Bulvarda dənizə düşən qadın xilas edildi - VİDEO .....                        İsrail Qəzzada 130 hədəfi vurdu .....                        Şərur yollarında selin fəsadları aradan qaldırılır .....                        Şəhid atası qəzada öldü .....                        19 uşaq qurğuşundan zəhərləndi .....                        Təl-Əvivdə hava limanına hücum .....                        DİM səhvini etiraf etdi .....                        2 və 3-cü qruplar imtahan verdi - YENİLƏNİB .....                        Sabahın hava proqnozu .....                       
29-10-2022, 14:08
İlham Əliyevdən Türkiyənin Respublika Günü ilə bağlı paylaşım


İlham Əliyevdən Türkiyənin Respublika Günü ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qardaş Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Butov.az xəbər verir ki, dövlət başçısı Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu foto paylaşıb. Həmin paylaşımı təqdim edirik:

29-10-2022, 14:05
Məsciddə iğtişaş - 1 ölü, 14 yaralı


Məsciddə iğtişaş - 1 ölü, 14 yaralı

İranın Zahedan şəhərində yerləşən Məkki məscidində kütləvi iğtişaşlar baş verib. Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. Qeyd edilir ki, naməlum şəxslər mülki əhaliyə və polislərə atəş açıblar. Hadisə nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Həmçinin, bir qrup vətəndaşın yoldan keçən avtomobillərə zərər vurmağa çalışdığı qeyd edilib.
29-10-2022, 14:03
Lukaşenko Ərdoğanı belə təbrik etdi: "Sizin sayəsində…“


Lukaşenko Ərdoğanı belə təbrik etdi: “Sizin sayəsində…”

Belarus Prezidenti Aleksandr Lukaşenko milli bayram – Cümhuriyyət Günü münasibətilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına təbrik ünvanlayıb. Lukaşenko təbrikində Minsk və Ankara arasında əməkdaşlıq üçün əhəmiyyətli potensialın olduğuna əminliyini qeyd edib."Mən əminəm ki, ticarət, iqtisadiyyat, elm və texnologiya sahələrində ikitərəfli əməkdaşlığın qurulması üçün əhəmiyyətli potensial var", - Belarus liderinin mətbuat xidməti Lukaşenkonun təbrikindən sitat gətirib."Türkiyə zəngin tarixi boyu siyasi, iqtisadi və sosial ölçülərdə dünyanın ən böyük ölkələrindən biri kimi mühüm rol oynayıb. Ankaranın bugünkü nailiyyətləri sizin mühüm təşəbbüsləriniz sayəsində ölkənin nüfuzunun daha da artmasına və türk dövlətinin güclənməsinə kömək edir”, - Lukaşenko vurğulayıb.
29-10-2022, 13:59
Şeyxdən Təbrizdə Ermənistan Baş konsulluğunun açılmasına etiraz


Şeyxdən Təbrizdə Ermənistan Baş konsulluğunun açılmasına etiraz

Bölgədə yeni reallıqlar, postmüharibə dövrü hökm sürdüyü bir vaxtda İranın Azərbaycanla sərhədlərində hərbi təlimlər keçirməsi Azərbaycan cəmiyyəti tərəfindən birmənalı mənfi qarşılanır. Bu barədə QMİ-nin bəyanatında bildirilir. "Sual yaranır – İran kimi hədəf alır? Əhli-Beytə məhəbbəti hər zaman ucada olan, tarixən İmam övladlarının pənah gətirdiyi Azərbaycanımı? İran manevrlərdə Arazı necə adlayıb keçməyi planlayırsa, biz bunu necə dəyərləndirməliyik? Budurmu İslami həmrəylik, şiə təəssübkeşliyi? Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi gücü bütün təhdidlərin, o cümlədən, sərhədlərimizdə hər hansı təxribat halının qarşısını almaq qüdrətindədir. Lakin yaxın qonşular, qardaşlar arasında qarşıdurma yalnız düşmənlərin işinə yarayar. Bəşər tarixində ən çox qınanılan ilk qan tökülməsi halının məhz qardaşın qardaş tərəfindən qətli - Habil-Qabil hadisəsinin olduğunu unutmayaq. Haqq iddiasında olan, «şirin quyruğuna» dair moizələr edən İranın ali ruhaniyyəti nədənsə ölkələrinin Azərbaycana hərbi təcavüz etmiş ermənilərlə canfəşanlıqla işbirliyinə dair, üzərində «Ya Hüseyn» yazılan top lülələrinin şiələrin əksəriyyət təşkil etdiyi müsəlman ölkəsini hədəf alması barədə mövqelərini ifadə etmir, bunun islamı dəyərlərlə nə qədər uzlaşdığına dair şərh vermirlər. Bu, Azərbaycan müsəlmanlarının islamı həmrəyliyə olan ümidlərini qırır, məyus edir. İslam dini bizi birləşdirən müqəddəs dəyərdir. Bundan sui-istifadə olunması, insanların həssas hissləri ilə məkrli manipulyasiya əlaqələrimizə yalnız xətər toxundura bilər", - bəyanatda deyilir. Bəyanatda vurğulanır ki, Azərbaycan İslam dünyasının ayrılmaz parçası, İslam torpağıdır və bu torpaqların azad olunması yolunda minlərlə azərbaycanlı müsəlman şəhid olub: "İran bu şəhidləri İslam şəhidi adlandırırdı, indi haqq yolunda canını fəda edənlərin qanına bais olanlara bəraət vermək müsəlman ölkəsinə yaraşarmı? İran dövləti müsəlman qardaşını təhdid edən, əli müsəlman qanına bulaşmış tərəfə silah, hərbi yardım söz verirsə, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə eyniləşdirirsə, bu, Ermənistanı yenidən müharibəyə cəsarətləndirmək, revanşizmə kökləmək yönündə əməli addımdır və Azərbaycanın dövlət mənafelərinə, xalqımıza birbaşa təhdiddir. Tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək dəhliz yolu ilə bağlı təhdidlər səsləndirən İran bu mürəkkəb dönəmdə Qafanda konsulluq açırsa, qədim Azərbaycan şəhəri Təbrizdə Ermənistanın Baş konsulluğunun açılışı üçün hazır olduqlarını bəyan edirsə, bu qətiyyən dost, qardaş addımı kimi dəyərləndirilə bilməz. Bu, İslam məfkurəsinə yaraşmayan hal, müsəlmanın öz müsəlman qardaşına arxadan zərbəsidir".
29-10-2022, 13:55
Azərbaycan Ordusu qış rejiminə keçdi


Azərbaycan Ordusu qış rejiminə keçdi

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər başa çatıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, eləcə də digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib. Yüksək dağlıq və sərt iqlim şəraitində dislokasiya olunan bölmələrimizə normadan əlavə təminat və təchizat vasitələri ayrılıb. Döyüş növbətçiliyi aparan şəxsi heyətin ərzaq təminatı, isti geyim və yanacaq ehtiyatı, silah və sursat təchizatı normaya uyğun olaraq bölmələrə çatdırılıb. Azərbaycan Ordusunun bütün bölmələrində silah və hərbi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçidi tam təmin edilib.

[media=https://youtu.be/Y-7b56luGLs]
29-10-2022, 13:51
Polşa ordusuna "Bayraktar" verildi


Polşa ordusuna "Bayraktar" verildi

Polşa ordusuna “Bayraktar TB2" zərbə tipli pilotsuz uçuş aparatlarının (PUA) ilk partiyası təhvil verilib. Bu barədə Polşa baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşçak məlumat yayıb."Bayraktar"ların ölkənin şimal-şərqində yerləşən Miroslavec şəhərindəki bazaya təhvil verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Nazir qeyd edib ki, PUA-ları idarə edəcək hərbçilər artıq Türkiyədə təlim keçiblər. Qeyd edək ki, Polşa "Bayraktar TB2" PUA-larını alan ilk NATO ölkəsi olub. "Baykar" şirkəti tərəfindən istehsal edilən sistemlər dünyanın 20-yə yaxın ölkəsinə satılıb.
29-10-2022, 06:02
"Nur ocağı" ədəbi məclisi Brilyant Atəşin şeirlərini təqdim edir:

"Nur ocağı" ədəbi məclisi Brilyant Atəşin şeirlərini təqdim edir:

Gələrəm.
Seyrinə çıxmışam qoca dünyanın,
Hər eldə bir süfrə salıb gələrəm.
Silinə, qalmaya pisliyin izi,
Könül rübabımı çalıb gələrəm.

Mən şahə qalxaram dərya üzündə,
Hünər meydanında, şair sözündə
Nurlu bir didəyəm haqqın gözündə,
Tərlanam, ovumu alıb gələrəm.

Odlu könüllərə Atəşdi sirdaş,
Buzlu ürəklərə olmaram yoldaş,
Dünyanın qəlbinə yol açıb birbaş,
Fərəhin gözünə dolub gələrəm.

Gəncliyim.
Başı görünməyən çənli dağların,
Keçilməz qatından keçdi gəncliyim,
Yaşadı həyatın gözəl çağların,
Zümrüd bulağından içdi gəncliyim.

At belinə qalxdı, quştəki süzdü,
Oylaqlar, ormanlar bağrını əzdi,
Yalçın qayaları təbiət düzdü,
Bir-bir sinəsindən keçdi gəncliyim.

Atəş pis gün çəkdi, dəmin də sürdü,
Həyatda yaxşını, pisi də gördü,
Deməyin ömrünü havayı verdi,
Hər yerdə gözəllik seçdi gəncliyim.

Dəstə-dəstə.
Yel dağıdan zülflərini,
Gəl darayım sinəm üstə,
Allah qələm çəkib sənə,
Bir mələksən, boyu bəstə.

Gülsən, güllər içindəsən,
Tülək-tərlan biçimdəsən,
Sərraf kimi seçimdsən,
Oxu "Kəsmeyi-şikəstə",

Yetim Atəş şamtək sönər, ,
Taxtı-tacı yana dönər,
Sən gəlməsən ahı dinər,
Gül tökərsən dəstə-dəstə.

Aşıq Pəri məclisində.
Çiçəkləri salxım-salxım,
Bir yerə, bir göyə baxın,
Şimşək təki coşun, çaxın,
Aşıq Pəri məclisində.

Qızlar Qoşma, təcnis düzür,
Dəryada Qəvvas tək üzür,
Narunc Xatun ruhu gəzir,
Aşıq Pəri məclisində.

Gözəllər səf-səf düzülür,
Dillərdən məlhəm süzülür,
Baxanın qəlbi üzülür,
Aşıq Pəri məclisində.

Örpəyi əlvan kəlağay,
Kofta atlaz, tuman lay-lay,
Nənələrdən qalıbdı pay,
Aşıq Pəri məclisində.

Hər birisi bir mələkdi,
Qoşduqları gül, çələkdi,
Köməkləri bir Fələkdi,
Aşıq Pəri məclisində.

Təki.
Dağların başını duman bürüyüb,
Başımı bürüyən dərdi-qəm təki.
Birdən fikirlərim dolaşıq düşür,
Zildən düşüb azan, kökdə, bəm təki.

Fələyin oyunu qurtarmaq bilmir,
Cöhrələr yasdadır, dodaqlar gülmür,
İnsanı həyatda qəm yıxır, ölmür,
Barını köyrəldib yıxan nəm təki.

Yaralı könüllər çox deyib-gülməz,
Köksü dağ görməyən, dağ nədi? bilməz,
Heç nə bu Atəşin ağlına gəlməz,
Allah göndərdiyi gözəl dəm təki.

Düş.
Cibdə pulun çox olanda, əzizim,
Şahə qalxma, səni yıxar kəhər, düş. .
Dünya fani, ömür qısa, sevinc az,
Qoyma keçə ayın, ilin hədər, coş. .

Qohum didər, qonşu deyər, yad yeyər,
İnsan solar, mərəz çəkər, dad deyər,
Naxələf dost, nankor övlad ad əyər,
Zay olarsan, danışarsa, dilin boş.

Tamah sərtdi, kəndir vermə əlinə,
Qatar səni burulğanlı selinə,
Yaxşı, pisin tanıdacaq elinə,
Atəş kimi dastan söylə, şeir qoş.

Biləydim.
Bilirsən könlümdən nə keçir İndi?
Dağların döşündə gəzə biləydim.
Çıxaydım yamaca, yala, yalmana,
Dünyanın nazına dözə biləydim.

Düşəydi torpağa payızın dəni,
Döyəydi üzümə çisəyi, çəni,
Burulub qucaydı dumanı məni,
Qaçaydım, qartaltək, süzə biləydim.

Açaydım sinəmi, tutaydım göyə,
Qoyaydım payızın yağışı döyə,
Atəş bu cənnəti görməsin,niyə?
Hicranı vüsaldan üzə biləydim.

Silə yanağımdan süzülən nəmi.

Bir yanım Dəli Kür, bir yanım Araz,
Bulanır suları hər payız, hər yaz,
Oturam daş üstə,şeh vura bir az,
Yuya cöhrəmdəki kədəri, qəmi,
Silə yanağımdan süzülən nəmi.
Yağsın narın-narın mirvari yağış,
Salsın yer üstünə damladan naxış,
Bir ağac dalından bir xəlvət baxış,
İntizarla güdsün vüsalın dəmi,
Silə yanağımdan süzülən nəmi.
Hər fəslin dəyişməz bir havası var,
Yayda xoş gəlməyir nə tufan, nə qar,
Atəş də həyatda axtarıb-arar,
Ömründə həm zili, həm enən bəmi,
Silə yanağımdan süzülən nəmi.

Cavab ver.
Yenə saldın məni yanar odlara,
Qəlbim baş açmayan sirsən, cavab ver.
Dərdimi açıram dağa-dərəyə,
Sanki gözlərimdə pirsən, cavab ver.
Həmdəmim xəyallar, xəyalım odlar,
Qorsalar qəlbimi, bədənim odlar,
Dilimdə alov var, gözümdə od var,
Yanarsan haraya girsən, cavab ver.
Vermədim qəlbimi hər yetən kəsə,
Lal oldum, gözlərim tutuldu, nəsə,
Bu Atəş hay verməz hər gələn səsə,
Yolumda aslansan, şirsən, cavab ver.

Olmasaydı.
Dərd bilən dərdimi yarı bölərdi,
Özünün yığvalı kəm olmasaydı.
Yarandığı gündən insan ölərdi,
Qəlbində oyanan dəm olmasaydı.
Bədbəxt öz bəxtindən şikayət eylər,
Gülüb-danışanı bəxtəvər söylər,
Özgənin gözünün yaşını silər,
Özünün gözündə nəm olmasaydı.
Çaylar məcrasından çıxıb daşardı,
Çəməni-çiçəyi basıb aşardı,
İnsan da ən azı yüz il yaşardı,
Ürəyini yeyən qəm olmasaydı.
28-10-2022, 23:35
Pelosinin evinə hücum edən şəxs məlum oldu


Pelosinin evinə hücum edən şəxs məlum oldu

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin San-Fransiskodakı evinə hücum edən şəxsin kimliyi müəyyənləşib. Butov.az xəbər verir ki, polis hadisədə şübhəli bilinən 42 yaşlı David De Papeyə qarşı ittiham irəli sürüb. Xanım Pelosinin həyat yoldaşı Pol Pelosiyə çəkiclə hücum edən şəxs qətl törətməyə cəhd və yaşlılara qarşı zorakılıq da daxil olmaqla çoxsaylı ittihamlara məruz qalıb. San-Fransisko polis rəisi Uilyam Skott mətbuat konfransında jurnalistlərə bildirib ki, hücumun motivi hələ müəyyən edilir. Qeyd edək ki, Pelosinin San-Fransiskodakı evinə hücum zamanı onun həyat yoldaşı xəsarət alıb.
28-10-2022, 23:33
ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketi


ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketi

ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. Məlumatı ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq yayıb. Yardımın həcmi 275 milyon dollardır. Paketə 155 mm çaplı 500 idarə olunan artilleriya mərmisi, 1300-dən çox tank əleyhinə sistem, 125 ədəd "Humvee" zirehli texnikası və kiçik silahlar, 2,75 milyon ədəddən çox döyüş sursatı və rabitə üçün dörd peyk antenası daxildir. O, həmçinin bildirib ki, ukraynalıların NASAMS hava hücumundan müdafiə sistemlərindən istifadəyə hazırlığı tezliklə başa çatacaq.
28-10-2022, 23:32
Norveç Rusiyaya qarşı sanksiyaları genişləndirdi


Norveç Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Norveç Rusiyaya tətbiq edilən sanksiyaları genişləndirib. Bu barədə Norveç hökumətinin saytında məlumat yayılıb. Yeni sanksiya siyahısına 30 fiziki şəxs və 7 şirkət daxil edilib. Siyahıda Rusiya tərəfindən ilhaq edilən Ukrayna bölgələrinə təyin olunan "məmurlar"ın da adları var. Yeni sanksiyalar paketi, həmçinin rusiyalılara və Rusiyanın hüquqi şəxslərinə kriptovalyuta sahəsində xidmət göstərilməsini, mühəndislik, memarlıq, hüquqi, eləcə də İT sahəsində məsləhət verilməsini qadağan edir. Həmçinin polad məmulatlarının, maşın və avadanlıqların, plastik məmulatların, nəqliyyat vasitələrinin, tekstil məmulatlarının, ayaqqabıların, dəri, keramika, bəzi kimyəvi məhsulların və qızıl olmayan zərgərlik məmulatlarının idxalına əlavə məhdudiyyətlər tətbiq edilib. Ümumilikdə Norveçin sanksiya siyahılarında 1260-a yaxın rusiyalı və 115 rus təşkilatı var. Ukraynada müharibə başlayandan Norveç Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi bütün sanksiyalara qoşulub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!