“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
Tarix : 26-05-2014, 18:37

Azalsa da bitməyən problem

 

Son illərdə Azərbaycanda ana ölümlərinin sayı azalsa da problem hələ də qalmaqdadır. Əslində azalmanı, və yaxud da bu sahədə irəliləyişin olmasını statistik məlumatla əsaslandırsaq görərik ki, bu rəqəmlər müxtəlif dövrlərdə dəyişib. Məsələn, rəsmi statistikaya görə, 1990- ci ildə 17 ana ölümü olubsa, 1994-cü ildə bu rəqəm 70, 2002-ci ildə 22, 2012-ci ildə isə 26 olub.

Müxtəlif səbəblər ilə izah olunan ana ölümlərinin kökündə hansı amilin dayanması isə məlum deyil. Ekspertlər bunu həkim səhlənkarlığı ilə izah etsələr də, eyni zamanda, buna səbəb kimi insan orqanizminə laqeydlik və bu sahədə biliklərin kifayət qədər olmaması ilə də əlaqələndirilir.

Həkim səhlənkarlığı ilə izah olunan ana ölümlərində Keysəriyyə kəsiyi əməliyyatlarının payı çoxdur. Son illərdə geniş yayılan, yetəri qədər maarifləndirilməmiş insanları cəlb edən bu əməliyyat növü bəzən ölümlə də nəticələnir. Sözsüz ki, bu işdə maddi marağı olan “həkimlərin” də rolu az olmur. Bunu xüsusilə də özəl tibb mərkəzlərində Keysəriyyə kəsiyi əməliyyatının təbii doğuşdan daha bahalı xidmət növü olması ilə izah etmək olar. Yəni, maddi maraq patoloji halın olub-olmamasını üstələyir, ana olmaq istəyən şəxsi əməliyyata təhrik edir. Bu faktor isə ana ölümü ilə mübarizəni çətinləşdirir.

 

Ümumiyyətlə, ana ölümü hallarına regionlarda daha çox rast gəlinir. Bunu paytaxtda nisbətən regionlarda tibb müəssisələrinin daha zəif inkişaf etməsi, əhalinin tibbi maarifləndirilməsində hələ də ciddi problemlərin olması ilə əlaqələndirmək olar.

Belə ki, qadınların vaxtında qadın məsləhətxanalarına müraciət etməməsi, tibbi xidmətin vaxtında göstərilməməsi, ekologiya və ətraf mühitin vəziyyəti, insanların məlumatsızlığı və digər amillər ana və uşaq ölümünün artmasına şərait yaradır. Bura erkən nikahların çoxalmasnı da aid etmək olar.

Mütəxəssislərin fikrinə görə, planlı şəkildə dünyaya övlad gətirmək istəyən qadın hamiləlikdən öncə həkimə müraciət etməlidir. Burada qanın ümumi analizindən tutmuş, bütün orqanizm müayinədən keçməlidir.

Bu sahədə maariləndirmə işlərinə orta məktəbin sonuncu siniflərindən başlanılmalıdır ki, bu sahədə görülən digər tədbirlər nəticə versin. Çünki insanların, xüsusilə də regionlarda yaşayanların sağlamlıqlarına biganə yanaşmaları sonda ana ölümlərinə səbəb olur.

Ceyhun Piriyev



Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!