İki azərbaycanlı ailə Rusiyadan deportasiya edildi .....                        Leyla Əliyevanın doğum günüdür .....                        “Kurtlar Vadisi”nin aktyoru vəfat etdi .....                        Masazırda yanğın söndürüldü - YENİLƏNİB .....                        Deyirəm, bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib - Prezident .....                        Kanalda batan yeniyetmənin meyiti tapıldı .....                        Daha bir azərbaycanlı həbs edildi .....                        Azərbaycan və Özbəkistan liderləri “Sea Breeze”də - FOTO .....                        Rusiyaya cavab verilmədiyi iddiaları əsassızdır .....                       
22-12-2022, 18:10
Dağıstan rəhbərindən İlham Əliyevə təbrik məktubu


Dağıstan rəhbərindən İlham Əliyevə təbrik məktubu

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizi bütün dünyada görkəmli siyasi lider və diplomat, müdrik, uzaqgörən və vətənpərvər dövlət xadimi kimi tanıyırlar. Siz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yolunu layiqincə davam etdirərək ölkə həyatının bütün sahələrində dərin dəyişikliklər aparmış, ictimai sabitliyi, respublikanın qarşıdakı illər üçün dinamik və mütərəqqi inkişafını təmin etmisiniz. Fəxr edirəm ki, Dağıstanın rəhbəri qismində ilk xarici səfərimi məhz qardaş Azərbaycan Respublikasına etmişəm. Biz xalqlarımız arasında yaranmış çoxəsrlik dostluğu həqiqətən yüksək qiymətləndiririk. Səmimi-qəlbdən inanırıq ki, ortaq səylərimiz Dağıstan və Azərbaycan xalqları arasında dialoqun daha da genişlənməsinə və qarşılıqlı hörmətin artmasına şərait yaradacaq. Rəsul Həmzətovun Bakını xatırlayaraq yazdığı şeirlərində olduğu kimi, qoy Xəzərin möhtəşəm dalğaları bizim əbədi qardaşlığımızdan danışsın. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq arzulayır, Yeni ildə ən xoş diləklərimi çatdırıram".
22-12-2022, 18:08
Zaxarova Zelenski haqqında ağır ifadələr işlətdi


Zaxarova Zelenski haqqında ağır ifadələr işlətdi

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ukrayna prezidentini təhqir edib. Zaxarova bu gün keçirdiyi brifinqdə prezident Volodimir Zelenski haqqında ağır ifadə işlədib. "O Qərbin təkcə ...-si deyil, həm də ölkəmizə qarşı istifadə etdiyi alətdir", - deyə sözçü söyləyib. Zaxarova iddia edib ki, hazırda Ukrayna daxilində ağır iqtisadi vəziyyətə görə Zelenski hakimiyyətinə qarşı böyük narazılıq yaranıb. ABŞ-ın Ukraynanı silahlandırması mövzusuna da toxunan mətbuat katibi həm silah tədarükü həyata keçirməkdən, həm də dinc sakinlərin qorunmasından eyni vaxtda danışmağın düzgün olmadığını deyib: "Bu, absurd səslənir".
22-12-2022, 18:05
Mədəniyyət naziri vəzifədən azad olundu


Mədəniyyət naziri vəzifədən azad olundu

Mədəniyyət naziri Anar Kərimov tutduğu vəzifədən azad olunub. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, Anar Kərimov Azərbaycan Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin edilmişdi.
22-12-2022, 17:43
Sabaha gözənilən hava şəraiti


Sabaha gözənilən hava şəraiti

Azərbaycanda dekabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
22-12-2022, 17:41
Qərar nə islami, nə də insanidir - Çavuşoğlu


Qərar nə islami, nə də insanidir - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstanda Taliban hakimiyyətinin qadınların təhsil hüququndan məhrum edilməsi ilə bağlı qərarını şərh edib. Nazir bu barədə yəmənli həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında danışıb. "Əfqanıstanda qızlara qarşı təhsil qadağası bizləri dərindən kədərləndirdi. Ciddi bir narahatlıq mənbəyindən söhbət gedir. Qərar nə islami, nə də insanidir. Belə bir qadağanı rədd edirik", - Çavuşoğlu bəyan edib. Qeyd edək ki, 2021-ci ilin avqustundan bəri Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Taliban qruplaşması qızların və qadın müəllimlərin təhsil müəssisələrinə daxil olmasını qadağan edib.
22-12-2022, 17:38
Paşinyan Qarabağ problemindən danışdı


Paşinyan Qarabağ problemindən danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında Qarabağ problemindən danışıb. Paşinyan bildirib ki, “Qarabağ probleminin həllində beynəlxalq ictimaiyyətin fəallığı artırılmalıdır”. “Dağlıq Qarabağa və Laçın dəhlizinə BMT, ATƏT və ya ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyasının göndərilməsi üçün fəal işləmək lazımdır”, - baş nazir vurğulayıb. O qeyd edib ki, Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini təqdim edib. “Biz bu məzmunla bağlı müqavilə imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın reaksiyası müsbət olacaq”, - Paşinyan bildirib.
22-12-2022, 17:34
Paşinyan rus sülhməramlılarının fəaliyyətinə narazılığını bildirdi


Paşinyan rus sülhməramlılarının fəaliyyətinə narazılığını bildirdi

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontintentin fəaliyyətinən narazılıq edib. Paşinyan sülhməramlıların 10 noyabr 2020-ci il tarixli bəyanatın 6-cı bəndində göstərilən öhdəliyi yerinə yetirmədiyini vurğulayıb: “De-fakto belə çıxır ki, üçtərəfli bəyanatda təsbit olunmuş öhdəlik, yəni Laçın dəhlizinin nəzarətdə saxlanılması Rusiya Federasiyasının sülhməramlı qoşunları tərəfindən yerinə yetirilmir”. Paşinyan azərbaycanlı ekofəalların və QHT nümayəndələrinin Laçın yolunda keçirdiyi etiraz aksiyasından danışarkən Rusiya sülhməramlı qoşunlarının vəziyyətə müdaxilə etməməsini pisləyib.
22-12-2022, 17:32
Sülhməramlılara məxsus maşınların hərəkətinə şərait yaradıldı


Sülhməramlılara məxsus maşınların hərəkətinə şərait yaradıldı

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edib. Qeyd edək ki,dünən həmçinin, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1 xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib. Aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar. Xatırladaq ki, dekabrın 4-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.
22-12-2022, 17:24
İranda 3 nəfərin ölüm hökmü icra olundu


İranda 3 nəfərin ölüm hökmü icra olundu

Bu gün İranda 3 nəfərin barəsində çıxarılan ölüm hökmü icra olunub. Bunu Fars əyaləti məhkəməsinin baş hakimi höccətül-islam Seyid Kazım Musəvi bildirib. Onun sözlərinə görə, edam olunan 3 nəfər bu il Şirazın park və küçələrində soyuq silahlarla qadınları qarşı soyğunçuluq, təcavüz əməlləri törədib. Hakim bildirib ki, onların cinayət əməlləri ilə bağlı bir neçə ailə şikayət edib. Qeyd edək ki, İranda məhkəmə sistemində şəffaflıq təmin olunmadığı üçün dar ağacından asılan 3 şəxs barəsində çıxarılan ölüm hökmü də şübhəlidir.
22-12-2022, 17:20
Paşinyanın kadr siyasəti narazılıq yaratdı


Paşinyanın kadr siyasəti narazılıq yaratdı

Ermənistanın baş naziri Nikol Paşinyanın kadr dəyişikliyi barədə son qərarları və ümumi kadr siyasəti hakim "İctimai Müqavilə" Partiyasında böyük narazılıqlar yaradıb. Bu barədə "Hraparak" qəzeti mənbələrinə istinadən yazıb. Məqalədə bildirilir ki, Paşinyanın özünə müavin təyin etdiyi, köhnə hakimiyyət dövründə də vəzifələr tutmuş, partiya mənsubiyyəti olmayan Tiqran Xaçatryanın bu posta gətirilməsi partiyada xüsusi olaraq narahatlıq yaradıb. Qeyd olunub ki, sözügedən qərar partiyanın "veteranları" hesab olunan Arayik Harutunyan və Romanos Petrosyanın etirazına səbəb olub. Məlumata görə, maliyyə, təhsil, mədəniyyət və idman naziri postlarının da bitərəflərə həvalə olunması "İctimai Müqavilə" Partiyasında qızğın müzakirələrə və narazılığa gətirib çıxarıb. Qəzet yazır ki, partiyadaşları Paşinyanın kadr siyasətini dəyişməli olduğunu düşünürlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!