Sən ey ölmüş! Niyə öldürdün axı,
Yenə öldürülə səni öldürəni? Cəlaləddin Rumi(1207,1273)Azərbaycanın Urmiya şəhərindən yalnız 18 kilometr uzaqlıqda Balanuş (Balanc) adlandırılan bir kənd var. Bəzi yerlilər ona el-yolsalii (etno-dini) quruluşuna görə “Qlobal Kənd” kimi müraciət edirlər. Kənddə yaşayan doğma adamların çoxluğu Azərbaycanlı şiə Türklər olmuşdur, amma bir azı da “Əhli-Haq” yaxud kürəsünni Türklər, bir neçə ev də Erməni, Asoru, və yenicə kəndə köçmüş iki-üç ev kürd var. Ölkənin başqa hissələrində Müsəlmanlar öz mərasim və ayinlərinə daxil olmaq üçün heç bir başqa dini azlıqlara imkan vermir. Buna baxmayaraq, Azərbaycanda və özəlliklə bu kənddə adamlar başqa dini azlıqlardan çəkinməzlər. Beləliklə onlar əsrlər boyu barışda və qarşılıqlı sevgidə və hörmətdə yaşayırlar. Və bu yaşam keyfiyyəti Azərbaycanda üstün atmosfer olmuşdur. Hətta indi Urmiya özü Azərbaycan milləti çoxluq olaraq öncə adlandırılan el-yolsal azlıqlar ilə barış və əmin-amanlıqda yaşayan neçəmədəniyyətli bir şəhərdir. Bundan başqa, Təbrizdə, Azərbaycanın mərkəzi şəhərində olan Erməni azlığı öz müstəqil ölkələri kimi olan bir mühitdə barışda və tam azadlıqda yaşayırlar.
Türk millətlərin ən qabarıq özəlliklərindən biri qonaqları və yabancıları sevdikləridir. Onlar həmişə qonaqlarını hətta öz ev-uşaqlarına üstün tutmuşdurlar. Onların süfrələri qonaqlarına açıq olmuş və onların ev-uşağı qonaqlara qulluq etmişdir. Onların qapıları və onların isti qucaqları həmişə qonaqlarına açıq olmuşdur. Onların “Yığma” adlandırılan formal qonaqlıqları olmuşdur, gələn qonaqlar qonaqlıqdan sonra süfrələrdə qalan yeməyi yığışdırıb aparmalıydılar və bu dəb bu gün də yaşamaqdadır. Ayrı açıdan, təəssüf ki, həmişə buna layiq olmayanlar da olubdur. Buna görə də, tarix və onun üzərində çalışmaq çağdaş insanın həqiqətən çox ehtiyat və diqqətlə yanaşmasını istəyən bir işdir. Regionun tarixi və elsayazısıiii (etnoqrafiyası) üzərində qərəzsiz çalışmaq bütün tarixi kontekstdən ayrılmaz birlik kimi bütövlükdə baxılmaq gərəklidir.
Qafqaz və Orta Şərqin strateji regionlarında sənaye inqilabı və enerji ilə xammala artımda olan ehtiyacdan öncə bir növ tarazlıq vardı. Sənaye ölkələrinin acgözlülüyü və onların öndərlik melanxoliyası ,və buna görə də ,bütün dünyanı istismar etmək iki Dünya Savaşı və onların sonrakı faciəli fəlakətlərini gətirdi. Onlar istəklərinə çatmaq üçün insanın
cəhalətindən, emosiyalarından, duyğularından, inamlarından və dəyərlərindən sui-istifadə etdilər. Və indi yaşadığımız bu dünya onların etdiklərinin nəticəsidir. Nifrət, insanlığa güvəncəsizlik, və qisas hakim ənənə və istək olaraq dünyanı tutmaqdadır. Başqa tərəfdən ,təəssüf ki, çağdaş kütləvi bilgi araclarıiv gerçəkləri, xüsüsilə tarixi olanları uydurmaq üçün ümumi alət olmuşdur. Bu üzdən incəsənətə və kinofilmlərə utilitar yanaşma estetizmi qurban vermək bahasına dəbdəbəli ənənə olmuşdur.
Bu yaxınlarda üzərində bir neçə söz deyilməli ARARAT adlı bir Erməni filmi, gördüm. Atom Eqoyan’ın yazıb yönəltdiyi bu film , Robert Lantos filmi, Serendipity Point Film və Eqo Film Arts şirkətlərində, 2002-ci ildə , çəkilmişdir. Bu film çalışır Ermənilərinə görə Türkiyənin Van şəhərində bir vaxtlar yaşamış Ermənilərin başına gəldiklərini göstərsin. Kürdlər Van şəhəri Adəm və Həvvadan bəri bizimdir deyirlər. Həm Ermənilər və həm Kürdlər orada Misrin Piramidalarından daha əski və böyük Piramidalar saldırmışlar! Sənədlərə əsaslanaraq 20-ci əsrin əvvəllərində “ Van sakinləri əlli min, beşdən üçü Ermənilər, beşdən ikisi isə Türk idilər”v. Film gələcəkdə Ermənilər üçün ulu sənət əsəri olan bir oğlanla anasının fotoşəklini göstərməklə başlayır. Bu oğlan, Arşil Qorki (1904-1948), Erməni soylu Amerikali rəssam, Türkiyənin Van şəhərində, Xorkom rayonunda anadan olmuşdur. Onun işləri həndəsi abstraksiyanı və kvazi fiqurativ sürrealizmi birləşdirərək Avropa sürrealizmi və Birləşmiş Ştatlarının mücərrəd ekspressionizmləri aralarında əsas körpü oldu. 1946-1948 aralarında, Qorki Birləşmiş Ştatlarda ən adlım artistlərdən biri sayıldığı halda bir sıra şəxsi faciələr sonucundan özünü öldürdüvi.
Film yaradıcıları çoxlu tədqiqdən sonra bu xarakteri filmə keçirdiblər, çünki onun familiyasi Qorki həmçinin Maksim Qorkini tamaşaçıya xatırladır. Qorki sosialist realizminin banisi olan Aleksei Maksimoviç Peşkov-un(1868-1936), Sovet roman yazar, dramaturq və essaistinin təxəllüsüdür. O əsasən yazıçı kimi tanımasına baxmayaraq həmçinin Rusiya inqilabi hərəkətində çox görkəmli bir şəxsiyyət idivii.Qorki xarakterinin sonradan filmə artırılması müxtəlif məqsədlər daşıya bilər, ancaq onlardan biri Rus dinləyicisi duyğularının maşasına ip bağlamaq ola bilər. Eyni halda, Arşil Qorki ilə anasının fotoşəkili Madonna və oğlunu simvollaşdırır. Beləliklə elə ilk səhnədə, film Xaçtapınma’nınviiibayrağını fonda sancır və film ərzində Xaçtapınan canıyananlığını onların “təhqir edilən dəyərlərinə” doğru qaldırıb inandırmağa çalışır. Sonralar Raffi filmdə deyir: “Bu odur ana. Madonna və uşaq . . .hər şeyin başlandığı Axtimar adasında”.
Rəssamın stolunda daşda yonulmuş Xaçda çarmıxa çəkmə səhnəsi orada olan başqa hər bir şeydən daha çox gözəçarpıcıdır. O Xaçtapınmanı təmsil edib vurğulayır və təkcə Ermənilər yox Xaçtapınanların hamısının başına nə gələcəyi göstərməyə çalışır. Xaç simvolunun, vaxtın ötməsi ilə talan edilən yox, bəlkə “qəsdən dağıdılan” kilsələri, Xaçtapınan üçlüyü, “Ata, sən, və mən” və Xaçtapınan incəsənətinin geniş istifadəsi belə bir ideyanı möhkəmləndirir ki yönətici tamaşaçını inandırmağa çalışır, sankı filmdə baş verənlər bütövlükdə Xaçtapınmağa baş verir, və buna görə də onların toplumsal
altqanacağınıix qıcıqlandıraraq ümumdünya simpatiyalarını oyatmaq istəyir. Bəri başdan film kinofilmdən çox Xaç yürüşlərinə bənzəyir. Film ilə yanaşı gedən Azərbaycan xalq musiqisi Azərbaycanın bütün Qafqazlarda müsəllət olan mədəniyyətinə və onun Erməni qonaqları tərəfindən mənimsəməsinə gerçək bir şahiddir. Balaban ilə Tar Azərbaycan milli musiqisinin ayrılmaz alətlərindəndir. Sonra uzaqlara dalmış bir qoca kişi, filmdə yönətici rolunda Edvard Saroyan adlanan Charles Aznavour, Ağrı dağını anımsayaraq ekrana çıxır. Cənab Saroyan əlində nar gömrükdən keçmək istəyir, amma gömrük mə’muru Deyvid – Christopher Plummer – icazə vermir. Narı yerlilər qan və qanlılıq simvolu sanırlar. Üçüncü səhnə bir narkoman Erməni gənc oğlan, Raffinix, anası Ani (Arsinee Khajian), əslində ögeybacısı olan adaxlısı Selia (Marie- Josee Croze)nı bir qonaqlıda tanıtdırır. Raffi Erməni dilində bir şeir oxuyur, bu da Azərbaycan xalqı arasında çox geniş yayılmış bir Azərbaycan nağılıdır. Bu nağılda qız sevgilisindən anasının qəlbini çıxardıb ona hədiyyə gətirməsini istəyir. Oğlan ananın ürəyin çıxardıb qıza apararkən yolda yıxılır. Bu anda anasının yerə düşən ürəyi səslənir: “ Yazıq balam! İncimədin ki?!” Ermənilərin bu nağılı mənimsəməsi daha bir tarixi şahiddir Azərbaycan mədəniyyətinin əsrlər boyu regionda hakim olmasına və Ermənilərin balaca el (etnik qrupu) kimi böyük bir ulusun içində qarışıb itmiş halda yaşadıqlarına . Bu qonaqlıq səhnəsində nağıla uyğun seçim olaraq Sarı Gəlin musiqisi çalınırsa da Azərbaycanlı əhval – ruhiyyəsi ondan heç duyulmur.
O biri səhnə Deyvid’in evixi, Yunan soylu Kanadalı oyunçu qonaqları Əli’ni , Elias Koteas’i tanıdır. Elias əslində Yunanlı olduğuna baxmayaraq qurnazlıqla onu Türk-Kanadalı tanıtdırırlar. Yönətici (rejisor) klassik bir süfrəbaşı dua səhnəsində günahsız bir uşaqdan yararlanaraq elə ilk andan tamaşaçıya onun ağzından “Əli Tanrıya inanmayır” düşüncəsini çatdırmaq istəyir. “Əli” adının Müsəlmanlara nə anlam daşımasını yəqin Ermənilər çox yaxşı bilirlər. Bu üzdən filmdə Əli Tanrıya inanmırsa demək Cəvdət Bəyxii də Tanrıya inanmır. Buna görə də o pisdir və nə yaman günah işlər görə bilər! Bu düşüncə filmdə muzey səhnəsində gücləndirilir. Bir dəstə uşaq muzeydə ocaq başında qızışmaq üçün dayanmış iki lüt uşaq rəsminə baxırlar. Uyğun olaraq elə bu halda Əli muzeyə gəlib qapı arasında yoldaşı ilə uşaqbazlıq edərək özündən çox üzdən iraq bir davranış göstərir. Eyni halda o muzeydə bağıraraq yoldaşına bir filmdə rol aldığı şad xəbərini verir, və beləliklə də uşaqların eləcə də tamaşaçının diqqətini çox pis yol ilə özünə çəkir. Uşaqlardan biri Əlidən, “Sən yaxşi bir adamın rolunu oynayacaqsanmı yoxsa pis birisinin,” soruşanda o cavab verir: “Çox çox pis bir adamın”, və üzü turşalaraq uşaqları qorxudur. Demək yönətici bir dəstə günahsız uşaqdan yararlanaraq Əlinin özünü, davranışını, düşüncəsini, inamını və eyni halda Cəvdət Bəyin sayılan özəlliklərini tamaşaçı tərəfindən sual altına aparıb sah-çürükxiii etmək istəyir. Filmdə Cəvdət Bəy xarakterinin bu yol ilə göstərilməsi yönəticinin insanlığa pisniyyətli olduğunu və sonsuz həddə başqa millətlərə, özəlliklə də Türk xalqlarına və başqa müsəlmanlara sonsuz nifrətini canlandırır. Filmin təməl mövzusu nifrətdir. Buna görə də Araratı Homerin şahəsəri İliad (Ellada) əsasında yazılmış Troy ilə tutuşduranda – Homer həm Axilus həm Hektora sayğı ilə yanaşır və beləliklə də tamaşaçının sayğısı və alqışını
qazanır – film cənab Eqoyanın Türklərə nifrət və pisniyyətlik səhnəsinə çevrilir. Homerin böyük və əzəmətli üslubu onu ölümsüzləşdirirsə, Cənab Eqoyanın birtərəfli baxışı ilə nifrəti onu heç başqa millətlər yox elə Ermənilərin öz gələcək nəsli tərəfindən unudulmağa uğradacaq.
Bu səhnənin ardıca Ani bir konfrans zalında Arşil Qorki və Ermənilər tarixi haqqında açıqlamalar verir. Ani bu filmdə sənət tarixi doktorudur. Bu arada Selia Ani’dən əri haqqında soruşaraq sözünü kəsir və Raffinin əlindən çəkərək onu zaldan çıxarır. Yönətici tamaşaçının ağzından bunu eşitmək istəyir: “Yazıq ana!” Bir azdan Raffi ilə adaxlısı bir açıq- saçıq səhnədə çıxandan sonra ikisi də atalarının ölümünü tartışırlar; ardıca da Raffi ilə anası onun uyuşdurucu aldığını. Sonra Edvard Saroyan Ağrı dağı Ermənilərindir deyə çıxış edir, və ardica “Bir Amerikalı Təbib Türkiyədə: Barış ilə Savaşdakı Macəraların Nağılı, Clarence Douglas Usher, New York 1917,” adlı bir kitab açıq-aydın tamaşaçıya tanıtdırılır. Birinci arxalanma yeri, xaçtapınma, elə ilk səhnədə göstərildi və filmin sonuna dək gedir. İkinci arxa Amerika dövləti ilə milləti kimi ulu bir super gücdən başqa heç nə ola bilməz. Orda ki Amerikalı doktor Cəvdət Bəyə deyir: “Bizi Amerika dövəti qoruyur ... Bizim yeryurdumuz Amerika dövləti mülkünün bir bölümü sayılır ...” yönətici Amerika toplumunun duyğusu ilə canıyananlığını o vaxtdakı zorakılıqda qalan vətəndaşları ilə Ermənilərə doğru çəkmək istəyir. Özəlliklə Cəvdət bəyin: “ ...Amerika Birləşmiş Ştatları !...” sözünü lağa qoyması darını daha maqqab üstünə qoymaqdır. Gənc Arşil Qorki’nin Amerika bayrağını daşıması, onun Amerika Rəssamlıq sənətinə təsirinə görə minnət olaraq, və Amerikalıların klinikası qarşısında doktorun bir keşiş kimi Ermənilər başlığında dua oxuması Xaçtapınma dünyasını qıcıqlandırıb Ermənilərin soyqırımına inandırmaq üçün başqa bir dəbdən düşmüş şablondur.
Ondan sonra, Arşil’in anası oğlu ilə səhnəyə çıxır. Bu xanımın personajı daha uyğun seçilib, eyni halda xanım Lousnak Abdalian uyğun görkəmi və ifadələri ilə işinin əlindən bacarıqla gəlir. O da savaş bəlalarından əzab çəkmiş başqa analar kimi günahsızdır, o gələcək nəsli yetirib öyrətməklə öz analıq rolunu oynayır. Buna baxmayaraq analar gələcək soylarına nə öyrətdiklərində çox diqqətli olmalıdırlar. Onlar yalnız nifrət ilə öc almaq öyrədirlərsə, bu öc almanın gizli alovu dolayısıyla onların ətəyin tutacaq və onlar özləri bunun üçün sorumludur. Hər halda, oğluna: “Türklər səni tutsalar, imanından dönmə. Ana dilini heç vaxt unutma. Sağ qalsansa ana dilin nələr olduğunun nağılını demək üçündür” deyərək dünyaya bir savı var. Bu söz ana dilləri sıxma-boğma, ayrıseçkilik, assimilasiya, təhsil sistemi, radio-televiziya ilə mətbuatın olmaması üzündən varlıqları hədələnməkdə olan millətlərə bir universal savdır. Örnəyin İran vətəndaşlığında olan 35,000,000dan artıq Azərbaycanlı İran ana yasasının 15-ci maddəsində nəzərdə tutulmuş haqlarına baxmayaraq ana dillərində təhsildən məhrumdurlar; bunla belə həman ölkədə 130,000xiv Erməni ibtidai sinifdən ana dilində təhsildən ləzzət aparır və hətta Tehran ilə İsfahan Universitetlərində magestra rütbəsinədək Erməni dili ilə ədəbiyyatı tədris olunur və çoxlu Azərbaycanlılar bu dildə təhsil ala bilir! Çünki Erməni Yepiskopal Şurasının katibi, Ysari Abrahamian’a görə:
“İran milləti Erməni xalqının birinci arxaduranı olub. Tarixi baxımdan, İran hökuməti Ermənistan dövlətini rəsmiyyətə tanıyan birinci dövlət idi.”xv Nə maraqlı tələsmək heç şəkk etmədən!?! Bundan başqa, şərqi Asuri və Xaldey Kilsələrinin Iideri, Patriarx Denkha, demişdir: “Asurilər daxil olmaqla İranda yaşayan dini azlıqlar Müsəlmanlar ilə bərabər siyasi və sosial hüquqlardan zövq alır.”xvi
Arşil ilə yoldaşı Sevan tapşırıqlarını yerinə yetirmək üçün Amerikalı doktordan bir məktub başqa missionerlərə çatdırmalı və Van’ın dağılmış şəhərindən keçməliydirlər. Burda süngüyə taxılmış bir adam kəlləsi yan-yövrədə uzanmış ölülərlə Ermənilərin kələklərinə oxşar çox qondarma bir səhnə yaratmışdır, bu da filmin özəl effektlərini daha alçaldır. Cəvdət Bəy’in əsgərləri ilə “Vəhşi müttəfiqləri, Kürdlər” xvii Arşil ilə yoldaşı Sevanı yaxalayan səhnədə iki Kürd əsgəri Sevanı işkəncə üçün çığırda-çığırda götürülər. Kürd əsgərlərdən ata-baba geyimləri ilə burda yararlanmaq göstərir Ermənilərə Kürdlər ilə Türklərin arasında heç fərq yoxdur, hər ikisi də Müsəlman, hər ikisi də düşmandır. Necə də ki özləri etiraf edir: “Məhəmməd ümmətinin heç bir tayfası yoxdur ki cəzalandırmaqdan qurtulmalı olsun.”xviii Ona görə də bu bir yaxşı dərs olmalıdır əsrlər boyu qaynayıb qarışmış el-tayfa kimi Müsəlman Türk bacı-qardaşları ilə bir yerdə yaşayan Kürdlərə. Ümid edirəm Ermənilər Rus qardaşlarına qoşulub müttəfiq olaraq Azərbaycan ilə Van’ı tutaraq törətdikləri cinayətləri unutmayıblar. O vaxt onların basqısı ilə Cəvdət Bəy geri çəkilir və ardıca Mar Şimun rəhbərliyi ilə onlara qoşulmuş Asurilər o taylı bu taylı Azərbaycanın başına nə toy tutduqlarını özləri hamıdan yaxşı bilir. Onların törətdiyi cinayətlər hələ də bu gün bizim aramızda yaşayan nənə-babaların dilindən yeni nəsilə söylənilir və xalqın canlı yaddaşında oyulur. Başqa tərəfdən isə, Ermənilərin Qarabağ, Ağdam, Xocalı, Şuşa, Tərtər, və 1992-dən bəri işğal etdikləri Azərbaycanın doğma dədə-baba torpaqlarında etdikləri cinayətlər bu gün bizim şərəfimiz üzündəki yeni yaralardır. Sayın oxucular gərəkli sənədləri əldə etmək üçün bu qonuda çoxlu vebsitələrə baş çəkə bilərlər, misal olaraq: www.khojaly.net ya http://www.visions.az/history,137/ .
Azərbaycan və Türk milləti unutqan deyirlər. Tərsinə, onlar yalnız bağışlayan, fürsət dalıca olmayan, və intiqam axtarmayandırlar. Onlar ilə Ermənilərin ən təməl fərqlərindən biri də budur ki onlar heç vaxt çalışmayıb məhkəməyə rəqibdən tez çatsın. Bu gün Ermənilərin Urmiya, Təbriz, Tehran, və Türkiyədə Türk xalqı arasında azlıq olduqlarına baxmayaraq əmin-amanlıq və tam azadlıqda hətta Ermənistan adlanan ölkədən daha yaxşı durumda yaşadıqları türk millətlərinin həmişə onlara qarşı bağışlayan, əliaçıq və mehriban olduqlarına çox qabarıqlı bir göstəricidir.
Film Əli, Raffi, və Edvard’ın soyqırımı üzərində tartışması ilə zirvəsinə çatır. Əlinin Cəvdət Bəy Rolunu qəbul etməsindən peşman olub o xarkterdən zəhləsi getməsi əslində Raffi’nin və tamasaçının nifrətinə nədən olur. Raffi Əli’yə etiraf edir: “Sənin oyununu görəndən sonra atamın Türkiyəli diplomatı öldürərkən duyğusunu başa düşə bildim.” Bundan öncə o atasını bir terrorist sanırdı, indi ki o atasını başa düşə bilib demək tamaşaçı və bütün
dünya bilməlidir ki onun atası bir terrorist yox doğru bir qəhrəmanıymış və Türkləri öldürmək artıq bir qutsal görəv ya cəhad sayılır. Film yaradıcıları çalışır tamaşaçını qandırsın ki Əli və onun kimilər, yəni Türklər, tarixdən heç nə bilmir, elə ona görə də onlarla artıq tartışmağın heç dəyəri yoxdur. Raffi Erməniləri Nazi Almanındakı Cüvüdlər ilə, Türkləri də Adolf Hitler ilə tutuşdurur. Beləliklə onlar filmlərini Schindler’s List filminə oxşatmaq istəyirlər. Halbuki, onlar özləri də bilirlər ki çoxlu fərqlər var. Cüvüdlər heç vaxt işğalçılara qoşulub öz ölkələrini sataraq kimsə ilə savaşa girmədilər. Bu Adolf Hitlerin dünyaya qarşı psixopotoloji baxışı və onun xalis Alman soyu yaratmaq xulyası idi ki elə faciələrə nədən oldu. Film yaradıcıları çalışır göstərsin burda Ermənilər yalnız özlərini qorumağa can atmışlar. Amerikalı həkim bir yardım diləkçəsi yazaraq deyir: “Van şəhərində bir daxili iğtişaş var.” Burda bu sorğu ola bilər: “Bu daxili iğtişaşın nədəni nə ola bilər?” Cavab çox aydındır. Aldanmış Ermənilərin işğalçılara qoşulub öz ölkələrinə dal çevirməsi. Bütün ölkələrin ana yasasina görə müharibə şərayitində bir əsgər cəbhədən qaçarsa belə, ölümə məhkumdur, hələ qalsın xainlik etməsi. Filmdə Raffinin şəxsi baxışı olan bu “bir heyranedici özünü qoruma” deyil, doğrusu 1915-ci il “Aprel ayında Rusların Van əməliyyatı Erməni Könüllüləri yardımı ilə başladı,”xix və Ermənilər də dadaşlarına qoşulub illər boyu bir yerdə yaşadıqları öz qonşularını qırmağa başladılar. Ermənilərə can yandırıb arxa duran yabancı şahidlərin yaydığı sənədlərə görə onlar “bir neçə şəhəri, o cümlədən Van’ı işğal edərək öz dövlətlərinə qarşı üsyan qaldırdılar ki heç, hətta Ruslara Qafqazdakı əməliyyatlarında çox önəmli yardımlar etdilər.”xx Rusları elə də qınamağa gəlməz, onlar qarşıdan necə gəlmişdilər elə də getdilər. Rus Çarlarının niyyəti aydıncasına bəlli idi. Amma Ermənilər ki bu torpağın vətəndaşı idilər! Onlar neçə illər boyu öz Türk ev-yiyələrinin qucaqlarında qardaşcasına dinc yaşayışlarını unudaraq arxadan çəkdilər qəməni? Duzu yeyib duzqabını sındırmaq kimin zərərinədir? Raffi etiraf edir: “Ermənistan tarix boyu Türkiyənin bir hissəsi idi,” hər halda onlar Türkiyənin və Azərbaycanın vətəndaşları idilər. Elə buna görə də onlar qorxmalıdırlar Wikileaks bu günlər nə etdi. Əgər bir gün başqa ölkələr ilə onların saman altından su yeritdikləri üzə çıxarsa və tarixi sənədlər dünyada kütlənin əlinə çatarsa, arxada heç bir körpü qalmayacaq.
Şindlerin Listi kimi kinofilmləri görən kino tamaşaçıları üçün ARARAT filminin texniki özəlliklərini tartışmaq gərəkməz, o cümlədən, ssenariyo, ifalar, musiqi kompozisiyası, işıqlandırma, özəl effektlər, səs effektləri və onun retrospektiv kadr texnikaları. Film düz orta səviyyəli film-arası-bir-filmdir. Onda qondarma tarixi qrafik səhnələri Saroyanın film səhnələri ilə çərçivələnir. Bundan əlavə, film Türkiyədə Van gölü və Ağri Dağı ətrafından Raffinin kobudcasına çəkdiyi videokadrlarla tutuşdurulur. Ancaq ən gülünc səhnələrdən biri odur ki Türk əsgərləri çılpaq qadınları qamçılayaraq onlardan rəqs etməklərini istəyirlər, və sonunda onlara neft səpərək yandırırlar. Yeri gəlmişkən, onlar dinləyicinin acıqlanmasını ardıcıl yüksəltmək üçün şahid olaraq bir Alman qadınından istifadə edirlər. Maraqlıdır görəsən Ermənilər filmdə etdiklərindən min qat artığını Kafır Türklərə edərkən o şahidlər niyə gözlərini örtmüşdülər? Bəlkə də yazıqlar qorxudan keçinib sonrası nə
olduğunu heç bilməyiblər! Daha başqa bir cəfəng səhnədə Türk əsgərləri anam-mənə-kor-deyib kimi yoldan keçən yazıq Ermənini öldürərkən bir Türk əsgəri Erməni bir qadını elə düz araba üstündə zorlayır və eyni halda o yazıq da arabanın altında heç səsini çıxartmadan anasının porno çıxışına diqqətlə tamaşa edən qızının əlindən tutub qaçmasın. Bu səhnələr soyuq müharibə dövrü Kapitalizmi və demokratia dünyasını ittiham etmək üçün istifadə edilən köhnə şablonlardan idi ki bəzi şovinist şərqi blok kinosunun sinfini xatırladır. Ermənilər də doğrudan bu doktrinanın ən yaxşı şagirdləri olduqlarını bu filmdə doğrulda biliblər.
Başqalarına qarşı şovinist nifrətin nəticəsi əzab gətirir və bu sonsuz əzab Arşilin üzündə tamamilə təsvir edilmiş və simvolik olaraq anasının əllərini içini çəkərək rəsmdən sildikdən sonra intiharının nədəni göstərilmişdir. Qonşu millətlər özü özlərinə hakim olmalı və öz qazancları ilə itkilərini hesab etməlidir. Əgər onlar bu xalis Erməni şablonunda olan Raffi kimi melanxolik xəyali krallıqlarını yaratmaq üçün tarixi uydurmalara cəhd edirlərsə, gündəlik yenilənən çağdaş fikirlər dünyasında bugünkü dünyanın gerçəkdən uduzmuşu olacaqlar. Raffi deyir: “Burda heç nə yoxdur olayları isbat etsin”. Əgər istənilən minimal sübut olsaydı, Amerikalı və başqa batı dünya nümayəndələr və xolokost alimləri Türkiyədə onu tapa bilərdi? Bu kütləvi qəbirlər sənədləri göstərir ki bu Ermənilərdir Azərbaycanlıları qırğın etmiş. Azərbaycanlılar sülh sevər xalqdır və onlar 1992-dən bəri dözümləri ilə bunu sübut etmişlər. Ermənilər onların dözümlərinə xor baxmamalıdır, tərsinə onlar bunu yüksək dəyərləndirməlidirlər və tutduqları Azərbaycan torpaqlarına vurduqları zərər-ziyanları ödəməli ya ən azı dayandırmağa çalışmalıdırlar.
Bizim hal-hazırda yaşadığımız bu dünyada əvvəllərdən hətta daha çox barışa və sakitliyə ehtiyac duyulur. Dünyamız təbii fəlakətlər ilə üzləşir və bir sıra fəlakətlərə də insanlar özləri nədən olubdur. Bizim dünyanın üzləşdiyi düyünlər(problemlər), o cümlədən çirklənmə, qlobal istiləşmə, meşələrin dağılması, uyuşdurucu qaçaqçılığı, QİÇS, aclıq, evsizlər, işsizlik və əhali artıqlığı, millətlər arasında dözüşmə (tolerantlığa) və əməkdaşlığa daha çox ehtiyac yaradır. Bu problemlər heç bir rəngi, heç bir irqi, heç bir dini və ya heç fərqli mədəniyyətləri tanımır. Beləliklə tarixi uydurmaq, intiqam axtarmaq, və intiqam alovunu alışdırmaq bütün dünya üçün vaxt və enerjini zay etməkdir və alov alışdıranlar hətta çox əziyyət çəkəcək. Realistik yanaşma tarixi yanlışları qəbul edib onları təkrar etməməyə çalışmaqdır. Gəlin bu gün yaşayaq səmərəsiz mənalar axtarmağın yerinə.
Araz Əhmədoğlu,Yanvar, 2011.