Daha bir marşrut xəttinin avtobusları yeniləndi .....                        36 nömrəli marşrut üzrə avtobuslar qismən yenilənəcək .....                        Mişustin və Əli Əsədov telefonla danışdı .....                        Bakıda kafedə partlayış - 3 nəfər YARALANDI .....                        Türkiyə Ermənistanla sərhədi 6 aya açacaq? - Ankaradan REAKSİYA .....                        İlqar Hacıyevin istintaqı başa çatdı .....                        Təbiətə 36 min manatdan çox ziyan dəyib .....                        Adnan Əhmədzadə Vahid Ələkbərovla əlbir imiş .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                       
Tarix : 14-11-2025, 19:01
Paşinyan Ermənistanda 10 yeni məscid tikəcək


Paşinyan Ermənistanda 10 yeni məscid tikəcək

Ermənistan baş naziri Nikol Paşinyanın ölkədə 10 yeni məscidin tikintisinə başlanılması barədə təşəbbüs irəli sürdüyünü bildirilir.
Bu barədə məlumat Türkiyənin ODATV nəşri yayıb. Qeyd olunub ki, layihə barədə məlumat hökumətə yaxın mənbələrə əsaslanır.
Jurnalistlərin yazdığına əsasən, beş məscid Ermənistan-Türkiyə sərhədinə yaxın rayonlarda, digər beş məscid isə ölkənin iri şəhərlərində inşa ediləcək.
Nəşrin iddiasına görə, təşəbbüs Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də dəstəklənib və Ankara bunu iki ölkə arasında mədəni-dini əlaqələrin güclənməsi üçün imkan kimi qiymətləndirir.
Məqalədə o da bildirilir ki, ölkə əhalisinin təxminən 98 faizinin xristian olmasına baxmayaraq, Paşinyan layihəni müsbət qarşılayıb və tikintinin maliyyələşdirilməsi üçün vəsaitin artıq Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi vasitəsilə ayrıldığı iddia olunur.
Nəşr yazır ki, tikintiyə dekabrın əvvəlində start veriləcəyi gözlənilir. Hazırda Ermənistanda yalnız bir məscid - İrəvandakı Göy məscid fəaliyyət göstərir.
Türkiyə mediası bu addımı Ermənistan hökumətinin mədəni müxtəlifliyə açıq olması və tarixi-siyasi gərginliyin yumşaldılması istiqamətində jest kimi təqdim edir.
Ermənistan hökumətindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!