Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi .....                        Dəmir yollarının Astara terminalı istifadəyə verildi .....                        İrəvanda maşınlar su altında qaldı .....                        Müğənniyə ağır itki üz verdi .....                        Ermənistandan Gürcüstana gedən avtobuslar marşrutunu dəyişdirib .....                        Kür daşdı, əkin sahələrini su altında qaldı - FOTO .....                        Xarkovu qorumaq üçün 2 "Patriot"a ehtiyac var - Zelenski .....                        Lənkəranda qətlə yetirilən Könül haqda daha bir açıqlama .....                        Monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək .....                       
Tarix : 9-07-2015, 12:06
Bütövlüyün təsnifatı


Baba Əhmədli
alim, publisist


Bütövlüyün təsnifatı

Həyatda hər tərəfli sağlam və rifahlı yaşamaqdan ötrü, insanı əhatə edən hər şey bütöv olmalıdır: - adi sözdən başlamış kainata qədər hər bir maddı və mənəvi obyekt. Ona görə də bütövlük uğrunda mübarizə-doğru və ədalətli mübarizədir. Çünki hər cür yarımçıqlıq həyatı korlayır. Qədim zamanlardan bəri atalar deyiblər ki: “Yarımçıq bilməkdən, heç bilməmək yaxşıdır. Yalançının evi yandı, heç kəs inanmadı.” Bütövlük mövzusu, bütövlük nəzəriyyəsi tükənməz olduğundan, çoxları bu barədə danışmağı və yazmağı asan saymır. Sevindirici haldır ki, “Bütöv Azərbaycan” qəzetinin açdığı işıqlı yol bütövlük probleminin həllinə yönəlib. Ümumiyyətlə “bütövlük”ün nəliyi, tarixi, təsnifatı və gələcəyi barədə ayrıca danışmaq və yazmaq lazım olsa da, biz burada təbiətin, cəmiyyətin və sosial həyatın mükəmməl və əvəz olunmaz ünsür və nemətləri olan dörd möhtəşəm obyektin, - insanın, ailənin, ölkənin (millətin) və Birləşmiş Millətlər Təşkilatının (BTM) vəzifələrini veririk.
İnsanın bütövlüyü. Həqiqətən əlçatmaz yaranış olan hər bir şəxs üçün: “İnsan məxluqatın əşrəfidir.”-deyilir atalar sözündə. İnsan bütövlüyü göstəricilərinin təsnifatı, onun yaşına (uşaqlığı, gəncliyi, cavanlığı, cinsi və sair əlamətləri nəzərə alınmaqla), ailəliyinə, əməli bacarığına, məhsuldarlığına, vətənpərvərliyinə, yenilikçiliyinə və başqa keyfiyyətlərinə (kamillik göstəricilərinə) görə aparılır. Təbiidir ki, hələlik standartlaşdırılmış bilik, bacarıq, vətənpərvərlik, yenilikçilik və digər kamillik (yetkinlik) səviyyələri məlum olmadığından, konkret şəxsin bütövlüyünü ölçüləbilən parametrlər vasitəsilə göstərmək mümkün olmur. Bu səbəbdən də insanın qiymətləndirilməsində fərdi xüsusiyyətlər: dostluq, həmrəylik, həmkarlıq, həmyerlik, qohumluq, tanışlıq münasibətləri irəli sürülür. Bir sıra hallarda isə, uzaq olsun, korrupsiyadan, rüşvətxorluqdan və yalançılıqdan istifadə edilir ki,bu da insana və insanlığa yaraşmayan münasibətlərə səbəb olur.
Müxtəlif səviyyəli bütövlüyə sahib insanlar haqqında yüzlərlə-minlərlə söhbətlər eşitmişik, yazılar oxumuşuq. Bu sahədə: “Bəşərin nicatı-İnsanlaşmaqdadır...”, “Özünü tanı, insan”, “Əsl ziyalı”, “Vətənin təməl daşları-əsgərlər”, “Sözün və özü bütöv insan” adlı yazılarda insanın bütövlüyünə dair məsələlərdən geniş bəhs edilir. Təbiətdə və həyatda insan elə bir nəhəng-zəngin öyrənməklik mənbəyidir ki, hər bir bütöv şəxs haqqında ayrıca bir kitab yazmaq olar. İnsan necədirsə, insan həyatı da elədir, desək yanılmarıq. Ona görə də insan bütövlüyünün göstəricilərini təsnifləndirmək zəruridir. Ən azı bilik, bacarıq, insan və mənsubluq kimi göstəricilər üzrə.
Təbiidir ki, dünyada hər cür ictimai-sosial şey insandan başlanır. İnsan ailə qurur, ailələr birləşib, ölkə (millət) yaradırlar, millətlər isə birlikdə BMT-ni əmələ gətirirlər. Şübhə yoxdur ki, bütöv insanlar, bütöv də ailə yaradırlar.
Ailə bütövlüyü. Onun yetkinliyinin (keyfiyyətliyinin) göstəriciləri (parametrləri) yüksəkliyi ilə qiymətləndirilir. Ailənin bütövlüyünü dəyərləndirmək üçün standart göstəricilər olmasa da, milli mentalitetə uyğun olaraq aşağıdakı meyarlar formalaşdırılmışdır:
- Ailə üzvlərinin mehribanlığı, ilk növbədə ər və arvadın məhəbbətli-qarşılıqlı hörmət əsnasında davranmaları;
- Milli adət-ənənələrə uyğun, həm də ictimai inkişaf qanunlarını nəzərə almaqla, övladların tərbiyələnməsi üsullarından ciddi bəhrələnmək;
- Ailədaxili əmək bölgüsünü mümkün qədər dəqiq və ədalətli tətbiq etməklə, təşkilatı və çöl işlərini ərin ev qayğılarını və təsərrüfat rəhbərliyini isə, arvadın öhdəsinə saxlamaq;
- Evladların (ögey övladların) gələcək dolğun inkişaflarını (peşəkarlıqlarını) təmin etmək məqsədiylə, ailənin zümrəyə mənsubluğunu (həkimlər, müəllimlər, mühəndislər, artistlər zümrələri və.s) müəyyən etməklə, çalışqanlığı və səliqəliyi artırmaq.
Ailə tarixinin mükəmməl bilicisi F. Engels (1820-1895) belə yazıb: “Ailə tarixinin öyrənilməsi 1861-ci ildən başlanır. Bu barədə tarix elmi hələ tamailə Musanın Beş kitabının təsiri altında idi... Orda daha ətraflı təsvir edilmiş patriarxal ailə formasını... Danışıqsız olaraq ən qədim ailə forması hesab edirdilər... Təknigahlıq sivilizasiyalı cəmiyyətin elə bir hüseyrəciyidir ki, ona əsasən biz artıq həmin cəmiyyət daxilində... ziddiyyətlərin təbiətini öyrənə bilirik.”
Təcrübə göstərir ki, ailənin bütövlüyü əsasən kişinin (ərin-erkekin) təşkilatçılıq və insanlığa inamlıq qabiliyyətindən asılıdır. Arvadın isə, ailənin tərbiyəçi rəhbəri sayılması, qısqanclığı da əridə bilir. Təknigahlıqda ailə üzvləri arasında əmək və nüfuz bölgüsü də çətin olmur. F.Engels yazır: “...biz ümumiyyətlə bəşəriyyətin inkişafındakı... nigah forması görürük... sivilizasiyaya monoqamiy uyğun gəlir. İndi biz sivilizasiyanın kəndarına gəlib çatdıq. Sivilizasiya əmək bölgüsündə irəliyə doğru yeni bir addımla başlanır.” Şübhə yoxdur ki, ailələr bütöv (çağdaş və inkişaflı), təsnifatlı olarlarsa, onların təşkil etdikləri ölkələr (millətlər) də bütövlük meyarına (yetəklərinə) malik ola bilərlər. Ailə bütövlüyü Bəşəriyyətin 2-ci intibah mərhələsidir. “Bütövlük” yüksək səviyyəli keyfiyyətlik olduğundan, hər bir bütöv ölkə tərifə və təqdirə layiq olmalıdır. “Bütöv Azərbaycan” qəzetinin nəşri, ölkəmizdə ürəyidolu Azərbaycan türklərinin gözəl yazılı söz demək imkanıdır ki, onlar öz doğru fikirlərini əks etdirə bilirlər.
Ölkə bütövlüyü. Ümumiyyətlə, ölkə bütövlüyü, o cümlədən Azərbaycanın bütövlüyünü aşağıdakı meyarlar vasitəsilə səciyələndirə bilərik:
- Təhlükəsizlik, - ölkənin lazımı miqdarda silahlı güvvələrlə (əsgərlərlə), eləcə də enerji-iqtisadi resuslarla təminatı;
- Ərazi bütövlüyü ilə yanaşı məntəqələri arasında nəqliyyat (yollar) və rabitə vasitələrinin olması, sərhədlərin rəvanlığı və nəzarətdə olması;
- Vətəndaşların milli (dövlət) dilinə, dövlətçiliyə, milli mənsubçuluğa və qanunçuluğa sayğı ilə yanaşması;
- Müstəqillik şəraitində qonşu ölkələrlə əməkdaşlıq və ticarət yapmaqla, ölkə daxilində tolerantlıq sülhü və millətlərarası dostluğu möhkəmlətmək.
Ölkənin bütövlük göstəricilərinin təsnifatını genişləndirmək də olar. Bütövlük ölkənin müstəqilliyindən asılı olsa da, onun tarixi, müstəqillik tarixi demək deyil. Bütövlüyün nəliyi, tarixi, təsnifatı və gələcək inkişafı ayrıca öyrənildiyindən, burada biz dünyanın hər yerində bütövlüyü pozan imperializmin və militarizmin əsrlər boyu Azərbaycanın bütövlüyünə vurduğu zərbələrin bir hissəsini nəzərə çatdırırıq. Yazılı tarixdən məlumdur ki, eradan əvvəl (e.ə) 6-5-ci əsrlərdə Hindistan tərəfdən gəlib dövlət qurmuş Əhmənilər, sonradan isə eranının 3-7-ci əsrlərində Sasanilər dövləti-indiki İran, İraq və Suriya ərəzilərində yaşamış indiki azərbaycanlıların ulu əcdadlarını-müxtəlif adlar daşımış, şumer-türk köklü tayfaları özlərinə tabe etmiş Manna, Midiya və başqa Azərbaycan dövlətlərini əsarət altına salmış və inkişaf etməyə qoymamışlar.
Doğru etimallara və yazılanlara görə 5 min il bundan əvvəl Misir tərəfdən gələn Dəclə və Fərat çayları arasında- iki çay arasında (Mesopotomiya) e.ə. 24-cü əsrdə hami-sami dilli paralel Akkad dövləti qurmuşlar.
Həmin ərazilərdə yaşayan və bir-birini əvəz edən quldar və feodal dövlətlər nəhayət eranın 7-ci əsrində Qafqazı da ələ keçirmişlər, xüsusi ilə 17-20-ci əsrlərdə Azərbaycan daha da dərindən parçalanmış, onun hissləri qonşu ölkələrin ərazilərinə qatılmışdır.
Beləliklə, ərəbləşdirmə, farslaşdırma və ruslaşdırma siyasətləri, milli dilimizin- Azərbaycan türkcəsinin inkişafına da ciddi zərbə vurmuşdur. Təbiətin hökmü ilə türk dünyasını qoruyub saxlamışdır.
Ədalətsiz imperialist siyasəti zor prinsipinə üstünlük verməklə çox bütövlükləri pozmuşdur.
19-cu əsrdə sivilizasiyadan dəm vuran Avropada 20-ci əsrdə iki dünya muharibəsi törədilmişdir. Deməli, Avropa İttifaqına daxil olan ölkələr hələ indi də bütövlüyün tələblərinə cavab verməkdə çətinlik çəkirlər. Çünki beynalxalq dostluğu və sülhü qorumağı və möhkəmlətməyi bacarmırlar. Dünyanın ən zəngin sivilizasiya mərkəzlərindən biri olacaq Mesopotomiya-indiki (İraq və Surya) muharibə dəhşətlərində qovrulublar. Halbuki, Avropa həmin ölkələrin sayəsində ilkin mədəniyyət əldə etmişdir. Bunu Yunanıstan (Makedoniyalı İskəndər), Fransa, İngiltərə, İtaliya və başqa öləkələrin tarixçiləri də etiraf edirlər. İndi bu ölkələrin Amerika Birləşmiş Ştatları (ABŞ) ilə birlikdə yaratdıqları BMT dünyanı yenidən qurmalıdır ki, onun üzvü olan standart ölkələr (millətlər) firavan, dostluq və sülh şəraitində rifahlı yaşaya bilsinlər.
Bu məqsədlə ölkələrin təhsil sistemində yeni islahatlar aparılmalıdır. Bütövlüyün təsnifatını təklif edən Azərbaycan BMT-nin köməkliyi ilə
bütövləşəcək, ölkəmiz öz 50-milyonluq əhalisi ilə beynalxaql inkişaf problemlərinin həllində nümunə, örnək göstərə bilər.
BMT-nin bütövlüyünün istənməkliyi bu səbəbdən irəli gəlir ki, həmin mötəbər təşkilat yaradılarkən, dünyada sülhü möhkəmlətmək, ictimai münasibətlər hümanizmi (insanlıq), idealarını üstün tutmaq, ölkələrdə yoxsulluğu və aclığı ləğv etmək prinsipləri əsas götürülüb.
Ən yüksək səlahiyyətlərə malik sayılmalı olan BMT qətnamə və qərarlarının hər bir müstəqil ölkə tərəfindən qəbul ediləcəyi gözlənilən, bu beynalxaql təşkilatın bütövlük göstəriciləri ilk baxışda aşağıdakılardan ibarətdir:
- Üzv olan ölkələrin üzvlük haqqlarının ödənilməsində onların səxavətliyi və ödəmək həvəskarlığını qeydə almaq və ilbəil elan etmək;
- BMT-nin müxtəlif orqanlarında qəbul olunmuş qərarların və qətnamələrin bəyənilib-bəyənilməməsində iştirakçı ölkələrin mövqelərini araşdırmaq və müsbət cəhətləri təbliğ etmək;
- Bütövlük göstəricilərin nəzəri (ruhi) ifadələrinin və əməli icralarının (fəaliyyətə çevrilmələrinin) başa çatdırılması üzrə vaxtaşırı hesabat vermək;
- Ölkələr üzrə əhali artımını və adambaşına istehsal qüvvələrinin dəyişməsini nəzarətdə saxlamaqla təhsil sistemlərində islahatlar aparmaq;
- Sülhü möhkəmlətmək məqsədi ilə, ölkələr (millətlər ) arasında qarşılıqlı təmənnasız yardım həcmlərinin miqdarını və məzmununu planlaşdırmaq;
- Ölkələrdə siyasi partiyalar çoxluğu, iclasçılığı və sözçülüyü artırmaqla, istehsal qüvvələri zəiflədiyindən xeyirxah milli birlik çağırışlarını səmimiyyətli gücləndirmək;
- İmperializm, militarizm, separatizm və terrorizim təzahürlərini zəiflətmək məqsədi ilə təbliğatçılar (millətçilər), müəllimlər (öğretmenler), artistlər və tamadalar zümrələrini cavabdehləndirmək və müsbət qiymətləndirmək.
BMT-nın bütövlük meyarlarının təsnifləşdirilməsi göstərir ki, hər bir obyekt üzrə, xüsusiylə bəşəriyyətin həlledici mühüm ünsürləri olan: insan, ailə, ölkə və BMT üzrə göstəricilərin təsnifləndirilməsi, hər şeyin yaxşısını pisindən ayrımağa kömək edir.
Təbiidir ki, bütövlük nəzəriyyəsinin kökündə təsnifləşdirmə dayanır ki, bunun da sayəsində insan, ailə, qəbilə, tayfa, xalq, millət və Bəşəriyyət düzümü formalaşdırılır.
İctimai real varlıq olan düzümün insan, ailə, ölkə (millət) və millətlər birliyi –BMT komponentlərinin bütövlüyünün təmin edilməsi və bütövlük göstəricilərinin (meyarlarının) təsnifləşdirilməsi, bir-sıra ictimai-iqtisadi, siyasi-sosial problemlərin həllinə düzəlişlər göstərə bilər.
İnsan bütövlüyü (hərtərəfli sağlamlığı), sağlam övladlığı yaratmaq deməkdir. Hər halda valideyinlər bütöv olmalıdırlar ki, onların yaratdıqları “insancıqlar” da bütövlüyə hazır olsunlar.
Yeri gəlmişkən, açıq danışmaq xatirinə deməliyəm ki, standart ölkə Azərbaycanın bütövlüyü BMT ilə yanaşı Rusiyanın əlindədir. Gizli deyil ki, əslində türk-tatar ölkəsi olan Rusiya 19-cu əsrdə Qafqazı işğal etməklə slavyanlığa üstünlük verərək Azərbaycanı parça-parça eləyib. Bəşəriyyətin hümanist idarəedicisi sayılan BMT cəmi insanların və ailələrin bütövlüyünü təbliğ etməklə, Bəşəriyyəti yeni intibah mərhələsinə qaldıra bilər və qaldıracaq.
Bütövlük- milli dil, dövlətçilik, ailəçilik kimi ən zəruri mənəvi dəyərlərdən biri olduğundan hər bir ictimai obyekt üçün təmin edilərsə, bəşəriyyət xoşbəxt olar.
İnsanları və dünyanı bütövlük xilas edəcək!


Paylaş



Bölmə: Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!