Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
17-11-2023, 15:37
İsraillə HƏMAS arasında 3 günlük atəşkəs elan olundu


İsraillə HƏMAS arasında 3 günlük atəşkəs elan olundu

İsrail və HƏMAS 3 günlük atəşkəs haqqında razılığa gəliblər.
Bu barədə "Əl Ərəbiyyə" məlumat yayıb.
17-11-2023, 15:25
Yeni il elmi siyasətin tətbiqi sahəsində sınaq ili olacaq - Nazir


Yeni il elmi siyasətin tətbiqi sahəsində sınaq ili olacaq - Nazir

2024-cü il elmi siyasətin tətbiqi sahəsində sınaq ili olacaq.
Bunu Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Doktorant və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransının (NASCO XXVI) açılışında elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir deyib ki, artıq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tam fəaliyyətə başlayıb və gələn il həmin qurum tərəfindən bir neçə yeni alət tətbiq olunacaq:
“300-ə qədər gənc xarici ölkələrdə doktorantura təhsili almaq üçün göndərilib. Gənc tədqiqatçıları qabaqcıl ölkələrə qısamüddətli tədqiqatlara göndərmək də vacibdir. Amma bunun üçün həmin gənclərin ingilis dilini bilmələri vacib şərtdir”. ​
17-11-2023, 15:07
Prezident Nəzarət Xidmətinin təşkiliylə bağlı Fərman imzaladı


Prezident Nəzarət Xidmətinin təşkiliylə bağlı Fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında "Əsasnamə” və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-mühafizəsinə Nəzarət İdarəsinin əsasında Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb.
17-11-2023, 14:50
HƏMAS-ın siyasi bürosunun üzvü yaralanaraq öldü


HƏMAS-ın siyasi bürosunun üzvü yaralanaraq öldü

HƏMAS-ın siyasi bürosunun üzvü Ahmad Bahar yaralanaraq ölüb.
Bu barədə "i24news" yazıb.
Belə ki, 76 yaşlı Bahar toqquşmalar zamanı hava zərbəsinə tuş gəlib.
Qeyd edək ki, 7 oktyabrda başlayan Fələstin-İsrail qarşıdurması davam edir. İndiyə kimi hər iki tərəfdən minlərlə insan həyatını itirib.
17-11-2023, 14:42
Moldova bu tarixdə MDB PA-dan çıxacaq


Moldova bu tarixdə MDB PA-dan çıxacaq

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bildirib ki, Moldova 2024-cü il fevralın 8-də MDB ölkələrinin Parlamentlərarası Assambleyasından çıxacaq.
Matvienko bunu Moldovanın özü üçün “böyük itki” adlandırıb.
“Prosedurun nə vaxt başa çatacağına gəlincə, bütün bunlar bizim qaydalarımızda göstərilib. Moldovanın çıxması ilə bağlı bəyanatından sonra prosedur fevralın 8-də başa çatacaq, Moldova rəsmi olaraq MDB Parlamentlərarası Assambleyasının üzvü olmayacaq”, - Valentina Matvienko bildirib.
Onun sözlərinə görə, bu, Parlamentlərarası Assambleyaya heç bir ziyan vurmayacaq. O hesab edir ki, Moldova prezident Maya Sandunun hakimiyyətə gəlişindən sonra “müstəqil dövlət deyil”.
Moldova hökuməti MDB-dən çıxmaq niyyətini 2022-ci ildə, Ukraynada hərbi əməliyyatların başlamasından az sonra elan edib. Elə həmin il Kişineu birliyin əsas orqanlarında fəaliyyətini dayandırıb. Avqustda Moldova MDB-də tərksilah məsələləri üzrə komissiya haqqında sazişdən çıxıb, noyabrda isə üzvlük haqqını ödəməkdən imtina etmək planlarını açıqlayıb.
Moldova hakimiyyəti MDB çərçivəsində daha bir neçə onlarla sazişdən çıxmaq niyyətlərindən danışıb.
17-11-2023, 14:16
Azad edilmiş torpaqlarımızda 6 məktəb fəaliyyət göstərir


Azad edilmiş torpaqlarımızda 6 məktəb fəaliyyət göstərir

İşğaldan azad edilmiş torpaqlarımızda artıq 6 məktəb fəaliyyət göstərir.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva “Uşaq hüquqları tribunası” mövzusunda keçirilən konfransda deyib.
"Bu özü də artıq uşaqlarımızın hüquqlarının işğaldan azad edilmiş torpaqlarımızda qorunması deməkdir, bu, çox sevindirici və qürurverici haldır", - o qeyd edib.
17-11-2023, 13:55
XİN Milli Dirçəliş Günüylə bağlı paylaşım etdi


XİN Milli Dirçəliş Günüylə bağlı paylaşım etdi

Azərbaycan Xarici İşlər Nazirliyi 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə paylaşım edib.
Paylaşım XİN-in "X" hesabında yer alıb.
Bildirilib ki, milli şüur tariximizin ən önəmli günlərindən biri olan 17 noyabr milli azadlıq hərəkatının başlanması ilə əlamətdardır:
"17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə həmvətənlərimizi ürəkdən təbrik edir, xalqımıza daim inkişaf və rifah arzu edirik. Yaşasın müstəqil Azərbaycan!"
17-11-2023, 13:34
Ermənistan və Gürcüstan müdafiə nazirləri əməkdaşlıq planını imzaladı


Ermənistan və Gürcüstan müdafiə nazirləri əməkdaşlıq planını imzaladı

Ermənistan və Gürcüstanın müdafiə nazirləri Suren Papikyan və Cuanşir Burçuladze müdafiə və regional təhlükəsizlik sahəsində əməkdaşlıq planını imzalayıblar.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
17-11-2023, 13:23
Paşinyan: “Əks halda, saziş bu gün imzalana bilərdi”


Paşinyan: “Əks halda, saziş bu gün imzalana bilərdi”

Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinin bir hissəsi olaraq gərgin diplomatik iş davam edir.
Bunu noyabrın 17-də parıamantdəki ənənəvi brifinqlər zamanı hakim “Mülki müqavilə” partiyasından olan deputat Gevorq Papoyan deyib.
O, Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində təklif olunan görüşdən imtinaya görə Azərbaycanın mövqeyini tənqid edib.
Diplomat əmindir ki, “yerdə” mövcud olan hadisələr tərəflərə sülh müqaviləsi imzalamaq imkanı verir.
“Əlbəttə, maneələr var. Əks halda, saziş bu gün imzalana bilərdi”, - Papoyan bildirib.
Öz növbəsində, hakim partiyanın parlament fraksiyasının katibi Artur Hovhannisyan sazişin bu ilin sonuna qədər imzalana biləcəyini istisna etməyib.
"Erməni tərəfi bunun üçün hər şeyi edəcək", - deputat əmin edib.
17-11-2023, 12:45
İlham Əliyev Naxçıvanın icra başçısını vəzifəsindən azad etdi


İlham Əliyev Naxçıvanın icra başçısını vəzifəsindən azad etdi

Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
"Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram: Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin", - sərəncamda bildirilir.
Onun yerinə hələlik təyinat olmayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!