8-11-2022, 16:36
İlham Əliyev: “Biz heç kimdən asılı deyilik”"Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq". Bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib. "Nəhayət, Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik. Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq", - Ali Baş Komandan bildirib.
8-11-2022, 16:34
Prezident: “İki il ərzində bir manat belə yardım almamışıq”"Əgər biz kimdənsə iqtisadi cəhətdən asılı olsaydıq, müharibəni uğurla başa vura bilməzdik". Bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib. "İndi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır". Dövlət başçısı vurğulayıb ki, bütün işlərin maliyyə mənbəyi Azərbaycan büdcəsidir: "Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Əlbəttə, əgər kimsə yardım etmək istəsə, biz etiraz etmərik. Ancaq heç kim bizə yardım etmir və etməyəcək. Güclü iqtisadiyyat ordu quruculuğunda əsas amillərdən biridir. Biz bunu etdik, yaratdıq və iqtisadi asılılığı tamamilə aradan qaldırdıq. Əgər biz kimdənsə iqtisadi cəhətdən asılı olsaydıq, müharibəni uğurla başa vura bilməzdik".
8-11-2022, 16:32
Rusiya tərəfi Zelenskinin şərtlərini fantastik hesab etdiUkrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə danışıqlar aparması üçün qoyduğu şərtlər fantastikdir. Bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Belik deyib. Ukrayna lideri danışıqların şərtlərini Qərb mediasının “Kiyevin Rusiya ilə dialoqa sövq edilməsi” xəbərindən sonra açıqlayıb. "Zelenskinin şərtləri demaqogiyadır və qeyri-müəyyən ifadələrlə zəngindir", – rusiyalı deputat vurğulayıb. Onun sözlərinə görə, ABŞ Ukrayna rəhbərliyinə göstərişlər verməkdə davam edir, lakin eyni zamanda, Zelenskinin elan etdiyi şərtlər real deyil.“Nə olursa olsun, Birləşmiş Ştatlar Ukrayna münaqişəsinə təsir etmək və Moskva ilə körpüləri yandırmamaq üçün Rusiya və Ukrayna arasında rabitə kanallarının saxlanmasının vacibliyini anlayır, çünki ABŞ Rusiya iləbirbaşa qarşıdurmaya girmək təhlükəsini anlayır”. Noyabrın 8-də Vladimir Zelenski Rusiya ilə danışıqlara başlamaq üçün şərtlərini açıqlayıb. “Bir daha: ərazi bütövlüyünün bərpası, BMT Nizamnaməsinə hörmət, müharibənin vurduğu bütün itkilərin ödənilməsi, hər bir hərbi cinayətkarın cəzalandırılması və bunun bir daha təkrar olunmayacağına zəmanət”, - deyə Ukrayna dövlətinin başçısı qeyd edib.
8-11-2022, 16:30
Rusiya Ukraynanın 500 təyyarə və helikopterini məhv edibRusiya qoşunları fevralın 24-dən bəri 500-dən çox Ukrayna təyyarəsi və helikopterini məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib. “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 332 təyyarə, 171 helikopter, 2465 pilotsuz uçuş aparatı, 388 zenit-raket kompleksi, 6448 tank və digər zirehli döyüş texnikası, 884 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3563 sahə artilleriya silahı və minaatanlar, həmçinin 7127 ədəd xüsusi təyinatlı hərbi maşınlar məhv edilib”, - məlumatda deyilir.
8-11-2022, 16:29
İran səfirliyindən Azərbaycana təbrikİranın Azərbaycandakı səfirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə səfirliyin “Twitter“ hesabında paylaşım edilib. İran səfirliyi Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsi münasibətilə Azərbaycan Respublikası dövlətini və xalqını təbrik edib. “Şəhidlərin ruhu şad olsun”, - deyə paylaşımda bildirilib.
8-11-2022, 16:17
Nensi Pelosi istefa anonsu verdiABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tutduğu vəzifədən istefa verə biləcəyini açıqlayıb.
Butov.az xəbər verir ki, siyasətçi qərarını oktyabrın 28-də San-Fransiskoda ailə üzvünə qarşı həyata keçirilən sui-qəsdlə izah edib. Qeyd edək ki, Nensi Pelosinin evdə olmadığı vaxtda yaşadığı evə edilən hücum zamanı onun əri Paul Pelosi xəsarət alıb.
8-11-2022, 16:15
İlham Əliyev xanımı və oğlu ilə birlikdə ŞuşadaNoyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.
Butov.az xəbər verir ki, dövlətimizin başçısı hərbçilər qarşısında çıxış edib.
8-11-2022, 16:08
Bayraktar xalqımızı təbrik etdiTürkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.
Butov.az xəbər verir ki, Səlcuq Bayraktar bu barədə "Twitter"də paylaşım edib.
"Dursa qarşımda bütün cəhan,
vermərəm öz torpağımdan”.
Əziz Azərbaycanımızın işğal altında olan torpaqlarının öz Vətəninə qayıtmasının 2. İl dönümü mübarək. Müqqəddəs Şəhidlərimizin ruhu şad olsun", - paylaşımda bildirilib.
8-11-2022, 16:05
Gürcülər dost və düşmən ölkələrin adını açıqladı - Rusiya, Ukrayna, Azərbaycan...Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) Gürcüstanda apardığı araşdırmanın nəticəsinə görə, vətəndaşların əksəriyyəti siyasi və iqtisadi tərəfdaşlar kimi Avropa İttifaqını (48-51 faiz), ABŞ-ı (43-47 faiz), Ukrayna və Türkiyəni (16-28 faiz) gördüyünü bildirib.
Butov.az xəbər veriri ki, sorğunun nəticələrindəı Rusiya Gürcüstan üçün təhlükə hesab olunur. Gürcülərin 80-89 faizi Rusiyanı siyasi və ya iqtisadi təhlükə, yalnız 7 faizi siyasi tərəfdaş, 15 faizi isə iqtisadi tərəfdaş hesab edir. Sorğunun nəticəsinə görə, Ermənistan və Azərbaycan Gürcüstan üçün iqtisadi və siyasi tərəfdaşlar hesab olunurlar (onlar ilk onluğa daxildirlər), lakin aparıcı siyasi və iqtisadi tərəfdaşlar hesab edilmir. Tədqiqat göstərir ki, Gürcüstanda cəmiyyət ümumiyyətlə Qərb yönümlüdür. Bundan başqa, qonşularımızın Ukraynaya dəstəyi kifayət qədər yüksəkdir. Gürcülərin 24 faizi Ukraynanı Gürcüstanın siyasi, 19 faizi isə iqtisadi tərəfdaşı hesab edir.
8-11-2022, 16:03
Pakistanın məşhur qülləsi Azərbaycan bayrağı ilə işıqlandırılıbPakistanın ən böyük qülləsi olan “Minar-e-Pakistan” abidəsi Zəfər Gününün ildönümü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Butov.az xəbər verir ki, “Minar-e-Pakistan”ın ölkəmizin bayrağı ilə işıqlandırılması şəhər sakinlərində və qonaqlarda böyük maraq doğurub. “Minar-e-Pakistan” Pakistanın yaradılması barədə olan Lahor qətnaməsinin xatirəsinə inşa olunub və milli əhəmiyyətə malik abidədir. Qeyd olunmalıdır ki, sözügedən abidə Pakistan tarixində ilk dəfə olaraq xarici ölkənin bayraq rəngləri ilə işıqlandırılıb.