Bulvarda dənizə düşən qadın xilas edildi - VİDEO .....                        İsrail Qəzzada 130 hədəfi vurdu .....                        Şərur yollarında selin fəsadları aradan qaldırılır .....                        Şəhid atası qəzada öldü .....                        19 uşaq qurğuşundan zəhərləndi .....                        Təl-Əvivdə hava limanına hücum .....                        DİM səhvini etiraf etdi .....                        2 və 3-cü qruplar imtahan verdi - YENİLƏNİB .....                        Sabahın hava proqnozu .....                       
2-11-2022, 14:41
“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq


“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

“Neftçi”nin 11 yaşadək futbolçulardan ibarət komandası növbəti beynəlxalq turnirə yollanacaq. Butov.az-ın məlumatına görə, Bakı klubunun yeniyetmələri Türkiyədə turnirə qatılacaq.“Fənərbaxça” klubunun ev sahibliyi etdiyi turnir “Dereağzı Lefter Küçükandonyadis” bazasında baş tutacaq. Noyabrın 11-də start veriləcək yarışda təmsilçimiz və ev sahibi ilə yanaşı, “Beşiktaş”, “Qalatasaray”, eləcə də “Atletiko”, “İnter”, “Yuventus”, “Vilyarreal” kimi Avropa nəhəngləri mübarizə aparacaq. Turnirdə ümumilikdə 16 komanda yarışacaq. Digər iştirakçılar “Başakşehir”, “Altınordu”, “Göztəpə”, “Altay”, “Manisa”, “Adana Dəmirspor”, “Gölcük Karadeniz” və Sofiya MOİK-idir.
2-11-2022, 14:39
Ərdoğan Azərbaycanla bağlı mühüm sənəd imzaladı


Ərdoğan Azərbaycanla bağlı mühüm sənəd imzaladı

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin mandatının daha bir il uzadılması barədə qanun layihəsini təsdiqləyib. Butov.az xəbər verir ki, Ərdoğan bununla bağlı sərəncam imzalayıb. Sərəncam “Resmi Gazete”də dərc edilib. Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub və qəbul edilib. Xatırladaq ki, 2020-ci ilin noyabrında TBMM Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana hərbçi göndərmək üçün bir illik səlahiyyət verib. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.
1-11-2022, 20:25
Taliban qadınlardan ibarət polis bölməsi yaradıb


Taliban qadınlardan ibarət polis bölməsi yaradıb

Taliban Əfqanıstanda qadınlardan ibarət milli polis bölməsi yaradıb. Bu barədə ölkənin "TOLOnews" agentliyi məlumat yayıb. Bölmədə işləmək üçün Taliban hakimiyyətə gələnə qədər Əfqanıstan Daxili İşlər Nazirliyində işləyən qadınlar işə götürülüb. Hazırda bölmədə 100-ə yaxın qadın təlim keçir. Əfqanıstanda qadın hüquqları uğrunda mübarizə aparan Mühadis Amin deyib ki, Taliban bu yolla etiraz aksiyalarında qadınlara qarşı qəddarlığa ictimai reaksiyanı cilovlamaq istəyir. Agentlik qeyd edir ki, bölmə etirazlar üzərində işləyəcək və aksiyalarda iştirak edən əfqanlarla qarşılıqlı əlaqədə olacaqlar.
1-11-2022, 20:24
Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib


Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Serbiya Silahlı Qüvvələri Kosovodakı vəziyyətlə əlaqədar yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu barədə Serbiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, bu barədə ölkə prezidenti Aleksandr Vuçiç müvafiq sərəncam verib. Serbiyanın müdafiə naziri Miloş Vuçeviçin sözlərinə görə, Serbiya nömrələrinə qoyulan qadağanın qüvvəyə minməsi ilə əlaqədar Kosovoda vəziyyət gərgindir. O əlavə edib ki, ordu istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Noyabrın 1-dən Kosovoda Serbiya qeydiyyatında olan avtomobil nömrələrinə qoyulan qadağa qüvvəyə minib. Kosovo hakimiyyəti avtomobil nömrələrini dəyişdirməyə vaxt tapmayanları 150 avro cərimələyəcək. 21 aprel 2023-cü ilə qədər keçid dövrü olacaq, bundan sonra Kosovo hakimiyyəti Serb nömrəli avtomobilləri müsadirə etməyə başlayacaq. İlkin olaraq qadağa avqustun 1-dən qüvvəyə minməli idi, lakin bölgədə vəziyyətin gərginləşməsi ilə əlaqədar təxirə salınıb.
1-11-2022, 20:22
Ərdoğan Şoltsla Ukraynadakı vəziyyəti müzakirə etdi


Ərdoğan Şoltsla Ukraynadakı vəziyyəti müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Ərdoğan Şoltsa Almaniyadab Türkiyə-Yunanıstan münasibətlərində yenidən neytral mövqe tutmasını gözlədiklərini bildirib. Tərəflər Rusiya-Ukrayna müharibəsinə dair son hadisələri müzakirə edib.
1-11-2022, 20:21
Sevgilisindən ayrılan oğlan özünü 17-ci mərtəbədən atdı


Sevgilisindən ayrılan oğlan özünü 17-ci mərtəbədən atdı

Bakıda gənc oğlanın özünü binanın 17-ci mərtəbəsindən atması ilə bağlı detallar məlum olub. Butov.az xəbər verir ki, 27 yaşlı Babayev Mirabdulla Rafiq oğlu sevgilisindən ayrılıb. Son zamanlar onun sevgi münasibətlərində gərginlik olub. Mirabdullanın məhz bu səbəbdən özünü öldürməsi ehtimal olunur. İntiharın dəqiq səbəbləri isə Nizami rayon Prokurorluğunda davam etdirilən araşdırmalar nəticəsində bilinəcək. Qeyd edək ki, paytaxtın Nizami rayonu, Özbəkistan küçəsində Bakı sakini özünü 17-ci mərtəbədən ataraq intihar edib. Faktla bağlı araşdırma aparılır.
1-11-2022, 20:19
İran Güney Azərbaycandan Ermənistana dəhliz çəkəcək


İran Güney Azərbaycandan Ermənistana dəhliz çəkəcək

İran rəsmiləri Ermənistanla nəqliyyat əlaqələrini inkişaf etdirməyə və Şərqi Azərbaycanın Nordooz kəndi üzərindən Ermənistanla Fars körfəzi arasında yeni tranzit dəhlizinin yaradılmasına hazır olduğunu bəyan edib. Bu haqda İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanla görüşündə danışıb. Onun sözlərinə görə, İran şirkətlərinin tunel, yol və binaların tikintisində Ermənistanla əməkdaşlığı barədə qərar qəbul edilib. Nazir əlavə edib ki, iki ölkə arasında razılaşma əsasında Nordooz sərhədindən Varzeqan və Təbrizə qədər şimal-cənub dəhlizinin tamamlanması və inkişaf etdirilməsi qərara alınıb. Qasemi deyib ki, İranın “Milli Mənzil Hərəkatı” adı altında mənzil tikintisi sahəsində yaxşı təcrübəyə malik olması səbəbindən İranın tikinti şirkətləri Ermənistanda fəaliyyətə başlayacaq. Nazirin sözlərinə görə, İranın şimalında 200 milyon tondan çox yük daşınır ki, bu da iki ölkə arasında mübadilənin inkişafı üçün yaxşı fürsət sayıla bilər. İranın dünyada dördüncü ən böyük sement istehsalçısı olduğunu və polad istehsalı sahəsində də təsirli gücə sahibləndiyini vurğulayan Qasemi deyib ki, İran sement, polad və tikinti materialları istehsalçıları Ermənistana fəaliyyətə başlayacaq.
1-11-2022, 20:16
Ermənistan və İran arasında memorandum imzalandı


Ermənistan və İran arasında memorandum imzalandı

Ermənistanla İran elektrik enerjisi və qaz sazişinin uzadılmasına dair anlaşma memorandumu imzalayıb. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda keçirdiyi mətbuat konfransında deyib. O, prezident İbrahim Rəisinin İranın erməni icmasına münasibətini yüksək qiymətləndirib.
1-11-2022, 20:15
Rusiya kömür ixracına rüsum tətbiq edir


Rusiya kömür ixracına rüsum tətbiq edir

Rusiya hökuməti kömürə ixrac rüsumlarının tətbiq edilməsini nəzərdən keçirir. Bunu Rusiyanın dövlət katibi - maliyyə nazirinin müavini Aleksey Sazanov deyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərar hələ verilməyib:“Kömür baxımından, həqiqətən, biz müəyyən risklərin olduğunu görürük, ona görə də kömürə ixrac rüsumlarının tətbiqi və onların tutulacağı kəsmə qiymətləri məsələsi gündəmə gəlir”.
1-11-2022, 20:13
Oktyabrda 1834 mina aşkarlanıb


Oktyabrda 1834 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay 1834 mina aşkarlanıb. ANAMA-dan verilən məlumata görə, oktyabrın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1373, tank əleyhinə 461 mina və 2301 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 3246 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!