Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                        Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi .....                        Tramp onu vəzifəsindən azad etdi .....                        İran və Rusiyanın baş diplomatları nə danışdılar? .....                       
16-05-2024, 16:43
Lənkəranda qətlə yetirilən Könül haqda daha bir açıqlama


Lənkəranda qətlə yetirilən Könül haqda daha bir açıqlama

Lənkəranda Cəlilabad rayon Muğan kənd sakini Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən olunub. Təxminən 70 gün əvvəl itkin düşmüş və Lənkəranda meyiti tapılan 22 yaşlı Könül Ağayeva Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi olub.
Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, kəyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Lənkəran şəhər sakini Elvin İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində Könül Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışı Xəyal Səmədovun köməkliyi ilə Könül Ağayevanın meyitini həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib. Elvin İsmayılzadə şübhəli şəxs qismində saxlanılıb.
Qətlə yetirilən Könül Ağayeva 20 yaşında ailə həyatı qurub və daha sonra boşanaraq Lənkərana köçüb.
Məlumatı Cəlilabad Rayon İcra Hakimiyyətinin Muğan kənd üzrə icra nümayəndəsi Rövşən Həsənov da saytımıza açıqlamasında təsdiq edib. O, Könül Ağayeva və Elvin İsmayılzadənin birlikdə yaşadığını bildirib:
"Onu Muğan kəndində dəfn etdilər. Könül Ağayevanın atası və anası var, ancaq boşanıblar. Lənkəranda yaşadığını ailəsi bilirdi. Təxminən 2 ay əvvəl itkin düşdüyü deyilirdi”.
İcra nümayəndəsi Könül Ağayevanın əvvəlki evlilikdən uşağı olması barədə xəbərlərin doğru olmadığını vurğulayıb.
16-05-2024, 16:39
Monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək


Monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək

IV və VI siniflərində təşkil olunacaq monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin böyük məsləhətçisi Fərid Cəfəri deyib.
O bildirib ki, ümumi təhsil müəssisələrinin IV və VI siniflərində təşkil olunacaq monitorinqlərdə üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün təkrar imtahanın təşkili nəzərdə tutulmayıb.
16-05-2024, 16:34
Baş nazirə qarşı sui-qəsdin motivi siyasidir - RƏSMİ


Baş nazirə qarşı sui-qəsdin motivi siyasidir - RƏSMİ

Slovakiyanın hüquq-mühafizə orqanları baş nazir Robert Fitsoya sui-qəsd cəhdinin yalnız bir versiyasını nəzərdən keçirir.
Bunu ölkənin daxili işlər naziri Matus Şutay-Eştok bildirib.
Nazir bildirib ki, siyasi səbəblərə görə qətl nəzərdən keçirilir.
Onun sözlərinə görə, mümkün motivlər Slovakiya Radio və Televiziyasının (RTVS) ləğvi haqqında qanun, məhkəmə şurası sədrinin istefası və xüsusi prokurorluğun ləğvi olub.
16-05-2024, 16:28
Bələdiyyə sədri həbs edildi - Külli miqdarda rüşvət


Bələdiyyə sədri həbs edildi - Külli miqdarda rüşvət

Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satmaqda şübhəli bilinən bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, istintaqla Qusar bələdiyyəsinin sədri İbrahimov Əlfəddin Qeysəddin oğlunun vəzifə səlahiyyətlərini aşmaqla torpaq sahələrini qanunsuz olaraq satmasına, bilə-bilə qanunsuz hərəkətlərə görə külli miqdarda rüşvət almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Əlfəddin İbrahimov Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessaul rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə tam və hərtərəfli istintaq aparılmaqla təqsirli şəxslərin dəqiq dairəsinin müəyyən olunması, eləcə də ibtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcəkdir.
16-05-2024, 16:20
Göstərdikləri nümunəvi xidmətə görə tibb işçiləri təltif olundu - FOTO


Göstərdikləri nümunəvi xidmətə görə tibb işçiləri təltif olundu - FOTO

Yaranmış situasiyadan çıxış yolu kimi doğuş prosesini təcili tibbi yardım avtomobilində həyata keçirən iki fərqli təcili tibbi yardım briqadasının əməkdaşları göstərdikləri çevik, operativ və nümunəvi xidmətə görə TƏBİB rəhbərliyi tərəfindən mükafatlandırılıblar.
Onlar 6 may tarixində Bakı şəhərində xəstəxanaya aparılarkən yolda baş verən doğuş prosesini, eləcə də 15 may tarixində İsmayıllı rayonunda yaranmış əlverişsiz hava şəraitinə görə yolda qalan hamilə qadına kömək etməklə doğuş prosesini təcili tibbi yardım avtomobilində gerçəkləşdirən tibb işçiləridir.
Bu gün TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tərəfindən həmin əməkdaşlar - Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili və təxirəsalınmaz tibbi yardım həkimi Nərmin Pənahova, feldşer Xatunə İbrahimova, sürücü Aftandil Əhmədov, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının mama-ginekoloqu Afaq Mirzəyeva, mama İlahə Adgözəlova, feldşer Ramin Şıxaliyev və sürücü Gülağa Abdullayev təcili tibbi yardım xidmətinin nümunəvi və səmərəli təşkilinə görə təltif ediliblər.
Xatırladaq ki, yaranmış gərgin vəziyyətdən çıxış yolu kimi təcili tibbi yardım avtomobilində idarə edilən hər iki doğuş prosesi uğurla başa çatıb. Yeni doğulan körpələr və analarına daha sonra tibb müəssisələrində zəruri tibbi xidmətlər göstərilib. Hər birinin vəziyyəti müsbət qiymətləndirilir.





16-05-2024, 16:13
Belarus Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb - FOTO


Belarus Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb - FOTO

Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 16-da Şəhidlər xiyabanını ziyarət edib.
Prezident Aleksandr Lukaşenko Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.


16-05-2024, 16:09
Sahibə Qafarova erməni həmkarı ilə danışdı


Sahibə Qafarova erməni həmkarı ilə danışdı

İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova və Alen Simonyan arasında qısa söhbət olub.
Bunu Ermənistan parlamenti sədrinin mətbuat katibi Nelli Qulyan "Sputnik Armenia"ya bildirib.
Onların əsas görüşü axşama planlaşdırılıb.
16-05-2024, 16:06
Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi


Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycanda dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.


16-05-2024, 15:55
Azərbaycan və Belarus prezidentləri sərgilərlə tanış olublar - FOTO


Azərbaycan və Belarus prezidentləri sərgilərlə tanış olublar - FOTO

Mayın 16-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Bakı Ekspo Mərkəzində XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.









16-05-2024, 15:44
Baş prokuror Düşənbədə səfərdədir - FOTO


Baş prokuror Düşənbədə səfərdədir - FOTO

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistan Baş prokuroru Yusuf Raxmonun dəvətilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının 5-ci iclasında iştirak etmək məqsədilə Düşənbəyə səfərə gedib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Prezidenti Emomali Raxmon tərəfindən qəbul ediliblər. Prezident iclasın işinə uğurlar arzu edərək İƏT-ə üzv dövlətlər arasında hüquq mühafizə sahəsində əməkdaşlığın önəmini, xüsusən cinayətkarlığa qarşı mübarizədə birgə səylərin regionda sabitliyin və təhlükəsizliyin qorunmasında prokurorluq orqanlarının rolunu qeyd edib.
Daha sonra İƏT-ə üzv dövlətlərin baş prokurorlarının 5-ci iclası keçirilib. İclası giriş nitqi ilə açan Tacikistanın Baş prokuroru Yusuf Raxmon qonaqları salamlayaraq tədbirin əhəmiyyətini və beynəlxalq əməkdaşlığın mahiyyətini qeyd edib.
Baş prokuror Kamran Əliyev çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə danışaraq terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda çıxış edib. Ölkəmizin terrorçuluğa qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyaya qoşulduğunu, həmçinin milli qanunvericiliyin mövcud beynəlxalq standartlara uyğunlaşdırldığını bildirib.
Kamran Əliyev torpaqlarımızın bir hissəsini uzun illər işğal altında saxlamış Ermənistanın bu ərazilərdə mina terrorunun müəllifi olduğunu qeyd edərək, işğal dövründə 1.5 milyondan çox mina basdırıldığını, birinci və ikinci Qarabağ müharibəsindən bu günə kimi təxminən 3500 nəfər azərbaycanlının minadan zərər çəkdiyini, 4000 şəxsin itkin düşdüyünü, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar edildiyi barədə ətraflı məlumat verib, terrorçuluqla mübarizədə səylərin beynəlxalq səviyyədə birləşdirilməsinin zəruriliyindən bəhs edib.
Eyni zamanda, Kamran Əliyev cari ilin sentyabr ayında Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağına, noyabr ayında isə dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcəyini bildirib.
Yüksək səviyyəli iclasda İƏT-in Baş katibi, Türkiyə, Özbəkistan, İran, Qazaxıstan, Tacikistan, Pakistan, Qırğızıstan, Türkmənistan və qonaq qismində dəvət olunmuş Səudiyyə Ərəbistanı Krallığının prokurorluq orqanlarının rəhbərləri iştirak ediblər.
Nümayəndə heyətininin Tacikistana səfəri davam edir.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!