Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 6-11-2018, 15:40

“BütövAzərbaycan” qəzetinin 10 illik yubilieyi iki Azərbaycanın Həsrət körpüsündə -“Xüdafərin” şadlıq sarayının “Təbriz” zalında keçirildi.
Bu təntənəyə Dərbənddən, Təbrizdən, Kərkükdən, Borçalıdan, Zəngəzurdan, İrəvandan, Göyçədən yeddi qardaşın Bütöv Azərbaycan sevdalıları yığışmışdılar. Müstəqil parçamızın dövlət himnilə şölələnən mərasimə Respublikanın Əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürov Tamxil Ziyəddinoğlunun “Bütöv Azərbaycan” qəzetində çap elədiyi : H ƏQ İQ ƏT belədir! çağırışını səsləndirməklə start verdi:

*Qarabağın işğalından 213 il keçir!
*Əzəli torpaqlarımız hələ də düşmən tapdağındadır!
*Ərənlər, məmləkətimizin nicatı sizə bağlıdır!
*Analar, yurdumuzu qəsb edənləri, yağmalayanları parçalamaq üçün aslanlar doğun!
*Aslanın erkəyi, dişisi olmur!
*Aslanlarım, sevdiklərinizi vətənin keşiyində sınağa çəkin!
Ölənimiz ölsün, qalanımız şərəflə yaşasın!
Qədərimiz belədir.

Belədirsə, gəlin 213 illik yaramızın qaysağını qoparaq! Qoparaqki, yaralarımız qan versin. Qan versinki, qan yaddaşımız təzələnsin! Pas atmış tövrümüz dəyişsin! Özümüzü, kimliyimizi, dostumuzu, düşmənimizi tanıyaq! Mövqeyimizi müəyyənləşdirək! Hədəfimizi seçək! Atacağımız addımı ataq! Ölənimiz ölsün, qalanımız şərəflə yaşasın! Yaşasınki, yurdumuzu, sərvətimizi, şərəfimizi qorusun, bayrağımızı uca tutsun!
İki əsrlik tarixin o üzündən yüksələn bu hayqırtı “Koroğlu” uvertürasının sədaları altında- alovdan doğan Azərbaycan və Türkiyə bayraqlarının yüksəlişilə müşayiət olundu.

Sədərək döyüşlərinin fəal iştirakçısı, tarixçi-alim Səxavət Hacıyev Bütöv Azərbaycan işığına yığışanları salamladıqdan sonra bildirdi ki, martın 20-də Tamxil müəllimin 60 yaşı tamam oldu. İstədim dostlarını bir yerə yığıb nəslimizin nümayəndəsinin şərəfinə yubiley süfrəsi açam, dost məclisi quram, razılaşmadı. Dedi,-mənim doğum günüm qəzetimizin işıq üzü gördüyü gündür. Çünki həmin gün-sentyabrın 15-i Bakı erməni faşist qəyyumlarının işğalından azad edilib.
Əziz qonaqlar, odur ki, bu gün bizə üçqat bayramdır. Hamınıza bayram ovqatı və xoş istirahət arzulayıram.
Azərbaycan Respubliksı Milli Məslisinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov qəzetin kollektivini təbriklədi, Mətbuat Şurası Adından gətirdiyi hədiyyəni Qəzetin təsisçisi və baş redaktoru Tamxil Ziyəddinoğluna təqdim etdi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Məleykə Alıoğlu mikrofon arxasına keçib “Məndən haralısan deyə,- soruşmayın” dedi. Parça-parça, bölük-bölük, zərrə-zərrə doğulmuşam. Hər sümüyüm bir ormanda, hər tikəm bir ostandadır. Gözümün biri Təbriz, biri Bakı, bir əlim Borçalı, biri Dərbənddir. Ayağımın biri İrəvanda, biri Qarabağda yer tutub. Dizlərim Ərdəbildə, Qəzvində, Zəncanda, Marağada təpər alıb. Igid olum deyə atam məni at belində böyütmək istədi, böyümədim. Çünki bütövləşə bilməmişdim. Nənəm məni Zəngəzurda qundaqladı, qundağında dil açmadım. Dilləndirmək istədikcə dilimi dişlədim, yaralarım qan verdi.
Balama qurban ilanlar,
Balam nə vaxt dil anlar,

- deyə, təlaşlandı. Mən dil anlamadım. Çünki bu taylılar rusca, o taylılar farsca anladırdılar. Babamı bayrağımızı sevdiyi üçün güllələdilər. Anam məni ağlamağa qoymadı. Saçlarıma sığal çəkib, kürəyimə əl qoydu. Yola çıxarıb, get dedi – özünü tap, bütövləş! Əgər bütövləşə bilsən, onda sən mənim oğlum Tamxil, mən də sənin anan – Bütöv Azərbaycan olacağam. Odur ki, 60 ildir yol gedirəm, altmış milyonluq“zərrə”lərimə qovuşmaq, bütövləşmək üçün.

Qiraət ustası əlavə etdi ki, xitab Tamxil Ziyəddinoğlunun yenicə çapdan çıxmış “Güllə səsinə açılan qapı” kitabındandır. Bu məqamda müəllif ilk kitabının ilk nüsxəsini ilk müəllimi, qocaman pedaqoq Əlayət Bayramova təqdim etdi. Bildirdi ki, həyatda hər kəsin haqqının bir ödəmə vasitəsi mümkündür. Yalnız valideynlə müəllimdən başqa. Sevimli müəllimim, bu kitab sizin 53 illik halal zəhmətinizin bəhrəsidir,- deyə gül dəstəsini də müəlliminə bağışladı.

Çox duyğulu anlar yaşandı. Tamxil Ziyəddinoğlunun sinif yoldaşı, Əməkdar artist Rəhilə Bəndəliyeva da müəlliminin məclisə gətirildiyini duyunca ziyarətinə gəldi. O əlçatmaz günlər xatırlandı. Əlayət müəllim şagirdlərinə yenidən xeyir-dua verdi, uğur dilədi. Elə bu kövrək notlarla da Bütöv Azərbaycan ideallarına xidmət edənlərin bir neçəsi“ Xətai”diplomu ilə təltif olundu. Onu da qeyd edək ki, “Xətai”diplomu Azərbaycanı müstəqil, suveren, güclü və bütöv görmək istəyənlərə, bu amal uğrunda mübarizə aparanlara verilir.

Beləliklə ilk diplom Azərbaycanın səslər xəzinəsinin yaranmasında 50 il fədakarlıqla çalışdığına görə Yaqub Əlixan oğlu Mədətova verildi. Məleykə xanım Tamxil Ziyəddinoğlunun daha bir yazısını möhtəşəm səslə ifa elədi: Şəhidlər xiyabanı- and yerimiz

Ucalığa, ölməzliyə gedən yollar burda bitir. Müqəddəsliyə, əbədiyyətə aparan yollar burdan başlanır. Dünyanın ən müqqəddəs yerləri, ən gur çıraqları burdan görünür. Dünyadakı müharibələrə, işğalçılara, acgözlüklərə nifrət burdan yağır. Günahsız anaların göz yaşından yaranmış mavi Xəzər bu zirvənin ətəyində cilvələnir. Üçrəngli hürr bayrağımız bu zirvənin başı üstə dalğalanır. Planetimizin hər yerindən milyonlarla Azərbaycan övladını çəkib gətirən uzun – uzun haça yollar burda – bu bayrağın altında kəsişir. Neçə illərdir ki, dünyanın ən işıqlı, ən aydın yolları burdan – azərbaycanlıların ziyarətgahına, qibləgahına çevrilmiş bu müqəddəs məkandan keçir. Çünki burda Vətən eşqi, Vətən sevgisi var!

Yaradıcılığının mayasını Vətən sevgisi təşkil edən Miraslan Bəkirli “Parçalanmış Azərbaycanın bütövlüyü uğrunda vuruşan oğulların qəhrəmanlıq salnaməsini yaratdığına və həyatını, yaradıcılığını milli-mənəvi bütövlüyümüzə həsr etdiyinə görə” təltif edildi. Tələbəsinin xahişilə Fəxri diplomları təqdim edən BDU jurnalistika fakültəsinin müəllimi, professor Cahangir Məmmədli qürur hissi keçirdiyini bildirdi.

Əməkdar artist Azad Şükürov “Güllə səsinə açılan qapı” kitabından sitatla “Azərbaycan qadını” na üz tutdu:
Nə qədər şərəfli, uca adın var, Azərbaycan qadını! Sən anaların anası, doğmaların doğması, ucaların ucasısan! Cəngə gedən ər igidlər sənə, sənin etibarına güvənib, sənin sədaqətinə bel bağlayıblar. Güvəndiyimizdən də güvəncli olmusan. Şanımıza şan qatıb adımızı, ünvanımızı, ellərimizi, obalarımızı şərəfləndirmisən. Koroğluya Nigar, Nəbiyə Həcər olan, yenilməz bir ər kimi ərənlərlə cəngə çıxanTomris sən deyilmisən, Azərbaycanqadını?! Bölük-bölük, parçalanmış, yağmalanmış torpaqlarımızın ağrı-acısı da ən çox sənin taleyinə yazılıb. Dərdlilərin ən dərdlisi, qəriblərin ən qəribi, vüqarlıların da ən vüqarlısı sənsən Azərbaycan qadını!
Kəlbəcər işğal olunanda adını qorumaq üçün özünü qayadan atdın. Düşmən əlinə keçməsin deyə, - bələkdəki balanı öz əllərinlə boğdun. Fədakarlığını nə qədər vəsf etsək azdır, Azərbaycan qadını! Bayramlarda, şənliklərdə şərəfinə, şəninə nə qədər xoş söz desək, yenə də azdır. Amma inanırıq ki, Şuşanın Xarıbülbülündən, Zəngəzurun dağçiçəyindən, Göyçənin tər gülündən bağlanmış çələngimiz hamınıza ən dəyərli hədiyyə olacaq!

Belə fədakar Azərbaycan qızlarından biri Vəlizadə İnnab Famil qızı “ Bütöv Azərbaycan” qəzetinin yarandığı çətin günlərdə göstərdiyi fədakarlığa və “Butov.az” saytını yaratdığına görə təltif olunduqdan sonra Məleykəxanım Tamxil Ziyəddinoğlunun Azərbaycan əsgərinə müraciətini oxudu:
AND İÇ, AZƏRBAYCAN ƏSGƏR İ!
Oğullarımız Azadlıq mücahidlərimizin qanı iləsuvarılmış Azərbaycanımızın qaysaq bağlamamış yaralarına məlhəm qoymaq üçün xalqa, vətənə sədaqət andı içirlər. O xalqa ki, zəngin tarixi qəhrəmanlıqlarla doludur. O vətənə ki, son iki yüz ildə başına müsibətlər gətirilib. Bütövlüyünə qəsd edilib. Əraziləri bölük-bölük, parça-parça olub. Körpələri ana bətnində əsir aparılıb. Hər il yüzlərcə, minlərcə oğullarımız bu qisası qiyamətə qoymamaq üçün and içəcək. Biz isə onlara deyəcəyik: And iç, Azərbaycan əsgəri!
And iç ki, Odlar Yurdunun yaralarına məlhəm qoyacaqsan. Çadırlarda doğulub illərlə od-ocaq həsrəti ilə zillət çəkənlərimizi doğma ocağına qaytaracaqsan.
And iç, Azərbaycan əsgəri! And iç ki, şəhidlərimizin ruhuna dinclik verməyən qarı düşmənin yuxusunu ərşə çəkəcəksən. Azərbaycanımızın ərazi bütövlüyünü bərpa eləyib bütövləşən ərazilərimizdə dövlətimizin suverenliyini hər kəsə- istəyənə də, istəməyənə də qəbul etdirəcəksən.
And iç, Vətən əsgəri, and iç! Andın mübarək olsun!


Azərbaycan əsgərlərinin ən şərəfli təmsilçilərindən olan Polkovnik Şair Ramaldanov "Horadiz Əməliyyatı" zamanı Azərbaycan Ordusu sıralarında göstərdiyi sərkərdəlik məharətinə görə təltif edildi. “Xətai” diplomunu Dərbəndli qardaşımız –“Dərbənd Xeyriyyə Cəmiyyəti” İdarə Heyətinin sədri, ehtiyatda olan I dərəcəli kapitan Nurulla Əliyev təqdim edərək dərbəndlilər adından öz ürək sözlərini söylədi.
Şair Ramaldanov tədbir iştirakçılarını öz zabit qətiyyətilə inandırdı ki, gec-tez bayrağımız Azərbaycanın bütün yaşayış məntəqələrində, işğal altındakı torpaqlarıməzda dalğalanacaq. Həm də bu cevinci bizə Azərbaycan Ordusu yaşadacaq.
Ehtiyatda olan yüksək çinli zabitlərimizin əminləşdirici çıxışlarından sonra “Bütöv Azərbaycan”çıların məramından bir parça oxundu:

“Nə yaxşı ki, 410 min kvadrat kilomеtrlik əzəli torpaqlarımızın bir parçasında dövlət müstəqilliyimizi bərpa еdib üçrəngli Bayrağımızı ucalda bilmişik. Indi bir vətəndaş olaraq hamımızın, hər birimizin əsas vəzifəsi hürr Bayrağımızı uca tutmaq, dünyanın bütün azərbaycanlılarını bu Bayraq ətrafında birləşdirməkdir.
Əzizlərim, çağdaş dünyamızda amansız informasiya müharibəsi gеdir. Azərbaycanımız isə həm təcavüzə məruz qalıb, həm də informasiya döyüşündədir. Uzun illərdir ki, ayaq tutub hər yеri dolaşan еrməni-daşnak yalanı sərvətlərimizdə gözü olanlara, türk dünyasının birliyindən, Azərbaycanın bütövlüyündən qorxanlara şans vеrib. Hərə bir cilddə bu birliyə, bütövlüyümüzə qarşı mübarizə aparır. Təəssüf ki, informasiya müharibəsində mühüm rol oynayan kütləvi informasiya vasitələrimizin, bir qismi qеyri-pеşəkarların, bəziləri isə qarnı başından yuxarı olanların əlindədir. Bеlə bir dövrdə pеşəkar jurnalistlərlə, nüfuzlu qələm sahibləri ilə, bir sözlə, Azərbaycan adına tapınan, onun mütləq Bütövləşəcəyinə inanan hər kəslə əl-ələ vеrib öz müqəddəs amalımıza xidmət еtmək istəyirik.
Istəyimizi gеrçəkləşdirməyin tarixi zərurətdən başlanan yolu haqqın, ədalətin özündən kеçir. Bu şərəfli yol səma şahinlərimizin,dənizçilərimizin, sərhədçilərimizin, hüquq-mühafizə orqanlarımızın, maarifçilərimizin, loğmanlarımızın hamısının birgə kеçəcəyi yoldur. Sıralarımızda qorxaqlara, saxtakarlara, riyakarlara yеr yoxdur. Əmin olun ki, görüşünüzə şərdən, böhtandan uzaq, pеşəsinə ləyaqətlə, xalqına, dövlətinə sədaqətlə xidmət еdən sınanmış və inanılmış bir hеyətlə gəlirik.

Qəzetin redaktoru, fəlsəfə doktoru İlham Müseyib oğlu Məmmədlini, Bütöv Azərbaycançılıq ideallarının gerçəkləşməsi naminə “Bütöv Azərbaycan” qəzetində 10 il təmənnasız xidmətinə görə təltif etmək üçün peşəkar qələm sahibi Vaqif Bəhmənli mikrofona dəvət edildi. Tamxil Ziyəddinoğlu fürsətdən istifadə edib 1992-93 –cü illərdə İlhamla özünə, digər qələm dostlarına göstərdiyi qayğıya görə Vaqif Bəhmənliyə minnətdarlığını bildirdi: “Baqif Bəhmənlinin baş redaktorluğu dövrü yaradıcılığımızın qızıl dövrüdür. Redaktəni, humanizmi, ləyaqətli davranışı, sadəliyi, səmimiyyəti, idarəçilikdə insani keyfiyyətləri müəllimlərimizlə bərabər, həm də Vaqif müəllimdən öyrəndik. İndi özüm baş redaktor olsam da onun 25 il əvvəlki münasibətlərinin heyrətamizliyi vadar edir ki, Vaqif Bəhmənlini hər görəndə özümü 25 il əvvəlki kimi aparam.”
Vaqif Bəhmənli ilə İlham Məmmədli öz ürək sözlərini söylədikdən sonra Həsən Xəliloğlu Cəbrayılov (Ahəngi) Dünya azərbaycanlılarının mədəni irsinin araşdırılıb toplanmasındakı xidmətlərinə görə təltif olundu.

BDU jurnalistika fakültəsinin müəllimi, pofessor Nəsir Əhmədli ilə Həsən Cəbrayılov ürək sözlərini söylədilər. Tamxil Ziyəddinoğlu mətbuat aləmində qazandığı uğurlara görə, onun jurnalist olmasını istəyən Bahar xanımın bacı şəfqətinə borclu olduğunu bildirdi.

Respublikanın Əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Hətəm oğlu Şükürov Vətənpərvərlik mövzusunda keçirilən bütün tədbirlərində fəal iştirakına və ”Hərə bir əsgər, hər ev bir səngər” layihəsinin uğurla həyata keçirilməsində göstərdiyi xidmətə görə " Vətənoğlu " Fəxri diplomu ilə təltif olundu.

Şair Bariz Bəhramoğlu öz təbrikdolu ürək sözlərini şeirlə söylədi.
Tədbir musiqinin müşayiətilə keçirildi. Əməkdar artist Rəhilə Bəndəliyevanın vətənpərvəlik ruhlu ifaları iştirakçılara xoş ovqat bəxş etdi. Sonda Məleykə Alıoğlu Bütöv Azərbaycan yolçularına uzun, çətin və müqəddəs yollarında uğurlar arzuladı. Bu yolun sonunda bir Turan müjdəsinin bizləri gözlədiyini şeirlə ifadə etdi. Beləcə arzulardan gerçəklərə daha bir mənəvi körpü salındı.
Butov. az


Paylaş



Bölmə: Güneyin sesi / Borçalı / Dərbənd / Zəngəzur / Göyçə / İrəvan / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!