Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
16-11-2023, 11:37
Alim yol qəzasında vəfat etdi


Alim yol qəzasında vəfat etdi

Türkiyədə yaşayan türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlu Bakıda yol qəzasında vəfat edib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib. Məlumata görə, Azər Maqsudov adlı sürücünün idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçən Acaloğlu Arif Mikayıl oğlunu vurub.
Məlumata görə, o, Azərbaycan Milli Elmlər Akademiyasının dəvəti ilə konfransda iştirak üçün gəldiyi Bakıda yol qəzasında həyatını itirib.
A.Acaloğlu 1956-cı ildə Borçalıda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1982-ci ildə Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb. O, 1983-1986-cı illərdə Tartu Universitetində (Estoniya) Semiologiya üzrə doktorantura təhsili alıb. 1987-1990-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olmuşdur.
O, 1992-1993-cü illərdə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarında işini tərk edərək Türkiyədə məskunlaşıb. Uzun müddət Bilgi Universitetinin Rus Dili Proqramında, 2008-2019-cu illərdə isə Yeditəpə Universitetinin Antropologiya bölməsində müəllim vəzifəsində çalışıb. O, akademik və siyasi araşdırmalarla yanaşı, bir çox televiziya proqramları, müsahibələr və populyar məqalələr hazırlayıb, 30-dan çox tərcümə kitabı nəşr edilib.
16-11-2023, 11:30
Hərbi qulluqçumuz vəfat etdi


Hərbi qulluqçumuz vəfat etdi

Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Salmanlı Mirhüseyn Həsən oğlu Masallı rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq 16 noyabr 2023-cü il tarixdə xəstəlikdən vəfat edib.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən bildirilib.
"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd edilib.
16-11-2023, 11:17
Paşinyan: “Nazirlər Kabineti sülh müqaviləsi imzalamağa hazırdır”


Paşinyan: “Nazirlər Kabineti sülh müqaviləsi imzalamağa hazırdır”

"Hakimiyyət prosesi və diplomatik işi gücləndirmək niyyətindədir".
Paşinyan parlamentdə bu mövzuya toxunub.
"Nazirlər Kabineti sülh müqaviləsi imzalamağa hazırdır. Sənədin əsas prinsipləri tərəflər tərəfindən razılaşdırılıb", - o əlavə edib.
15-11-2023, 17:58
HƏMAS üç günlük atəşkıs müqabilində girovları azad etməyə razılaşdı


HƏMAS üç günlük atəşkıs müqabilində girovları azad etməyə razılaşdı

HƏMAS Qəzzada üç günlük atəşkəs müqabilində 50-yə yaxın girovu azad etməyə razılaşıb.
Bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Bildirilib ki, Qəzza zolağında üç günlük atəşkəsin elan olunması müqabilində 50 nəfərə yaxın girovun azad edilməsi ilə bağlı Qətərin vasitəçiliyi bu gün danışıqlar aparılıb.
Qeyd olunub ki, ABŞ tərəfi ilə də razılaşdırılan və müzakirəyə çıxarılan məsələlər arasında İsrailin müəyyən sayda fələstinli qadın və uşaqları həbsxanalardan azad etməsi, həmçinin, Qəzza bölgəsinə buraxılan humanitar yardımın həcmini artırmasını da yer alır.
İsrail razılıq verdiyi təqdirdə, neçə nəfər fələstinlini azad edəcəyi barədə dəqiq məlumat yoxdur.
Eyni zamanda, əlavə olunub ki, tərəflər razılığa gələrsə, bu, 7 oktyabrdan indiyə qədər HAMAS – İsrail hərbi qarşıdurmasının gərginləşdiyi dövr ərzində HAMAS tərəfindən saxlanılan ən çox sayda girovun azadlığa buraxılması olacaq. Mənbə bildirib ki, HAMAS aparılan danışıqların ümumi müddəaları ilə razılaşıb, lakin İsrail bunu etməyib və hələ detalları müzakirə edir.
15-11-2023, 17:47
Heydər Əliyev Beynəlxalq Aeroportuna yeni sözçü təyin edildi


Heydər Əliyev Beynəlxalq Aeroportuna yeni sözçü təyin edildi

Heydər Əliyev Beynəlxalq Aeroportuna yeni sözçü təyin edilib.
Nərmin Xəlilova Aeroportun direktor köməkçisi və mətbuat katibi vəzifəsinə gətirilib.
N. Xəlilova bundan əvvəl AZAL-da mətbuat katibi kimi çalışıb.
15-11-2023, 17:39
Əli Əsədov türkiyəli nazirlə bir sıra məsələləri müzakirə etdi


Əli Əsədov türkiyəli nazirlə bir sıra məsələləri müzakirə etdi

"Su ehtiyatlarının həm transsərhəd, həm də yerli miqyasda qorunması Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir".
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhasekinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Görüşdə Bakıda keçirilən Türk Dünyası II Meteorologiya Forumunun önəmi vurğulanıb. Forumun meteorologiya sahəsində türkdilli dövlətlər arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə geniş imkanlar yaradacağına əminlik ifadə olunub.
2021-ci ildə Ankarada keçirilən I Meteorologiya Forumu çərçivəsində Türk Dünyası Meteorologiya Birliyinin yaradılması haqqında qəbul edilən qərarın önəmi qeyd edilib. Birliyin yaradılmasının bölgədə iqlim dəyişmələrinə qarşı kollektiv mübarizənin əlaqələndirilməsi baxımından böyük əhəmiyyət daşıdığı bildirilib.
Tərəflər qlobal iqlim dəyişmələri çağırışlarına cavab vermək üçün türk dövlətləri meteorologiya xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsinin, bu istiqamətdə səylərin birləşdirilməsinin önəmini qeyd ediblər.
Azərbaycanda meteorologiya sahəsinin modernləşdirilməsi üçün dövlətimiz tərəfindən həyata keçirilən işlər barədə məlumat verilib. Azərbaycanda Milli Hidrometeorologiya Xidmətinin fəaliyyətinin Ümumdünya Meteorologiya Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi sahəsində davamlı tədbirlərin görüldüyü diqqətə çatdırılıb.
Hidrometeoroloji hadisələrin proqnozlaşdırılması ilə bağlı müasir standartlara cavab verən yeni erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində hazırlıq işlərinin davam etdirildiyi qeyd edilib.
Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti ilə Türkiyənin Baş Meteorologiya İdarəsi arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. İki qurum arasında mütəmadi qaydada təcrübə mübadiləsinin həyata keçirildiyi bildirilib.
15-11-2023, 17:35
“Sülhün kəsişməsi” Ermənistanın təhlükəsizliyini yaxşılaşdıracaq - Paşinyan


“Sülhün kəsişməsi” Ermənistanın təhlükəsizliyini yaxşılaşdıracaq - Paşinyan

"İrəvanın “Sülhün kəsişməsi” proqramı Ermənistanın təhlükəsizliyini yaxşılaşdıracaq".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.
Paşinyan əmin olduğunu bəyan edib ki, təhlükəsizliyi təkcə ordu təmin etmir.
"Bunu həm də iqtisadi əlaqələr və nəqliyyat kommunikasiyaları təmin edir", - Ermənistan baş naziri vurğulayıb.
15-11-2023, 17:24
Paşinyan: “İrəvan KTMT-dən çıxmaq üçün zəmin hazırlamır, əksinə..”


Paşinyan: “İrəvan KTMT-dən çıxmaq üçün zəmin hazırlamır, əksinə..”

"İrəvan KTMT-dən çıxmaq üçün zəmin hazırlamır, əksinə özünə və bloka düşünmək üçün vaxt verir".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.
"Bu, Ermənistan hakimiyyətinə və KTMT-yə gələcək addımlar barədə qərar verməyə imkan verəcək. Təşkilatla münasibətlər baxımından əsas fundamental problem onun Ermənistanda məsuliyyət sahəsini müəyyən etməkdən faktiki imtina etməsidir. İrəvan KTMT missiyasını göndərməkdən imtina etməyib, onun harada fəaliyyət göstərəcəyini müəyyənləşdirməyi xahiş edib.
Blok İrəvanın Ermənistanın təhlükəsizliyinə təhdidlərlə bağlı çoxsaylı bəyanatlarına cavab verməyib. İndi hakimiyyət təhlükəsizlik sahəsində əlaqələri şaxələndirir, yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtarır. Hökumət KTMT-dən çıxmaq barədə qərar qəbul olunmayana qədər kursun dəyişməsi barədə açıqlama vermək niyyətində deyil, əks halda dissonansa səbəb olacaq", - Paşinyan söyləyib.
Qeyd edək ki, Paşinyan Belarus prezidentinə görüşdə iştirak edə bilməyəcəyi barədə məlumat verib və KTMT tərəfdaşlarının bu qərara anlayışla yanaşacağına ümid etdiyini bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kreml Paşinyanın KTMT-nin Minskdə keçiriləcək iclasında iştirak etməyəcəyinə təəssüflənir.
"Belə görüşlər qeydləri müqayisə etmək və fikir mübadiləsi aparmaq üçün yaxşı səbəbdir. Moskva başa düşür ki, hər bir hökumət və ya dövlət başçısının öz iş qrafiki və şəraiti ola bilər. KTMT aktual olaraq qalır və blok çərçivəsində təşkil olunan görüşlər bu qarşılıqlı fəaliyyət formatına olan tələbatı göstərir", - o bildirib.
15-11-2023, 17:13
Fələstinə hər zaman diqqət ayırmışıq - Mehriban Əliyeva


Fələstinə hər zaman diqqət ayırmışıq - Mehriban Əliyeva

"Azərbaycan hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı çağırışları dəstəkləyir və son gərginliklə əlaqədar oktyabr ayında BMT Baş Assambleyasında qəbul edilmiş qətnamənin lehinə səs vermişdir".
Bu barədə Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciətində bildirilib.
Müraciətdə, həmçinin qeyd edilib: “Ölkəmiz beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllinin tərəfdarıdır. 2019-ci ildən etibarən Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Fələstin məsələsinə daim diqqət ayırmışıq. İnanıram ki, bu il Ramallah şəhərində ölkəmizin Təmsilçilik Ofisinin fəaliyyətə başlaması Azərbaycan-Fələstin əlaqələrinin inkişafına təkan verəcəkdir”.
Son on il ərzində Azərbaycanın BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi xətti ilə dəfələrlə humanitar və maliyyə yardımı göstərdiyini xatırladan Birinci xanım Mehriban Əliyeva vurğulayıb: “Eyni zamanda, Azərbaycan Fələstinə siyasi və maliyyə dəstəyinin cəlb edilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bunların sırasında Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransını və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransını qeyd etmək istərdim. Azərbaycan dövlətinin verdiyi təqaüd əsasında fələstinli gənclər ölkəmizdə ali təhsil alırlar. Azərbaycan tərəfindən Fələstində inşa ediləcək məktəb Fələstin xalqına dəstəyimizin növbəti təzahürü olacaqdır”.
15-11-2023, 16:43
Ermənistanın XİN Başçısı Avropa Parlamentinin sədriylə görüşdü


Ermənistanın XİN Başçısı Avropa Parlamentinin sədriylə görüşdü

Buseldə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 15-də Avropa Parlamentinin sədri Roberta Metzola ilə görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ararat Mirzoyan və Roberta Metzola Aİ-Ermənistan hərtərəfli tərəfdaşlıq gündəliyinin əsas istiqamətləri və onun dərinləşdirilməsi üçün birgə səylər barədə fikir mübadiləsi aparıblar.
Tərəflər Avropa Parlamenti ilə Ermənistan Respublikasının Milli Məclisi arasında əməkdaşlığı genişləndirmək üçün əlavə addımlar atmağa hazır olduqlarını bildiriblər. Nazir Mirzoyan Ermənistanda demokratiyaya ardıcıl güclü dəstəyin, bölgədə sülhün bərqərar olması üçün real səylərə dəstək verilməsinin vacibliyini qeyd edib. Ermənistanın bu istiqamətdəki yanaşmalarına toxunan nazir Mirzoyan vurğulayıb ki, beynəlxalq tərəfdaşların fəal iştirakı və Azərbaycanın oktyabrda Qranadada qəbul edilmiş bəyanatla təsdiq edilmiş prinsiplərə sadiqliyi ilə regionda sülhə nail olmaq mümkün olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!