Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
19-11-2023, 17:57
İsrailin quru əməliyyatında itkilərj 61 nəfərə çatdı


İsrailin quru əməliyyatında itkilərj 61 nəfərə çatdı

İsrail Müdafiə Qüvvələrinin təkcə Qəzza zolağında quru əməliyyatı zamanı itkiləri 61 nəfərə çatıb.
Bunu ordunun mətbuat xidmətinin saytında dərc olunan məlumatlar sübut edir.
Məlumata görə, noyabrın 18-də Fələstinin HƏMAS radikal hərəkatının tərəfdarları ilə döyüşlər zamanı daha üç əsgər həlak olub.
Oktyabrın 7-dən bəri ordunun ümumi itkiləri 383 nəfərdir.
19-11-2023, 17:30
İraq Prezidenti Ümummilli Liderin məzarını ziyarət etdi


İraq Prezidenti Ümummilli Liderin məzarını ziyarət etdi

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 19-da Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb.
Həmçinin Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
19-11-2023, 17:23
ABŞ İsrailə lazımi sursat göndərir - Netanyahu


ABŞ İsrailə lazımi sursat göndərir - Netanyahu

“ABŞ administrasiyası 43 gündür İsrailə lazımi sursat göndərməyə davam edir”.
Bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdə müdafiə naziri Yoav Gallant və hökumətin Hərbi Nazirlər Kabinetinin üzvü Benni Qantzla birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.
“Əziz dostumuz Co Baydenin rəhbərlik etdiyi Birləşmiş Ştatlar bizimlə ümumi maraqları güdür. Onlar bizə şəxsi sualtı qayıqlar və donanma ilə birlikdə təyyarədaşıyan gəmilər göndərdi. Lazımi döyüş sursatı isə göndərməkdə davam edir”.
Netanyahu Qəzzada HƏMAS tərəfindən saxlanılan israilli məhbusların azad edilməsinə dair razılaşmalarla bağlı yalan xəbərlərin olduğunu qeyd edərək, “Hazırda heç bir razılaşmanın olmadığını” və bir razılaşma olacağı təqdirdə bunu İsrail ictimaiyyəti ilə paylaşacaqlarını bildirib.
18-11-2023, 16:58
Qonşularla sülhə can atmaq birtərəfli proses deyil - Erməni spiker


Qonşularla sülhə can atmaq birtərəfli proses deyil - Erməni spiker

“Ermənistan Respublikası bütün region ölkələrinə münasibətləri tənzimləməyi və əməkdaşlıq təklif edərək, sülh proqramı qəbul edib”.
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanda keçirilən ATƏT Parlament Assambleyasının sessiyasındakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanın hazırkı hökuməti öz xalqından sülh gətirmək və gələcək nəsillər üçün dinc yanaşı yaşama erasını təmin etmək üçün mandat alıb.
“Ona görə də Ermənistan Azərbaycanla sülh danışıqlarında konstruktiv şəkildə iştirak edir və deməyə ehtiyac yoxdur ki, qonşularla sülhə can atmaq birtərəfli proses deyil. Cənubi Qafqaz xalqlarının son onilliklərdə keçdiyi bütün çətinliklərdən sonra bu gün Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün tarixi fürsət yaranıb. Ermənistan da Türkiyə ilə münasibətlərin nizamlanmasında, sərhədlərin və kommunikasiyaların açılmasında səmimi maraqlıdır və ilkin şərt olmadan danışıqlara başlayıb. Bu danışıqların yaxın gələcəkdə arzu olunan nəticələri verəcəyinə böyük ümidim var. Bölgəmizin sülhə ehtiyacı var və Ermənistan Respublikasının baxışı ən yaxşı şəkildə “Sülhün kəsişməsi” adlı layihədə ifadə olunub və bu layihə aşağıdakı kimi ifadə edilməlidir:
Regionun bütün ölkələri açıq sərhədlər, yollar və infrastrukturlarla yaşayır, iqtisadi, siyasi, mədəni cəhətdən bir-birinə bağlanır”. – A.Simonyan deyib.
18-11-2023, 16:33
XİN: “Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik”


XİN: “Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik”

Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik.
Ermənistan Müdafiə Nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir", - məlumatda deyilir.
18-11-2023, 16:12
ATƏT PA sədrindən Azərbaycan və Ermənistana çağırış


ATƏT PA sədrindən Azərbaycan və Ermənistana çağırış

ATƏT Parlament Assambleyası Ermənistan və Azərbaycanı danışıqları davam etdirməyə və sülh sazişinin əldə edilməsi üçün yeni imkanlar axtarmağa çağırır.
Bunu noyabrın 18-də İrəvanda ATƏT PA-nın sədri Pia Kauma deyib.
O, jurnalistlərin ATƏT PA-nın payız sessiyasında Azərbaycan nümayəndə heyətinin iştirak etməməsi ilə bağlı sualını da cavablandırıb.
Kauma xatırladıb ki, Ermənistana gəlməzdən əvvəl iki gün Azərbaycanda olub və onda rəsmi Bakının sülh danışıqlarına hazır olduğu təəssüratı yaranıb.
“Onların ötürmək istədikləri mesaj budur. Məndə belə təəssürat var ki, Bakı İrəvanla danışıqları bərpa etməyə hazırdır”.
18-11-2023, 16:01
“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edildi


“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Sənədin 1.0.6-cı və 1.0.7-ci maddələr aşağıdakı redaksiyada verilib:
“1.0.6. dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır;
1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır”.
18-11-2023, 15:40
Azərbaycanlq sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ bilərik - Paşinyan


Azərbaycanla sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ bilərik - Paşinyan

"Ermənistan və Azərbaycan sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ biliblər".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən ATƏT Parlament Assambleyasının payız sessiyasının açılış mərasimində deyib.
"Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı yaxşı və pis xəbərlərimiz var. Nə yaxşı ki, Azərbaycanla sülhün əsas prinsipləri razılaşdırılıb. Bu, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə mənimlə Azərbaycan Prezidenti arasında keçirilən görüşdə baş verib",- Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, söhbət üç əsas prinsipdən gedir:
- Ermənistan Respublikası və Azərbaycan Respublikası qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyır: Ermənistanın 29 min 800 kvadrat kilometr ərazisi və Azərbaycanın 86 min 600 kvadrat kilometr ərazisi.
- Tərəflər delimitasiyanı Almatı Bəyannaməsi (SSRİ dövründə Ermənistan və Azərbaycan arasında mövcud olan sərhədlərlə) əsasında həyata keçirilməsinə razılaşırlar.
- Regional kommunikasiyalar tərəflərin suveren yurisdiksiyası əsasında açılır, kommunikasiyalar isə qarşılıqlı münasibətlər əsasında fəaliyyət göstərir.
Baş nazir qeyd edib ki, Ermənistan və Azərbaycan müxtəlif diplomatik dillərdə danışırlar və çox vaxt bir-birini başa düşmürlər.
18-11-2023, 15:10
Yanacaqdoldurma məntəqəsində partlayış baş verdi - VİDEO


Yanacaqdoldurma məntəqəsində partlayış baş verdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Pirallahı rayonunda yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 10 ton olan “Ford” markalı yanacaqdaşıyan avtomobil yanacaq dolduran zaman partlayışın baş verdiyi və məntəqə ərazisində yüksək yanğın təhlükəsinin yarandığı müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mümkün yanğının qarşısı qısa müddətdə alınaraq böyük fəsadların yaranmasına imkan verilməyib və yanacaqdoldurma məntəqəsi yanğın təhlükəsindən qorunub.
Hadisə nəticəsində partlayış dalğasının təsirindən məntəqənin 1 ədəd yanacaqötürən pompası yerindən çıxıb, yanacaqdaşıyan avtomobilin yanacaq çəninin lyuku yerindən çıxaraq yaxınlıqdakı birmərtəbəli mebel satışı mağazasının 10m² sahədə ondulindən ibarət dam hissəsi və tavanını dağıdıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


18-11-2023, 14:43
Zakir Həsənov rəhbər heyətlə döyüş hazırlığını yoxladı - VİDEO


Zakir Həsənov rəhbər heyətlə döyüş hazırlığını yoxladı - VİDEO

Noyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrindən birində olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, general-polkovnik Z.Həsənov komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki bacarıqlarını, eləcə də bölmələrin döyüş hazırlığını yoxlayıb.
Sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti HHM bölmələrinin praktiki döyüş atışlarını izləmək üçün təlim poliqonuna gəlib.
General-polkovnik Z.Həsənov komanda-idarəetmə məntəqəsində HHM bölmələrinin döyüş hazırlığı və döyüşə hazırolma vəziyyəti barədə məruzələri dinləyib.
Komanda-qərargah maşınında HHM bölmələrinin döyüş fəaliyyətlərinin planlaşdırılması və idarəedilməsi üzrə tapşırıqlar icra olunduqdan sonra praktiki atışlar yerinə yetirilib.
Şərti düşmənin aşkar olunan hava hədəfləri məhv edilərək qarşıya qoyulmuş tapşırıqlar müvəffəqiyyətlə icra edilib.
Müdafiə naziri HHM bölmələrinin döyüş hazırlığını yüksək qiymətləndirib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!