"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 2-11-2024, 07:22
Böyük düşüncələr şairi


Böyük düşüncələr şairi

Şair Tofiq Salehin poeziyası şeirlərindən birinin obrazı olan, vaxtı ilə qışın oğlan çağında Avey dağında, Damcılı bulağında, Qarın içindən boy verib, çiçəkləyən Ərik Ağacı kimi ana torpağın nəfəsindən güc alır, bu gücün möcüzəsi kimi üzə çıxıb, adamı ona diqqət kəsilməyə məcbur edir. O, təbiətin bu möcüzələr hadisəsindən duyduğu heyrəti oxucu ilə bölüşür.
Ana təbiətin gen qucağında,
Dağların gözündən yuxu qaçıbdır!
İşə bax, yanvarın oğlan çağında,
Bir ərik ağacı çiçək açıbdır!


Şair qəlbi daim nigarançılıq, narahatçılıq keçirir. Ona görə ki, ana yurdun hər daşı, çınqılı, ağacı, çiçəyi ona doğmalar qədər əzizdir. Ona görə bu doğmaların hər biri üçün narahat olmaya bilmir! İllər keçəndən sonra da həmin o, ərik ağacını xatırlayaraq yazır:
Eybi yox, buz görüm, üşüyən görüm,
Eybi yox, tək görüm, aşiyan görüm,
Təki bu dünyada yaşıyan görüm,
Görən nə haldadı, “Ərik ağacı”?!
Mənimçün dünyadır “Ərik ağacı”!


Tofiq Saleh təbiətə, ana yurdun möcüzəli gözəlliklərinə bax, belə vurğundur. Onlardan bax belə nigarandır. O, birinci növbədə saflıq və halallıq, təbiilik və düzlük, ləyaqət tərəfdarıdır. Ona görə cəmiyyətdə rast gəldiyi riya və paxıllığa, xəyanət və üzüdönüklüyə, haqsızlıq və zalımlığa üsyan edir, bəzən də “Gəl, oğlum gəl, kəndimizə qayıdaq” deyə şəhərin boğucu mühitindən qaçmağa çalışır. Ona görə ki, özünü millət vəkili, dövlət xadimi kimi gözə soxub, ac nəfsini doydurmaq üçün hər şeyi – Vətəni də, xalqı da hər dağa qoymağa hazır olan “Məhlə vəkilləri” ilə maskalı, qondarma adamların razılığı ilə barışa bilmir. Belələrini lənətlədiyi kimi, oğlu Ümmanın şəxsində gənc nəsli bu cür pislik və alçaqlıqlardan uzaq olmağa çağırır. Azadlığı bütün nemətlərdən uca tutur. Ona görə “Məhlə vəkilləri”nə müraciətlə yazır:

“Vəkillər”!
Mən bu şeiri ona görə sərbəst yazıram ki, şeirim kimi, sərbəst olsun yollarımız,
Yol gedək, aydın sabaha,
Qızıl günəşə doğru!

Şair bu qənaətdədir ki, nəfsgirliyin, satqınlığın, vəhşiliyin ucbatından “Nə qədər dəhşətdir göylərin altı”. Məhz belələrinin üzündən dünyanın çarxı dönüb, hər yerdə evlər dağılır, qanlar tökülür, bellər bükülür, “Dünyanınsa ayaqları səkkiz yazır”. Bu qanlı-qadalı dünyanın içində həyəcanla “Öz-özünü qoru Vətən!” deyə üzünü ana yurda tutur. İnanır ki, bütün məziyyətləri zəngin potensial imkanları ilə onun Vətəni buna qadirdir. Şair bildirir ki, əgər...

Canımızda dözüm yoxsa?!
Ötkün andım, sözüm yoxsa,
Odda külüm, közüm yoxsa?!
Ocaq daşım qan ağlayar!

Bir də dönüb, dağlara bax,
Ac buludlar bir ağ bayraq,
Əldən getsə Ana torpaq,
Dağım, daşım qan ağlayar!


Odur ki, qaçqınların, şəhidlərin dərdi şairi rahat buraxmır. Yanıb-yaxılır ki, belə getsə: “Bu xalqın fəryadı min illər çəkər”. Vəzifə hərislərinin hər şeyi öz nəfslərinə qurban vermələrinin sirrini tapa bilməyən şair özünün də vəzifə sahibi olduğunu, lakin saxta adamlar kimi dondan-dona girib sərvət yığa, özünə rahat güzəran düzəldə bilmədiyini, hətta ehtiyac ucundan bir zamanlar ən əziz sərvətini, şeirlərini belə nadanlara satdığını ürək ağrısı ilə xatırlayır. Bu zaman korun-korun tüstülənən Tofiq Saleh qızlara məsləhət görür ki, “Şairə ərə getməyin”, çünki:

Şairin həyatı min oddan çıxır,
Xəyalı el olur, ev yaddan çıxır,
Hayfını dünyadan, həyatdan çıxır,
Ay qızlar, şairə ərə getməyin,
Şairlər həyatda kasıb olurlar!


Şair bəşər övladının dərdləri ilə doğulduğu üçündür ki, Tofiq Saleh tarixin uzaq qaranlıqlarındakı xəyanətlə yaxın tarix arasında əlaqə axtarır. Vaqifin Şuşada, Cıdır düzündəki edamı ilə XX əsrin böyük tatar şairi Musa Cəlilin zindandakı taleyi arasında olan fəlakət fərqlərini üzbəüz qoyur və bu amansız tarixi dövrləri qamçılayaraq şair taleyinə acıyır. O, hər kəsi mənən ən ali mərtəbədə görmək həsrəti ilə alışıb yanır. Bildirir ki, bu günkü nəsillər müdriklərin hikmətlərinə layiqdirsə “Kitab oxunmursa faciəmizdir” elmə, dühaya, sənətə yüksək qiymət verən şair Tofiq Saleh şeir yazsa da şair ola bilməyən nadanları ifşa etdiyi kimi dünyanın əsl istedadlarının, o cümlədən Şıxlı kənd sakini, bilik və istedadına görə həmsənətləri arasında “Dərya Məhəmməd” kimi tanınan Aşıq Məhəmmədin sənəti qarşısında baş əyir, onu vəsf edir, odu sönməz bir ocağa, nur çeşməyə, saf bulağa bənzədir. Özü vətəndaşlıq yanğısı ilə şeirə sarılır. Bu şeirlərin hər birinin öz tarixi, doğum günü və yeri-yurdu var. Bu tarixlər və günlər hər birinin sonunda göstərilmişdir. Həmin poetik nöqtələr şairin həm də ömür yolunun ayrı-ayrı anları kimi tarixləşir. Yer kürəsini ana yurdun poetik bir “xəritəsinə” çevirir. Biz Tofiq Salehi gah Qazaxda, Şıxlıda, gah Bakıda, Daşkənddə, Mərdəkanda, Aveydə, Kür çayının sahilində, Damcılı bulağının füsunkarlığında görürük. Ana üçün keşikdə dayanan əsgərin qanunu pozan görürük. Bu narahat ömrün, valideyn önündə uşaq saflığı, övlad qarşısında valideyn dəyanəti, dünyagörüşündəki nəsihətamiz müdriklik, xarakterindəki pisliklə, xəyanətlə, ləyaqətsizliklə, mənəviyyatsızlıqla, düşmənlərə barışmazlıq, onlara qarşı üsyankarlıq keyfiyyətlərinin şahidi oluruq.
Böyük vətəndaş, alim Firudin bəy Köçərliyə, onun ömür yolunun vaxtsız qırılmasına həsr etdiyi “Kimdir, axı, Liberman?” poemasında daşnaqların xain və yırtıcı simasını açıb göstərirsə, başqa bir şeirində Qazağın Bağanis-Ayrım kəndində bir neçə ailəni, iki aylıq bir çağanı tonqalda yandıran vəhşi xislətli ermənilərin daha dəhşətli və bəşəriyyət üçün təhlükəli xüsusiyyətlərindən xəbər verir, onların arxalandıqları qüvvələrə də meydan oxuyur. “İldırım” şeirində zər qılıncını çəkib, “Səmanın köksünü çalan” ildırımın əməli və taleyi ilə sanki düşməni də xəbərdar edir. Bildirir ki:

Göydən yerə qədər onun ömrü var,
Torpağa endimi ölər ildırım.


Bu orijinal poetik deyim sərrast müşahidəyə əsaslandığı kimi dərin mənaya da malikdir. Tofiq Saleh hansı mövzuya əl atırsa ona uşaq kimi can verir, qan köçürür, ətə-qana gətirir, hüsn bəxş edir, böyüdür, sonra da ictimaiyyətin sevimlisinə çevirir. Şair, Milli Məclisin üzvü, bəstəkar Hüseyn Abdullayevə yazdığı “Əslən Prometey Dankodur insan” şeirində insanları şər Allahı Zevsin dərgahından bəşəriyyətə, yer üzünə od gətirən Prometey kimi xeyirxah olmağa, insanları qatı zülmətdən, qaranlıqdan işığa, səadətə aparan Danko kimi olmağa çağırır. Bu da şairin yaradıcılıq platformasının çox geniş bir məna kəsb etdiyinə dəlalət edir.
Tofiq Saleh müəllim ailəsində boya-başa çatsa da, bir sıra məsul vəzifələrdə çalışsa da hər zaman maddi ehtiyac içində yaşamışdır. Özünün dediyi kimi, köksündə ərik ağacı tək çiçək açan arzularını həyata keçirə bilməmişdi. “Satılan” şeirlərində şair yazır: “Gah qoyun qoyladım, naxır hayladım, çörək tapmayanda şeir payladım” deyir və sonra da özünə ümid verərək yazır ki, “Siz ey mənim şeirlərim, darda da, gendə də öz adımsınız. Harda olsanız da, övladımsınız” deyərək özünə təsəlli verir. Şair demək olar ki, dost dediyi dırnaqarası şairlərə dörd kitablıq şeir bağışlamışdır. Şair o acı həqiqətləri, özünün sadəlövhlüyünü belə təsvir edir:

Yarandınız qəlbin neçə qatında siz,
Mənə görə cəvahir də, altun da siz.
Gedirsiniz özgə imza altında siz,
Hayıf sizə, yazıq mənə, atdım sizi!
Kasıb idik, bir varlıya satdım sizi!


Bu şeirləri oxuduqca şairin nə qədər maddi ehtiyac içində yaşadığının, sıxıntılarının və dırnaqarası şairlərin Tofiq Saleh şeirlərinin özününküləşdirdiklərinin şahidi olursan.
Tofiq Saleh yaradıcılığı geniş və çoxşaxəlidir. Şair qırxdan çox poemalar müəllifidir. O, monumental əsərlərin yazılmasına daha çox üstünlük verir. Şair yaradıcılığının birində sənətkar və sənət haqqında yazır ki, böyük Nizamini, Füzulini, Nəsimini, Ə.Xəqanini, Vaqifi, Vidadini, XX əsrin böyük dahisi Səməd Vurğunu, rus klassiklərindən Puşkini, Mayakovskini, Yesenini, Lermontovu, Şərq ədəbiyyatını, Hafizi, Böyük Şəhriyarı, klassik irsimizi mənimsəmədən və folklorumuzu, şifahi xalq ədəbiyyatını öyrənmədən dünyada əbədi yaşayan şeirlər yazmaq qeyri-mümkündür.
Şairin “Dərdi böyük bir millətin şairiyəm” kitabında “Ana və uşaq”, “Dekan”, “Heydər babaya salam”, “Vaqif”, “Təlimatçı” poemalarında cəmiyyətin içində gedən ictimai-siyasi hadisələr öz əksini tapmışdır. “Ana və uşaq” poemasında şair yazır ki, “ana ağlayırdı söz demək üçün, uşaq ağlayırdı bir yemək üçün”. Poemada belə bir qənaətə gəlir ki, nə üçün dünyanın ən ləziz xörəkləri balaya və dünya fondunun çörəkləri anaya çatmasın. Əgər biz belə bir dünyada yaşayırıqsa qoy onu sellər-sular aparsın!
Şair “Dekan” poemasında rüşvətxor dekanın simasını elə real, dəqiq cizgilərlə təsvir edir ki, dəllal dekana nifrət etməyə bilmirsən. Şair bu poemada bu günkü ali məktəblərdə tələbə və müəllim arasında, elm və təhsil sistemində gedən antaqonist ziddiyyətlərin təsvirini vermişdir.
“Kimdir, axı, Liberman?” poemasında erməni daşnaqı Libermanın qəddarlığı, zalımlığı və amansızlığı, vəhşi hərəkətləri ürək ağrısı ilə təsvir olunur. Belə ki, o, Azərbaycanın böyük maarifpərvəri, elm fədaisi F.Köçərlini hansı əzablarla öldürdüyünü, ona necə işgəncə verdiyini və “ey qoca, sənin saçın-saqqalın sanı neçə müsəlman öldürmüşəm”, - deyə onu əbədi susdurduğuna şair təəssüflənir və qeyri-adi hisslər keçirir. Bu hissləri biz “Vaqif” poemasında da görürük. Şairi yaradıcılığı böyu izlədikdə görürük ki, o, insanda qeyri-adi saflıq, ülvilik, ucalıq, böyüklük və ilahi zəriflik, gözəllik axtarır. Şair bu labüdlüyü insanda tapmayanda kədərlənir, bədbinləşir və öz aləminə çəkilir.
Tofiq Saleh Vətənə də, Ana təbiətə də, sevgiyə də sadiqdir. Onun lirik qəhrəmanı öz Leylasına bağlı olduğu kimi, bəzən gözəlliyin sükutu önündə, od içində çırpınan pərvanələri xatırladır. Tanrının insana bəxş etdiyi gözəlliklər, onu heyrətləndirdiyi kimi, şairin qəhrəmanı olan sarışın timsalında bu zərifliyə və müqəddəsliyə uzanan murdar əllər görəndə sarsılmaya, qəzəbindən kükrəməyə bilmir. Şairin poemalarında da ədalətsizliyə, rüşvətxorluğa, möhtəkirliyə və rəzilliyə qarşı çox ciddi, tənqidi və ifşaedici poetik nümunələr verilmişdir. Onun yuxarıda xatırlatdığımız “Ərik ağacı” şeiri aşağıdakı misralarla qurtarır:
Mənim də arxamda dursaydı dağlar,
Mən də ərik kimi çiçək açardım.


Tofiq Saleh öz şair ömründə dağlara söykəndiyi kimi, onun poeziyası da ərik ağacının möcüzəli çiçəkləri kimi torpaqdan aldığı enerji ilə oxucunu valeh edir.

Alxan Bayramoğlu,
filologiya elmləri doktoru, professor.


Mən Odlar Yurduyam, Tofiq Salehəm

Məndən yer soruşdun, məkan soruşdun,
Qoy deyim haralı olduğumu mən.
Vətən deyə-deyə, el deyə-deyə,
Göylər tək boşalıb, dolduğumu mən.

Göyəzənəm zirvələrdən baxıram,
Yaxınları, uzaqları seçirəm.
Burulğan Xramam, kükrəyən Kürəm,
Qarayazı meşəsindən keçirəm.

Gözlərimdə kipriklərim ox olub,
Gözlərimin yaşlarına toxunub.
Başım üstə ildırımlar çox olub,
Dağlarıma, daşlarıma toxunub.

Bitdik palıd kimi, torpağın üstə,
Qürbətdə qalanım, min itənim var.
Məndən yer soruşdun, ay mömin insan,
Mənim yer üzündə bir Vətənim var.

Bu dağlar, qayalar yaşımdır mənim,
Anam Azərbaycan ömrüm-günümdür.
O mavi dondakı Göygöl, gölümdür,
Gözümdən tökülən yaşımdır mənim.

İnsanam, torpağa qarışımışam mən,
Bərəni bölmə sən, bəndi bölmə sən.
Düzü, bir Vətənə alışmışam mən,
Şəhəri bölmə sən, kəndi bölmə sən.

İstərəm bahara, mən yaza dönüm,
Cənnətə döndərim bütün dünyanı.
Mən zaman deyilən Araza dönüm,
Bölüm, Odlar yurdu Azərbaycanı.

Üstümdən yel kimi, ötübdür zaman,
Günəşəm, torpağam, suyam, mən mehəm.
Məndən yer soruşdun, ay mömin insan,
Mən odlar yurduyam, Tofiq Saleh!


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!