Vardanyan yenidən hakim qarşısında .....                        “Sputnik Azərbaycan”ın əməkdaşları barədə qərar verildi .....                        İşğal nəticəsində Azərbaycana dəyən zərərin məbləği açıqlandı .....                        “Sputnik Azərbaycan” işinə görə saxlanılanların məhkəməsi keçirilir .....                        Azərbaycanda şəkər tozunun qiyməti bahalaşdı .....                        Ermənistan Azərbaycana 150 milyard dollarlıq zərər vurub - Samir Şərifov .....                        İlqar Mustafayevin qanunsuz əməlləri ifşa edildi - 11 milyon manat... .....                        Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşdü - FOTO .....                        Rəsmi Bakıdan Putinin xüsusi nümayəndəsinə cavab .....                       
8-11-2022, 15:27
Zəfər Günün mübarək, Azərbaycan!


Zəfər Günün mübarək, Azərbaycan!

İsrailin Azərbaycandakı səfirliyi Zəfər Günü ilə bağlı paylaşım edib. Butov.az xəbər verir ki, paylaşımda deyilir:“Zəfər Günün mübarək, Azərbaycan! Bütün regiona sülh, firavanlıq və ümid dolu gələcək arzulayırıq!”
8-11-2022, 03:03
Ukrayna danışıqlardan imtina etmir - Podolyak şərtləri açıqladı


Ukrayna danışıqlardan imtina etmir - Podolyak şərtləri açıqladı

Ukrayna Rusiya ilə danışıqlardan imtina etmir, amma ilk növbədə Moskva ən vacib işi görməli, qoşunlarını ərazimizdən çıxarmalıdır. Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak özünün "Twitter" hesabında yazıb. “Başa düşmək lazımdır: Ukrayna heç vaxt danışıqlardan imtina etməyib. Bizim danışıqlarda mövqeyimiz məlum və açıqdır: 1. Öncə Rusiya Ukraynadan qoşunlarını çıxarır. 2. Sonra qalan şeylər edilir”, - Podolyak bildirib. Onun sözlərinə görə, Kiyev danışıqları qiymətləndirməkdə konstruktivdir. Podolyak bildirib, Putin danışıqlar masası arxasına oturmağa hazır deyil, bununla əlaqədar Rusiyanın növbəti prezidenti ilə danışıqlar aparmaq lazım olacaq.
7-11-2022, 23:04
Ukrayna danışıqlardan imtina etmir - Podolyak şərtləri açıqladı


Ukrayna danışıqlardan imtina etmir - Podolyak şərtləri açıqladı

Ukrayna Rusiya ilə danışıqlardan imtina etmir, amma ilk növbədə Moskva ən vacib işi görməli, qoşunlarını ərazimizdən çıxarmalıdır. Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak özünün "Twitter" hesabında yazıb. “Başa düşmək lazımdır: Ukrayna heç vaxt danışıqlardan imtina etməyib. Bizim danışıqlarda mövqeyimiz məlum və açıqdır: 1. Öncə Rusiya Ukraynadan qoşunlarını çıxarır. 2. Sonra qalan şeylər edilir”, - Podolyak bildirib. Onun sözlərinə görə, Kiyev danışıqları qiymətləndirməkdə konstruktivdir. Podolyak bildirib, Putin danışıqlar masası arxasına oturmağa hazır deyil, bununla əlaqədar Rusiyanın növbəti prezidenti ilə danışıqlar aparmaq lazım olacaq.
7-11-2022, 23:02
Türkiyə taxıl sazişinin müddətini uzatmağı təklif etdi


Türkiyə taxıl sazişinin müddətini uzatmağı təklif etdi

Türkiyə Ukrayna taxılının daşınmasını təmin edən müqavilənin uzadılmasını istəyir. Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar danışıb. O qeyd edib ki, rəsmi Ankara müddəti noyabrın 19-da bitəcək taxıl sazişinin daha bir il uzadılmasını təklif edib. “Ukrayna Türkiyə vasitəsi ilə Rusiyaya zəmanət verib ki, taxıl dəhlizi hərbi məqsədlə istifadə edilməyək. Biz sazişin müddətinin daha bir il uzadılmasını təklif edirik” – deyə Akar bildirib.
7-11-2022, 22:42
İrandan Norveçə etiraz - Səfir XİN-ə çağırıldı


İrandan Norveçə etiraz - Səfir XİN-ə çağırıldı

Norveçin Tehrandakı səfiri Sequal Heq İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə İran XİN rəsmi məlumat yayıb. Rəsmi Tehran Norveç parlament sədrinin İrana qarşı bəyanatları ilə əlaqədar səfirə etirazını bildirib. Norveç parlamentinin spikerinin İrandakı iğtişaşları dəstəkləyən açıqlamaları qəti şəkildə pislənilib.
7-11-2022, 22:40
Ankarada Zəfər Günü qeyd edildi


Ankarada Zəfər Günü qeyd edildi

Azərbaycanın Türkiyədəki səfirliyi və diplomatik nümayəndəliyimizin nəzdində Silahlı Qüvvələrin Hərbi Attaşelik Aparatı 8 Noyabr – Zəfər Günü münasibətilə Ankara şəhərində rəsmi qəbul təşkil edib. Butov.az xəbər verir ki, Quru Qoşunları Məktəbində keçirilən mərasimdə şəhid ailələri və qazilər, rəsmi şəxslər, millət vəkilləri, Türkiyə Silahlı Qüvvələrinin vəzifəli şəxsləri, qardaş ölkə ictimaiyyətinin görkəmli nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən Savaşında qazandığı parlaq Qələbənin real nəticələrindən, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən, dövlətlərimizin regionda sülh, sabitlik və inkişaf mühiti yaratmaq istiqamətində göstərdikləri səylərdən danışıblar.
7-11-2022, 22:38
Ukraynalıların 88%-i ölkənin Aİ-yə üzv olacağına inanır


Ukraynalıların 88%-i ölkənin Aİ-yə üzv olacağına inanır

Ukrayna vətəndaşlarının 88%-i ölkələrinin 10 ildən sonra Avropa İttifaqının (Aİ) üzvü olacağına inanır. Bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutu sorğu keçirib. Sorğu ilhaq edilən Krım yarımadası və Rusiyanın işğal etdiyi digər Ukrayna əraziləri istisna olmaqla, bütün ölkə ərazisində keçirilib. Sorğuda 1000 respondent iştirak edib. Sorğunun nəticələrinə əsasən, hətta ağır döyüşlərin müşahidə olunduğu ölkənin şərqində də ukraynalılar Aİ-yə daxil olmağa nikbin baxırlar. Bu ərazidə respondentlərin 76 faizi Ukraynanın gələcəyini Aİ-də gördüklərini bildiriblər.
7-11-2022, 22:36
BRİCS təşkilatına daha bir ölkə qoşulmaq istəyir


BRİCS təşkilatına daha bir ölkə qoşulmaq istəyir

Əlcəzair BRİCS təşkilatına qoşulmaq üçün rəsmi müraciət edib. Bu barədə Əlcəzair Xarici İşlər Nazirliyinin beynəlxalq tərəfdaşlıq üzrə xüsusi nümayəndəsi Leyla Zerrouqui məlumat verib. "Rusiya və Çin Əlcəzairin qrupa qoşulmasını alqışlayır", - Zerrouqui deyib. BRİCS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın daxil olduğu iqtisadi koalisiyadır. Təşkilat 2006-cı ildə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində yaradılıb. "BRICS+Plus" formatına, həmçinin Əlcəzair, Argentina, Misir, İndoneziya, İran, Qazaxıstan, Kamboca, Malayziya, Seneqal, Tayland, Özbəkistan, Fici və Efiopiya daxildir. Əlcəzair BRİCS-ə qoşulmaq istəyən yeganə ölkə deyil. Oktyabrın 18-də Səudiyyə Ərəbistanı hakimiyyəti qrupa qoşulmaq istədiklərini açıqlayıb. İyunun sonunda Argentina və İran tərəfindən təşkilata qoşulmaq üçün ərizələr təqdim edilib.
7-11-2022, 22:34
İlham Əliyevdən Zəfər Günü paylaşımı


İlham Əliyevdən Zəfər Günü paylaşımı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında foto paylaşıb.



7-11-2022, 22:28
İnanıram ki, Putin G20-də iştirak etməyəcək - Prezident


İnanıram ki, Putin G20-də iştirak etməyəcək - Prezident

İndoneziya prezidenti Coko Video Rusiya lideri Vladimir Putinin G20 sammitində iştirak etməyəcəyinə inanır. Bu barədə o, "Financial Times" qəzetinə müsahibəsində bildirib. Vidodo nəşrə açıqlamasında deyib ki, prezident Putinin iştirak etmədiyi halda Rusiya nümayəndələri Balidə keçiriləcək foruma dəvət olunacaqlar. O, həmçinin vurğulayıb ki, G20 siyasi forum olmamalı, sammit iqtisadiyyata və inkişafa həsr olunmalıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!