28-10-2022, 15:01
Mərkəzi Bankın bazara müdaxiləsi davam edirTədiyə balansının yüksək pofisiti və manata tələbin artması ilə əlaqədar olaraq Azərbaycan Mərkəzi Bankı valyuta bazarına alışyönümlü müdaxiləsini davam etdirir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov bildirib. Baş bankir qeyd edib ki, bu il AMB, 27 oktyabradək 967 milyon dollarlıq alışyönümlü əməliyyat reallaşdırıb. Onun sözlərinə görə, valyuta hərraclarında vəsait satan Dövlət Neft Fondunun qənaəti də kifayət qədər böyükdür. Fond 27 oktyabradək 820 milyon dollara qənaət edib.
28-10-2022, 14:58
Andrey Belousov İlham Əliyevin qəbulundaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousovu qəbul edib.
Butov.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurlu və dinamik inkişafı qeyd edildi, ticarət dövriyyəsinin artımı vurğulanıb. Söhbət zamanı iqtisadi-ticari, nəqliyyat-logistika, Şimal-Cənub nəqliyyat dəhlizi, maliyyə-bank, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
28-10-2022, 14:56
Təhlükəli hadisələrin sayı artmaqdadır - Nazirlik“Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələrin sayı artmaqdadır”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi, coğrafiya üzrə fəlsəfə doktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, araşdırmalar göstərir ki, son 10 ildə 25 metr/saniyə-dən artıq güclü küləklərin sayı 12 dəfəyədək artıb:“İri şəhərlərimiz olan Bakı, Gəncə və Mingəçevirdə fırtına hesab olunan 35 metr/saniyədən güclü küləkli günlərin sayı 3,5 dəfə artıb. Əgər 1961-1990-cı illərdə ildə bir dəfə belə hadisə baş verirdisə, hazırda 3-dən çox belə hadisələrlə üzləşirik”. Umayra Tağıyeva əlavə edib ki, yağıntıların azalması fonunda təəssüf ki, leysan xarakterli yağışların miqdarı artmaqdadır. Bu səbəbdən son 10 ildə sel-daşqınların 18,5 dəfəyə qədər artması müşahidə olunur:“Dolu düşməsi artıq səciyyəvi ərazilərdən başqa digər rayonlarda da müşahidə olunmaqdadır. Bu hadisələrin sayı da 3,2 dəfəyə qədər artıb. Son 10 ildə kənd təsərrüfatı üçün xüsusi təhlükə yaradan ağ yellər adlanan quru isti küləklərin təkrarlanması 10 dəfəyə qədər artıb”. Xidmət rəisi vurğulayıb ki, bütün bu problemlərə hazırlıqlı olmaq üçün ölkəmizdə hidrometeorologiya xidmətinin potensialının artırılması mühüm məsələlərdən biridir.
28-10-2022, 14:52
Polis ehtiyatsızlıqdan özünü güllələdiEhtiyatsızlıq polisin ölümünə səbəb olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, bu gün Laçın Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranmağı nəticəsində açılan atəşdən xəsarət alıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
28-10-2022, 14:50
Müharibə iştirakçısı faciəvi şəkildə öldüBakıda müharibə iştirakçısı faciəvi şəkildə ölüb.
Butov.az xəbər verir ki, Baxışov Yusif Vasif oğlu toydan çıxıb yolu keçmək istəyərkən onu “Kamaz” markalı yük maşını vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib. Məlumata görə, Yusif Baxışov Salyanın Xələc kəndində yaşayırmış və Bakıya məhz toya görə gəlibmiş. Yaxınlarının bildirdiyinə görə, Yusif Aprel döyüşləri ilə yanaşı, Vətən müharibəsində də iştirak edib. Onun hadisə baş verən günə qədər MAXE kimi hərbi xidmətini davam etdirdiyi qeyd olunur.
28-10-2022, 14:47
Paşinyan: “Rusiyanın təklifləri əsasında işləməyə razılıq vermişik”Ermənistan Rusiyanın təklifləri əsasında Azərbaycanla münasibətlərin qurulması üzərində işləməyə hazırdır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan tvitterdə yazıb.“Sentyabrın əvvəlində Ermənistan Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək”. Xatırladaq ki, oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya, Ermənistan liderləri - İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
28-10-2022, 14:44
Putin: “Ermənistana 5 rayonu qaytarmağı, Kəlbəcər və Laçını isə saxlamağı təklif etdik”Rusiya Ermənistana təklif etdi ki, Azərbaycanla anlaşıb 5 rayonu ona qaytarsın, Qarabağla əlaqə üçün iki böyük rayonu (Kəlbəcər və Laçın - red.) saxlasın, lakin İrəvan öz yolu ilə getdi. Bunu Rusiya prezidenti Vladimir Putin cümə axşamı Valday klubunun iclasında deyib.“Biz uzun illərdir ki, erməni tərəfi ilə dialoq aparırıq və Qarabağla bağlı məsələnin həllini təklif etmişik”, - Putin bildirib. Onun sözlərinə görə, Ermənistan faktiki olaraq Azərbaycanın 7 rayonuna nəzarət edirdi. Rusiya tərəfi münasibətləri normallaşdırmaq üçün onsuz da məskunlaşmamış 5 rayondan imtina etməyi təklif edib. Bundan sonra Moskva hansısa mərhələdə hesab edirdi ki, Azərbaycan tərəfi ilə razılaşmaq, qalan 2 rayonu Qarabağla ünsiyyət naminə saxlamaq olar. “Biz inanırdıq ki, bu, ədalətli olardı... bu, bütövlükdə regionda vəziyyətin normallaşması istiqamətində yaxşı addım olardı”, - Putin bildirib. Rusiya lideri qeyd edib ki, Ermənistan rəhbərliyi təklifə məhəl qoymayaraq öz yolu ilə gedib və bu, hazırda yaranmış vəziyyətə gətirib çıxarıb.
28-10-2022, 14:39
Müharibəni bu ölkə dayandıra bilər - Putin açıqladı“Ukrayna problemini Vaşinqtonda bu siyasəti təbliğ edənlər çox asanlıqla həll edə bilər”. Bunu Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya Klubunda çıxışı zamanı deyib.“Bu problemi həll etmək, Kiyevə müvafiq siqnal vermək çox asandır ki, onlar mövqelərini dəyişməli və bu problemləri sülh yolu ilə həll etməyə çalışmalıdırlar”, - deyə Putin bildirib. O, çıxışı zamanı Ukraynadakı vəziyyəti və hadisələri indiki vəziyyətə gətirən tərəfin Rusiya deyil, Qərbin olduğuna söyləyib. Bildirib ki, Qərb dövlətləri müxtəlif çevrilişlər həyata keçirir, onlardan biri 2014-cü ildə Ukraynada faciəvi nəticələrə gətirib çıxarıb.
28-10-2022, 14:37
Rusiyanın 17.5 milyard avro aktivi dondurulubAvropa ölkələri Rusiyanın 17,5 milyard avro dəyərində aktivlərini dondurub. Bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Kristian Viqand məlumat verib. Bura Avropa İttifaqının (Aİ) sanksiya siyahısında olan 1350 nəfər şəxs və təşkilatın aktivləri daxildir. Bu məbləğin böyük hissəsi yeddi Aİ ölkəsi - Almaniya, Belçika, Fransa, Lüksemburq, İrlandiya, İtaliya və Avstriya tərəfindən dondurulub. Macarıstan cəmi bir neçə min avronu dondurub. Dondurulmuş aktivlərin Ukraynanın yenidən qurulması məqsədilə istifadə edilməsi üçün müsadirə edilməsi planlaşdırılır. Lakin bunun üçün hüquqi əsas tələb olunur.
27-10-2022, 23:26
Məhsa Əminin ailəsi ev dustağı oldu“İran rəhbərliyi Məhsa Əmininin ailə üzvlərini ev dustaqlığına məhkum edib”. Bu barədə məlumatı Məhsa Əmininin qohumu İrfan Murtazai açıqlayıb. Onun sözlərinə görə, ailə Məhsanın ölümünə görə ölkə rəhbərliyinin məsuliyyət daşıdığını hesab edir. Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Bunun ardınca ölkədə kütləvi etiraz və iğtişaşlar baş verib. Aksiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara atəş açıb. Oktyabrın 26-sı isə Məhsa Əmininin ölümündən 40 günün keçməsi ilə əlaqədar olaraq iranlılar küçələrə axışıblar. İranın təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açaraq, minlərlə insana qarşı odlu silah və gözyaşardıcı qazdan istifadə ediblər.