Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
28-05-2025, 23:50
Ukrayna Rusiyaya atəşkəs sənədi göndərdi


Ukrayna Rusiyaya atəşkəs sənədi göndərdi

Ukrayna atəşkəs şərtləri ilə bağlı Rusiyaya müvafiq sənəd göndərib.
Bu barədə Ukrayna müdafiə naziri Rüstəm Umerov deyib.
O, hər hansı əlavə məlumat verməyib.
28-05-2025, 22:22
Araz Musayev niyə bıçaqlanıb?


Araz Musayev niyə bıçaqlanıb?

Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı məlum olub.
Türkiyənin Antalya şəhərində keçirilən İFMA dünya çempionatına Azərbaycandan 14 nəfərlik heyət qatılıb.
Muay Tay Federasiyasının prezidenti Araz Musayev isə heyətə başçılıq edib.
Dünən keçirilən görüşdə Azərbaycan yığma komandasının üzvü yarımfinala yüksəlib. Bu gün günorta saatlarında keçirilən yarışda Araz Musayevlə türkiyəli idmançı arasında mübahisə yaranıb. Arenada yaranmış mübahisə çempionatın təşkilatçıları tərəfindən yatırılıb və turnir davam edib. Nahar fasiləsində türkiyəli nümayəndə heyətinin rəhbəri ilə Araz Musayev mübahisə edib və onlar arenanın binasından kənara çıxıb küçədə yenidən dalaşmağa başlayıblar.
Hadisə nəticəsində Araz Musayev kürək nahiyəsindən bıçaqlanıb. O, təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Hazırda Araz Musayevin səhhəti sabit-ağır qiymətləndirilir.
28-05-2025, 20:16
Qarabağda səslənən hər not Azərbaycan xalqının dirçəlişinin səsidir


Qarabağda səslənən hər not Azərbaycan xalqının dirçəlişinin səsidir

Azərbaycanın nailiyyətləri ümumi qürur mənbəyidir. Qardaşım İlham Əliyevin töhfəsi sayəsində Türkiyə-Azərbaycan əməkdaşlığı gündən-günə güclənir və təkcə region deyil, bütün dünya üçün əməkdaşlıq nümunəsinə çevrilir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş konsertdən əvvəl çıxışında deyib.
Ərdoğan keçmişdən dərs almağa və regionda davamlı sülh, etimad və mehriban qonşuluq istiqamətində addımlar atmağa çağırıb. "İnanırıq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev regionda sülhün memarı kimi öz adını tarixə yazacaq", - Türkiyə lideri bildirib.
Onun sözlərinə görə, Türkiyə qardaş Azərbaycanla əlaqələri daha da gücləndirməkdə qərarlıdır. “Biz həm kədərdə, həm də sevincdə Azərbaycan xalqının yanında olacağıq”, - deyən Türkiyə lideri Azərbaycan və Türkiyənin qardaşlığının əbədi olaraq davam edəcəyinə ümidvar olduğunu bildirib. O, qeyd edib ki, 1918-ci ildə Azərbaycanda yaradılmış Cümhuriyyət azadlıq və müstəqillik arzusunun təzahürü olduğu kimi, Qarabağdakı Qələbə də müasir Azərbaycanın güclənməsinə və çiçəklənməsinə töhfə verir.
Prezident Rəcəb Tayyib Ərdoğan deyib: "1918-ci ildə alovlanan azadlıq məşəli bu gün Azərbaycanın yolunu daha da işıqlandırır. Azad edilmiş Qarabağda səslənən hər not Azərbaycan xalqının dirçəlişinin səsidir".
28-05-2025, 19:25
Gəncə sakini Rusiya-Ukrayna müharibəsində həlak oldu


Gəncə sakini Rusiya-Ukrayna müharibəsində həlak oldu

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Gəncə sakini həlak olub.
Gəncə şəhərində anadan olmuş, Rusiya vətəndaşı 1977-ci il təvəllüdlü Orxan Rüstəmov martın 22-də gedən döyüşlər zamanı həlak olub.
O, fevral ayında Rusiya-Ukrayna arasında gedən döyüşlərə qatılıb. Mərhumun qardaşı Sərxan Rüstəmov bildirilib ki, Orxan Rüstəmovun həlak olması ilə bağlı onlara 4 gün əvvəl məlumat verilib.
Orxan Rüstəmovun nəşi sabah Gəncə şəhərinə gətiriləcək. Mərhumun sabah Gəncədə dəfn olunması nəzərdə tutulub.
Qeyd edək ki, Rusiya-Ukrayna döyüşlərində həlak olan Orxan Rüstəmov ailəli olub, onun iki övladı var.
28-05-2025, 18:45
Zakir Həsənov Yaşar Gülərlə Laçında görüşdü


Zakir Həsənov Yaşar Gülərlə Laçında görüşdü

Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 28-də Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Ölkələr arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, həmçinin bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.
28-05-2025, 18:35
Azərbaycan və Türkiyə Kəşmir məsələsində qətiyyətli mövqe nümayiş etdirir


Azərbaycan və Türkiyə Kəşmir məsələsində qətiyyətli mövqe nümayiş etdirir

Azərbaycan və Türkiyə Kəşmir məsələsində qətiyyətli mövqe nümayiş etdirir.
Bunu Pakistan Baş naziri Şahbaz Şərif Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib: “Laçında Azərbaycan-Türkiyə-Pakistan Üçtərəfli Zirvəsinin II iclası çox səmərəli oldu. Bir çox məsələləri müzakirə etdik. Qərara gəldik ki, bu 3 dövlət arasında əlaqələndirmə, koordinasiya olsun. Bu füsunkar məkanda – Laçında qardaş dövlətin bayrağı dalğalanır. Bu onu sübut edir ki, bayraqlarımız hər zaman bir yerdə ucalıqlarda dalğalanacaq, gələcəyə, firəvanlığa doğru birgə irəliləyəcək. Hər iki qardaşıma təşəkkür edirəm ki, Pakistana ədalətli məsələsində - Cammu və Kəşmir məsələsində dəstək verirlər. Təəssüf ki, elə füsunkar bölgədə qan tökülüb. O insanlar onilliklərdir ki, zülmə qarşı mübarizə aparırlar. Lakin hər zamankı kimi qətiyyətlidirlər və heç zaman təslim olmayacaqlar. BMT Nizamnaməsinə uyğun olaraq hüquqları bərpa olunanadək, Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilənədək mübarizə aparacaqlar. Pakistan hər zaman kəşmirlilərin yanında olub. Azərbaycan və Türkiyə də Kəşmir məsələsində eyni qətiyyəti nümayiş etdirib. İnşallah, gün gələcək, Kəşmir xalqı da öz hüquqlarını təmin edəcək, quldarlıqdan canlarını qurtaracaqlar”, - deyə Pakistan Baş naziri vurğulayıb.
28-05-2025, 18:21
3 ölkənin lideri seyrangahda


3 ölkənin lideri seyrangahda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 28-də Laçın şəhərində seyrəngahda olublar.
Prezident İlham Əliyevin iki il əvvəl mayın 28-də bu seyrəngahda ilk dəfə Laçına köçən keçmiş məcburi köçkünlərə evlərinin açarlarını təqdim etdiyi barədə qonaqlara məlumat verildi.
Bildirildi ki, indi burada Laçında istifadəyə verilmiş müəssisələrin məhsulları nümayiş olunur. Sərgidə “Laçın” Aqro-Sənaye Parkında, “PIRSHAGHI” ayaqqabı fabrikinin, “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin Laçın filiallarında, “LATIFA” Laçın tikiş fabrikində istehsal olunan məhsullar təqdim edilir. Həmçinin sərgidə “Bakı Abadlıq Xidməti”, efir yağları zavodu, “Naxışlı” tikiş evi, Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzi, “Həkəri” balıqçılıq təsərrüfatı da təmsil olunur.
Qeyd edək ki, sərgi 28 May - Müstəqillik Gününə həsr olunub.
28-05-2025, 17:20
Ərdoğan Laçında Səməd Vurğunun şeirini oxudu


Ərdoğan Laçında Səməd Vurğunun şeirini oxudu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında 28 May - Müstəqillik Gününə həsr olunan konsertdən əvvəl çıxışı zamanı Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirindən bir neçə bənd səsləndirib.
28-05-2025, 17:10
Laçından üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq


Laçından üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Əziz qardaşlarımın - Türkiyə Prezidenti və Pakistan Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik dünya miqyasında artıq tamamilə yeni reallıqlar yaratdı. Bizim gücümüz birliyimizdədir.
Bu fikirləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı səsləndirib.
“Bu gün üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bizim birliyimizi bir daha göstərəcək, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”, - deyə dövlətimizin başçısı qeyd edib.
28-05-2025, 17:06
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi


Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi

107 il bundan əvvəl Azərbaycanda müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu, böyük tarixi hadisə idi.
Bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.
Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün uzun olmadığını, 1920-ci ilin aprelində müstəqilliyimizin əlimizdən alındığını vurğulayan dövlətimizin başçısı bildirib ki, ondan bir neçə ay sonra Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilib. Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!