İlham Əliyev Paşinyanla da bir araya gəlib .....                        Qrenlandiya danışıqlara hazırdır .....                        İspaniya deputatları Bakıya gəldilər .....                        Kamran Əsədovun qaynı ona təzyiq edirmiş .....                        Cənubi Qafqaz Rusiyadan uzaqlaşır .....                        Rus diplomat bu ölkədən qovuldu .....                        Növbəti üçtərəfli görüş bu ölkədə keçiriləcək .....                        Ərdoğan Pezeşkianla İrandakı vəziyyəti müzakirə etdi .....                        Prezidentin ailəsi Trampla birgə - FOTO .....                       
Tarix : 17-04-2020, 12:18
Məşhurların yardımlaşması niyə birmənalı qarşılanmır?


Ciddi karantin rejimində yardıma ehtiyacı olan insanların sayı artır.

Belə ehtiyaclılara xüsusilə uşaqlar, yaşlı və xəstə insanlar aiddirlər. Müəyyən qrup insanlar ehtiyacı olan tək yaşayanlar, ailələr üçün müxtəlif formada yardım kampaniyaları təşkil edirlər. Bu sırada məşhurların da adı keçir.

Ancaq bəzi məşhur şəxslərin xeyriyyə işlərini cəmiyyət birmənalı qarşılamır; bəziləri bunu özünüreklam kimi adlandırır, bəziləri də yardım məqsədilə uzanan əl kimi.

Deyirlər ki, o uzanan sağ əli sol əl bilməməlidir, yardımları şəkilsiz, video-görüntüsüz də etmək olar.

Dəyərlərində xeyriyyə əməlləri olan bir cəmiyyət niyə bu gün həmin məşhurların əməllərini yalnız reklam kimi qəbul edir?

Mövzu ilə bağlı açıqlama verən Sosioloq Zəminə Səfərova deyir ki, bu günlərdə ən çox sosial şəbəkələrdə imkansız ailələrə yardımlarla bağlı çox söz-söhbətlər gedir: “Təbii insanlar, fikirlər, yanaşmalar eyni deyil. Lakin ümumilikdə götürəndə insanların bu yardımlaşmanı reklam kimi qəbul etmələri düzgün deyil.

Məşhurların yardımlaşması niyə birmənalı qarşılanmır?


Əvvəla, bu yardımlaşmaları sosial şəbəkəklərdə gördükcə, hər bir regiondan, hər bir yerdən həm imkansız ailələrin aşkarlanmasına səbəb oldu, həm də xarici ölkələrdə yaşayan həmvətənlərimiz yardım etmək üçün iştirak etməyə başladılar. Bunun müsbət tərəflərinə baxmaq lazımdır.

Biz bu günümüzdə nəyə görə müsbət tərəfləri görmürük, amma yalnız mənfi tərəflər axtarırıq?

Gəlin biz həmişə müsbətlərdən danışaq və onları dəyərləndirək. Əgər bir şəxs özü yardım edirsə və bu onun öz şəxsi təşəbbüsü ilə olduğu üçün heç kimin bilməməsinin, heç yerdə görünməməsinin qərarını o şəxs özü verə bilər.

Lakin insanlar qrup halında yardımlara dəstək olursa, onu ailələrə çatdıran şəxs mütləqdir ki, şəffaflıq üçün həmin yardımları göstərsin. Çünki onlar yardımları şəffaflıqla sahibinə çatdırmalı və işıqlandırmalıdırlar. Mən deyərdim ki, hər bir insan yardım paylaya bilməz. O insanda insanlara yanaşma üsulu olmalıdır. Hətta bununla bağlı təlimlər də keçmək olar. Vaxtilə biz kütləvi şəkildə qaçqın və məcburi köçkünlərə yardımlar paylanışında iştirak etmişik. Əgər dəvət etsələr bu üsullarla bağlı könüllü təlim keçə bilərik.

İnsanlara yardım paylayarkən onlara koronavirus (Covid-19) pandemiyası ilə bağlı kiçik maarifləndirici mesajlar da vermək olar. Çünki həmin insanları başqa vaxt belə toplamaq çətin olur. Onu da qeyd etmək istərdim ki, karantin dönəmində biz bir daha xeyirxah və güclü bir xalq olduğumuzun şahidi olduq. Bu dönəmdə bizlər bir yumruq kimi birləşib üzərimizə hücum edən virus dalğasına mətanətlə sinə gəldik. Bu mübarizədə, xüsusilə həmin yardımsevər insanlara və hər bir çətinliyə səbrlə dirəniş göstərən vətəndaşlarımıza borcluyuq".

Ednews.az

Azadə Yolçu


Paylaş



Bölmə: Maarif
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!