Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 8-01-2015, 22:31
Azərbaycanşünaslıqda ən mühüm mənəvi dəyərlər

Azərbaycanşünaslıqda
ən mühüm mənəvi dəyərlər
Ağıl insana sərmayədir.
Mərd dostluq qanar, bərkdə dayanar.
Atalar sözü.

İnsan üçün həyatda sağlıqlı, rifahlı, əxlaqlı və milli mənsublu olmaq nə qədər zəruridirsə, onlardan ötrü mənəviyyatlı olmaq da o qədər vacib və lazımdır.İlk əvvəl nəzərlərə çatdıraq ki, “qonaqpərvərlik”, “mehribanlıq”, “qurbanverərlik” və “namusluq” kimi mənəvi dəyərlər artıq azərbaycanlıların milli mənəvi dəyərləri kimi tanınmışdır. Bu dəyərlər bədii ədəbiyyatımızda-nəsrimizdə və şerimizdə öz vəsflərini tapmışlar. Bunlardan əlavə bir sıra qədim və çağdaş dəyərlər də mövcuddur
Azərbaycan ədəbiyyatında yüzdən artıq mənəvi dəyərin adı çəkilir və onlar haqqında fikir söylənir.
Dövrümüzün tələbinə uyğun olaraq, mənəvi dəyərlərin təbliğinə ciddi ehtiyac duyulur.
Neqativ hallara qarşı mübarizədə mənəvi dəyərlərin yeridilməsi, güclü ədalətli və zorsuz silah rolunu oynamalıdır.
Birləşmiş Millətlər Təşkilatı (BMT) yaradılana qədərki (1945-ci il) eranın “barbarlıq” zamanındakı tərzdə mənəviyyatsız, - istismar etməklə və ya istismar olunmaqla, terroristliyə və separatistliyə dözməklə yaşamaq və yaşatmaq, - Bəşəriyyətə yaraşmır.
“BMT erası” adlandırılan indiki dövrdə, insanlıq yaranan vaxtdan üzübəri kəşf edilmiş mənəvi dəyərlər öyrənilib mənimsənilməlidir ki, qanunçuluq və dövlətçilik daha da qüvvətlənsin.
Məşhur dövlət xadimləri və yaradıcı insanlar həmişə mənəvi dəyərə yüksək qiymət vermişlər. Böyük azərbaycanlı Məhəmməd Əmin Rəsulzadə belə deyib: “Hansı mənəvi varlıq və tarixi iftixar Azərbaycana Nizami xatirəsindən daha yüksək və dünyaya şamil olan bir dəyəri təmin edə
bilər? Nizami kimi bir mədəni dəyəri hansı azərbaycanlı vətənpərvərlik ənənəsi çərçivəsindən kənara çıxara bilər? Hansı yurdsevər və şüurlu bir azəri türkü Nizami ilə öyünməyə bilər?!”.
Şübhə yoxdur ki, Nizami Gəncəviyə çatan mənəviyyatlılar olmasa da müdrik insanlar çox olub.
İnsan həyatı ilə bağlı tarixi məqamları: “vəhşilik”, “barbarlıq” və “sivilizasiya” dövrlərinə ayırıblar. Səthi və təqribi də olsa, bu belədir. Eradan əvvəlki on min il ərzində məlum “vəhşilik” -meymunluq dövrü olub.
BMT yaradılana qədərki eranın “barbarlıq” məqamları da az olmayıb. 20-ci əsrdə törədilmiş dünya müharibələrinin hər ikisi demokratiyadan danışan Avropa qitəsində baş verib.
Görünür, ictimai-siyasi və sosial prosesləri dərindən anlamaq, həm də mənəviyyatlığın gedişini (inkişafını) izləmək üçün hər şeyi, hər halı təsnifləndirmək lazımdır
Təbiidir ki, hər bir canlı həyatda qidalanma, fəaliyyət, istirahət və ünsiyyət vasitəsilə yaşayır. İnsan üçün əlavə, mənəvi dəyərlər də gərək olur.
Qədim “vəhşilik” dövrlərində də insana ana-bala münasibətləri (mehribanlığı və qayğıkeşliyi) fərqli olub.
Eradan əvvəlki (e.ə.) quldar dövlətlərdə zorlu tabelik, intizamlıq, qanunçuluq, payçılıq, bağlılıq və başqa mənəvi dəyərlər tətbiq edilib.
Sonrakı, eranın əsrlərində (orta əsrlərdən sonra) daha çox mənəvi dəyər mənimsənilib.
Tələb olunan və istənilən budur ki, BMT yaradılandan sonrakı sivilizasiya dövründə zorakılığa, istismarçılığa və müharibələrə son qoyulsun. Bu da mənəvi dəyərlərin hamı tərəfindən mənimsənilməsi ilə mümkündür. Hər halda mənəviyyatlı insanların sayı, xüsusilə dünya məmurlarının mənəviyyatlığı artdıqca, dünyada sülh və rifahlıq da möhkəmlənəcək.
Bədii ədəbiyyat mənəvi dəyərlər haqqında yazıların əsas və sanballı mənbəyidir. Qədim şümer-türklərin “Bilqamıs” dastanını həmin möhtəşəm və zəngin ədəbiyyatın başlanğıcı saymaq olar.
Dörd min beş yüz il (4500) bundan əvvəl gil lövhələr üstündə yazılmış Bilqamıs dastanında “ərənlik” və “mahirlik” kimi dəyərlərin adları çəkilir.
Türk dillərində yazılmış sonrakı ədəbiyyat Akkad dövləti tərəfindən məhv edilmişdir. Bilqamıs dastanından 32 əsr sonra yazılmış Dədə Qorqud dastanında “ellik” və “uğurluq” kimi mühüm mənəvi dəyərlər göstərilir.
Ümumiyyətlə bədii ədəbiyyatda çox sayda mənəvi dəyər adına rast gəlmək olar.
Müsəlmanların dini kitabı olan Qurani-Kərimdə olduqca qiymətli “rəhmlik” və “savablıq” kimi dəyərlər təkrar verilir.
Xaqani Şirvanidən başlamış orta əsrlərin Azərbaycan şerində və sonrakı bədii əsərlərdə mühüm dəyərlərin adları xatırlanır, - vəsf edilir.
“Azərbaycanşünaslıq” dedikdə, ilk növbədə yaddaşımızda bədii ədəbiyyat canlanır. Çünki el arasında şair və yazıçıların, artistlərin adları alimlərə, müəllimlərə, deputatlara və tamadalara nisbətən daha tez-tez xatırlanır. Halbuki Azərbaycanşünaslıq elmlərinə Bədiiyyatla yanaşı, Pedaqogika, Tarixbilgi, Təhsilbilgi, Hüquqbilgi, Diplomatiya, İqtisadiyyat və başqa elmlər də daxildir.
Bədii ədəbiyyatın genişliyini nəzərə alaraq, mənəvi dəyərlərin təbliğində Bədiiyyata üstünlük verilir.
Bu Ədəbiyyatı biz inkişaf etmiş Azərbaycan türkcəsində dahi Nizami Gəncəvi dövründən başlayaraq oxumağa girişmişik. Bol-bol mənəvi dəyərin varlığına sevinmişik. Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri cahanda dünya mədəniyyətinin “gözəllik” - mənəvi dəyər nümunəsidir.
Nizami Gəncəvi (1141-1209) öz zamanında gözəlliyi belə vəsf edib:

Gözəl bir həyat qur, şən yaşa hər an,
Kimsəyə dəyməsin səndən bir ziyan.
Həyatdan yaxşı şey dünyada nədir?
Gənclikdən gözəl şey bir əfsanədir.
Yaxşı ad qazanmış gözəl dost ara,
Onda yetişərsən ağ günə, vara.

Bədii ədəbiyyat yaradıcıları, - olan gözəllikləri vəsf etmiş şairlər və yazıçılar “gözəllik” mənəvi dəyərini təsis etmişlər, həm də möhtəşəm Bədiiyyat elminin əsasını qoymuşlar.
Hər bir dahinin sözünü eşitmək mümkün olar, hayıf ki, onun ruhunu görmək mümkün deyil.
“Akıl” (ağıl) mənəvi dəyər haqqında böyük mütəfəkkir Həsənbəy Zərdabi belə yazıb:
“Əgər əql olsa hamı zad olar, əql olmasa heç bir zad olmaz. İki qism şəxsə aqil deyərlər: biri ki, riyazət çəkib bir elm ixtira edə və biri ki, onu görəndən sonra təhsil edib öyrənə...”
Həsənbəy Zərdabi (1842-1907) zamanında mənəvi dəyərlərimizin və çağdaş mətbuatımızın əsasını qoymuşdur.
Əvəzsiz satirik şair M.Ə.Sabir (1862-1911) “Uşaq və buz” şeirində belə deyib:

Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq;
...
Buza belə söylədi:
...
Yaz gələr artar qəmin:
Əriyib suya dönərsən
Axıb çaya gedərsən!

“Qoçaqlıq” və “qəhrəmanlıq” mənəvi dəyərlərini görkəmli şair uşaqlara və çocuqlara erkən yaşlarından öyrədir. Təkcə güc və zor sahəsində, düşmənə qalib gəlmək mümkün deyil, bütün sahələrdə, - iqtisadiyyat, elm, təhsil, mənəviyyat və milli mənsubluq sahələrində də “qəhrəmanlıq” dəyəri ən önəmli mənəvi dəyərlərdən biridir.
Unudulmaz şairimiz Səməd Vurğun (1906-1956) “elliyi”, birliyi, təbliğatçılığı və partiyalığı yüksək qiymətləndirib və “Azərbaycan” adlı şerində belə yazıb:

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan,
Azərbaycan! Azərbaycan!

“Ellik” (birlik) mənəvi dəyər olaraq, qüvvət mənbəyi kimi təzahür edir. Ruhən (nəzəri cəhətcə) hamı bilir ki, elliklə (birlikdə) görülən iş tez başa çatar. Ancaq təəssüf ki, əməli fəaliyyətdə hər bir şəxs olduğu kimi - bildiyi kimi çalışmağa üstünlük verir. Xüsusilə yaradıcılıq sahələrində.
Müasirlərimizdən Bəxtiyar Vahabzadə öz gözəl yaradıcılığında “istəklik” mənəvi dəyərinə yüksək qiymət vermişdir. Tanınmış şair “Ata və oğul” adlı şerinin epiqrafında göstərib:
Əziziyəm, balasın,
Ürəkdə od qalasın.
Mən istərəm balamı,
Balam istər balasın.
Təbiidir ki, gələcək keçmişə nisbətən daha inkişaflı və sivil olduğundan, adamlar evladlarını (övladlarını) valideynlərinə görə çox istəyirlər.
Mübariz, həm də mütəfəkkir şair Xəlil Rza Ulutürk (1932-1994) “Örnək” adlı şerində “örnəklik”, “öyüdlük” dəyərlərini yüksək qiymətləndirərərək yazıb:

Dedim: - çaşmağımın məğzi, vəchi var.
Örnəyəm, bu başdan bilsin gəlinim,
Əzizləri necə qarşılayarlar!
Müdrik və ahıl insanların gördükləri çətinliklər və pisliklər keçmişdə qalacağından, onların örnəkliyinin və öyüd - nəsihətliyinin çocuklar və gənclər üçün böyük əhəmiyyəti var.
Məşhur və əzabkeş şairimiz Məmməd Araz 1964-cü ildə yazdığı “Dostlar” şerində “dostluq” mənəvi dəyərini belə qiymətləndirib:

Hər çətin anımda kəsin yanımı,
Axın ürəyimə gülüşlə, sözlə.
Dolaşıq həyatım bir düyçə kimi
Həmişə möhtacdır dost əllərinə.
Həyatda dostsuz insan olmamalıdır. Çünki hər bir şəxsin ruh mübadiləsinə, fikir paylaşmasına ehtiyacı var.
“Dünya sənin, dünya mənim, dünya heç kimin” demiş Məmməd Araz mənəviyyatı, -akıl (ağıl) imperiyasını güc və silah - zor imperiyasından üstün tutmuş, “dostluq” mənəvi dəyərinə müraciət etmişdir.
Məlumdur ki, bütövlükdə Azərbaycanşünaslıq yalnız Ədəbiyyatşünaslıq və onun bir budağı olan Bədii Ədəbiyyatla məhdudlaşmır.
Əvəzsiz mənəvi dəyərlər mənbəyi olan Bədii Ədəbiyyat əsasən şairlər və yazıçılar tərəfindən yaradılıb. “20-ci əsr Azərbaycan yazıçıları ensiklopedik məlumat kitabı”nda mindən (1000) artıq şair və yazıçı haqqında məlumat verilir. Həmin yaradıcı insanların hər birinin əsərlərində bol-bol mənəvi dəyər adı çəkilir. Ümumiyyətlə Ədəbiyyatşünaslıqda zəngin mənəvi dəyərlər aləmi yerləşib. Azərbaycanşünaslığın Ədəbiyyatşünaslıq, Dinşünaslıq və başqa bölmələrində - sahələrində olan mənəvi dəyərlərin mənimsənilməsi, milləti (ölkə əhalisini) və Bəşəriyyəti qələbədən qələbəyə aparacaq.
Mənəvi dəyərlərin mənimsənilməsi, təbii olaraq, insanın yaşından biliyindən təcrübəsindən, irsindən, peşəsindən, zəhmətkeşliyindən və başqa keyfiyyətlərindən asılı olduğundan, dəyərləri də göstərilən əlamətlərinə görə insanlar üzrə paylaşdırmaq olar. Məsələn, yaşa görə çocuqlardan, gənclərdən, cavanlardan və yaşlılardan fərqli (təcrübələrinə uyğun) mənəviyyat tələb etmək yerinə düşər.
Ailə himayəsində olan çocuqlara uyğun: çalışqanlıq, intizamlıq, oxuculuq və təmizlik kimi dəyərləri tətbiq etmək faydalı olar.
Cəsarətlik, dostluq, qoçaqlıq və səliqəlik təkin dəyərlərin gənclər tərəfindən mənimsənilməsi onların məqsədlərinə xidmət edər. Vətənpərvərlik mənəviyyatı gənclərimizin evdə də, məktəbdə, əsgərlikdə, istehsalatda da gündəlik qayğısı olmalıdır.
İstehsalçı olan cavanlara: doğruluq, əməkçilik, işgüzarlıq və qəhrəmanlıq daha münasibdir.
Azərbaycanşünaslığın həyati rolu haqqında düşünərkən, belə qərara gəlmək olar ki, Pedaqoji mənada çocuqluq və uşaqlıq yaşlarından başlayaraq, millətin (ölkə əhalisinin) tərbiyəsi -mənəviyyatı üzrə ən böyük məsuliyyəti ailələrdən və müəllimlərdən (öğretmenlerden) sonra artistlər, o cümlədən yazıçılar və şairlər daşıyırlar.
“BMT erası” adlandırılan indiki, - Bəşəriyyətin yalançılığa və terrorizmə qarşı mücadilə apardığı bir dövrdə, bütün səylərlə yanaşı, mənəviyyatın da mənimsənilməsi hər yerdə zəruridir.
Dünyada beləcə: elliklə - birlikdə; intizamlıqla, dostluqla, doğruluqla, istəkliklə, örnəkliklə çalışarlarsa, Bəşəriyyət növbəti intibah mərhələsinə qədəm qoyar.
Ölkələr üçün təhlükəsizlik, iqtisadi inkişaf sivilizasiya, sabitlik və mənəviyyat labüddür.
Mehribanlıq insanları və dünyanı xilas edəcək!

Baba Əhmədli,
Alim, publisist


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!