpa etdi .....                        Magistraturaya qəbul imtahanı yekunlaşdı .....                       
Tarix : 16-12-2015, 08:48
"Bakının bir sıra kəndlərində erkən nikahların sayı artıb" - Hicran Hüseynova



Ölkədə bir müddət erkən nikahların sayı azalsa da, son zamanlar bəzi rayonlarda, Bakının bir sıra kəndlərində belə nikahların sayı artıb.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

H.Hüseynova bildirib ki, ölkəmizdə də qızların təhsildən yayınması, erkən yaşda ailə qurmağa məcbur edilməsi halları var: "Belə nikahlar isə sonradan müxtəlif fəsadlar yaradır. Erkən hamiləlilk təkcə körpənin deyil, ananın da həyatını təhlükə qarşısında qoyur. Bu cür nikahların yaratdığı daha bir problem isə gənclərin təhsildən yayınması və cəmiyyət üçün sağlam olmayan nəslin yetişməsi, əlilliyi olan uşaqların doğulmasıdır".

Komitə sədri əlavə edib ki, son iki ildə komitənin nəzdində fəaliyyət göstərən 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 20 erkən nikah faktı qeydə alınıb, onlardan 17-nin qarşısı alınıb.

H.Hüseynova qeyd edib ki, gənc yaşda ərə gedən, öz hüquqlarını bilməyən qızların digər qadınlara nisbətən daha çox zorakılığa məruz qalma ehtimalı var: "Bəşəriyyətin qarşısında həllini gözləyən məsələlər var. Lakin uşaqların təhsildən yayınması və erkən nikahlar bizi narahat edən məsələdir. Nardaranda baş verən hadisələr göstərdi ki, uşaqların savadsızlığından istifadə olunaraq, onları radikal dini və siyasi qruplara cəlb edirlər. Valideynlər 6,7-ci sinifdən onları məktəbdən uzaqlaşdırırlar. Bizə dəfələrlə analar tərəfindən müraciət olunub ki, onların həyat yoldaşları uşaqları, xüsusilə qızları məktəbə getməyə qoymurlar".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!