Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
15-05-2025, 23:12
Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"


Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.
İTV-nin müxbiri Paşinyandan Ermənistan yeni Konstitusiyasında Müstəqillik haqqında Bəyannaməyə istinadın olub-olmayacağını soruşub.
Nikol Paşinyan deyib ki, Ermənistanda hələ yeni Konstitusiya layihəsi yoxdur.
Paşinyan sülh sazişi barədə də danışıb. Onun sözlərinə görə, İrəvan ATƏT-in Minsk Qrupunun buraxılmasını məqbul hesab edir: “Bizim təklif etdiyimiz həll yolu belədir: sülh sazişi imzalamaq və eyni zamanda ATƏT-in Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət etmək. Yəni eyni yerdə, eyni zamanda – bu çox vacibdir. Bu, regionumuzda qarşılıqlı etimadın və sabitliyin çox mühüm jesti olacaq”.
Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin razılaşdırılmış mətnində Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır: “Sülh sazişi Ermənistan Respublikasının parlamentində ratifikasiya edildikdə qeyd olunacaq ki, Ermənistan Respublikasının Azərbaycana və ümumiyyətlə, qonşularına qarşı heç bir ərazi iddiası yoxdur. Sülh sazişini imzalamaq və onu ratifikasiya etməklə bağlı qərar verməyə hazırıq”.
15-05-2025, 23:09
6 il əvvəl yanan "Diqlas"ın yerinə nə tikilir?


6 il əvvəl yanan "Diqlas"ın yerinə nə tikilir?

6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.
Hazırda tikinti üçün sənəd işləri hazırlanır.
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, obyekt özəl mülkiyyətdir. Bu səbəbdən Nizami RİH bununla bağlı açıqlama vermir.
Daha ətraflı “Xəzərxəbər”in süjetində:
15-05-2025, 22:44
"Əsirlikdən qayıdanların birinin başına "kislota" vurmuşdular" - MƏHKƏMƏ


"Əsirlikdən qayıdanların birinin başına "kislota" vurmuşdular" - MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 15-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Sonra David Babayanın vəkili məhkəməyə müraciət edərək xəstəliyi ilə əlaqədar davamlı müalicə aldığını, buna görə də əvəzlənməsini xahiş edib.
David Babayan müdafiəçisinin dəyişməsinə etirazının olmadığını bildirib.
Daha sonra məhkəmə zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib.
Zərərçəkmiş şəxs Sücaət Mədətova Füzuli şəhərinin 1992-ci il mayın 16-da Ermənistan ordusu tərəfindən raket atəşinə tutulması nəticəsində həyat yoldaşının şəhid olduğunu deyib.
O, dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında bildirib ki, Ermənistan silahlı qüvvələri rayonu işğal edəndə dörd tərəfdən mühasirəyə alıblar. Dinc sakinlərə qaçmağa belə imkan verilməyib, onlar müxtəlif tipli silahlarla atəşə tutulub, nəticədə çox sayda insan həlak olub.
Zərərçəkmiş digər şəxs Aqşin Ağazadə deyib ki, Ermənistan ordusunun bölmələrinin 1992-ci il martın 16-da Hadrut istiqamətindən Füzuli rayonunun Hərbi Komissarlığını raketlə vurmaları nəticəsində atası və qardaşı həyatlarını itiriblər.
O, 1993-cü ildə kəndləri işğal olunanda dayısının, həmçinin kəndin 9 mülki sakininin də qətlə yetirildiyini deyib. Zərərçəkmiş vurğulayıb ki, öldürülənlərin heç biri silahlı deyil, mülki şəxslər olub.
Zərərçəkmiş Rey Qasımov 1992-ci ilin yaz aylarından Ağdam şəhərinin Ermənistan ordusu tərəfindən atəşə tutulduğu söyləyərək deyib: "Bu atəş nəticəsində onlarla ağdamlı həlak oldu və yaralandı. Mənim 70 yaşlı xalam da həmin atəş nəticəsində xəsarət aldı və sonradan dünyasını dəyişdi".
Zərərçəkən ifadəsində vurğulayıb ki, Ağdamdan məcburən evlərindən çıxanda onlara heç bir əşyalarını götürməyə imkan verməyiblər.
O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabda bildirib ki, ermənilərin Ağdama ərazi iddiası 1988-ci ildə Xankəndidəki mitinqlərdən sonra başlayıb.
Digər zərərçəkmiş Kərim Novruzov qeyd edib ki, Ermənistan ordusunun sonuncu irimiqyaslı hücumu 1992-ci il martın 12-də baş verib. “Ermənilər Ağdərə rayonunun beş kəndinə, o cümlədən bizim Baş Güneypəyə kəndinə hücum etdilər. Onlar kəndi mühasirəyə alıb, tanklardan və ağır artilleriyadan atəş açırdılar. Kifayət qədər hərbi qüvvələri var idi, avtomatlar, pulemyotlar, snayper tüfəngləri ilə silahlanmışdılar. Atam 1992-ci il martın 12-də dinc sakinləri qətliamdan xilas edərkən həlak oldu. Atamdan əlavə, qardaşım, iki əmim və digər qohumlarım və uşaqlıq dostum həmin vaxt qətlə yetirildi. Hazırda da onların nəşlərinin harada olduğu məlum deyil”, - deyə K.Novruzov əlavə edib.
O, Baş Prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında deyib ki, həmin hücum zamanı atası Əvəz Novruzov, qardaşı Ziya Novruzov, əmiləri İsa Novruzov, Əsəddin Novruzov və Şəmsəddin Novruzov, nənəsi Səkinə Novuzova və digər kənd sakinləri, ümumilikdə 17 mülki azərbaycanlı qətlə yetirilib.
Zərərçəkən Bəxtiyar Ələsgərov məhkəməyə ifadə verib ki, Ermənistan silahlı qüvvələri 1992-ci il martın 12-də onların yaşadıqları Ağdərənin Baş Güneypəyə kəndinə dörd tərəfdən hücum etib. Həmin vaxt onun 17 yaşı olub, hadisə zamanı ayağından və çiynindən yaralanıb. Hücum vaxtı günahsız insanlara atəş açılıb, onlar qətlə yetirilib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında B.Ələsgərov söyləyib ki, Ermənistan hərbçiləri hadisə zamanı onun babası Balay Qəribovu, nənəsi Saray İsmayılovanı, anası Zabilə Ələsgərovanı, bacısı Nərgiz Ələsgərovanı və xalası Ramilə Ələsgərovanı öldürüblər. Onların cəsədlərinin yeri indiyədək məlum deyil.
Zərərçəkmiş Elşad Aslanov Ermənistan ordusunun 1992-ci il martın 16-da Ağdərə rayonunun 5 kəndi mühasirəyə aldığını vurğulayıb. Bildirib ki, erməni hərbçiləri onun atasını, dayılarını və digər mülki sakinləri qətlə yetiriblər.
Zərərçəkən Kənan Bayramov isə deyib ki, Ermənistan silahlı qüvvələri 1992-ci ildən Azərbaycanın Tərtər rayonuna hücum edib. Dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda bildirilib ki, həmin hücumlarda iştirak edənlər arasında təqsirləndirilən Arayik Harutyunyanın qardaşı da olub. Bu müharibə zamanı Tərtər çoxlu şəhid verib. Ermənistan ordusunun bölmələri həmin vaxt Tərtərə işğal altında saxladıqları Azərbaycanın ərazilərindən atəş açıblar. Zərərçəkən şəxs müharibə zamanı səhhətində ciddi problemlər yarandığını deyib. Prosesdə ifadə verən zaman da zərərçəkənin vəziyyəti pisləşdiyi üçün həkim müayinəsinə ehtiyac duyulub.
K. Bayramov diqqətə çatdırıb ki, əsirlikdən qayıdanların birinin başına "kislota" vurmuşdular, o, çox yaşamadı.
Zərərçəkən Vaqif Məhərrəmov Cəbrayılın işğalı zamanı zərər çəkdiyini qeyd edib. Deyib ki, Ermənistanın işğalçılıq siyasəti və təcavüzkar müharibəsi nəticəsində rayonun çoxlu sayda sakini şəhid olub. Rayon sakinləri doğma yurdundan qovulub, onların əmlakları talan olunub.
Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabına zərərçəkən deyib ki, Cəbrayıla hücum 1990-1991-ci illərdən başlayıb. Ermənistan tərəfi rayona müxtəlif tipli silahlar, ağır texnika ilə hücum edib. Zərərçəkən şəxs təqsirləndirilən Davit İşxanyanın sualına cavabında qeyd edib ki, o, Cəbrayılda polis rəisi işləyib. Cəbrayıla hücum edənlər arasında xarici muzdlular da olub.
Digər zərərçəkmiş Elxan Mehdiyev 1992-ci ildə Ermənistan ordusunun hücumu nəticəsində qardaşının Qubadlıda şəhid olduğunu deyib. Diqqətə çatdırıb ki, erməni hərbçilər Ermənistan sərhədindən rayonu atəş tuturdular. O, daha əvvəl atasının girov götürüldüyünü, altı aydan sonra isə nəşini aldıqlarını bildirib.
Zərərçəkmiş Osman Vəliyev qeyd edib ki, Zəngilanda baş verənlər miqyasına görə Xocalı faciəsindən kiçik olsa da, dəhşətli idi.
O bildirib ki, Zəngilan rayonunun 11 kəndi Ermənistan ordusu tərəfindən 1992-ci ilin dekabrında işğal olunub. İşğal zamanı dinc sakinlərə işgəncələr verilib, çoxlu sayda insan həlak olub.
"1993-cü ildə Zəngilan, Qubadlı, Cəbrayıl və Arazqırağı ərazilər işğal olunduqdan sonra Zəngilan rayonunun Azərbaycanın digər əraziləri ilə əlaqəsi kəsildi",- deyə zərərçəkmiş vurğulayıb.
Zərərçəkmiş Sərxan Musayev Tərtərin Ermənistan ordusu tərəfindən 1991-ci ildən artilleriya atəşinə tutulduğunu söyləyərək deyib: "Nəticədə dinc sakinlər arasında ölənlər və yaralanlar oldu, evlərə ziyan dəydi".
Məhkəmədə ifadə verən zərərçəkmiş Mədəd Hümbətalıyev də Cəbrayılın işğalı zamanı zərər çəkdiyini deyib. O qeyd edib ki, rayona hücum müxtəlif tipli silahlar, o cümlədən ağır texnika ilə həyata keçirilib. Ermənistan Cəbrayılı o zaman işğal altında saxladığı Hadrutdan hədəf alıb. O diqqətə çatdırıb ki, bu gün məhkəmə əyləşən 15 şəxs milliyyətcə erməni olduqları üçün deyil, Azərbaycan xalqına qarşı ən ağır cinayətlər törətdikləri üçün mühakimə olunur. Onlar Cəbrayılı işğal edərkən rayon sakinlərinə zülm veriblər. Ərazilərimizi işğal altında saxladıqları vaxt qəbiristanlıqlarımızı dağıdaraq cəsədləri məzardan çıxarıb və təhqir ediblər.
Zərərçəkən məhkəmədə ifadə verən zaman Ermənistan silahlı qüvvələrinin rayonlarımızı işğal edən zaman lentə alınan video nümayiş olunub. Zərərçəkən kadrları göstərək deyib ki, "bura Qubadlı rayonunun ərazisidir. Ermənistan Ordusu Qubadlı işğal olunduqdan sonra həmin ərazidən Zəngilana hücum edib, onların kəndini yandırıb. Hərbçilər Dərzili kəndində qətlə yetirdikləri azərbaycanlıların meyitlərini yandırıblar. Videokadrlarda Ermənistan ordusunun döyüşçüsü götürdükləri yüksəklikdən danışır. Bildirir ki, buradan da irəliləyib Zəngilana gedəcəklər. O, babalarının “vəsiyyətini” yerinə yetirdiklərini, məqsədlərinə çatdıqlarını deyir. Sonra isə daşnakların “Qalx daşnak Dro” mahnısını ifa edirlər.
Videoda üzərində "Daşnaksütyun partiyası" yazılmış bayraq nümayiş olunur. Zərərçəkən dövlət ittihamını müdafiə edən prokurorların sualına cavabında deyib ki, Ermənistan hərbçiləri azərbaycanlıların meyitlərinin üstünə benzin tökərək yandırıblar. O, ifadəsində söyləyib ki, Ermənistan ordusu 1993-cü oktyabrın 25-i Dərzili kəndindən tanklarla Zəngilana hücuma keçib. Orada 7 polisimiz qəhrəmancasına şəhid olub. Tank mərmisinin onun yaxınlığına düşməsi nəticəsində ağır yaralanıb və on yeddi qəlpə yarası alıb. Zərərçəkən növbəti kadrların Qubadlının Zilanlı kəndində lentə alındığını deyib. Bildirib ki, Ermənistan silahlı qüvvələri kəndlərimizi, o cümlədən onun yaşadığı Məmmədbəylini də yandırıb. Qətlə yetirdikləri yeddi polisimizin nəşi indiyədk tapılmayıb. Onların ailələrinin gözü hələ də yoldadır.
Məhkəmədə ifadə verən İlyas Şəmilov da Ermənistanın Tərtəri atəşə tutması nəticəsində zərər çəkdiyini vurğulayıb. Bildirib ki, həmin vaxt Tərtər mütəmadi olaraq atəşə məruz qalıb.
Digər zərərçəkmiş Ənvər Qafarov isə Cəbrayılın işğalı zamanı zərər çəkdiyini deyib. Bildirib ki, Ermənistan ordusu Cəbrayıla hücum edəndə mülki vətəndaşları hədəf alıb. Əsasən də əkin-biçin vaxtı sakinlərə hücum edilib.
Zərərçəkən Aslan Şahbazov da Qubadlının işğalından danışaraq söyləyib ki, 1988-1989-cu illərdən rayon əhalisinə hücumlar edilib. Rayon müxtəlif tipli silahlarla atəşə tutulub. O, bu müharibə zamanı çoxsaylı qohumlarının şəhid olduğunu deyib.
Zərərçəkən Azad Musayev Zəngilanın, Azər Eminov isə Qubadlının işğalı zamanı zərər çəkdiklərini qeyd ediblər. Onlar ifadələrində diqqətə çatdırıblar ki, təqsirləndirilən şəxslər bütünlükdə bəşəriyyətə, insanlığa qarşı cinayət törədiblər.
Məhkəmədə ifadə verən Əlisəfa Quliyev də Zəngilanın işğalı zamanı zərər çəkdiyini deyərək bildirib ki, həmin vaxt erməni hərbçilər dinc sakinlərə zülm veriblər., insanları güllələyib, başlarını kəsiblər. Məqsəd əhalini məhv etmək olub.
Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verərkən, həmçinin təqsirləndirilən şəxslər tərəfindən onlara suallar ünvanlanıb.
Məhkəmə prosesi mayın 16-da davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
15-05-2025, 21:20
Rusiya-Ukrayna danışıqları sabah keçiriləcək


Rusiya-Ukrayna danışıqları sabah keçiriləcək

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.
Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
“Bəli, danışıqlar mayın 16-sı başlayacaq”, - danışıqların təşkilinə yaxın mənbə müvafiq suala cavab verərkən söyləyib.
15-05-2025, 20:26
Dənizdə boğulduğu ehtimal edilirdi - 7 ay sonra sağ tapıldı


Dənizdə boğulduğu ehtimal edilirdi - 7 ay sonra sağ tapıldı

Bakıda 7 aydır itkin kimi axtarılan şəxs tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, itkin kimi axtarılan 28 yaşlı Qurbanlı Kənan Vaqif oğlu Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.
Qeyd edək ki, ötən ilin oktyabrında itkin düşən K. Qurbanlının dənizdə batdığı ehtimal olunurdu.
Onun indiyədək harada olduğu hələlik açıqlanmayıb.
15-05-2025, 20:24
Zelenskidən danışıqlarla bağlı yeni format


Zelenskidən danışıqlarla bağlı yeni format

Ukrayna ilə bağlı danışıqlar hətta onlayn aparıla bilər.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Ukrayna prezident aparatının YouTube kanalında yayımlanan mətbuat konfransında deyib.
O qeyd edib ki, media var, internet var: “Qarşılaşmaq və bütün prosesləri çətinləşdirməyə ehtiyac yoxdur”.
15-05-2025, 19:21
Marko Rubio Türkiyədə


Marko Rubio Türkiyədə

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO xarici işlər nazirlərinin Antalyada keçirilən görüşü çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Onların hansı məsələləri müzakirə etdikləri hələ ki açıqlanmayıb.
15-05-2025, 19:02
Zelenski Ərdoğanla bağlı paylaşım etdi


Zelenski Ərdoğanla bağlı paylaşım etdi

Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ankarada keçirdiyi görüşlə bağlı paylaşım edib.
O, “X” səhifəsində Ərdoğanla əməkdaşlıq, təhlükəsizlik təminatları, atəşkəsin monitorinqi, dənizdə minalardan təmizləmə, Ukraynanın yenidən qurulması və dövlətlər arasında tərəfdaşlığın inkişafı məsələlərini də müzakirə etdiyini diqqətə çatdırıb.
O, bu məsələlərin əksəriyyəti ilə bağlı həmkarı ilə ortaq baxışa malik olduğunu qeyd edib.
15-05-2025, 18:49
İlham Əliyev Albaniyaya getdi - FOTO


İlham Əliyev Albaniyaya getdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gedib.
Tirana şəhərinin Beynəlxalq Hava Limanında dövlət başçısını Albaniya Baş nazirinin müavini, İnfrastruktur və energetika naziri Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıblar.


15-05-2025, 18:18
İstanbulda Ukraynanı o təmsil edəcək - Zelenski TƏSDİQLƏDİ


İstanbulda Ukraynanı o təmsil edəcək - Zelenski TƏSDİQLƏDİ

İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında keçiriləcək görüşdə prezident Volodimir Zelenski iştirak etməyəcək.
Zelenski Ukrayna nümayəndə heyətini İstanbula göndərdiyini təsdiqləyib.
O, bu barədə Türkiyə prezidenti Ərdoğanla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Zelenskinin sözlərinə görə, nümayəndə heyətinin rəhbəri Ukraynanın müdafiə naziri Rustem Umerov olacaq.
Prezident əlavə edib ki, Ukrayna nümayəndə heyətinin atəşkəs məsələsini müzakirə etmək mandatı var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!