İki azərbaycanlı ailə Rusiyadan deportasiya edildi .....                        Leyla Əliyevanın doğum günüdür .....                        “Kurtlar Vadisi”nin aktyoru vəfat etdi .....                        Masazırda yanğın söndürüldü - YENİLƏNİB .....                        Deyirəm, bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib - Prezident .....                        Kanalda batan yeniyetmənin meyiti tapıldı .....                        Daha bir azərbaycanlı həbs edildi .....                        Azərbaycan və Özbəkistan liderləri “Sea Breeze”də - FOTO .....                        Rusiyaya cavab verilmədiyi iddiaları əsassızdır .....                       
23-12-2022, 16:00
AYB-nin sədri Anar Rzayevə yazıçı Miraslan Bəkirlidən

AYB-nin sədri Anar Rzayevə yazıçı Miraslan Bəkirlidən
AÇIQ MƏKTUB


Çoxhörmətli Anar Rzayev, qurultay qabağı “Sözə təmənnasız xidmət ucalıqdır” məqaləm çap olunandan sonra məni qurultayda iştirak etmək imkanından məhrum etdiniz. Bu təbii haldı, mən qurultayda da deyə bilərdim ki, ədəbiyyatımızın inkişafı naminə AYB-nin rəhbərliyinə cavan, enerjili, yeni kadr gəlməlidi və Anarın artıq istlrahət vaxtıdır... amma o məqalədən sonra nəinki qurultay mandatından məhrum etdiniz, “Ədəbiyyit qəzeti”ndə, “Azərbaycan”, “Ulduz” jurnallarında əsərlərimin çap olunmasına qadağa qoydunuz.., bu, təkcə mənə-yazıçıya qarşı qərəzli münasibət yox, həm də söz müqəddəsliyinə, oxucuya, tariximizə, ədəbiyyatımıza olan biganəlik və hörmətsizlikdir.
“Ədəbiyyat qəzeti”ndə qeyrətli, savadlı, cəsarətli bir qadının – Qabulə xanımın qəhrəmanlığından, qorxmazlığından söz açılır və bu mövzu, bu qadın orta və ali məktəb dərsliklərinə salına biləcək tarıxı şəxsiyyətdir. Sizin məndən xoşunuz gəlməyə bilər, bunun bədii sözə bir aidiyyatı olmamalıdır. O yazının çapa qadağa olunması mənə yox, bədii sözə, tariximizə və tarixi şəxsiyyət Qabulə xanımın ruhuna hörmətsizlikdir.
“Azərbaycan” jurnalına “Acaloğlu” əsərinin də çap olunmasına mənim o məqaləm əngəl oldu. Burda da tarixi bir şəxsiyət – Borçalı mahalından olan tarixi şəxsiyyət İstafil Acaloğlundan, ötən əsrin əvvələrində erməni-bolşevik məzalimindən can qurtarıb Türkiyəyə pənah gətirən minlərlə insanlardan biri – Nazlıdan və Azərbaycan-Türkiyə qardaşlığından söz açılır (Bu romanın birinci hissəsi – “Bir gecənin gəlini” “Azərbaycan”jurnalında çap olunmuşdur).
“Ulduz” jurnalına göndərdiyim esse və mənsur şeirlərin aqibəti də...
Çoxhörmətli Anar Rzayev, AYB-nin rəhbəri olduğunuz bir yana, siz ölkəmizin üzdə olan ağsaqqal yazıçısı və ağsaqqalı kimi tanınırsınız... Yazıçının, ağsaqqalın tənqidə, gerçəkliyə münasibəti budursa, vay bizim ədəbiyyatımızın da, ağsaqqal-qarasaqqal münasibətinin də halına.
Sizin bu mövqeniz demokratik, azad söz olan ölkəmizin daxilində diktatura qurumu (AYB-də) yaratmaq deyilmi? Mən, yazıçı kimi, çağdaş ədəbiyyatımızın bu günü, sabahı ilə bağlı narahatçılıq keçirir, çatıb-çatmayanlarını deyirəm və bu, mənim yazıçı, ziyalı mövqeyimdi. (Görünür atalar məsələsi burda yerinə düşür: – Doğru söz acı olur). Buna görə mənim əsərlərimin çapına qadağa qoymaq ədəbiyyatımıza olan qəsd, hörmətsizlikdir və mənim bir vətəndaş kimi də, yazıçı kimi də hüququmun tapdanmasıdır. Sabah beynəlxalq insan hüquqları təşkilatlarına müraciət etsəm ki, AYB-nin rəhbərliyi tərəfindən mənim hüquqlarım pozulur, bu nə bizim ziyalı, yazıçı adımıza, nə də dövlətimizə, ölkəmizin imicinə üzağlığı gətirməz. Bir də, Anar müəllim, el, xalq malına çevrilə biləcək bədii sözə biganəlik, hörmətsizlik milli sərvətimizə, milli mənliyimizə hörmətsizlikdir...

15.12.22
"Bütöv Azərbaycan" qəzeti
23 dekabr 2022-ci il

23-12-2022, 15:39
“Xocasən” stansiyası sərnişinlərin istifadəsinə verildi


“Xocasən” stansiyası sərnişinlərin istifadəsinə verildi

Bu gün metronun yeni "Xocəsən" stansiyası ilk sərnişinlərini qəbul edib. Bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, artıq ilk sərnişinlər qatarlardan istifadə edib. "Xocəsən" stansiyası Bakı Metropoliteninin 27-ci stansiyasıdır. Digər yerüstü "Bakmil" stansiyasından fərqli olaraq sərnişindaşımada daha intensiv istifafə olunacaq”,- deyə o əlavə edib.
23-12-2022, 15:37
Sülhməramlılara növbəti şərait yaradıldı


Sülhməramlılara növbəti şərait yaradıldı

Bu gün Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Laçından Xankəndi istiqamətində Rusiya sülhməramlılarına məxsus 6 ədəd təminat avtomobili azərbaycanlı ekofəalların keçirdiyi aksiya ərazisindən keçib. Bununla yanaşı, Rusiya sülhməramlılarına məxsus Xankəndidən Laçın istiqamətinə hərəkət edən 5 təminat avtomobilinin də keçidinə şərait yaradılıb. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 12-ci gündür ki, davam edir. Dinc aksiya iştirakçıları "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!" kimi şüarlar səsləndirirlər. Xatırladaq ki, etibarən azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığındakı etiraz aksiyasına dekabrın 12-dən başlayıblar. Aksiyada etiraz edənlərin əsas tələbləri Qarabağın dağlıq hissəsindəki mədənlərdən qanunsuz istismara son qoyulması, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şəraitin yaradılması, ermənilərin Azərbaycan torpaqlarındakı ekoloji terrorunun dayandırılması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.
23-12-2022, 15:33
Putindən İlham Əliyevə təbrik məktubu


Putindən İlham Əliyevə təbrik məktubu

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Təbrikdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə..Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Dost Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir. Dövlətlərimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinin nizamlanmasına və möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Bizim etimada əsaslanan yoldaşlıq münasibətlərimizi səmimi-qəlbdən yüksək dəyərləndirirəm. Əminəm ki, biz ikitərəfli və regional gündəliyin aktual məsələlərinə dair sıx birgə işimizi davam etdirəcəyik. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar diləyirəm. Fürsətdən istifadə edib Sizin ailənizə ən səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm.
Hörmətlə, Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti”.
23-12-2022, 15:26
“Azərsu” Şuşa şəhərini su ilə təmin etməyə başladı


“Azərsu” Şuşa şəhərini su ilə təmin etməyə başladı

"Azərsu" ASC Şuşa şəhərinə alternativ mənbəndən suyun verilməsinə başlayıb. Məlumata görə, Şuşa rayonunun Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd tikilib. Mürəkkəb relyefdə çayın qarşısında bəndin inşası ilə paralel burada toplanan suyun şəhərə nəqli məqsədilə yüksək təzyiqə hesablanmış müasir nasos stansiyası və polad borularla 2,6 km uzunluğunda kəmər inşa edilib. Artıq nasos stansiyası işə salınıb və mənbədən götürülən su Şuşa şəhərindəki mövcud anbarlara qaldırılaraq buradan şəhər şəbəkəsinə ötürülür. Nasos stansiyasında hər birinin məhsuldarlığı saatda 105 kubmetr təşkil edən 4 ədəd aqreqat quraşdırılıb. Hazırda şəhərin tələbatına uyğun olaraq 2 aqreqat istismar olunur. Sutoplayıcı bənddən götürülən su nasoslar vasitəsilə 26-27 atmosfer təzyiqlə Şuşa şəhərində yerləşən anbarlara nəql olunur və buradan özüaxımlı rejimdə şəbəkəyə ötürülür. Bununla da şəhərdəki obyektlər, hotellər və digər ictimai-iaşə müəssisələri, yaşayış olan evlər və dövlət qurumlarının inzibati binaları 24 saat içməli su ilə təmin edilir. Şuşa şəhərinin içməli su mənbələri olan Kiçik Kirs və Zarıslı mənbələrində qış və yay aylarında məhsuldarlığın azalması müşahidə olunur. Yeni yaradılmış alternativ mənbə həmin dövrlərdə şəhərin içməli su təchizatının fasiləsiz rejimdə aparılmasına hesablanıb. Xatırladaq ki, Şuşa şəhəri işğaldan azad olunan zaman şəhəri içməli su ilə təmin edən magistral su kəmərləri məqsədli şəkildə sıradan çıxarılmışdı. Kiçik Kirs-Şuşa və Zarıslı-Şuşa magistral su kəmərlərinin qəzalı hissələri qısa müddətdə bərpa edilib, 2020-ci il noyabrın 25-də Kiçik Kirs, dekabrın 20-də isə Zarıslı mənbəyindən şəhərə suyun verilməsi təmin olunub, şəhərdaxili şəbəkədə tənzimləmə işləri aparılıb. “Azərsu” Şuşa şəhərində, Kəlbəcər, Laçın, Zəngilan rayonlarında və Hadrut qəsəbəsində fasiləsiz xidmət təşkil edib.



23-12-2022, 15:02
Məğlub olan komandalara da pul vəsaiti ayrılıb


Məğlub olan komandalara da pul vəsaiti ayrılıb

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında çıxış edən milli komandaların pul mükafatı bəlli olub. Butov.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) bunun üçün 440 milyon dollar vəsait ayırıb. Bu isə Rusiyada dörd il əvvəl keçirilən turnirlə müqayisədə 40 milyon dollar çoxdur. Beləliklə, turnirin qalibi Argentina millisi 42 milyon, ikinci yeri tutan Fransa 30 milyon, üçüncü yerin sahibi Xorvatiya 27 milyon, dördüncü yer tutan Mərakeş 25 milyon dollar əldə edəcək. Turniri 1/4 final mərhələsində tərk edən komandaların hər biri 17 milyon (İngiltərə, Braziliya, Portuqaliya, Niderland), 1/8 finaldan kənarda qalan komandaların hər biri 13 milyon dollar (Seneqal, ABŞ, Polşa, Avstraliya, Yaponiya, İspaniya, İsveçrə, Cənubi Koreya) qazanacaq. Qrup mərhələsini adlaya bilməyən komandalar - Ekvador, Qətər, İran, Uels, Meksika, Danimarka, Səudiyyə Ərəbistanı, Tunis, Kanada, Almaniya, Serbiya, Belçika, Kosta-Rika, Uruqvay, Kamerun, Qana - hər biri 9 milyon dollar əldə edəcək.
23-12-2022, 14:59
Rusiyaya silah verilməyib - Koreya XİN


Rusiyaya silah verilməyib - Koreya XİN

Koreya Xalq Demokratik Respublikası (KXDR) Rusiyaya silah tədarük etməsi barədə yayılan xəbərləri təkzib edib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ABŞ tərəfindən səsləndirilən bu cür iddialar əsassızdır və həqiqətə uyğun deyil. Şimali Koreya XİN həmçinin ABŞ-ın Ukraynanı silahla təmin etməsinə də münasibət bildirib. Qeyd olunub ki, ABŞ-ın bu cür addımları Ukraynanı "qanlı faciələrə sürükləyə" bilər.
23-12-2022, 14:55
“Xocasən” stansiyasının açılışı olacaq


“Xocasən” stansiyasının açılışı olacaq

Bakı metropoliteninin “Xocəsən” stansiyası və “Xocəsən” elektrik deposunda tikinti-quraşdırma işləri tam başa çatıb. Bu gün stansiya və deponun açılışı planlaşdırılır. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı gözlənilir. Açılışdan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək. Qeyd edək ki, 2014-cü ildən tikintisi üçün hazırlıqlara başlanılan "Xocəsən", metropolitenin sayca 27-ci, Bənövşəyi xəttin isə sayca 4-cü stansiyasıdır. Stansiya Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində yerləşir və Bənövşəyi xətt üçün depo rolunu oynayır. "Bakmil" stansiyasından sonra Bakı metropoliteninin sayca 2-ci yerüstü stansiyası olan "Xocəsən"i "Avtovağzal" stansiyası ilə birləşdirən sol tunel 1182 metr uzunluğunda, sağ tunel isə 1112 metr uzunluğundadır. Platformanın uzunluğu 144 metrdir.
23-12-2022, 14:50
İran Ukraynanın ittihamlarını təkzib etdi


İran Ukraynanın ittihamlarını təkzib etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya silah tədarükü ilə bağlı əsassız ittihamlarla bağlı Tehranın səbrini sınamamalıdır. Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Naser Kənani bildirib. Onun sözlərinə görə, İran Kiyevin Rusiyaya pilotsuz təyyarələrin verilməsi ilə bağlı bəyanatlarını dəfələrlə təkzib edib. Kənani qeyd edib ki, Tehran öz hərbi texnikasını münaqişə tərəflərinin heç birinə göndərməyib. XİN rəsmisi Ukrayna Prezidentini ABŞ-ın dəstəklədiyi ölkələrin taleyinə diqqət yetirməyə çağırıb. Xatırladaq ki, Rusiyanın Ukraynada İranın pilotsuz təyyarələrindən istifadə etdiyi bildirilir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya ordusu öz istehsalı olan dronlardan istifadə edir.
23-12-2022, 14:46
Hulusi Akardan Azərbaycana dəstək dolu çıxış


Hulusi Akardan Azərbaycana dəstək dolu çıxış

“Türklərin gücünü dünyaya nümayiş etdirən Azərbaycan Ordusuna heç kimin pis gözlə baxmasına icazə verməyəcəyik”. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində bildirib. "Azərbaycan hamının yaxşı bildiyi, lakin dünyanın eşitmək, görmək istəmədiyi çox ciddi qırğınlara və qətllərə məruz qalıb. Bu hadisələr baş verərkən Avropa İttifaqı, NATO, Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı təəssüf ki, həmin məsələlərə toxunmadı. Onlar heç bir həssaslıq, maraq göstərmədilər, lazımi tədbir görmədilər. Rusiyanın həmsədr olduğu keçmiş Minsk Qrupu da bu mövzulara son dərəcə laqeyd münasibət göstərdi”,- deyə Akar vurğulayıb. Nazir onu da qeyd edib ki, Türkiyə azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək verməyə hazırdır: “Biz savaşmaq üçün deyil, onun qarşısını almaq üçün varıq. Əgər Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutarsa, regionda sülh bərqərar olar”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!