Gəncə şəhərində əvvəllər dəfələrlə narkotiklərin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş 1999-cu il təvəllüdlü Namədin Əliyevin cinayət məsuliyyətdən yayınmaq üçün intihara cəhd edib. Ailə üzvlərinin müraciəti əsasında barəsində aparılan araşdırmanın dayandırılması məqsədilə törədiyi əməllərə görə elektron qolbaq daşıyan N.Əliyev mayın 21-də şəhər ərazisində narkotik vasitənin təsiri altında üzərinə yandırıcı maye tökərək ailə üzvlərinin şikayətlərinin geri götürmələrini tələb edib, onlara qarşı iddialar səsləndirib. Ətrafda olan şəxslərin köməyi ilə intihar cəhdinin qarşısı alınıb və o xəstəxanaya yerləşdirilib. Mayın 25-də göstərilən tibbi müdaxilələrə baxmayaraq, həmin şəxs xəstəxanada ölüb. Hazırda aidiyyəti üzrə hadisənin təfərüatları araşdırılır. Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.
"Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev bir müddət əvvəl həbs edilib. Polis əməkdaşları tərəfindən saxlanılan Surxay Əliyevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ittiham verilib. Onun barəsində məhkəmə tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.
ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 106-ci illiyi ilə əlaqədar Bəyannamə imzalayıb. Bəyannamədə 1918-ci il 28 may tarixində qadınlara seçki hüquqlarını təmin edildiyi Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulduğu bildirilib. Eyni zamanda Azərbaycan Demokratik Respublikasının yaranması münasibətilə dünyada 50 milyondan çox azərbaycanlının Müstəqillik Gününü qeyd etdiyi vurğulanıb. Bundan başqa Bəyannamədə bu il Azərbaycanın müstəqilliyinin bərpasından otuz üç il və ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından otuz iki il keçdiyi qeyd olunub. Mer Bouzer imzaladığı Bəyannamədə Vaşinqtonda Azərbaycan Səfirliyinin mövcudluğu və Azərbaycan icmasının şəhərin təhsil və mədəniyyət müxtəlifliyinə verdiyi töhfələrlə çox zənginləşdiklərini qeyd edib. Qeyd edək ki, Vaşinqton meri tərəfindən hər il 28 may tarixində Bəyannamə imzalaması artıq ənənəyə çevrilib.
Gürcüstan parlamenti prezidentin vetosunu ləğv etdi
Bu gün Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin "xarici təsir" haqqında qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib. Qanunun lehinə 84, əleyhinə isə 4 deputat səs verib. Parlamentin gərgin keçən iclasında insident də qeydə alınıb. "Gürcü arzusu”nun deputatı İrma Zavradaşvili “Strategiya Aqmaşenebeli” partiyasının sədri Giorgi Vaşadzenin üzərinə su töküb. Hadisə G.Vaşadze tribunada çıxış edərkən baş verib. Artıq parlamentin binasındakı hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılıb və qanunverici orqanın yan girişlərində xüsusi təyinatlılar tərəfindən dəhliz yaradılıb. Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoymuşdu.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər. Butov.az sözügedən görüşdən videonu təqdim edir:
Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində batan Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlunun cəsədi tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən meyit suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, B.Zabit mayın 23-də sözügedən su anbarında batmışdı.
Rusiya “Taliban”la hansısa formada əlaqələr qurmalıdır. Bunu Rusiya prezidenti Vladimir Putin “Taliban”ın Rusiya Federasiyasında terror təşkilatları siyahısından çıxarılmasının mümkünlüyü haqqında danışarkən bildirib. "Taliban”la hansısa formada əlaqələr qurmalıyıq, onlar hazırki hakimiyyətdir", deyən Putin qeyd edib ki, Rusiya "Taliban"ın terrorçu təşkilarların siyahısından çıxarılması məsələsində regiondakı hər bir ölkənin fikrini nəzərə alır. "Qərar birlikdə işlənəcək", deyə Rusiya prezidenti vurğulayıb.
Qazaxın azad edilmiş kəndində minatəmizləmə - FOTO
Qazaxın işğaldan azad olunmuş kəndlərinə mediatur təşkil olunub. Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı baş tutan səfər çərçivəsində media nümayəndələri rayonun Bağanıs Ayrım kəndində minatəmizləmə işləri ilə tanış olublar. Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib. Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Danimarka Fələstini dövlət kimi tanımadı - Deputalar əleyhinə səs verdilər
Danimarka parlamenti Fələstinin dövlət kimi tanınmasının əleyhinə səs verib. Qərar layihəsi bugünkü iclasda səsverməyə çıxarılsa da, parlamentarilərin dəstəyini qazana bilməyib. Qeyd edək ki, İrlandiya, İspaniya və Norveç Fələstinin beynəlxalq hüququn subyekti kimi tanınması barədə qərar elan edib.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!