Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
12-05-2025, 18:27
İlham Əliyevdən PKK-nın ləğvinə reaksiya


İlham Əliyevdən PKK-nın ləğvinə reaksiya

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
Bu barədə Azərbaycan dövtlət başçısının "X"dəki rəsmi səhifəsində paylaşım edilib.Paylaşımda deyilir:

"Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm. Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir. Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram", - paylaşımda bildirilib.
12-05-2025, 18:20
Gəncədəki yanğınla bağlı rəsmi AÇIQLAMA


Gəncədəki yanğınla bağlı rəsmi AÇIQLAMA

Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 12-də Gəncə şəhəri, Fikrət Əmirov küçəsi 22/22 ünvanındakı 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın nəticəsində 1967-ci il təvəllüdlü Adil Alıyevin ölməsi və 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədovanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən prokuror-kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin ehtimallara əsasən yanğın tez alışan məhlulun alovlanması nəticəsində baş verib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Hadisənin təfərrüatlarının tam, obyektiv və hərtərəfli araşdırılması istiqamətində operativ tədbirlər həyata keçirilməklə müvafiq qərarın qəbul olunması təmin olunacaqdır.
12-05-2025, 17:57
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadıldı


Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadıldı

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə hərbi xidmət müqaviləsi 2030-cu ilə qədər uzadılıb.
Bu barədə Rusiya Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Şoyqu 2012-ci ildən 2024-cü ilə qədər Rusiyanın müdafiə naziri vəzifəsini tutub. 2024-cü ilin mayın 12-dən RF Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışır.
12-05-2025, 17:38
Yük maşını traktorla toqquşdu - Xəsarət alanlar var


Yük maşını traktorla toqquşdu - Xəsarət alanlar var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax avtomobil yolunun Tovuz rayonunun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, traktorla yük maşını toqquşub, xəsarət alanlar var.
Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alanlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

12-05-2025, 17:29
Sumqayıtda fəhlə zavodda yıxılaraq xəsarət aldı


Sumqayıtda fəhlə zavodda yıxılaraq xəsarət aldı

Sumqayıtda fəhlə işlədiyi zavodda xəsarət alıb.
Hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən zavodda qeydə alınıb.
1969-cu il təvəllüdlü Zamanov Çingiz Çərkəz oğlunun fəhlə işlədiyi zavodda ehtiyatsızlıqdan yıxılaraq xəsarət aldığı bildirilir.
O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
12-05-2025, 17:15
Müəllimlərin vakansiya seçiminin nəticələri AÇIQLANDI


Müəllimlərin vakansiya seçiminin nəticələri AÇIQLANDI

29 aprel-6 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib.
Bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, müəllimlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər.
Elektron yerləşdirmə zamanı 16 nəfər şəhid ailəsi üzvü olmaqla 1868 nəfər müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.
Qeyd edək ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaqlar. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat müəllimlərin şəxsi səhifələrinə göndəriləcək.
12-05-2025, 17:02
Hakan Fidandan PKK-nın ləğvinə reaksiya


Hakan Fidandan PKK-nın ləğvinə reaksiya

Türkiyənin xarici işlər naziri Hakan Fidan PKK terror təşkilatının özünü buraxması və silahlı fəaliyyətini dayandırması ilə bağlı xəbərlərə münasibət bildirib.
O, Ankarada Türkiyə, Livan və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair brifinqdə çıxış edərək əmin edib ki, Ankara “terror təşkilatının özünü ləğv etməsi ilə bağlı bəyanatından sonra əməli addımları izləyəcək”.
Türkiyə diplomatiyasının rəhbəri PKK terrorçularının fəaliyyətinin dayandırılması qərarını “bölgədə uzunmüddətli sülh və sabitlik yolunda tarixi və mühüm addım” adlandırıb.
Bu qərar “səmimiyyətlə həyata keçirilərsə” gələcəyimizə, vətəndaşlarımızın gələcəyinə çox müsbət təsir göstərəcək”, - deyə türkiyəli nazir bildirib.
12-05-2025, 16:53
Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlıq müzakirə olundu


Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlıq müzakirə olundu

12 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Şura Məclisinin sədri Əli bin Saleh Al Saleh ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan-Bəhreyn əməkdaşlığının parlamentlərarası müstəvidə inkişafı və davam etdirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
İki ölkə arasında dostluq, qardaşlıq, qarşılıqlı hörmət və anlayışa əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, xalqlarımız arasında bağların daha da gücləndirilməsi istiqamətində parlament diplomatiyasının, qanunvericilik orqanlarının üzvləri arasında qarşılıqlı səfər və mübadilələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Azərbaycanla Bəhreyn arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi platformalarda əməkdaşlıq məmnunluqla qeyd edilib. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində təsis edilmiş Parlament Şəbəkəsinə Bəhreyn tərəfindən göstərilən dəstəyə, habelə Parlament Şəbəkəsinin 2-ci iclasının Manamada müvəffəqiyyətlə təşkilinə görə təşəkkür ifadə olunub.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə hədə törədən mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Azərbaycanın təşəbbüsü və səylərilə irəlilədilən ikitərəfli normallaşma və sülh danışıqları çərçivəsində əldə olunan uğurlardan bəhs olunub, sülh müqaviləsinin mətni üzrə danışıqların yekunlaşdırıldığı diqqətə çatdırılıb. Bununla belə, Ermənistan Konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam etdirilən ərazi iddialarının regional sülh səylərinə maneə olduğu vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
12-05-2025, 16:41
Evində kirayə yaşaydığı qohumunun pulunu oğurladı, həbs edildi


Evində kirayə yaşaydığı qohumunun pulunu oğurladı, həbs edildi

Yardımlı şəhəri ərazisindəki evlərdən birində kirayə yaşayan qadın naməlum şəraitdə həmin evdən 5 min manat pulunun oğulanması barədə polisə müraciət edib.
Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin qohumu 48 yaşlı E.Miranova müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
12-05-2025, 16:36
Məhkəmə Əziz Orucovla bağlı qərar verdi


Məhkəmə Əziz Orucovla bağlı qərar verdi

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, şikayət təmin olunmayıb və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsəsn, Əziz Orucov 2 il müddətinə azdlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
Bir qədər əvvəl 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə cinayət işinə xitam verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!