İki azərbaycanlı ailə Rusiyadan deportasiya edildi .....                        Leyla Əliyevanın doğum günüdür .....                        “Kurtlar Vadisi”nin aktyoru vəfat etdi .....                        Masazırda yanğın söndürüldü - YENİLƏNİB .....                        Deyirəm, bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib - Prezident .....                        Kanalda batan yeniyetmənin meyiti tapıldı .....                        Daha bir azərbaycanlı həbs edildi .....                        Azərbaycan və Özbəkistan liderləri “Sea Breeze”də - FOTO .....                        Rusiyaya cavab verilmədiyi iddiaları əsassızdır .....                       
23-12-2022, 14:40
Ukrayna və NATO müttəfiqlərinə 44,9 milyard dollar ayrılacaq

Ukrayna və NATO müttəfiqlərinə 45 milyard dollar ayrılacaq

ABŞ Konqresinin Senatı ölkənin 2023-cü maliyyə ili üçün təxminən 1,7 trilyon dollar büdcə layihəsini təsdiqləyib. Büdcədə nəzərdə tutulan ümumi xərclər bu rəqəmin 1,52 trilyon dollar müəyyən edildiyi 2022-ci ildəkindən daha yüksək olacaq. Məlumata görə, vəsaitlərin böyük hissəsi - 858 milyard dolları müdafiəyə yönəldiləcək, 722,5 milyard dollar isə qeyri-müdafiə xərclərinə ayrılacaq. Vaşinqton Ukraynaya, eləcə də NATO müttəfiqlərinə fövqəladə dəstək üçün 44,9 milyard dollar ayırmaq niyyətindədir. Eyni zamanda, bu ilin büdcəsində Ukraynaya ümumi dəstək 13,6 milyard dollar təşkil edib ki, bu da 2023-cü ildə nəzərdə tutulandan təxminən üç dəfə azdır.
23-12-2022, 14:29
ABŞ Putinlə görüşmək şərtini vurğuladı

ABŞ Putinlə görüşmək şərtini vurğuladı

Rusiya danışıqlarda ciddi iradə göstərərsə, Bayden Putinlə görüşməyə hazırdır. Bunu Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirb. “Siz prezidentin Emmanuel Makronla görüşdə dediyini eşitdiniz. Əgər Putin ciddi istək nümayiş etdirsə, prezident mütləq onunla görüşməyə hazır olacaq”, - deyə Kirbi qeyd edib.
23-12-2022, 14:21
Putin: “Kiyevin ehtiyatları tezliklə tükənəcək”

Putin: “Kiyevin ehtiyatları tezliklə tükənəcək”

Ukraynaya əsasən sovet mənşəli silahlar göndərilir, həmin silahlar isə tükənmək üzrədir. Bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında deyib. O, Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin göndərilməsinə də toxunub və bildirib ki, bu, sadəcə münaqişənin uzadılması deməkdir. “Rusiya hərbi ehtiyatlarını istifadə edir, bu böyük rəqəmlərdir, lakin Ukrayna hərbi sənaye kompleksi ilə fərq böyükdür. Kiyevin ehtiyatları tezliklə tükənəcək. Biz silah istehsalını artırmaq niyyətindəyik”.
22-12-2022, 21:36
Qaribaşvili Əliyevi doğum günü münasibətilə təbrik etdi

Qaribaşvili Əliyevi doğum günü münasibətilə təbrik etdi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir: "İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim, Sizə əmin-amanlıq, möhkəm cansağlığı və uğurlar arzulayım. Azərbaycan Respublikasının inkişafında və rifahında Sizin xidmətiniz əvəzolunmazdır. Eyni zamanda, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın güclənməsində Sizin şəxsi səyləriniz böyükdür. Ölkələrimiz arasında mövcud olan dostluğu və ümumi maraqları nəzərə alaraq, inanıram ki, gündən-günə inkişaf edən yaxın münasibətlərimiz və strateji əməkdaşlığımız regionda sülhün, sabitliyin və rifahın bərqərar olunmasına öz töhfəsini verəcəkdir. Ümid edirəm ki, birgə səylərimizlə mövcud çağırışların öhdəsindən gələcəyik, ölkələrimizin və regionun rifahı naminə öz imkanlarımızdan səmərəli istifadə edəcəyik. Cənab Prezident, fürsətdən istifadə edərək Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Azərbaycan dövlətinin inkişafı və xalqınızın rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
22-12-2022, 19:32

22-12-2022, 19:29
Türk dövlətləri arasında sazişlər imzalandı

Türk dövlətləri arasında sazişlər imzalandı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistana səfəri zamanı bu ölkənin lideri Şavkat Mirziyoyevlə görüşüb. Görüş zamanı Qazaxıstan və Özbəkistan arasında dövlət sərhədinin demarkasiyası haqqında müqavilə imzalanıb. Tərəflər arasında imzalanan digər saziş müttəfiqlik münasibətləri haqqında olub. Dövlət başçılarının iştirakı ilə rəsmi nümayəndə heyətlərinin üzvləri ümumilikdə 15 sənəd imzalayıblar. Səfər zamanı imzalanan ticarət müqavilələri və investisiya sazişlərinin ümumi dəyəri 8 milyard dollardır.
22-12-2022, 19:26
Qazaxıstan prezidentindən İlham Əliyevə təbrik məktubu

Qazaxıstan prezidentindən İlham Əliyevə təbrik məktubu

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ölkənizin işıqlı gələcəyi naminə fəaliyyətinizin uğurlu olmasını, qarşıya qoyulmuş məqsədlərin reallaşmasını arzu edirəm. Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında yüksək səviyyədə əməkdaşlıq və çoxəsrlik dostluq qardaş xalqlarımızın rifahı naminə bundan sonra da möhkəmlənəcək. Ümidvaram ki, qarşılıqlı hörmətimiz gələcəkdə də davam edəcək. Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına firavanlıq, birlik və uğurlar arzu edirəm".
22-12-2022, 19:23
Kadırov mükafatlandırıldı

Kadırov mükafatlandırıldı

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu Aleksandr Nevski ordeni ilə təltif edib. Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özü məlumat paylaşıb. "Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə mən yüksək mükafat - Aleksandr Nevski ordeni ilə təltif olundum. Vətənimizin rifahı naminə təvazökar xidmətlərimin belə qiymətləndirilməsi mənim üçün böyük şərəfdir. Mən hədsiz qürur duyuram", - Çeçenistan rəhbəri teleqram kanalında yazıb.
22-12-2022, 18:56
Üçtərəfli görüşün ertələnməsini xahiş etmişik - Ermənistan XİN

Ermənistan XİN-dən üçtərəfli görüşlə bağlı açıqlama

"Rəsmi İrəvan Moskvada keçirilməsi planlaşdırılan və Laçın dəhlizindəki vəziyyətin müzakirəsinin planlaşdırıldığı Ermənistan, Rusiya və Azərbaycan XİN başçılarının görüşünün ertələnməsini xahiş edib". Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. Xatırladaq ki, bundan öncə Rusiya XİN Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın üçtərəfli görüşdən imtina etdiyini açıqlamışdı.
22-12-2022, 18:51
Onlar sülhə hazırlaşmırlar, hərbi əməliyyatlara kökləniblər - Zaxarova

Onlar sülhə hazırlaşmırlar, hərbi əməliyyatlara kökləniblər - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-da keçirilən Bayden-Zelenski görüşünə münasibət bildirib. XİN rəsmisi bu barədə bu gün keçirdiyi ənənəvi brifinqdə danışıb. "Bayden və Zelenski arasındakı danışıqlar onu göstərir ki, onlar sülhə hazırlaşmırlar. Əksinə, Ukraynada hərbi əməliyyatların davam etdirilməsinə kökləniblər", - Zaxarova deyib. Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri ilk dəfə xaricə səfər edərək ABŞ-a getmiş, Vaşinqtonda ölkə başçısı Co Baydenlə görüşmüşdü.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!