20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 25-09-2017, 10:38
İranlı Mühacirlər Cəmiyyəti – mühacirətin dünyəvi Azərbaycan modeli kimi


İranlı Mühacirlər Cəmiyyəti – mühacirətin dünyəvi Azərbaycan modeli kimi

Təşkilat bu mövzuda “dəyirmi masa”lara Gəncədən başlayıb


Butov.az xəbər verir ki, İMC-nin “Mühacir problemi ilə bağlı Azərbaycan modelinin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində reallaşdırılması nəzərdə tutulan “İranlı Mühacirlər Cəmiyyəti-mühacirətin dünyəvi Azərbaycan modeli” mövzusunda ilk “dəyirmi masa”sı dünən Gəncədə düzənlənib. Tədbirə qədim şəhərdə və Gəncəbasarda yaşayan iranlı mühacirlər və övladları, eləcə də burada fəaliyyət göstərən müxtəlif qurumların təmsilçiləri qatılıblar. Öncə onlar Ulu Öndərimiz Heydər Əliyevin şəhərin baş meydanındakı abidəsini ziyarət ediblər və ora gül-çiçək düzüblər.

İranlı Mühacirlər Cəmiyyəti – mühacirətin dünyəvi Azərbaycan modeli kimi


Gəncə Şəhər Mərkəzi Kitabxanasında keçirilən tədbiri giriş sözü ilə açan İMC-nin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə deyib ki, iranlı mühacirlərin Ümummmilli Liderin xatirəsini belə əziz tutmaları təsadüfi deyil. Son 70 ildə təşkilatımızın üzvlərinin əldə etdikləri misilsiz uğurlarının əksər hissəsi məhz böyük şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi iki dönəmin payına düşür. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkədəki qaraguruh tərəfindən İMC-nin ləğvinə və inzibati binasının tamamilə ələ keçirilməsinə yönələn niyyətlərinin qarşısını alıb.

İranlı Mühacirlər Cəmiyyəti – mühacirətin dünyəvi Azərbaycan modeli kimi


Sədr qeyd edib ki, ötən illərdə İMC-nin və üzvlərinin qazandıqları uğurlar dünyanın heç bir mühacir təşkilatına nisbətdə müqayisəyə gəlməzdir. Bu barədə ekspert çıxışlarında konkret faktlar səslənəcək. Bizim məqsədimiz isə ölkə daxilində və xaricdə əksəriyyətin məlumatsız olduğu həmin nümunələri ictimailəşdirmək, Azərbaycan dövlətinə, xalqına, rəhbərliyinə minnətdarlığımızı yetirməkdir.

Cəmiyyət sədri əlavə edib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində mühacirlərə xüsusi diqqət və qayğı nümunələri ilə seçilən rəhbər şəxslərin də mükafatlandırılmasını nəzərdə tutub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin də onların sırasında olması məntiqidir. Yevlaxın Aran qəsəbəsindəki “21 Azər” bağının, Seyid Cəfər Pişəvərinin şərəfinə ucaldılan abidə, həmçinin Gəncəbasarda iranlı mühacirlərə hər iki bölgədə göstərilən hərtərəfli qayğı nümunələri buna əsaslar verir.

R. Hüseynzadə diplomu şəhər icra hakimiyyətinin baş məsləhətçisi Kənan Məmmədova təqdim edib. K. Məmmədov icra başçısı adından təşəkkürünü yetirərək deyib ki, iranlı mühacirlər 70 ildir Azərbaycanın tamhüquqlu sakinləridirlər, onlar bu şəhərin də şöhrət salnaməsinin yaradılmasında dünən də, indinin özündə də hər sahədə nümunə göstərməkdədirlər.
Layihənin ekspertləri - “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi sədrinin birinci müavini, istefada o
lan polkovnik Firidun İbrahimi və “İnsan Hüquqlarının Müdafiəsi və Ekolgiyanın Qorunması Mərkəzi”nin sədri Zeynalabidin Abbasov İranlı Mühacirlər Cəmiyyətinin mühacirətin dünyəvi Azərbaycan modeli kimi dəyərləndirilməsini məntiqi təsdiqləyən çıxışlarında diqqəti əsasən səkkiz məqama çəkiblər. Onlar mühacirətdə ən kəskin problem sayılan ev və işlə təminat, təhsil, mədəniyyət, incəsənət, bədii ədəbiyyat, səhiyyə, idman, Azərbaycan naminə hər cürə igidlik nümunəsinə hazır olma, eləcə də digər sahələrdəki möhtəşəm faktları dilə gətiriblər. Ekspertlər deyiblər ki, hazırda inkişaf etmiş ölkələrin özündə belə mühacirlərə arzuolunmaz şəxslər kimi yanaşıldığı, sərhədlərin üzlərinə bağlandığı, onların hədəf seçdikləri dövlətlərə çatmaq üçün üz tutduqları Aralıq dənizində faciələrini yaşadıqları müasir dövrdə çəkilən misallar xüsusilə ibrətamizdir.

İMC sədrinin müavini Murtuza Nizamoğlu çıxışında göstərib ki, o, 1980-ci illərin mühacirlərindəndir. O vaxt yaşıdlarından Avropaya mühacirət edənlər də az olmayıb. Onlardan fərqli olaraq Azərbaycana gələnlərin mənzil, iş, təhsillə bağlı heç bir problemləri olmayıb. Biz indinin özündə də Azərbaycandakı qayğı və doğmalıqdan məmnunuq.

Prezident təqaüdçüsü Hüseyn Hatəmi fədai ovladı olduğunu, Gəncə şəhərinin ictimai həyatında fəal iştirakı üçün hər cürə şərait yaradıldığını söyləyib. O, İMC-nin Gəncə şəhər təşkilatına rəhbərlik etmiş mərhum Bəhlul Rəvaninin, Əli Dəstinin xatirələrinin tədbirdə əziz tutulmasını da müsbət dəyərləndirib. Şəhər Təcili Yardım Stansiyasının həkimi Bayram Pərdəşünasın çıxışı iranlı mühacirlərin Qarabağ uğrunda döyüşlərdəki şücaətlərinə yönəlib.

Sonda müxtəlif sahələrdə fərqləndiklərinə görə 20 nəfərə “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin diplomları təqdim edilib.

İranlı Mühacirlər Cəmiyyəti – mühacirətin dünyəvi Azərbaycan modeli kimi

İranlı Mühacirlər Cəmiyyəti – mühacirətin dünyəvi Azərbaycan modeli kimi


İranlı Mühacirlər Cəmiyyəti – mühacirətin dünyəvi Azərbaycan modeli kimi


İranlı Mühacirlər Cəmiyyəti – mühacirətin dünyəvi Azərbaycan modeli kimi


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!