İsrailin silah zavodu yandırıldı .....                        Ermənistan bu halda Azərbaycanla yeni müharibəyə başlaya bilər - Nazir .....                        İmişlidə Novruzun rəngi, ruhu və sənət nəfəsi – möhtəşəm bayram tədbiri. .....                        Küçədə namaz qadağan edildi .....                        “Bəsic”in kəşfiyyat rəisi öldürüldü .....                        ABŞ-İsrail kolasiyası İranda müharibə başlatdı - Qalib Rusiya oldu .....                        Xırdalanda qəza - Motosiklet sürücüsü öldü .....                        İsrail ilk dəfə Xəzərdəki İran gəmilərinə hücum edib - TƏSDİQLƏNDİ .....                        ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır .....                       
Tarix : 28-10-2022, 14:44
Putin: “Ermənistana 5 rayonu qaytarmağı, Kəlbəcər və Laçını isə saxlamağı təklif etdik”


Putin: “Ermənistana 5 rayonu qaytarmağı, Kəlbəcər və Laçını isə saxlamağı təklif etdik”

Rusiya Ermənistana təklif etdi ki, Azərbaycanla anlaşıb 5 rayonu ona qaytarsın, Qarabağla əlaqə üçün iki böyük rayonu (Kəlbəcər və Laçın - red.) saxlasın, lakin İrəvan öz yolu ilə getdi. Bunu Rusiya prezidenti Vladimir Putin cümə axşamı Valday klubunun iclasında deyib.“Biz uzun illərdir ki, erməni tərəfi ilə dialoq aparırıq və Qarabağla bağlı məsələnin həllini təklif etmişik”, - Putin bildirib. Onun sözlərinə görə, Ermənistan faktiki olaraq Azərbaycanın 7 rayonuna nəzarət edirdi. Rusiya tərəfi münasibətləri normallaşdırmaq üçün onsuz da məskunlaşmamış 5 rayondan imtina etməyi təklif edib. Bundan sonra Moskva hansısa mərhələdə hesab edirdi ki, Azərbaycan tərəfi ilə razılaşmaq, qalan 2 rayonu Qarabağla ünsiyyət naminə saxlamaq olar. “Biz inanırdıq ki, bu, ədalətli olardı... bu, bütövlükdə regionda vəziyyətin normallaşması istiqamətində yaxşı addım olardı”, - Putin bildirib. Rusiya lideri qeyd edib ki, Ermənistan rəhbərliyi təklifə məhəl qoymayaraq öz yolu ilə gedib və bu, hazırda yaranmış vəziyyətə gətirib çıxarıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!