Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 16-07-2020, 16:02
Gürcüstanlılar silsiləsindən:
İranın xalq artisti Sirus Gürcüstani

İranın xalq artisti Sirus Gürcüstani
2 iyul 2020-ci il tarixində İranın bütün mərkəzi informasiya agentliklərində Sirus Gürcüstani adlı incəsənət xadiminin, məşhur bir aktyorun ölümü haqqında məlumat getmişdir. Xəbəri həmçinin “Euronew’s”un fars redaksiyası da yaymışdır. 4 iyul 2020- ci il tarixində verilən məlumatlardan aktyorun dəfn mərasiminin ictimaiyyətin bir qrup nümayəndəsi və İranın məşhur incəsənət xadimləri tərəfindən yüksək səviyyədə təşkil olunduğu qeyd olunur. Beləki, mərasimdə çıxış edənlər aktyorun əsl incəsənət xadimi, öz sahəsinin böyük peşəkarı olduğunu, unikal və böyük ürəkli şəxsiyyətini, onlara və tamaşaçılara “ağlayaraq gülməyi öyrətdiyini”, hamını ən çətin psixoloji durumda belə güldürməyə, şənləndirməyə, üzlərdə qəm-kədəri azaltmağa çalışdığını, gözəl təbitə malik olduğunu, əxlaqi baxımdan nümunə, ailəsinə son dərəcə bağlı olduğunu, sözün həqiqi mənasında xalq artisti, xalqa bağlı olduğunu, xalq tərəfindən çox sevildiyini, xalqı güldürmək üçün illərlə zəhmət çəkdiyini, xalqla gülüb, xalqla ağladığını vurğulamışlar.
Həqiqətən də zahirən gülən, şən görünən, başqalarını güldürməyə çalışan Sirus, daxilində heç vaxt məlhəm olunmayan bir kədər daşımışdır. Beləki, o, ömrü boyu atası ilə bağlı faciənin təsirini ürəyində daşımışdır. Bu kədər, bu nisgil də onun “Şəhryiar” obrazının qocalıq çağını böyük səmimiyyətlə və ürəkdən yaşayaraq oynamasına kömək etmişdir.
Sirus Gürcüstaninin həyatı ilə bağlı qeyd olunan xüsusiyyətlər və eyni zamanda da “Gürcüstani” familiyasını (təxəllüsünü) daşıması məndə onun haqqında daha geniş və ətraflı məlumat əldə etmək marağı yaratdı.
Sirusun “Gürcüstani” təxəllüsü daşıması onun gürcüstanlı olduğu haqda fikrin yaranmasına əsas verirdi. Lakin internet resurslarında “Gürcüstani” təxəllüsü, ya soyadının Gürcüstanla bağlılığı haqqında heç bir məlumata rast gəlinmədi. “Gürcistani” ifadəsinin təsadüfi bir ləqəb olması, yaxud onun Gürcüstanla bu və ya digər dərəcədə bağlı olmasının göstəricisi oduğu aydın deyildi.
Belə olan halda, mən iranlı tvitter dostlarıma müraciət etdim.Həmədandan olan tvitter dostum bidirdi ki, Sirus “türk uşağıdır”.
Tikantəpəli tvitter dostum isə əvvəlcə bildirdi ki, İranda, o cümlədən Qərbi Azərbaycan ostanında (əyalətində) “gürcü” adlı məhəllələr var və bunlar yəqin gürcüstanlı türklər olub, həmin adla tanınırmışlar. Mən ona bildirdim ki, “gürcü” məhəllələri azərbaycanlılardan yox, etnik gürcülərdən ibarət olduğu üçün belə adlanırdı.Gürcüstaninin həmin respublikadan olduğunu bilmək üçün onu tanıyanlardan soruşmaq lazımdır. Sağ olsun, tikantəpəli tvitter dostum növbəti məlumatında bidirdi ki, mərhum Sirusun aktyor həmkarları onun özünün dilindən eşitdikləri xatirələrə əsasən ata-babasının Gürcüstandan olduğunu təsdiqləmişlər.
Mən həmin məlumatla kifayətlənməyib, məsələyə daha çox aydınlıq gətirmək üçün İranda yaşayan bir nəfər alim həmkarımdan da yardım istədim. O, aktyorun 37 il öncə azərbaycanlıların mədəniyyətsizliyini nümayiş etdirən telefilmdə çəkildiyini söylədi və əlavə məlumatı olmadığını bildirdi.
Mən axtarışı davam etdirərək hazırda Bakıda yaşayıb, işləyən keçmiş bir tehranlıya müraciət etdim. O da heç bir məlumata malik deyildi.
Nəhayət, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadəyə müraciət etdim. O, iranlı tanışı, uzun illər İran milli televiziyasının sənədli filmlər bölməsində çalışmış incəsənət adamı cənab Nadir Pənahzadə ilə danışdıqdan sonra aktyorun hazırda rejissor olan oğlu Siyavuş Gürcüstani ilə əlaqə saxlayıb məsələyə tam aydınlıq gətirdi. Bununla da təsdiqləndi ki, Sirus Gürcüstani əslən Gürcüstandandır, atası əvvəlcə Bakıya, sonra İrana köçmüşdür.
Sirus Gürcistaninin özü haqqındakı danışıqlarında və ya bioqrafik yazılarında atasının adı qeyd edilmir. Sirusun oğlu Siyavuş Səməd müəllimə verdiyi məlumatında babasının adının İsa Mahmudzadə olduğunu bildirmiş, eləcə də onun Gürcüstanda əmi oğlanlarının və əmi qızlarının olduğunu qeyd etmişdir. Təəssüf ki, Siyavuş hələlik ata nəslinin Gürcüstanın hansı bölgəsindən olduğu barədə suala cavab verə bilməyib. Hər halda aktyor Gürcüstanla bağlılığı haqqında bir söz deməmişsə də, həmin bağlılğı soy adına çevrilmiş olduğu sözdə əks etdirmişdir.
Deməli, Sirus atasına və atasının vətəni Gürcüstana ehtiram əlaməti olaraq özünə “Gürcüstani” təxəllüsü seçmiş, bununla da əslən mənsub olduğu ölkə ilə fəxr etdiyini və İranda əldə etdiyi bütün uğurlara baxmayaraq, ruhən farslaşmadığını nümayiş etdirmək istəmişdir. Bütün bunları nəzərə alaraq, internetdən topladığım məlumatı oxucular və internet izləyiciləri ilə paylaşmağı qərara aldım.
***
Ələkbər Mahmudzadə Gürcüstani (o, icəsənət aləmində Sirus Gürcüstani kimi tanınmışdır) 16 mart 1945-ci il tarixində Ənzəli liman şəhərində anadan olub.Əslən azərbaycanlı olan atası Bakıdan İrana mühacirət edib (başqa məlumatda həm atası, həm də anasının Bakıdan İrana mühacirət etdikləri qeyd olunur). Birinci sinfi Rəştdə bitirmiş, 8-9 yaşlarında valideynləri ilə birgə Tehrana köçərək kasıb məhəllələrdən birində məskunlaşmışdır.İkinci sinifədə oxuyarkən, iki tehranlı uşaq “rəştli ləhcəsi”nə görə onu məsxərəyə qoyurmuş və tənbeh edirmişlər. Ona görə də qısa bir zamanda Tehran ləhcəsini öyrənir və artıq III sinifdə tehranlılar kimi danışır.
Gənc yaşlarında atası və anası boşanmışlar, anası yenidən ailə qurmuş, Əlkbərdə anası və ögey atasının yanıda həyatını davam etdirmişdir.Lakin onun xərcini küçələri dolaşaraq pərakəndə xırdavat ticarəti ilə məşğul olan yaşlı atası ödəyirdi.
Uşaq yaşlarından top oynamağa böyük həvəsi 12-13 yaşında onuTehranın əsas futbol klunlarından biri olan “Şahin”(dəfələrlə İran çempionu və İranın bir nömrəli klubu olan indiki”Perspolis”) futbol klubunun hazırlıq qrupuna gətirib çıxarmışdır. Bir neçə ildən sonra, 17-18 yaşında 5 nəfər sırasında imtahan verərək əsas heyətə daxil edilmiş və 4 il komandada çıxış etmişdir. Həmin illərdə klublar oyunçulara pul vermirdilər.Ələkbərin ailəsinin kifayət qədər pulu yox idi, milli komandaya düşmək və öz xərclərini ödəmək üçün çoxlu pul lazım olurdu.
Həmin vaxt “Şahin”komandasının hazırlıq qrupuna gəlmiş, sonralar Ələkbərlə (Sirusla) birlikdə əsas heyətə qəbul olunmuş, komandanın əsas oyunçularından birinə çerilmiş, İran Milli Yığmasının üzvü və məşqçisi, eləcə də “Perspolis”komandasının məşqçisi olmuş İbrahimi qeyd edir ki, futbolu davam etdirsəydi, tanınmış futbolçulardan biri olardı və millidə oynayardı.Lakin Ələkbər qəflətən futbolu atmışdır.Bunun əsas səbəbi futbolçulara nəinki maaş verilməməsi, hətta digər şəhərlərə öz hesablarına getməyə məcbur olmaları olmuşdur.
Ələkbər orta məktəbi bitirmək haqqında şəhadətnamə alandan sonra işləməyə başlayıb. Beləki, artıq böyümüş Ələkbər qoca atasının onu pulla təmin etməsinə razı olmayaraq futbolu ataraq zavodlardan birində anbarda işə düzəlmişdi.
Ələkbər ilk aldığı maaşı ilə qoca atasını sevindirmək və onu maliyyə yükündən azad etməyə hazır olduğunu göstərmək üçün atasının qaldığı mənzilə gəlir, lakin atasını evdə görmür, qonşulardan soruşsa da, onun yeri haqqında məlumat bilən tapılmır. Bundan sonrakı uzun illərdə də nə atasını, nə də onun izini tapa bilir.Atasına aldığı hədiyyəni ömrünün axırına kimi öz evində saxlayır və daim həmin faciəli günləri xatırlayır.
Ələkbər anbarda işləyəndə onun tabeliyndə Hadi İslami adlı bir gənc də çalışırdı.Həmyaşıd olduqları və oxşar xasiyyətləri olduğu üçün dostlaşmışdılar.Lakin bir ildən sonra Hadi zavodu tərk edir və hara getməsi barədə dostuna heç nə demir. 2-3 ildən sonra onlar “Şəhər teatrı”nın yanında rastlaşırlar.Hadi artıq həmin teatrda işlədiyini deyir və Gürcüstanini də ora dəvət edir. Beləcə, Ələkbər Mahmudzadənin Sirus Gürcüstani kimi incəsənət aləminə daxil olması baş verir.
1970-ci ildə teatrda işləməyə başlayır və 1972-ci ildə rəsmi şəkildə teatr idarəsinin əməkdaşı olur, tamaşada iştirak edir və rol alır.
1977-ci ildə televiziyada çalışmağa başlayır, teleserialda və iki bədii filmdə çəkilir, nəticədə İran Mədəniyyət və İncəsənət Nazirliyində işə qəbul olunur.Sirus Gürcistani bir müddət burada çalışdıqdan sonra incəsənət sahəsində xidmətlərinə görə Mədəniyyət və incəsənət nazirliyi tərəfindən ona bakalavr diplomuna bərabər olan iknci dərəcəli incəsənət işçisi olduğunu təsdiq edən sənəd verilmişdir.
1979-cu ildə S.Gürcüstani kiçik fasilədən sonra yenidən bədii filmlərdə çəkilməyə başlayır. 1980-90-cı illər onun yaradıcılığının ən məhsuldar və yüksək illəri idi. İranın ən məşhur rejissorları onunla işləməyə can atırdılar.
Sirus Gürcüstaninin incəsənət sahəsində peşəkar fəaliyyəti əsasən İran İslam inqilabından sonra başlanır (onun inqilabi hadisələrdə bu və ya digər şəkildə iştirak etməsi barədə heç bir məlumata rast gəlinməmişdir). Bu zaman onun artıq 33-34 yaşı vardı. Başlanğıcda xırda rollar ifa etsə də, 1979-cu və 1980-ci ildə dörd(hər il iki) bədii filmdə rol alaraq çəkilir. Sirusi yaxından tanımağa başlayan, istedadını görən rejissorlar onu eyni zamanda teatra, telefilmlərə dəvət edirlər.Bunun nəticəsində 1983-cü ildən artıq o, kino, teatr və televiziya aktyoru kimi tanınır.
Sirus Gürcüstani 1970-1999 cu illər ərzində 20-dən çox teatr tamaşasında,1978-2020-ci illər ərzində 68 teleserialda, 47 bədii filmdə rol ifa etmişdir.
Ən çox yadda qalan rollarından biri “Şəhriyar” teleserialında “Şəhriyar” rolu idi. Yeri gəlmişkən demək lazımdır ki, həmi serial Azərbaycan televiziyası ilə yayımlandığından Şimali Azərbaycanda tamaşaçılar da onun yaratdığı rolu görmüş və yəqin ki, yaradıcılığını dəyərləndirmək imkanına malik olmuşlar.Bu, Sirus Gürcüstani yaradıcılığında onun şah rolu sayılır.
Sirus adıgedən serialda ustad Şəhriyarın orta yaşları və qocalıq dövrü obrazını canlandırmışdır. Aktyor özü bu barədə danışarkən deyirdi ki, şairin şeirlərini əzbərləyib, kassetlərini dinləyib, şəxsiyyətini dərindən öyrənib, hər cəhətdən onu tanımağa səy göstərib. Sirus qeyd edirdi ki, Şəhriyar İranın ən böyük şairlərindən biridir, onu nə qədər yaxından öyrənirdisə, o qədər ona vurğunluğu artırdı. Onu öyrənərkən hiss edib ki, Şəhriyar fiziki bədən quruluşu, yerişi, baxışı və danışığı baxımdan atasına çox oxşayır. Buna görə də Şəhriyar obrazına vurğunluğu daha da artır, sanki filmdə öz atasının rolunu oynayır. Sirus davam edərək xatırlayır ki, çəkiliş zamanı Təbrizə gəlmişdilər, aktyorların bir hissəsi azərbaycanlı idi.Sirus atasından ilham alaraq obrazı canlandırarkən, yerli azərbaycanlı aktyorlara çox qəribə gəlirdi və deyirdilər ki, həmin işi Şəhriyar da məhz belə edərdi.
“Şəhriyar” serialı təkcə onun oynadığı ən yadda qalan sənət əsəri kimi deyil, həm də aktyorun öz həyatının müəyyən bir hissəsini yenidən yaşamağa şərait yaratması ilə əlamətdar idi.O, elə fikirləşirdiki, şair və mütəfəkkir dərəcəsinə yüksəlmiş öz atasını oynayırdı.Bu, ona ikiqat təsəlli verirdi.Birincisi, İranın ən böyük şairinin surətini canlandırırdı, ikincisi, ona hər cəhətdən yaxın olan insanın, adi həyatda atasına oxşayan bir insanın obrazını canlandırırdı. Bu, ona böyük qürur verir,eyni zamanda təskinlik gətirirdi.
75 yaşında Tehranda vəfat etmiş Sirus Gürcüstani 2020-ci ilin 4 iyul tarixində yaxınlarının, eyni zamanda da sevənlərindən və həmkarlarından bir qrupunun iştirakı ilə Tehranın “Behişti-Zəhra” qəbristanlığının İncəsənət xadimləri qismətində dəfn edilmişdir.
RUHU ŞAD OLSUN.

VidadiMustafa












Paylaş



Bölmə: Güneyin sesi / Borçalı / Turan / Mədəniyyət / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!