14-11-2023, 15:41
Fransa ilə əməkdaşlığımız davam edəcək - Arman Yeqoyan"Heç bir razılaşma və ya bəyanatla Ermənistan heç bir dövlətə ekstraterritorial dəhliz verməyə borclu deyil".
Bunu Ermənistan parlamentinin Avrointeqrasiya üzrə daimi komissiyasının sədri Arman Yeqoyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
"Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin yola nəzarət etməsinə gəlincə, mətni oxuyun. Fransa ilə əməkdaşlığımız davam edəcək və burada qeyri-qanuni heç bir şey yoxdur. İstənilən dövlətin öz ordusunu istədiyi kimi silahlandırmaq hüququ var", - deyə Yeqoyan söyləyib.
14-11-2023, 15:25
Əkin sahəsindən qəbir aşkarlandıAğdamda əkin sahəsində qəbir aşkarlanıb.
Rayonun Mirəşəlli kəndində kənd sakini Ceyhun Kərimovun əkin sahəsində traktorla şumlama işləri aparılarkən ərazidən böyük daş parçası çıxıb və əkin sahəsində məzara olduğu məlum olunub.
Ağdam rayonu icra başçısının Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Əliyev bildirib ki, əraziyə hüquq mühavizə orqanları baxış keçirib.
Ehtimal olunur ki, aşkar olunan qəbir eramızdan əvvələ aid uzunluğu 1.90 metr eni 0.60 metr olan antiq qəbirdir.
14-11-2023, 15:13
İmtahandan keçməyən müəllimlər digər işlə təmin olunduBakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrindən 141 müəllim təkrar sertifikatlaşdırma imtahanından müvafiq keçid balını toplaya bilməyib. Bu baxımdan onların əmək müqaviləsinə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq 4 sentyabr 2023-cü il tarixində xitam verilib.
İdarədən bildirilib ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təkrar sertifikatlaşdırma prosesinin nəticəsinə əsasən, əmək müqaviləsi ləğv edilmiş təhsilverənlərlə işin təşkili məqsədilə BŞTİ-də komissiya yaradılıb. Komissiya 5 sentyabr 2023-cü il tarixində fəaliyyətə başlayıb və bu müddət ərzində təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərlə görüş təşkil olunub, onların ailə tərkibi və sosial vəziyyəti barədə məlumatlar araşdırılıb. Hazırki dövrə kimi həmin şəxslərdən sosial baxımdan həssas qrupa aid 50 nəfər təhsil müəssisələrində digər vəzifələrdə işlə təmin edilib.
14-11-2023, 14:43
Abdullahian İsveçrəyə səfərə getdiİran xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsveçrəyə səfərə yola düşüb.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.
Onun sözlərinə görə, Abdullahian Fələstin məsələsini müzakirə etmək məqsədilə Cenevrəyə səfərə yola düşüb.
14-11-2023, 14:43
Abdullahian İsveçrəyə səfərə getdiİran xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsveçrəyə səfərə yola düşüb.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.
Onun sözlərinə görə, Abdullahian Fələstin məsələsini müzakirə etmək məqsədilə Cenevrəyə səfərə yola düşüb.
14-11-2023, 14:28
Fransanın müdafiə naziri uzun illərdən sonra ilk dəfə İsrailə gedirFransanın müdafiə naziri 23 ildə ilk dəfə İsrailə səfər edəcək.
Bu barədə nazir Sebastien Lekornu "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Lekornu Yaxın Şərqə, o cümlədən İsrailə səfər edəcək və səfər zamanı Qəzza zolağındakı vəziyyəti və digər regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.
O qeyd edib ki, səfər Misirdən başlayacaq.
“Bu, Fransanın müdafiə nazirinin adıçəklin ölkəyə 2000-ci ildən bəri ilk səfəri olacaq”, - fransa nəşrlərindən biri yazıb.
14-11-2023, 14:13
Türkiyənin məşhur sosial media fenomenləri həbs olunduTürkiyəli məşhur sosial media fenomenləri Nihal Candan və Bahar Candan saxlanılıb.
Bu barədə "Habertürk" kanalı məlumat yayıb.
Şübhəlilərin cinayət yolu ilə əldə edilən gəlirlərin yuyulmasında ittiham edildiyi bildirilir.
Bahar və Nihal Candan bacıları haqqında İstanbul Prokurorluğunda cinayət işi açılıb.
14-11-2023, 13:39
Tehranda ibtidai siniflər onlayn sistemə keçid edirİranın paytaxtı Tehranda havanın çirklənməsinin artması ilə əlaqədar sabah ibtidai siniflər onlayn dərs keçəcək.
Bu barədə Tehranın havanın çirklənməsi ilə bağlı fövqəladə vəziyyətlərin əlaqələndirilməsi üzrə işçi qrupu qərar verib.
Qərara əsasən, Tehranda bütün məktəbəqədər və ibtidai siniflər üzrə dərslər onlayn keçiriləcək.
Qeyd edək ki, havanın çirklənməsi ilə bağlı bu gün İsfahanın bəzi şəhərlərində bütün məktəblər bağlanıb. Ölkənin Meteorologiya Təşkilatı Tehranda havanın çirklənməsinin həyəcanverici mərhələyə çatdığını bildirib.
Vətəndaşlara avtomobillərin hərəkətini azaltmaq, açıq havada fiziki və idman fəaliyyətlərindən çəkinmək tövsiyə edilib.
14-11-2023, 13:24
Kreml Paşinyanın KTMT-nin iclasında iştirak etməyəcəyinə təəssüflənir - Peskov"Kreml Paşinyanın KTMT-nin Minskdə keçiriləcək iclasında iştirak etməyəcəyinə təəssüflənir".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Belə görüşlər qeydləri müqayisə etmək və fikir mübadiləsi aparmaq üçün yaxşı səbəbdir. Moskva başa düşür ki, hər bir hökumət və ya dövlət başçısının öz iş qrafiki və şəraiti ola bilər. KTMT aktual olaraq qalır və blok çərçivəsində təşkil olunan görüşlər bu qarşılıqlı fəaliyyət formatına olan tələbatı göstərir", - o bildirib.
Peskov ABŞ müdafiə nazirinin Rusiya Federasiyası və Çinin KXDR-ə hərbi sahədə yardım göstərməsi ilə bağlı bəyanatını əsassız adlandırıb: "ABŞ Rusiyaya qarşı sanksiyaları inkişaf etdirməyi dayandırmır, lakin Moskva onlara uyğunlaşır".
14-11-2023, 12:47
Statistik rəqəmlər çağırışçılarımızın sayının azaldığını göstərir - Erməni deputat“Əlimizdə statistik rəqəmlər göstərir ki, çağırışçılarımızın sayı ildən-ilə azalıb, bu narahatlıq doğurur”.
Bunu parlamentin deputatı Hayk Sarkisyan jurnalistlərə açıqlamasında deyib.
O, çağırşçı sayının azalmasının son 15 il ərzində müşahidə olunduğunu qeyd edib.
Deputatın sözlərinə görə, vətəndaşlar xidmət etmək istəmir, müxtəlif yollarla ölkədən gedir, vətəndaşlıqdan çıxırlar.
Sarkisyan 2010-2019-cu illərdə çağırışçılarla bağlı məlumatları təqdim edib:
“2010-cu ildə bizdə 44 mindən çox çağırışçı var idi və sonrakı 9 ildə bu rəqəm 44 faiz azalıb. Hərbi qulluqçuların sayı 44 mindən 24 minə düşüb".