Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 8-01-2015, 17:14
Azərbaycanda qeyri-ənənəvi dinlərin və
məzhəblərin himayə olunması böyük güclərin uzaq məqsədlərə hesablanmış niyyətinin göstəricisidir.
***
Manixeyçi əcdadlarımızın çinliləşməsindən,
xristian qıpçaqların gürcüləşməsindən dərs almalıyıq.
***
Gürcüstanda qıpçaqlar üç-dörd yüz ilin içində
ermənilər və gürcülər arasında assimlyasiya
olunub getdilər.
***
Diaspor təşkilatlarımızı yaradarkən xristian və yəhudi dinli soydaşlarımızın imkanlarına xüsusi önəm verməliyik.

***

Qədim dilimiz və folklorumuz
Qədim dilimiz və folklorumuz

Bu yaxınlarda AMEA Dilçilik İnstitutunun “Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İlhami Cəfərsoyun yeni kitabı nəşr olunmuşdur. Kitabın elmi redaktoru Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevdir. “İber və H`Ay folklorunda türk mifik təfəkkürünün izləri” adlanan əsərdə qafqazşünasların son 150 ildə anti Azərbaycan mövqeyindən qələmə aldıqları bir çox problemlər tədqiqatın obyektinə çevrilmişdir. Həmin problemlərin mahiyyətini ictimaiyyətin müzakirəsinə çıxarmaq bizim dövlət ideologiyamız və dövlətçiliyimiz üçün maraqlıdır. İlhami müəllim, keçən əsrin əvvəllərində akademik A.E.Krımski xristian qıpçaqların dili ilə “Kodeks Kumanikus”un dili arasında uyğunluq görmüşdü. Bu, doğrudanmı, belədir?

- Anadoludan və Qafqazdan Krıma, oradan Avropa ölkələrinə köçən xristian qıpçaqlarla kumanlar bir-birinə qohum xalqlardır. Ancaq yanlış olaraq bəzi dilçilər xristian qıpçaqları erməni-qıpçaqlar adlandırırlar.
Hələ XV əsrdən Kafa, Ağ Məscid şəhərlərində yerləşən ermənilər erməni dilində, qıpçaqlar qıpçaq dilində danışırdılar. Həmin qıpçaqların dili yox, dini və məzhəbi ermənilərlə eyni idi. Bu da ondan irəli gəlir ki, onlar Şərqi Anadoluda yaşayarkən xristian dinini qəbul etmişdilər. Bundan əlavə, Gürcüstanda gürcülərin məzhəbini qəbul eləyən qıpçaqlar da vardı. Onlar üç-dörd yüz ilin içində ermənilər və gürcülər arasında assimlyasiya olunub getdilər.
Yeri gəlmişkən, Avropa dövlətləri bizi tolerantlığa görə çox tərifləyirlər. Bu tərifin arxasında məkrli niyyətlər gizlənmir ki?
- Azərbaycanda qeyri-ənənəvi dinlərin və məzhəblərin himayə olunması böyük güclərin uzaq məqsədlərə hesablanmış niyyətinin göstəricisidir.
Biz çevrəmizdə gedən proseslərə diqqət yetirməliyik. Manixeyçi əcdadlarımızın çinliləşməsindən, xristian qıpçaqların gürcüləşməsindən dərs almalıyıq. Yalnız bircə dini-islamiyyəti qəbul edən soydaşlarımız öz tarixi varlığını qoruyub saxlaya bilmişdir.
30 ildən artıqdır ki, Aleksandr Qarkavets xristian qıpçaqların və yəhudi dinli karaimlərin yazılı abidələri üzərində tədqiqat aparır. O, əvvəl Donetskdə, sonra Almatıda iri həcmli əsərlər nəşr etdirmişdir. Doğrudanmı Şərqi Avropanın kilsələrində saxlanan çoxsaylı dualar qədim erməni və ya A.N.Qarkavetsin dediyi kimi, erməni-qıpçaq dualarıdır?
- A.N.Qarkavetsə aydın deyil ki, xristian qıpçaqlar nəyə görə özlərinə gah xipçax, gah erməni-xipçax deyirdilər. Qıpçaqların özlərini bəzən erməni adlandırması etnik yox, siyasi səbəblərlə bağlıdır. Rusların ermənilərə isti, xristian türklərə soyuq münasibətini görən qıpçaqlar təqiblərdən qurtulmaq üçün özlərini bəzən erməni-qıpçaq adlandırırdılar.
Onda belə çıxır ki, heç Azov dənizi ətrafında və Şimali Qafqazda yaşayan qrek urumlar da yunan deyilmiş?

- Azov dənizi boyunda 65 urum kəndi var. Bu kəndlərin 12-si türk, 53-ü yunan dilində danışır. Bu gün onların kompakt yaşadıqları Donetsk vilayətində müharibə gedir.
Kislovodsk və Minvodı ətrafında yerləşən 24 kəndin çoxu türk dillidir. Bəzilərinin güman etdiyi kimi, onlar türkləşmiş yunanlar deyillər. Yunanlar ruslarla eyni dində və eyni məzhəbdə olduqlarına görə, tarixən onlara daha yumşaq münasibət olmuşdur. Həmin səbəbdən türk əsilli və türkdilli urumlar özlərinə qrek urum deyirlər.
Karaimlərin və krımçakların taleyi isə başqadır. Yəhudi dinli olduqlarına görə, onlar həm ruslar, həm müsəlman noqaylar tərəfindən sıxışdırılırdılar.
Krım xanları Moskvaya qarşı birlikdə mübarizə aparmaq üçün Litva knyazları ilə müqavilə bağlamışdılar. Bundan istifadə edən karaimlər XV əsrin sonlarında Litvaya köçüb getdilər. Karaimlərin bir hissəsi hələ də Riqa şəhərində yaşayır və onlar bu gün də evlərində öz dillərində danışırlar.
Y.V.Çəmənzəminli Krımda yaşayarkən karaimlərin yazılı və şifahi ədəbiyyatı üzərində tədqiqatlar aparmışdı. 1919-cu ildə Ağ Məsciddə (sonrakı Simferopolda) “Litva tatarları tarixi” kitabını nəşr etdirmişdi. Yaxşı olar ki, ərəb əlifbası ilə çap olunmuş o kitab latın qrafikası ilə yenidən nəşr olunsun. Belə hesab edirəm ki, xarici ölkələrdə diaspor təşkilatlarımızı yaradarkən xristian və yəhudi dinli soydaşlarımızın imkanlarına xüsusi önəm verməliyik. Bu yanaşma Azərbaycan diplomatiyasına uğur gətirə bilər.
Murad Adcı yazır ki, ermənilər bizim qan qohumlarımızdır. Onlar öz tarixlərini düzgün anlamadıqlarına görə, özlərini Azərbaycana və Türkiyəyə qarşı qoyurlar. Bu fikrə necə baxırsınız?
- Əslində ermənilər öz tarixi köklərini, kimə qohum, kimə yad olduqlarını yaxşı bilirlər. Əksinə, Murad Adcı onların kimliyini düzgün anlaya bilmir (Dıxanie Armaqeddona. Moskva, 2007, str. 51-52).
Murad Adcıya görə, h`aylarla armalar, armalarla indiki ermənilər eyni xalqlardır. Əslində h`aylarla armenlər Turan mənşəli etnoslar olub, indiki ermənilərə qohum deyildilər. Şərti olaraq qrabar adlanan qədim erməni, yəni H`Ay dili iltisaqi idi. İndiki erməni dili isə flektivdir. H`Ay və armalar hakim elitar nəsillər idi. Aşxarabar dilinin daşıyıcıları olan indiki ermənilər isə yunan və İran mənşəli olub, qara camaat sayılırdı. Xüsusilə qeyd etmək lazımdır ki, Qarabar qədim qıpçaq tayfalarından biridir. Onlar bir müddət Armini üzərində hökmran olmuşlar. H`Ay və Arma nəsilləri makedoniyalılarla, sonra Bizans və Sasani işğalçıları ilə döyüşlərdə qırılıb getdilər. H`Ayların XI əsrə qədər Ararat dağı ətəyində yeganə bir bəyliyi qalmışdı. O da 1003-cü ildə şəddadilərlə baqratunilər arasında bölündü.
Murad Adcının əsas səhvi odur ki, o, qədim H`Ay və Arma nəsilləri ilə indiki erməniləri bir-birindən ayıra bilmir. H`Aylarla erməniləri bir-birindən ayırmaq qədim türk-bulqarlarla indiki slavyan bulqarları ayırmaq kimi çətin bir iş deyil.
Gürcülər ölkənin keçmiş baş naziri B.İvanaşvili səviyyəsində iddia edirlər ki, Keşikçi dağ tarixi-memarlıq kompleksi onlara məxsusdur. Bu, doğrudanmı belədir?
- Dağın o tərəfindəki abidələr onlara məxsusdur. B.İvanaşvili Azərbaycanın sınırları daxilində olan abidələrə iddialıdır. Ermənilərin və gürcülərin düşüncəsinə görə, harada bir xristian abidəsi varsa, onlara aiddir.
Elmi ictimaiyyətin müzakirəsinə verilən yeni tədqiqat əsərimdə vurğulanır ki, yalnız sərhəd zonalarında yox, Ermənistanın və Gürcüstanın içərilərində olan xristian abidələrinin çoxunu bizim əcdadlarımız yaratmışdır.
Kür çayının sağ sahili bizim babalarımızın yurd yeridir. Tiflis şəhəri IV əsrin sonlarında Kala adı ilə salınmışdır. Albaniyadan İberiyaya köçən nəsillər Tiflislə Qırmızı körpü arasında Bazar, Ucarma, Şuşa, Şatberdi, Alaverdi və başqa şəhərləri salmışlar. Biz qonşuların sınırlarını tanıyırıq. Ancaq bu, o demək deyil ki, tarixi coğrafiyamızdan imtina edirik. Onlar David Qaraca mağara-monastırlarını istəyirsə, biz də Qoşqar, Uzunlar kilsələrini, Çoxrax kapi məbədini istəyirik.
15 il qabaq Eduard Şevarnadze Bakıda olarkən demişdi ki, bizim alimlərimiz yeni Alban yazısı tapıblar. Həmin yazılar Gürcüstanla Azərbaycanın tarixi coğrafiyasının bəzi məqamlarına aydınlıq gətirəcəkdir.
- Belə bir əlyazması Sinay dağının ətəyindəki Müqəddəs Katerina monastırından tapıldı. Gürcü dilçiləri Mingəçevir yazılarının köməyilə həmin papirus mətnlərini “oxudular”. Mətndə buxacuq sözü var. Buxacuq xristianlıqdan öncəki Aran və Uti panteonunda Tanrının buğa formasında qoyulan bütünə deyilirdi. Zaza Aleksidze həmin sözün bixacuq olduğunu iddia edir.
Zaza Aleksidze yazır ki, VII əsrin əvvəllərində Bərdə şəhərinin və çevrəsindəki kəndlərin əhalisi gürcüləşmişdi. Bununla o, nə demək istəyir?
- Bununla o, Bdzina İvanaşvilinin və Eduard Şevarnadzenin deyə bilmədikləri sözü deyir. Gürcülərin siyasi elitası alimlərin dili ilə demək istəyir ki, Qarabağın dağlıq hissəsi ermənilərin, aran bölgəsi bizim olmuşdur.
Z.Aleksidze ötəri şəkildə Məhəmməd peyğəmbərin fərmanına toxunur. Həmin fərmanın mahiyyəti nədən ibarətdir?

- Həzrəti Məhəmməd xristian abidələrinin qorunmasına ciddi diqqət yetirirdi. Onun fərmanı ilə Sinay monastırının mülkiyyət hüququ saxlanmış, xristian icmanın tacirləri gömrük rüsumlarından azad olunmuşdular.
Sonra Osmanlı sultanları da Sinay və Yerusəlim kilsələrini vergilərdən azad etdilər. Həmin fərmanların əsli indiyəcən kilsələrdə saxlanır. Z.Aleksidze bütün bunların müqabilində Tanrımızın Rəsuluna Məhəmməd deyir, peyğəmbər sözünü dilinə gətirmir.
İstər Məhəmməd peyğəmbərin, istər Sultan Süleymanın fərmanları başqa dinlərə hörmətimizin dövlət və xilafət səviyyəsində ifadəsidir. Bu düşüncədə bizim tarixi ənənələrimiz var. Bu gün bizə tolerantlıq dərsi keçmək istəyənlər zəhmət çəksinlər, tolerantlığı bizdən öyrənsinlər.
Sirr deyil ki, Z.Aleksidzeni Bakıda albanşünaslığın patriarxı kimi qələmə verənlər də var. Doğrudanmı o, belə bir fəxri titula layiqdir?
- Zaza Aleksidze Bakıdakı antiazərbaycan düşüncəli tədqiqatçıların patriarxı ola bilər. Ona istinad edənlər deyirlər ki, albanlar qafqazdillidir, yəni yerlidir. Azərbaycan türkləri isə bu torpaqlara gəlmədir.
Mən bu kitabda mənbələr əsasında sübut edirəm ki, qafqazdilli olmaq qafqazlı olmaq deyil. Hələ keçən əsrin 30-cu illərində Yafəs nəzəriyyəsinin tərəfdarları sübut etmişlər ki, Qafqaz dillərindəki xırıltılı boğaz fonemləri sami dillərin təsirilə yaranmışdır. Bir çox Qafqaz xalqları tarixən Misirdə və Fələstində yaşadıqlarından dilləri yəhudi və ərəb dillərinin təsirinə uğramışdır.
Z.Aleksidzeni özlərinə patriarx seçənlər sadvalçıların dəyirmanına su tökürlər. Çox şükürlər olsun ki, gec də olsa, AMEA-nın Qafqazşünaslıq İnstitutu yaradıldı. Artıq bizim yaxın qonşuların iddialarına cavab vermək üçün elmi mərkəzimiz var. Biz hamımız hansı institutda işləməyimizdən asılı olmayaraq o institutun əməkdaşı olmalıyıq.
Söhbətləşdi:
İlham Məmmədli


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!