Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 1-11-2022, 20:19
İran Güney Azərbaycandan Ermənistana dəhliz çəkəcək


İran Güney Azərbaycandan Ermənistana dəhliz çəkəcək

İran rəsmiləri Ermənistanla nəqliyyat əlaqələrini inkişaf etdirməyə və Şərqi Azərbaycanın Nordooz kəndi üzərindən Ermənistanla Fars körfəzi arasında yeni tranzit dəhlizinin yaradılmasına hazır olduğunu bəyan edib. Bu haqda İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanla görüşündə danışıb. Onun sözlərinə görə, İran şirkətlərinin tunel, yol və binaların tikintisində Ermənistanla əməkdaşlığı barədə qərar qəbul edilib. Nazir əlavə edib ki, iki ölkə arasında razılaşma əsasında Nordooz sərhədindən Varzeqan və Təbrizə qədər şimal-cənub dəhlizinin tamamlanması və inkişaf etdirilməsi qərara alınıb. Qasemi deyib ki, İranın “Milli Mənzil Hərəkatı” adı altında mənzil tikintisi sahəsində yaxşı təcrübəyə malik olması səbəbindən İranın tikinti şirkətləri Ermənistanda fəaliyyətə başlayacaq. Nazirin sözlərinə görə, İranın şimalında 200 milyon tondan çox yük daşınır ki, bu da iki ölkə arasında mübadilənin inkişafı üçün yaxşı fürsət sayıla bilər. İranın dünyada dördüncü ən böyük sement istehsalçısı olduğunu və polad istehsalı sahəsində də təsirli gücə sahibləndiyini vurğulayan Qasemi deyib ki, İran sement, polad və tikinti materialları istehsalçıları Ermənistana fəaliyyətə başlayacaq.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!