Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 5-07-2017, 16:50
İranda böyük türk cəmiyyəti mövcuddur. Təssüflər olsun ki...



Güney Azərbaycanın Təbriz şəhərinin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi “Azərbaycan Ədəbiyyat, İncəsənət və Mədəniyyət Mərkəzi”nin fəaliyyətini tənqid edərək onu təsis edildiyi gündən bəri heç bir ciddi iş görməməkdə günahlandırıb
.

Millət vəkili bazar günü parlamentdəki çıxışında deyib: “Azərbaycan əhalisi uzun illərdir, qövmlərin ana dilini qorumaqla bağlı konstitusiyanın 15-ci maddəsinin reallaşması üçün bir qurumun yaradılmasına çalışıb. Onlar bu şəkildə Azərbaycan mədəniyyət və incəsənətini Rzaxan dövründə baş verən durğunluqdan qurtarıb və yenidən canlandırmaq istəyir. Bu həmdə İranın mədəniyyət və incəsənətinin daha da zənginləşməsinə səbəb olardı.”
“İranda böyük türk cəmiyyəti mövcuddur. Təssüflər olsun ki, bu gün bir sıra siyasi və mədəni məsulların laqeyd münasibəti nəticəsində, Türkiyə və Azərbaycan Cümhuriyyətinin ədəbiyyatı ölkənin böyük türkdilli cəmiyyətinin danışıq və yazışması üçün bir istinad nöqtəsinə çevrilib”- deyə Əhməd Əlirzabeygi bildirib.
Güney azərbaycanlı türklərin qardaş Şimali Azərbaycan və Türkiyə türklərindən təsir almalarını “əsl Azərbaycan türkcəsinin təhdidi” adlandıran millət vəkili bu məsələnin siyasi problemlər yaratdığını deyib.
“İnqilabdan 38 il keçdikdən sonra nəhayət ki, prezident Azərbaycan əhalisinə “Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evi”nin yaradılmasına dair vəd verdi. Lakin sonra qərar dəyişdirildi və “Azərbaycan Ədəbiyyat, İncəsənət və Mədəniyyət Mərkəzi”i adlı bir qurum təsis edildi. Bu qurum fəaliyyətə başladığı gündən heç bir ciddi iş görməyib, yalnız partiya üzvlərinin toplandığı bir kluba çevrilib. Biz bu quruma “Fars Dili Mədəniyyət Evi”nə olan münasibəti, onun isə qonşu ölkələr üçün istinad nöqtəsinə çevrilməsini istəyirdik. Lakin bu belə olmadı”- deyə millət vəkili əlavə edib.
“Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evi”nin yaradılması İran prezidenti Həsən Ruhaninin 2013-cü il prezident seçkiləri öncəsi Azərbaycan əhalisinə verdiyi vədlərdən biri olub. Lakin o prezident seçildikdən sonra verdiyi vədi yerinə yetirməyib. 2015-ci ildə isə “Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evi”nin yerinə Təbrizdə “Azərbaycan Ədəbiyyat, İncəsənət və Mədəniyyət Mərkəzi”i təsis edilib. Hazırda mərkəzin yaradılmasından 2 ildən çox keçir, lakin qurum Azərbaycanın ədəbiyyat, incəsənət və mədəniyyəti uğrunda heç bir addım atmayıb. Mərkəzin adında türk deyil, Azərbaycan sözünün istifadə edilməsi də onun fəaliyyətinin hansı istiqamətdə olacağına ciddi işarədir.
Butov.az


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!