Əhməd Oruc xəstəxanaya aparılan gün evi qarət edildi .....                        Cəfər Cabbarlının heykəli bərpa OLUNACAQ - RƏSMİ .....                        Tramp hərbi əməliyyatlara hazırlaşır .....                        Dövlət Xidməti saytlardakı problemlə bağlı məlumat yaydı .....                        Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası müzakirə edildi .....                        Xocalının Seyidbəyli kəndinə 36 nəfər qayıtdı .....                        Azərbaycanda saytlara girişdə PROBLEM YARANDI .....                        Baş nazir iki milli parkla bağlı qərar verdi .....                        Qaxda 14 yaşlı məktəbli güllələndi .....                       
Tarix : 11-07-2016, 11:57
“Türk Dünyası gənc yazarları növbəti Bakı toplantısında görüşəcək


İyulun 10-14-ü çərçivsində Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının donorluğu ilə həyata keçirdiyi “Türk Dünyası gənc yazarlarının əsərlərindən ibarət almanaxın nəşri və BAKI TOPLANTISININ KEÇİRİLMƏSİ” adlı 5 aylıq layihə çərçivəsində tədbirlərə start veriləcək. Layihə çərçivəsində Bakıda silsilə tədbirlər (10-14(15) iyul 2016-cı il) düzənlənəcək.

Tədbirlərdə Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Başqurdistandan, habelə Təbrizdən və “Türk Dünyasının 2016-cı il Mədəniyyət Paytaxtı” Şəkidən, “Avropanın 2016-cı il Gənclər Paytaxtı” Gəncədən, “Azərbaycanın 2016-cı il Gənclər Paytaxtı” Şəmkirdən, eləcə də, Naxçıvan Muxtar Respublikasından gənc yazarlar, paytaxtımızda fəaliyyət göstərən ədəbi qurumların nümayəndələri, yeni nəsil yazarları iştirak edəcək. Türk dünyası ədəbiyyatının bir qrup gənc nümayəndəsinin Atatürk Mərkəzinin müdiri, AMEAnın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, AYB sədri, Xalq yazıçısı ANAR, AMEA Ədəbiyyat İnstitutunun direktoru, AMEAnın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili dos.dr. Hikmət Babaoğlu, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili, dr. Azay Quliyev, millət vəkili, dr. Cavanşir Feyziyevlə, həmçinin "Kaspi" qəzetinin redaksiya heyəti ilə görüşləri nəzərdə tutulur.

İyulun 11-də Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Bakı Türk Şəhidliyini ziyarətlə başlayacaq tədbirlər, saat 14.20-də Azərbaycan Yazıçılar Birliyinin “NATAVAN Klubu”nda III BAKI TOPLANTISInın açılış törəni və qonaq

yazarların öz ölkələrindəki ədəbi durum, ədəbi işbirliyi imkanları haqqında bilgi verməsi ilə davam edəcəkdir. Müzakirələr saat 17.00-da Azərbaycanda Atatürk Mərkəzində davam edəcək. 12 iyulda (14.30-dan...) Yunus Əmrə İnstitutu Bakı Kültür Mərkəzində ədəbi müzakirələr (Mövzu: “Türk Dünyası ədəbiyyatı: dünən, bugün, sabah...”) keçiriləcək (Ünvan: Nəsimi r., R.Behbudov küçəsi -142). 13 iyul, saat 17.00 –19.30 aralığında isə “Türk Dünyası Gənc Şairlərinin Şeir Axşamı” (AMEA Mərkəzi Elmi Kitabxanasında (IV qat, Böyük Zal) düzənlənəcək.

DGTYB mətbuat xidməti


Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!