“Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                        Bakının mərkəzindəki bu yol BAĞLANACAQ .....                       
Tarix : 17-11-2023, 14:42
Moldova bu tarixdə MDB PA-dan çıxacaq


Moldova bu tarixdə MDB PA-dan çıxacaq

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bildirib ki, Moldova 2024-cü il fevralın 8-də MDB ölkələrinin Parlamentlərarası Assambleyasından çıxacaq.
Matvienko bunu Moldovanın özü üçün “böyük itki” adlandırıb.
“Prosedurun nə vaxt başa çatacağına gəlincə, bütün bunlar bizim qaydalarımızda göstərilib. Moldovanın çıxması ilə bağlı bəyanatından sonra prosedur fevralın 8-də başa çatacaq, Moldova rəsmi olaraq MDB Parlamentlərarası Assambleyasının üzvü olmayacaq”, - Valentina Matvienko bildirib.
Onun sözlərinə görə, bu, Parlamentlərarası Assambleyaya heç bir ziyan vurmayacaq. O hesab edir ki, Moldova prezident Maya Sandunun hakimiyyətə gəlişindən sonra “müstəqil dövlət deyil”.
Moldova hökuməti MDB-dən çıxmaq niyyətini 2022-ci ildə, Ukraynada hərbi əməliyyatların başlamasından az sonra elan edib. Elə həmin il Kişineu birliyin əsas orqanlarında fəaliyyətini dayandırıb. Avqustda Moldova MDB-də tərksilah məsələləri üzrə komissiya haqqında sazişdən çıxıb, noyabrda isə üzvlük haqqını ödəməkdən imtina etmək planlarını açıqlayıb.
Moldova hakimiyyəti MDB çərçivəsində daha bir neçə onlarla sazişdən çıxmaq niyyətlərindən danışıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!