Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 2-05-2025, 20:03
Dağlar qızı Reyhan


Abid ŞAMİLOĞLU,
Afurca kəndi


Dağlar qızı Reyhan
Esse

Azərbaycan xalqı həmişə torpağına, el-obaya bağlı olmuşdur. Xalqımızın nəinki kişiləri, hətta qadınları da böyük qəhrəmanlıqlar göstərmişlər.
Çox qədimdə anamız Tomris Daranı məğlub edib, başını kəsmişdir. Həm oğlunun, həm də xalqının qisasını almışdır. Dahi şairimiz Nizami Gəncəvi Nüşabə surətini yaratmaqla Azərbaycan qadınlarının qəhrəmanlığını ön plana çəkmişdir. İskəndər kimi bir işğalçı onun ağlına, fərasətinə heyran olur, Azərbaycan torpaqlarına toxunmayaraq geri qayıdır.
Azərbaycan Xalq Qəhrəmanı Koroğlunun həyat yoldaşı Nigarı da göstərə bilərik. Uzun Həsənin anası Sara Xatun dünya miqyasında bir diplomat idi. O, Azərbaycanı müdafiə edirdi. Dövlətlərlə diplomatik danışıqlar aparırdı. Bununla da müharibələrin qarşısını alırdı. Gəncə xanı Cavad xanın həyat yoldaşı rus ordusu ilə qorxmadan vuruşurdu. Qubalı Fətəli xanın həyat yoldaşı Tuti-Bikə aylarla Dərbənd qalasını düşməndən müdafiə etmişdi. İkinci Dünya Müharibəsində təyyarəçi- bombardmançı Züleyxa Seyidməmmədova düşmənə qan uddururdu. Azərbaycanlı snayperimiz Ziba Qəniyeva yüzlərlə faşisti məhv etmişdi. Düşmən onun hədəfindən qaça bilmirdi. Qarabağ döyüşlərində qəhrəmanlıqla vuruşan Nigar Həmidli, Kəmalə Məmmədova, Gültəkin Əsgərova, Könül Qəhrəmanova heç vaxt Azərbaycan xalqının yadından çıxmayacaq.
Çoxdandır maraqlandığım bir mövzu məni rahat buraxmırdı. Öz-özümə xəyalımda ölçüb-biçib bir esse yazmaq arzusuna düşmüşdüm. Lakin bu mövzunu dəqiqləşdirmək, sənədləri araşdırıb, bu sənədlər əsasında hər cürə fantaziyadan uzaq bir yazını meydana gətirmək çox da asan deyildi. Mövzu haqqında xalq içərisində yayılan əhvalatlar dildən-dilə gəzirdi.
Sovet hökuməti dövründə bu mövzuda danışmaq yasaq sayılırdı. Yaşlı adamlar gizli-gizli bu əhvalatı yeni nəslin nümayəndələrinə çatdırırdılar.
Dağlar qızı Reyhan. Bu qız kimdir? Niyə onun haqqında bu məşhur mahnını yaradıblar? Maraqlıdır.
Demək ki, qədirbilən xalqımız öz övladını unutmamış, sənətkarlarımız bu qəhrəman qızımız barədə şeir yazıb, mahnı qoşmuşlar. Mahnının sözlərini şair Tələt Eyyubov, musiqisini isə 1959-cu ildə Fikrət Əmirov bəstələmişdir.
Mahnı çox az bir müddətdə məşhurlaşdı. Xalq mahnını sevdi. Qəhrəman Azərbaycan qızı haqqında əhvalatlar bütün Azərbaycana, bütün türk ölkələrinə, o cümlədən Türkiyəyə yayıldı. Türk müğənniləri bu mahnını oxudular.
Onun haqqında 1968-ci ildə “Reyhan – dağlar qızı” adlı bir film çəkdilər. 1960-cı ildə SSRİ Xalq artisti Rəşid Behbudov ilk dəfə bu mahnını oxudu. Rəşiddən sonra Zeynəv Xanlarova da bu mahnını ifa etdi. Mahnı bütün dünyada məşhurlaşdı.
Yəqin ki, həmin vaxtlarda Reyhan haqqında məlumatları olmayan bəzi dairələr, bu mahnının hər hansı Azərbaycan qızının tərifi olmasını sanırdılar. Ona görə də mahnı heç bir senzura ilə üzləşmədi. Mahnı oxundu, məşhurlaşdı, sevildi.
Yeri gəlmişkən, Tələt Eyyubovun bu şeirini bu yazıda tam olaraq verməyi lazım bildim.
Dağlar qızı Reyhan, Reyhan,
Parlaqdır ulduzun Reyhan, Reyhan
Aləm sənə heyran, heyran, heyran!
Nəqarət
Nə qəşəngsən, ay qız,
Gül-çiçəksən, ay qız,
Birdanəsən, ay qız,
Dürdanəsən, ay qız.
Gözəllər gözəli Reyhan, Reyhan,
Sevdanın əzəli Reyhan, Reyhan,
Aləm sənə heyran, heyran, heyran!
Nəqarət
Zil qaradır gözün Reyhan, Reyhan,
Baldan şirin sözün Reyhan, Reyhan,
Aləm sənə heyran, heyran, heyran!
Nəqarət.
Quba-Xaçmaz yolunun kənarında, Xaçmaz şəhərinə çatmağa üç kilometr qalmış sağ tərəfdə Padar kəndi yerləşir. Əhalisinin sayına, sahəsinə görə Xaçmazda ən böyük kəndlərdən biridir. Bu kənd ilə tanışlığım çox uzaq illərə təsadüf edir. Qohumlarım, əzizlərim bu kənddə yaşayır. Bu cəhətdən maraqlandığım mövzu haqqında məlumat toplamaq mənim üçün o qədər də çətin olmadı. Kəndin yaşlı adamları ilə söhbət etdim. Tarixin səhifələrini vərəqlədik, sənədləri araşdırdıq. Mən artıq hər şeyə əmin oldum. Hər şey göz qabağında idi.
Bəli, biz tariximizi unutmadıq. Onu qoruyub saxladıq. Bu əhvalatı gələcək nəsillərə bir əmanət kimi çatdırmaq bizim borcumuzdur. Bu qəhrəman Azərbaycan qızı haqqında bu kiçik yazını yazmağı özümə borc bildim. Xalqımıza qarşı bütün dövrlərdə məqsədyönlü soyqırımlar təşkil olunmuşdur. Bu hadisələr, soyqırımlar qanla yazılmış bir tarixdir. Torpaqlarımız işğal olunmuş, ev-eşikləri dağıdılmış, od-ocaq viran qalmışdır. Mədəniyyət abidələri dağıdılmış, talan olmuşdur.
Nənələrimizin, analarımızın ah-naləsi ərşə qalxmışdır. Körpələrin göz yaşları heç vaxt unudulmayacaq.
1918-ci il mart-aprel aylarında Bakıda, Şamaxıda, Salyanda, Qubada və digər bölgələrdə azərbaycanlıların kütləvi şəkildə qırılmaları xalqımıza qarşı törədilən əsl dəhşətli soyqırım idi. Erməni cəlladları aprel-may ayları ərzində təkcə Quba qəzasında 36782 nəfər insanı qətlə yetirmiş, Siyəzən, Şabran dairə və nahiyələri ərazisində 5 mindən çox insanı ağır işgəncələrlə öldürmüşlər. 167 kənd tamamilə dağıdılmış, 380 ailəni gecə yatdığı yerdə od vuraraq yandırıb, kül etmişlər. Quba şəhərində 568 nəfərin baş dərisi soyulmuş, başı kəsilmiş, gözlərini çıxarmaqla qətlə yetirmişlər. 127 hamilə qadın, 151 uşaq və gənc xəncərlə doğranmışdı.
Erməni terrorçularının Azərbaycanda törətdikləri qanlı soyqırımları uzun illər Şura hökuməti xalqımızdan gizlətmişdir. Həqiqətlər üzə çıxandan sonra gizlədilmiş faktlar xalqa çatdırıldı. Xalqa qara böhtanların iç üzü görsənmışdı.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra 1993-cü ildə yenidən xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ermənilərin azərbaycanlıları öz dədə-baba torpaqlarından müxtəlif dövrlərdəki deportasiyalarına və bu torpaqlarda törətdikləri cinayətlərə dövlət səviyyəsində hüquqi qiymət verildi.
Xaçmaz və onun kəndləri hələ o zaman da Quba qəzasına daxil idi. Əhalinin əsas hissəsi kəndlərdə yaşayırdı. Həmin zamanlar dinc əhali ətrafda nə baş verdiyindən tamamilə xəbərsiz idi. Hərə öz təsərrüfatı ilə məşğul olurdu. Mal-qara saxlayır, tarlada əkib-biçir, ailələrinin dolanması üçün zəhmət çəkib işləyirdilər.

Toy və yas məclisləri qaydasında keçirilirdi. Xalq adi günlərini yaşayırdı. Lakin hər şey birdən dəyişildi. Rusiyada Çar hakimiyyəti inqilab nəticəsində dağıdıldı. Bolşeviklər Sovet hakimiyyəti qurmaq adı ilə silahlı erməni quldur dəstələrini xalqın üzərinə yeritdilər. Stepan Şaumyanın quldur dəstələri Amazaspın başçılığı ilə Azərbaycanda terror əməliyyatları aparıb xalqımızı qana buladılar. Topla, pulemyotla silahlanan bu quldur dəstələri amansızlıqla Azərbaycanda soyqırım törətdilər.
Xaçmazın Padar kəndinə hücum edən Amazaspın quldur dəstələri kənddə böyük qırğın törədirlər. Həmin vaxt kənddə toy məclisi keçirilirmiş. Hər şeydən xəbərsiz toy adamları qəfildən gülləbaran edilir, süngülərlə qətlə yetirilirlər. Bəyi isə çox dəhşətli qəddarlıqla öldürürllər. Gəlin-Azərbaycanımızın qorxmaz, mərd qızı Reyhan quldurların əlindən qaçaraq gizli yollarla Qubanın dağlarına üz tutur. O, meşələrlə, uçurum yerlərlə qaçıb dağlarda gizlənir.
Yaşadığım yerdə - Təngə dağını keçəndən sonra yolun sol tərəfində çox uca dağlar hamının diqqətini cəlb edir. Ağ qaya adlandırılan bu dağ tarixlərə şahidlik etmişdir. Ağ qayanın aşağı tərəfində Qırmızı qaya adlanan dağ silsiləsi bu görüntünü daha da axar- baxarlı edir. Qırmızı qayanın üstündə çox qədim zamanlardan insanlar yurd salıb yaşamışlar. Bu dağın hər iki başında yaşayış məntəqələri vardır. Çənlibeli xatırladan bu dağda insanlar maldarlıqla, qoyunçuluqla məşğul olmuşlar. Yaylaqda əkin əkmiş, kartof becərmişlər. Bu yolla onlar öz dolanacaqlarını təmin etmişlər.
Dağın üstündən yaylağa getmək o qədər də asan deyil. Buraya cığır Ağ qayanın sağ tərəfindəndir. Uçurumlardan ibarət olan bu cığırda çox ehtiyatla yerimək lazımdır. Cığırın düz qırağında çox hündür bir daş var. İndinin özündə də bu daş “Gəlin daşı”, “Gəlin qayası” adlanır.
Reyhan günlərlə meşələrdən, uçurumlardan yol gələrək həmin bu dağa çatdı. Bu daşın yanında oturub dincini alır. Burada bir neçə gün qalır, gecələyir. Yerli əhali bu qızın burada gizləndiyini görüb onu evlərinə aparırlar. Ona yemək, paltar verirlər. Reyhan əyninə kişi paltarı, ayağına çarıq geyinib, başına qoyun dərisindən tikilmiş papaq qoyur.
Reyhan artıq bir neçə müddət idi ki, bu dağın üstündəki yaşayış məntəqəsində yaşayırdı. Bu yerin adamları ona xüsusi hörmət göstərib onu əzizləyirdilər. Reyhan həmişə öz kəndini xatırlayır, gördüyü dəhşətləri heç vaxt yadından çıxara bilmırdı. O, daşnaklardan qisas almaq istəyirdi. Alçaq düşmənlərin törətdiklərinin əvəzini layiqincə vermək istəyirdi. Axır ki, Reyhan öz arzusuna çata bilir. Kəndlərinə xəbər göndərir. Əli silah tutan bütün cavanlar onun ətrafına toplaşır. Bunu eşidən başqa kəndlərdən də əli silah tutan cavanlar dəstəyə qoşulur. Birləşib böyük bir silahlı dəstə düzəldirlər. Erməni daşnakları ilə vuruşurlar. Yüzlərlə daşnak meyidi meydanda qalır.
Reyhan xalqının, qohum-qardaşının intiqamını alır. Onlar vuruşmanı davam etdirib erməni daşnaklarını ərazidən qovub çıxardırlar. Reyhan uzun illər gizlənə bilir. Həmin zamanlarda adamlara “Vətən xaini” adını verib güllələyirdilər, ya da Sibirdə zindanlarda çürüdürdülər.
Axır ki, 1928-ci ildə o, Sovet hakimiyyəti tərəfindən həbs olundu. Uzun zaman həbsdə qalan Reyhana məhkəmənin qərarı ilə güllələnmə cəzası verirlər. Son anda onu güllələməyə apararkən mərkəzdən əmr gəlir. Güllələnmə təxirə salınır. Tezliklə onun adı və soyadı dəyişdirilib Krıma göndərilir. Krımda bir monastrda yerləşdirilir. Ömrünün sonuna kimi burada yaşayır. Dünyasını dəyişəndən sonra orada da dəfn olunur.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!