Azərbaycanda ZƏLZƏLƏ .....                        Almaniyada qatar relsdən çıxdı - Ölənlər var .....                        63 yaşlı kişi qətlə yetirildi .....                        Qardaş ölkə alovlar içində - FOTO .....                        Bilgəhdə dənizdə batan var .....                        Meşə yanğınları Fransanı da ağuşuna aldı .....                        Sahibə Qafarova Cenevrəyə getdi .....                        Əməkdar məşqçi vəfat etdi .....                        Kamboca və Tailand arasında atışma yenidən başladı .....                       
24-08-2023, 12:13
Xocalıda traktor minaya düşdü


Xocalıda traktor minaya düşdü

Avqustun 24-də saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman 1 ədəd traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Partlayış nəticəsində xəsarət alan yoxdur.
Araşdırma aparılır.
24-08-2023, 11:59
Qazaxıstanın Baş naziri Ermənistana səfər etdi


Qazaxıstanın Baş naziri Ermənistana səfər etdi

Qazaxıstanın baş naziri Alixan Smaylov Ermənistana səfər edib.
Bu barədə "Zakon.kz" məlumat yayıb.
Bildirilib ki, Ermənistanın Tsağkadzor şəhərində Avrasiya İqtisadi İttifaqına üzv ölkələrinin hökumət başçılarının görüşü keçiriləcək.
İştirakçıların 2030-cu və 2045-ci ilə qədər inteqrasiya proseslərinin gələcək inkişafı, həmçinin qarşılıqlı ticarətin artırılması, daxili bazarda inzibati maneələrin aradan qaldırılması məsələlərini müzakirə edəcəyi və bir sıra digər mövzulara toxunacağı gözlənilir.
24-08-2023, 11:41
Təhsil xərcindən azad olunan şəxslərin kateqoriyası açıqlandı


Təhsil xərcindən azad olunan şəxslərin kateqoriyası açıqlandı

Elm və Təhsil Nazirliyi təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslərin kateqoriyasını açıqlayıb.
Həmin şəxslər 6 kateqoriyaya bölünür.
Bunlar məcburi köçkün statuslu şəxslər, valideyn himayəsindən məhrum olmuş şəxslər, əlilliyi müəyyən edilmiş şəxslər, şəhid statusu alan şəxslər, şəhid və müharibə əlillərinin övladları və müharibə veteranlarıdır.






24-08-2023, 11:23
Prezident Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik etdi


Prezident Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik etdi

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu göndərib. Məktubda deyilir:
“Ukraynanın milli bayramı — Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Ukrayna arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımızın tarixən təşəkkül tapmış sıx dostluq və qarşılıqlı hörmət ənənələrindən irəli gəlir. Bu iradədən qaynaqlanan və möhkəm təməllər üzərində qurulan dövlətlərarası əlaqələrimizin birgə səylərimizlə dinamik inkişaf edərək yeni mərhələyə yüksəlməsi məmnunluq doğurur. Azərbaycan-Ukrayna əlaqələrinin keçən ilin yanvarında Ukraynaya səfərim zamanı imzaladığımız Birgə Bəyannamədə öz əksini tapmış məram və məqsədlərə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə inanıram.
Cari ilin iyununda Kişineuda Sizinlə görüşümüzü, Azərbaycan-Ukrayna ikitərəfli əlaqələri ətrafında apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.
Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiq qalaraq bütün dövlətlərin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. Biz Ukrayna xalqına humanitar yardım məsələlərini daim diqqətdə saxlayır, bundan sonra da lazımi yardım göstərməyə hazır olduğumuzu bildiririk.
Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Ukrayna xalqına sülh və əmin-amanlıq diləyirəm”.
24-08-2023, 11:11
Sülh müqaviləsi üzrə yeni təkliflər paketi Bakıya təqdim edilib - Paşinyan


Sülh müqaviləsi üzrə yeni təkliflər paketi Bakıya təqdim edilib - Paşinyan

"İrəvan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə yeni təkliflər paketini Bakıya təqdim edib".
Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.
"Mən Ermənistanın sülh gündəliyinə sadiqliyini vurğulamaq istəyirəm. Sizə bildirməliyəm ki, biz Azərbaycan tərəfinə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni təklifimizi göndərmişik", - o bildirib.
24-08-2023, 11:06
Rezidenturaya qəbul olanların siyahısı açıqlandı


Rezidenturaya qəbul olanların siyahısı açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) “Rezidentura” xüsusi buraxılışının 4-cü nömrəsini nəşr edib.
DİM-dən bildirilib ki, jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün rezidenturaya qəbul olanların siyahısı, müsabiqə nəticələrinə görə alınmış keçid balları və digər zəruri məlumatlar təqdim olunub.
Jurnalın elektron versiyasını (PDF formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş əsaslbda əldə etmək olar.
24-08-2023, 10:48
İlham Əliyev ermənipərəst mövqeyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək


İlham Əliyev ermənipərəst mövqeyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev ermənipərəst mövqeyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək.
Belçikanın xarici işlər naziri Hadca Labib Ermənistanda səfərdə olarkən reallıqdan uzaq, regiondakı durumla uzlaşmayan ermənipərəst açıqlamalar verib.
Belçika XİN rəhbəri regiona səfəri çərçivəsində bu gün Azərbaycana gələcək.
Ölkəmizdə səfərdə olan xarici dövlətlərin XİN rəhbərləri, adətən, Prezident İlham Əliyev tərəfindən qəbul olunur, ikitərəfli münasibətlər, regionda və dünyada aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır.
Ermənipərəst mövqeyinə və Ermənistanda səfərdə olarkən səsləndirdiyi əsassız iddialara görə Prezident İlham Əliyev Belçika XİN rəhbərini qəbul etməyəcək.
Qeyd edək ki, Belçika XİN rəhbərinin bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulur.
Belçikanın xarici işlər naziri Hadca Labibin avqustun 22-də regiona səfəri başlayıb. İlk olaraq Ermənistana səfər edib, avqustun 23-də isə Gürcüstanda olub. Ermənistanda qondarma “erməni soyqırımı” abidəsini də ziyarət edən Hadca Labib bu ölkənin xarici işlər naziri və Baş naziri ilə görüşlərində ermənipərəst mövqeyini bir daha ortaya qoyaraq, Azərbaycanın ünvanına əsassız iddialar səsləndirib.
23-08-2023, 22:15
Zelenski macar həmkarıyla bir sıra məsələləri müzakirə etdi


Zelenski macar həmkarıyla bir sıra məsələləri müzakirə etdi

Macarıstan Prezidenti Katalin Novak Kiyevə səfər edib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
Görüşdə ikitərəfli və Avropa İttifaqı çərçivəsində münasibətlər müzakirə edilib.
23-08-2023, 21:27
Qəzaya uğrayan təyyarədə Priqojin də var


Qəzaya uğrayan təyyarədə Priqojin də var

Rusiyanın Tver vilayətində qəzaya uğrayan “Embraer Legacy” təyyarəsinin sərnişinləri arasında “Vaqner” muzdlularının sahibi Yevgeni Priqojin də var.
Bu barədə "Interfax", TASS və RİA agentlikləri Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidmətinə istinadən bildirib.
“Bu gecə Tver vilayətində baş verən “Embraer” təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısında Yevgeni Priqojinin adı və soyadı da var”, - deyə idarədən bildirilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində üç ekipaj üzvü olmaqla 10 nəfər olub. İdarədən bildirilib ki, ilkin məlumata görə, təyyarədə olanların hamısı həlak olub.
“Embraer Legacy” təyyarəsi avqustun 23-də Moskva vaxtı ilə saat 18:40 radələrində Tver vilayətinin Boloqovski rayonunun Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb. "Flightradar24"ün məlumatına görə, RA-02795 quyruq nömrəli təyyarə, "Embraer Legacy 600" müntəzəm olaraq Moskva-Peterburq marşrutu ilə uçurdu. "Vaqner" təyyarəni 2020-ci ilin sentyabrında alıb.
"Vaqner"ə yaxın teleqram kanalları təyyarənin raketlə vurulduğunu iddia edir.
Fövqəladə hallar xidməti qəza yerində 4 nəfərin cəsədinin tapıldığını bildirib. Təyyarə yarım saatdan az müddətə uçuşda olub və yerə çırpılaraq yanıb. Hadisənin səbəbləri açıqlanmır.
23-08-2023, 21:07
Priqojinə məxsus təyyarə qəzaya uğradı


Priqojinə məxsus təyyarə qəzaya uğradı

Rusiyanın Tver vilayətinin Kujenkino kəndi yaxınlığında “Embraer Legacy” biznes təyyarəsi qəzaya uğrayıb.
Ölkənin Fövqəladə Hallar Nazirliyi qəza nəticəsində 10 nəfərin öldüyünü bildirib.
Moskvadan Sankt-Peterburqa uçan təyyarədə üç pilot və yeddi sərnişin olub.
Rusiya hüquq-mühafizə orqanlarına yaxın "Baza" kanalı və jurnalist Kseniya Sobçak öz mənbələrinə istinadən bildirirlər ki, qəzaya uğrayan təyyarə "Vaqner" muzdlularının sahibi Yevgeni Priqojinə məxsusdur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!